Axtarış

The search found 105785 results in 0.025 seconds.

Search results

  1. ​SON DƏQİQƏ: "Hacı Mazan" Bakıda əməliyyata götürüldü

    Bu gün ağır yol qəzası keçirən iş adamı Hacı Mazan hazırda əməliyyat masasındadır.
    Unikal.org-un məlumatına görə, bu gün Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində "Hacı Mazan" kimi tanınan Ramazan Hüseyn oğlu Zeynalov Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikasına yerləşdirilib.
    İlk öncə Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına çatdırılan R.Zeynalov daha sonra Cərrahiyyə Klinikasına aparılıb. Klinikadan Trend-ə verilən məlumata görə, Hacı Zaman hazırda əməliyyat olunur.

    Muxalifet - 2-07-2019

  2. ​Prezidentdən minlərlə insana ŞAD XƏBƏR - sərəncam imzaladı

    Prezident İlham Əliyev Astara rayonunun Ərçivan-Artupa-Səncərədi-Alaşa-Züngüləş avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

    Muxalifet - 2-07-2019

  3. İngilis parlamentarilər AB marşına arxasını çevirdi

    İngilis “Brexit” Partiyası parlamentariləri Avropa Parlamentinin açılış iclasında Avropa Birliyi Milli Marşına kürəklərini çevirərək etiraz edib.
     
    Yeni qurulmasına baxmayaraq Avropa Parlamentində 29 kürsü əldə edən İngilis “Brexit” Partiyasının parlamentariləri Strasburqda təşkil edilən açılış iclasında Avropa Birliyi Milli Marşına etiraz edərək arxalarını çeviriblər.
     
    "Hörmət etmirəm"
     
    Sosial mediada sürətlə yayılan görüntülər bir çox adamın təpkisinə səbəb olub.

    Muxalifet3 - 2-07-2019

  4. ​Bakıda iki yeni polis bölməsi yaradılıb -RƏSMİ

    İyulun 2-də polis əməkdaşlarının peşə bayramı günü Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi, Xəzər və Binəqədi rayonlarında yeni yaradılan Binə və Binəqədi qəsəbəsi polis bölmələrinin, eləcə də Yasamal rayonunda Sosial Evlərin ərazisində polis sahə məntəqəsinin inşa edilmiş inzabati xidməti binalarının açılışı olub.

    Muxalifet - 2-07-2019

  5. “Fənərbaxça”da daha bir alman futbolçu

    Yeni mövsüm üçün heyətini genişləndirən “Fənərbaxça” daha bir futbolçunun keçidini rəsmiləşdirə bilər.

    “Yeni Sabah” Türkiyə mediasına istinadən xəbər verir ki, “sarı-göylər”in hazırki hədəfi “Şalke” klubunun formasını geyinən Yevhen Konoplyankadır. Artıq Bundesliqa təmsilçisi onunla yollarının ayırdığını rəsmən açıqlayıb. “Şalke”nin idman direktoru Yoken Skneyder də ulduz futbolçuyla bağlı yayılan xəbərləri verdiyi açıqlama ilə təsdiqləyib:

    Muxalifet - 2-07-2019

  6. Bakıda "kamikadze sürücü" ölüm saçdı- VİDEO

    Bakıda qarşı yola çıxaraq təhlükə yaradan, o cümlədən hərəkətlərində avtoxuliqanlıq elementləri olan sürücü kameraya düşüb.

    "Report"un xəbərinə görə, Xocasən yolunda qeydə alınmış videodan görünür ki, 58 BX 138 dövlət nömrə nişanlı, "VAZ-2107" markalı avtomobilin sürücüsü təmir gedən, beton pilitələrlə kəsilmiş dar yolda əks istiqamətə çıxır. Bu zaman digər hərəkət iştirakçısına real təhlükə yaradır.

