Axtarış
The search found 105785 results in 0.047 seconds.
Search results
Metroda qızın çiynindən düşən şala görə baş verən qətl - məhkəmə işi
Metroda başlayan mübahisəyə görə qətl törədən şəxslər hakim qarşısına çıxarılıb.
Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində qız üstündə qətl törətməkdə təqsirli bilinən 1994-cü il təvəllüdıü Vəli Əliyev və 1990-cı il təvəllüdlü Füzuli Nəcəfovun cinayət işi üzrə məhkəmə iclası başlayıb. Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.Muxalifet - 1-07-2019
Azyaşlı Gəncə çayına düşdü - FHN axtarışa başladı
Gəncə şəhərinin Kəpəz rayonunda 1 nəfər azyaşlının naməlum şəraitdə çaya düşüb.
Muxalifet.az FHN-ə istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Gəncə şəhərinin Kəpəz rayonunda 1 nəfər azyaşlının naməlum şəraitdə Gəncə çayına düşməsi barədə məlumat daxil olub. Hadisə yerinə Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu və Gəncə Regional Mərkəzinin xilasediciləri cəlb olunub. Əlavə məlumat veriləcək.Muxalifet - 1-07-2019
DANX Ərdəbildə yanan avtobus haqqında açıqlama verdi
İyunun 29-da Azərbaycandan İranın Məşhəd və Qum şəhərlərinə ziyarətə gedən 41 nəfər sərnişinin-zəvvarın olduğu İran daşıyıcısına məxsus 11E771-10 dövlət qeydiyyat nişanlı avtobusda Ərdəbil vilayətində texniki nasazlıq səbəbindən yanğın baş verib.
Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova bildirib.Muxalifet - 1-07-2019
Yeni Çernobıla hazırlaşın: Ermənistan “Metsamor”da uranı zənginləşdirir
İyunun 19-da Türkiyənin İğdır vilayətində Ermənistanın “Metsamor” Atom Elektrik Stansiyasında mümkün qəzanın nəticələrindən müdafiə məqsədilə genişmiqyaslı təlimlər keçirildi. Təlimdə qəza zamanı Ermənistanla sərhəddə yerləşən səkkiz türk kəndindən insanların təcili evakuasiyası həyata keçirilirdi. Jandarma qüvvələri və tibbi personal insanları 112 təcili tibbi yardım maşın ilə bioloji və radiasiya təhlükəsinə qarşı xüsusi avadanlıqlarla təchiz edilmiş çadırlara daşıyırdı.
Muxalifet - 1-07-2019
Azərbaycanda 12 yaşlı şagirdə sataşan direktordan XƏBƏR VAR
Xaçmazda orta məktəbdə 12 yaşlı şagirdə qarşı əxlaqsız hərəkətlər etməkdə təqsirləndirilən məktəb direktoru Gülfərz Alxasov barəsində olan məhkəmə qərarından yenidən kassasiya şikayəti verib.
Muxalifet.az xəbər verir ki. Ali Məhkəmədə keçiriləcək prosesdə iyulun 2-nə təyin edilib.
Şikayət hakim Gülzar Rzayevanın sədrliyi ilə araşdırılacaq.Muxalifet - 1-07-2019
«Bir daha Rusiyada oxumayacam!» – Nino Katamadze
Gürüstanın caz müğənnisi Nino Katamadze iyunun 22-də Rusiyadakı çıxışını sonuncu adandırıb.
«Demək istəyirəm ki, bu, mənim Rusiyada son konsertim oldu!» – deyə, gürcüstanlı xanım özünün «Feysbuk»unda yazıb.
Aktrisa qeyd edib ki, Tbilisidəki son hadisələr səbəbilə, Moskvada «Usadba Jazz»-da keçirilən festivalda oxumaq onun üçün çox çətin olub. Katamadzenin sözlərinə görə, «o zaman onun ürəyi Gürcüstanda olub».
Muxalifet - 1-07-2019
Dünən keçirilmiş imtahanların nəticələri açıqlandı
İyunun 30-da keçirilən imtahanların nəticələri elan olunub.
Muxalifet - 1-07-2019
Putinlə Salman anlaşdı, neft kəskin "sıçradı"...
OPEC-in Vyanadakı görüşü ərəfəsində 6-9 ay ərzində neft hasilatının ixtisarını davam etdirmək barədə Səudiyyə Ərəbistanı, Rusiya və İraq razılığa gəldikdən sonra neftin qiyməti dünya bazarında 3-4 faiz yüksəlib.
