Axtarış
The search found 105785 results in 0.044 seconds.
Search results
İngiltərədə şok hadisə - təyyarədən evin bağçasına kişi meyidi düşdü
Keniya aviaşirkətinə məxsus, Nayrobi-London marşrutu ilə uçan “Boeing 787-8” tipi təyyarəsinin şassisində gizlənərək, 8 saat 50 dəqiqə uçan bir kişi sərnişinin cansız bədəni London Klafam bölgəsindəki bir evin bağçasına düşüb. Qaçaq sərnişinin şəxsiyyətini müəyyənləşdirməyə çalışan polis təyyarənin şassisində bir çanta, su və yemək tapıb. Bu günə qədər isə 4 türk vətəndaşının da təyyarənin həmin hissəsində etdikləri səfər ölümlə nəticələnmişdi. Hazırda polis təyyarədən bağçaya düşən adamın kimliyini müəyyən etməyə çalışır.
Muxalifet - 2-07-2019
ABŞ təlaşlandı: Türkiyə Rus reaktivlərini ala bilər!
ABŞ mətbuatı Türkiyənin ABŞ-dan F-35 döyüş təyyarələrini ala bilmədiyi təqdirdə, Rusiya istehsalı reaktivləri alacağı ehtimalını düşünə biləcəyini yazıb.
“Bloomberg” adı açıqlanmayan hərbi mənbələrə əsaslandırdığı xəbərdə, Türkiyənin F-35 proqramından çıxarıldığı təqdirdə, Rus döyüş təyyarələri daxil, alternativ axtarışına çıxacağını və eyni zamanda, öz döyüş təyyarələrini və ballistik raketlərini inkişaf etdirəcəyini yazıb.Muxalifet3 - 2-07-2019
“Pəncə” Hərəkatında terror təşkilatına daha bir zərbə!
Türkiyənin Milli Müdafiə Nazirliyi “Pəncə” Hərəkatı çərçivəsində İraqın şimalındakı Zap bölgəsinə təşkil edilən hava hərəkatında 2 terrorçunun məhv edildiyini açıqlayıb.
“Pəncə” Hərəkatı ilə koordinasiyalı olaraq İraqın şimalındakı Zap bölgəsinə təşkil edilən hava hərəkatıyla ən az 2 terrorçu məhv edilib. Milli Müdafiə nazirliyinin Twitter hesabından edilən açıqlamaya görə, “Pəncə” Hərəkatı ilə koordinasiyalı olaraq İraqın şimalındakı Zap bölgəsinə hava hərəkatı təşkil edilib.Muxalifet3 - 2-07-2019
Bakıda gecə yaşlı kişini maşınla vurub öldürdülər - DƏHŞƏTLİ VİDEO
Bakının Xətai rayonu, Nobel prospektində piyada ölümü ilə nəticələnən yol qəzası baş verib. Muxalifet.az xəbər verir ki, hadisə ötən gün saat 23 radələrində qeydə alınıb. Belə ki, "VAZ 2107" markalı avtomobil yoldan keçən yaşlı kişini vurub. Piyada hadisə yerində ölüb. Sürücü qəzadan sonra ordan qaçıb. Piyadanı avtomobillə vurduqdan sonra ərazidən yayınan sürücü saxlanılıb. Həmin şəxs polisin apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilərək istintaqa cəlb olunub. Bildirilir ki, qəzada iştirak edən "VAZ 2107" markalı avtomobilin də yeri müəyyən edilib./Baku.ws
Muxalifet - 2-07-2019
Rəqsanə yenə soyundu - Bu dəfə xoşbəxt olmaq üçün - FOTO
Uzun müddətdir Rusiyada yaşayan müğənni Rəqsanə yeni paylaşımı ilə yenə gündəm yaradıb.
İfaçının İnsaqram səhifəsindən paylaşdığı yarıçılpaq fotosu izləyicilərin marağına səbəb olub.
Belə ki, geydiyi uzun çizmələri və çimərlik geyimini xatırladan əlbisəsi ilə hər zaman ki, kimi tənqid edilib.
O, fotosuna bu sözləri qeyd edib:
“Bu günün təkrarı yoxdur. Həyat səndən almadan, sən ondan al və xoşbəxt ol”
Sözügedən fotonu təqdim edirik:Muxalifet - 2-07-2019
"WhatsApp" istifadəçiləri mütləq oxuyun - ARAŞDIRMA
"WhatsApp" psixologiya və şəxsi münasibətlərimizə müsbət təsir göstərir.
Bakupost xəbər verir ki, 200 istifadəçi arasında araşdırma aparılıb. Araşdırma nəticəsində müəyyən olub ki, "WhatsApp"dan istifadə etmək insan psixologiyasına müsbət təsir göstərir.