    Muxalifet - 2-07-2019

  7. AZƏRBAYCANDA BİABIRÇILIQ: Təcili tibbi yardım maşınında görün nə satılır - VİDEO

    Təcili Tibbi Yardım maşını Bərdə bazarına satış üçün mal gətirdi. Sözügedən görüntülər sosial şəbəkələrdə yayımlanıb. Yayımlanan videodan da aydın görünür ki, 99-SX-125 dövlət nömrə nişanlı təcili tibbi yardım avtomobili Bərdə bazarına satış üçün meyvə-tərəvəz gətirib. Yayılan videogörüntünü oxuculara təqdim edirik:

    Muxalifet - 2-07-2019

  8. ÜÇ TƏHLÜKƏSİZLİK ŞEFİNİN MÜƏMMALI QÜDS GÖRÜŞÜ – Moskva İranla bağlı bazarlığa gedibmi?

    Qüdsdə Rusiya, ABŞ və İsrail nümayəndə heyətlərinin görüşü az qala ən böyük sensasiya kimi təqdim edilir. Lakin hadisəni şişirdənlərin özləri də yekdil mövqedə deyillər. Bir qrup bəzi prinsipial məsələlərdə razılığın əldə edildiyini, digərləri isə əksini iddia edirlər. Hər iki yanaşmada informasiya savaşının əlamətləri özünü göstərir. Bu da başadüşüləndir, çünki müzakirə obyekti geosiyasi baxımdan çox həssasdır və çox sayda dövlətin maraqları ilə kəsişir.

    Muxalifet - 2-07-2019

  9. Bu dövlətlər mövcud olmamalıdır - Jirinovski

    Dünyadakı bütün dövlətlər dünyəvi dövlət olmalıdır. Bunu “demokratiya standartları”na əlavə etmək lazımdır.
    Bu sözləri Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski deyib.
    “Yalnız dünyəvi dövlətlər olmalıdır. Dünya demokratiyasını hansısa bir demokratiya standartı əlavə etməliyik. Din haradasa hökmranlıq etməməlidir. Hər kəs bir şeyə inanmaq istəyir, ancaq dini dövlət olmamalıdır”, - Jirinovski bildirib./axar

    Muxalifet - 2-07-2019

  10. ​Ramil Şeydayev Rusiyanın “Dinamo” klubuna keçdi

    Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayev Rusiyanın "Dinamo" klubu ilə müqavilə bağlayıb.
    Muxalifet.az Trend-ə istinadən bildirir ki, Moskva klubu 23 yaşlı hücumçu ilə 1 illik müqavilə imzalayıb.
    Xatırladaq ki, Şeydayev ötən mövsümü Rusiyanın "Krılya Sovetov" klubunda keçirib.

    Muxalifet - 2-07-2019

  11. İmtahan nəticələri AÇIQLANDI

    Dövlət İmtahan Mərkəzi (DİM) I və IV ixtisas qrupları üzrə iyunun 23-də keçirilən qəbul imtahanlarının nəticələrini elan edib.
    DİM-dən Muxalifet.az-a bildirilib ki, abituriyentlər mərkəzin internet saytına daxil olaraq imtahan nəticələri, “cavab kartı” və “cavab vərəqi”nin qrafik təsvirləri ilə tanış ola bilərlər. Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

    Muxalifet - 2-07-2019

  12. ​Tiflis aksiyalarının təşkilatçısı ölümlə hədələndi

    Son günlər Tiflisdə keçirilən etiraz aksiyalarının təşkilatçılarından olan Giqa Makaraşvili ölümlə hədələnib.
    Muxalifet.az xəbər verir ki, bu barədə ictimai fəal özü məlumat yayıb.
    O, tanımadığı şəxslərdən ölümlə hədələndiyi mesajlar aldığını bildirib.
    G.Makaraşvili təhdidləri fəaliyyəti ilə əlaqələndirib.
    İctimai fəal polis bölməsində olub. Gürcüstan Daxili İşlər Nazirliyi təhdidlərlə bağlı istintaqa başlayıb.
     

    Muxalifet3 - 2-07-2019

  13. ​Rusiyada sualtı qayıqda yanğın: 14 ölü

    Rusiyada tədqiqat üçün nəzərdə tutulan sualtı qayıqda baş verən yanğın zamanı 14 dənizçi həlak olub.
    Muxalifet.az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi informasiya yayıb.
    Hadisə iyulun 1-də baş verib.
    Faktla bağlı araşdırma aparılır.
     