Virtualaz.org Qərb mənbələrinə istinadən xəbər verir ki, “Brent” markalı neftin fyuçersləri 2,93 faiz yüksələrək, bir barrelə görə 66,64 dollara qalxıb. WTI markalı Amerika neftinin fyuçersləri isə 2,96 faiz qalxıb və qiymət bir barrelə görə 60,20 dollara çatıb. Bu, son beş həftə ərzində ən yüksək göstəricilərdir.
Muxalifet - 1-07-2019
Müstəqilliyimizin əleyhinə səs verən Əhmədzadənin xaricdə ŞOK BİZNESİ – Oğlu Cumanın adına olan milyonlarla dollarlıq obyektlər, villalar... / SƏNƏDLƏR
Melorasiya və Su Təsərrüfatı ASC-nin rəhbəri Əhməd Əhmədzadənin Avropada geniş biznes şəbəkəsi üzə çıxıb. Muxalifet.az xəbər verir ki, bu haqda faktları açıqlayan araşdırmaçı jurnalist Cavanşir Həsənli özünün Facebook profilində yazır:
Muxalifet4 - 1-07-2019
Kəmaləddin Heydərovun oğlu İngiltərədə vətəndaşlıq aldı
Avropa Azərbaycan Cəmiyyətinin təsisçisi və sədri, “Qəbələ” idman klubunun sabiq prezidenti, Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Taleh Heydərov İngiltərədə vətəndaşlıq alıb.
Unikal.org-a daxil olan məlumata görə, hazırda İngiltərədə yaşayan nazir oğlu demək olar ki, Azərbaycandakı biznes strukturlarının hamısını həmin ölkəyə daşıyıb.
Onu da nəzərə çatdıraq ki, bir müddət öncə Unikal.org-a açıqlama verən Ağsaqqallar Şurasının sədri, millət vəkili Fətah Heydərov nəvəsi T.Heydərovun xaricdə olduğunu təsdiqləmişdi.Muxalifet - 1-07-2019
Nazirliyin binası qarşısında TERROR: 34 ölü, 140-a yaxın yaralı - FOTO (YENİLƏNDİ)
Kabildə baş vermiş partlayış nəticəsində 34 nəfər ölüb, 140-a yaxın insan xəsarət alıb.
Bu barədə ölkənin Səhiyyə Nazirliyi informasiya yayıb.***
11:39Muxalifet - 1-07-2019
Hacı İbrahimin “Xəzər adaları” millət vəkilinə verildi – RƏSMƏN TƏSDİQLƏDİ
Azərbaycan Beynəlxalq Bankına (ABB) külli miqdarda borcu olduğuna görə, “Avesta Konserni” MMC-nin prezidenti, tanınmış və qalmaqallı iş adamı Hacı İbrahim Nehrəmli (İbrahim İbrahimov) “Xəzər adaları” layihəsi müsadirə olunub.
Muxalifet.az xəbər verir ki, İ.Nehrəmlinin milyardlıq layihəsi əlindən alınaraq millət vəkili Kamran Nəbizadənin baş direktoru olduğu “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin tabeçiliyinə verilib.Muxalifet - 1-07-2019
Cüdoçularımız II Avropa Oyunlarında
Belarusun paytaxtı Minskdə təşkil olunan İkinci Avropa Oyunlarına yekun vurulub. 4 minə yaxın atletin iştirak etdiyi yarışda ölkəmizi 11 idman növü üzrə 82 idmançı təmsil edib. Köhnə qitənin 50 ölkəsinin gərgin mübarizəsində komandamız 5 qızıl, 10 gümüş və 13 bürünc medala layiq görülüb. Millimiz bu nəticə ilə medal qazanan ölkələr arasında 10-cu pillədə yer alıb.
İkinci Avropa Oyunlarında qazanılan medallardan 5-i (1 gümüş, 4 bürünc) cüdoçularımızın payına düşüb.
Muxalifet - 1-07-2019
Ukrayna mətbuatı “Lotu Quli”nin 6 böyük düşmənindən yazdı -SİYAHIDA KİMLƏR VAR?
Hazırda azərbaycanlı qanuni oğru “Lotu Quli”nin 6 böyük düşməni var. Onların hamısı “Quli” üçün təhlükəlidir. Elə Quli də onları aradan götürmək üçün çalışır.