Araşdırma zamanı istifadəçilər hər gün 55 dəqiqə "WhatsApp"dan istifadə edib. Nəticədə həmin insanlarda özünə güvənin daha çox olduğu ortaya çıxıb.Muxalifet - 2-07-2019
ŞOK: "Cəmi yarım saat sonra İsrail yox olacaq..."
İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət Komissiyasını rəhbəri Mojtaba Zonnur İsrailin “cəmi yarım saat ərzində yox olacağı” haqda bəyanat səsləndirib. Virtualaz.org xəbər verir ki, Mojtaba Zunurun bəyanatına yarımrəsmi “Mehr” agentliyi yer verib.
Zunur bildirib ki, əgər ABŞ İrana hücum etsə cəmi yarım saat sonra İsrail məhv ediləcək. “Əgər ABŞ bizə hücum etsə İsrail cəmi yarım saat salamat qala biləcək”,-o vurğulayıb.Muxalifet - 2-07-2019
Tanınmış həkimi və arvadını öldürənə ömürlük cəza verilıdi
Bakı Apellyasiya Məhkəməsində tanınmış həkim və arvadını öldürməkdə təqsirləndirilən İlqar Xancanov barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb.
Unikal.org-un məlumatına görə, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Hakimlər kollegiyasının hökmünə əsasən, İ.Xancanovun apellyasiya şikayəti təmin edilməyib.Muxalifet - 2-07-2019
Regional təhlükəsizlik sistemi: Türkiyə-Rusiya-Azərbaycan
Rusiyanın paytaxtı Moskvada təşkil edilən ‘Parlamentarizmin İnkişafı' Beynəlxalq Forumu işə başlayıb. Forumda çıxış edən Rus millət vəkili Dmitriy Savelyev, Türkiyə - Rusiya -İran və Türkiyə - Rusiya - Azərbaycan əməkdaşlığının yeni regional təhlükəsizlik sisteminin qurulmasına xidmət etdiyini söyləyib.
Muxalifet3 - 2-07-2019
ABŞ-dan Türkiyəyə SENSASİON S-400 TƏKLİFİ: əgər Ankara bu raketləri...
ABŞ Türkiyə ilə münasibətlərində gərginliyə səbəb olan S-400 zenit raket kompleksi ilə bağlı yeni düstur tapıb.
Bu tövsiyə ABŞ prezidenti Donald Trampa yaxınlığı ilə tanınan senator Lindsi Qrahamdan gəlib.
Senatorun tövsiyəsinə görə, Türkiyə S-400-ləri aktiv etməzsə, ABŞ da ona sanksiya tətbiq etməyəcək. Üstəlik, Türkiyə ABŞ-dan “Patriot” hava hücumundan müdafiə sistemi almalıdır.Muxalifet - 2-07-2019
Özünü pis hiss etdiyi üçün xəstəxanaya gəldi, öldü
Gəncədə özünü narahat hiss edərək xəstəxanaya gedən şəxs orada keçinib. "Qafqazinfo"nun verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının terapiya şöbəsində baş verib. Şəhər sakini, təxminən 45-50 yaşlarında olan Vüqar adlı şəhər sakini şöbəyə gələrək özünü narahat hiss etdiyini deyib. Anidən halı pisləşən şəxsə tibbi yardım göstərilib, lakin onun həyatını xilas etmək mümükün olmayıb. Faktla bağlı araşdırma aparılır.
Muxalifet - 2-07-2019
Trampdan İranla gərginliyi artıracaq sözlər! 'Odla oynayırlar'
ABŞ prezidenti Donald Tramp İranın zənginləşdirilmiş uran limitini aşmaqla bağlı açıqlamasına sərt təpki göstərib. İranın zənginləşdirilmiş uran limitini aşması ilə bağlı açıqlama verən ABŞ prezidenti Donald Tramp, İrana yönəlik 'Odla oynayırlar' deyərək təpki göstərib.
Müxalifət.azMuxalifet3 - 2-07-2019
Çində “Putinin termos-fincanı” üstündə “qırğındır” – FOTO
Rusiya Prezidenti Vladimir Putinin iyunun 28-də Yaponiyanın Osaka şəhərində "G20” sammiti çərçivəsində rəsmi naharda, digər həmkarlarından fərqli olaraq, ağ rəngli termos-fincanda çay içməsindən sonra Çin bazarlarında həmin qaba tələbat artıb.
RİA Novosti xəbər verir ki, artıq internet-mağazalar sağlamlıq üçün faydalı olan həmin termos-fincanların kütləvi satışına başlayıblar.
eyd edilir ki, termos-fincanlarda Rusiyanın gerbi təsvir olunub və o, ideal hədiyyə ola bilər.Muxalifet - 2-07-2019
İcra Hakimiyyəti “Mercedes S350” yox, bu avtomobili aldı - FOTOLAR
Kəlbəcər rayon İcra Hakimiyyətinə xidməti avtomobilin alınması ilə bağlı tender başa çatıb. Bu barədə Unikal.org-a rayon icra hakimiyyətinin İctimai siyasi və humanitar məsələlər şöbəsind'n m'lumat verilib. Xəbərdə bildirilir ki, Kəlbəcər rayon İcra Hakimiyyəti başçısı aparatı üçün alınacaq xidməti avtomobil məsələsi artıq öz həllini tapmışdır. Belə ki, Azərmaş Açıq Səhmdar Cəmiyyətinin istehsalı olan 2019-cu ilin buraxılışı "Khazar Peugeot” markalı sedan, sedan tipli minik avtomobili alınaraq İcra Hakimiyyəti başçısı aparatının xidməti istifadəsinə verilib".