Bu barədə Ukrayna mətbuatı yazıb.
Ukraynalı həmkarlarımızın fikrincə, “Quli”nin düşmənlərindən biri Emin Əhmədovdur.
Emin Əhmədov 1981-ci ildə anadan olub. Onun da yolu digərləri kimi "oğru şəhəri" sayılan Moskvadan keçib. 2007-ci ildə "Emin Hacıqabulinski" Rusiyada pul daşıyan maşını apardığı üçün həbs edilib. Moskva məhkəməsi onu 13 il müddətinə həbs edib.
Muxalifet4 - 1-07-2019
3 uşaq atasına qoşulub qaçan qızın anası üsyan etdi - "Qızımla bacara bilmirəm" - VİDEO
Xəbər verdiyimiz kimi, Azərbaycanda 15 yaşlı qız 3 uşaq atasına qoşulub qaçıb. Muxalifet.az AZXEBER.COM-a istinadən xəbər verir ki, 27 yaşlı 3 uşaq atası Sirus adlı şəxs 15 yaşlı sevgilisi Sevinc adlı xanımın itkin düşdüyünü deyib və canlı yayıma qoşulub. Boşanandan sonra Sevinclə əlaqə quran və onu evinə qəbul edən Sirus deyib: "İlk dəfə tanış olduqda 17 yaşı olduğunu deyirdi. Əvvəllər anası polisə şikayət etdi daha sonra barışıq oldu. Sevinclə bir evdə ər-arvad kimi yaşayırdıq. Ötən gün parkda mənimlə mübahisə edərək məndən pul istədi ki, ver gedirəm.
Muxalifet - 1-07-2019
10 min nəfərə ŞAD XƏBƏR - Prezident 12,7 milyon manat ayırdı
Prezident İlham Əliyev Qəbələ rayonunun Böyük Əmili–Bılıx–Əmirvan avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir ki, on min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Böyük Əmili–Bılıx–Əmirvan avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 12,7 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.
Muxalifet - 1-07-2019
“NƏHAYƏT, XƏZƏR XALQIN ÜZÜNƏ AÇILMALIDIR…” – “Dəniz bir-iki nəfər, beş-altı ailə üçün deyil!”
“AzPolitika.info” Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı ilə müsahibəni təqdim edir:
- Fəzail bəy, Milli Məclisin son iclasında Xəzərin sahil zolaqlarında yaranan durumla bağlı çıxışınız maraqla qarşılandı. Bu problemə indi toxunmağınız nəylə bağlıdır?
Muxalifet - 1-07-2019
II və III qruplar üzrə imtahan verəcək abituriyentlərin nəzərinə
İyulun 7-də II və III ixtisas qrupları üzrə keçiriləcək qəbul imtahanında iştirak edəcək abituriyentlər "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.
Dövlət İmtahan Mərkəzinin məlumatına əsasən, abituriyentin imtahana buraxılış vərəqəsini çap etmək üçün http://eservices.dim.gov.az/brxvbak/ linkinə daxil olmaq lazımdır.Muxalifet - 1-07-2019
“G20”də dünya liderləri şərab içdi, Putin isə çay... - Video
Rusiya Prezidenti Vladimir Putin iyunun 28-də Yaponiyanın Osaka şəhərində “G20” sammitində rəsmi naharda digər həmkarlarından fərqli olaraq ağ rəngli termofincanda çay içməsi marağa səbəb olub.
Muxalifet.az “İnterfaks”a istinadən xəbər verir ki, sammitin əksər qonaqları şərab içdiyi halda Rusiya dövlət başçısının çay içməsi birmənalı qarşılanmayıb.
Prezidentin Mətbuat katibi Dmitri Peskov dünya KİV-də yayılmış görüntüləri şərh edərkən bildirib ki, bunda qeyri-adi heç nə yoxdur:
“Bu onunla əlaqəlidir ki,Vladimir Putin həmişə çayı bu fincanda içir”.Muxalifet - 1-07-2019
Gənc yaşda dünyasını dəyişən azərbaycanlı idmançılar - Ölüm səbəbləri nə olub?
Xəbər verdiyimiz kimi, ötən gün məşhur MMA idman növü üzrə dünya çempionu Fərhad Poladov avtomobil qəzasında dünyasını dəyişib.
Muxalifet - 1-07-2019