Muxalifet - 2-07-2019
SON DƏQİQƏ: Hacı Mazan kəllə-beyin travması alıb - “Range Rover” sıradan çıxdı
Bu gün səhər saatlarında Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Muxalifet - 2-07-2019
Moskva təklif edir: Bakı Su-35 ala bilər? - VİDEO
Azərbaycana silah satışı ilə bağlı bir çox yerlərdən belə təkliflər gəlir, lakin Bakı daha çox ehtiyacı olan silahların alınmasına həyata keçirir. Bu sözləri Axar.az-a açıqlamasında hərbi ekspert, polkovnik Şair Ramaldanov Rusiyanın Azərbaycana yeni döyüş təyyarələrini təklif etməsinə münasibət bildirərkən deyib. O qeyd edib ki, hazırda bu döyüş təyyarələrini almağa ciddi ehtiyacımız yoxdur: “Bu gün Azərbaycan Ordusu kifayət qədər müasir silahlara sahibdir. Yeni silah almaq üçün geniş şəkildə götür-qoy edilməlidir.
Muxalifet - 2-07-2019
Bakı metrosundan istifadə edənlərə ŞAD XƏBƏR
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti yeni alınan daha iki qatar tərkibini xəttə buraxır.
Bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov BiG.AZ-a məlumat verib.
Onun sözlərinə görə, hər iki qatar bu gün metronun "Dərnəgül" stansiyasından start götürərək sərnişinlərin istifadəsinə veriləcək.
Xatırladaq ki, "Bakı Metropoliteni" QSC ilə Rusiyanın "Transmaşholdinq" Səhmdar Cəmiyyəti arasında bu ilin əvvəlində bağlanmış müqaviləyə əsasən, Bakı metropoliteni üçün istehsal edilmiş 10 vaqon iyunun 11-də Bakıya gətirilib.Muxalifet - 2-07-2019
Stalin mühafizəçisinə 100 qramla 200 qramın fərqini əyani şəkildə başa salıb –Memuar
Aleksey Rıbin 1931-ci ildən İosif Stalinin şəxsi mühafizəsində xidmət edib. Onu digər mühafizə əməkdaşlarından fərqləndirən intellekti, daha çox mütaliəli olması, yaradıcılığa meylliliyi və ən əsası isə Stalinlə dil tapmağı, bəzən isə ona ərk etməyi kimi cəhətləri olub. Rıbin 1908-ci ildə Sverdlovskda anadan olub. Ordu sıralarından sonra Fövqəladə Komissiya (ÇK) orqanlarında xidmətə qəbul olunub. 1931-ci ildə o, İosif Stalinin şəxsi mühafizə dəstəsinə daxil edilib. Stalinin vəfatından bir il sonra “NKVD” orqanlarından tərxis olunub. Aleksey Rıbin Stalin haqqında bir neçə kitab yazıb.
Muxalifet - 2-07-2019
Tbilisidə müxalifətçi sabiq deputatın məhkəməsi başlayıb
Tbilisi Apellyasiya Məhkəməsində müxalif Vahid Milli Hərəkat Partiyasının üzvü, keçmiş deputat Nika Melianın işi üzrə məhkəmə başlayıb.
İclasda Gürcüstan Baş Prokurorluğunun N.Melia ilə bağlı Tbilisi Şəhər Məhkəməsinin qərarından verdiyi şikayətə baxılır.
Baş Prokurorluq parlamentin keçmiş üzvü barədə həbs qətimkan tədbirinin seçilməsini tələb edir.
Müxalifət partiyalarının liderləri və tərəfdarları Tbilisi Apellyasiya Məhkəməsinin yaxınlığına toplaşıb.Muxalifet - 2-07-2019
Hacı Mazanın vəziyyəti necədir? - Nazirlikdən açıqlama
Səhiyyə Nazirliyi bu gün qəzaya düşən iş adamı Hacı Mazanın səhhəti ilə bağlı açıqlama yayıb.
Nazirliyin mətbuat xidmətindən bildirilib ki, Hacı Mazan sağ budun sınığı və qapalı kəllə beyin travması ilə xəstəxanaya yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib.
Xəstə yaxınları öz istəkləri ilə onu xəstəxanadan çıxararaq paytaxt xəstəxanalarından birinə aparıblar.Muxalifet - 2-07-2019