    Muxalifet3 - 2-07-2019

  14. Rusiyadan İrana: Duyğularınıza yenilməyin!

    İranlı həmkarlarımız soyuqqanlı olmalı, duyğularına yenilməməli və Beynəlxalq Atom Enerji Qurumu ilə imzalanan qarant müqavilənin əsas müddəalarını icra etməlidir.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər naziri Sergey Lavrov İranın uranı yenidən zənginləşdirməsi fəaliyyətini şərh edərkən deyib.
    O, eyni zamanda əlavə edib ki, avropalılar da öz üzərlərinə düşən öhdəlikləri yerinə yetirməlidirlər.
     

    Muxalifet3 - 2-07-2019

  15. Erməni hakim "Neftçi"nin oyununa təyinat aldı

    “Neftçi”nin UEFA Avropa Liqasının I təsnifat mərhələsində Moldova təmsilçisi “Sperantsa” ilə səfər matçının təyinatları açıqlanıb.
    Muxalifet.az xəbər verir ki, oyun Şimali İrlandiyadan olan hakimlər briqadasına tapşırılıb. Referi Tim Marşal olacaq. Ona Pol Robinson və Odri Neteri kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tomas Entoni Klark yerinə yetirəcək.
    UEFA nümayəndəsi Anna Bordyuqova (Ukrayna), hakim-inspektor isə Gevorq Hovhannisyan (Ermənistan) olacaq.
     

    Muxalifet3 - 2-07-2019

  16. ​Ərdoğan onlara həddini bildirir - Rusiyalı senator

    Türkiyənin F-35 qırıcılarına alternativ olaraq Rusiyadan qırıcı alacağını söyləmək hələ çox tezdir. Lakin bu mövzu ilə bağlı mediada yayılan xəbərlər Vaşinqtona mesajdır.
    Muxalifet.az xəbər verir ki, bu sözləri rusiyalı senator Vladimir Cabarov deyib.
    “Rəcəb Tayyib Ərdoğan onlara (ABŞ-a) həddini bildirəcəyini göstərir. Lakin bu barədə danışmaq hələ çox tezdir”, - deyə senator bildirib.
    Qeyd edək ki, “Blumberq” agentliyi Türkiyənin Amerika istehsalı F-35 əvəzinə Rusiyadan alternativ qırıcı ala biləcəyini yazmışdı.
     

    Muxalifet3 - 2-07-2019

  17. Ramil Şeydayev “Dinamo”ya keçdi

    Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayev Rusiyanın “Dinamo” klubu ilə müqavilə bağlayıb.
    Muxalifet.az xəbər verir ki, Moskva klubu 23 yaşlı hücumçu ilə 1 illik müqavilə imzalayıb.
    Xatırladaq ki, Şeydayev ötən mövsümü Rusiyanın “Krılya Sovetov” klubunda keçirib.
     

    Muxalifet3 - 2-07-2019

  18. ​III kurs tələbəsi olan pilot ölümdən döndü

    Urkaynanın Xarkov vilayətində L-39 təyyarəsi təlim uçuşu zamanı qəzaya uğrayıb.
    Muxalifet.az RİA-ya istinadən xəbər verir ki, pilot katapult vasitəsilə sağ qalıb.
    Bildirilib ki, Xarkov Milli Universitetinin III kurs tələbəsi olan pilot təyyarədə ştatdankənar hadisənin baş verdiyini rəhbərliyə çatdırıb və bundan sonra katapult barədə qərar verilib.
    Pilotun həyatına hər hansı təhlükə yoxdur.
     

    Muxalifet3 - 2-07-2019

  19. Gürcü polisi təkzib etdi: 5 min əməkdaş...

    Gürcüstanın paytaxtı Tiflisdə iyunun 20 və 21-də keçirilən etiraz aksiyasının qarşısının alınmasına 5 min nəfərə yaxın polis əməkdaşı cəlb olunub.
    Muxalifet.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
    Bildirilib ki, polis əməkdaşlarının sayı aksiya iştirakçılarının sayına proporsional olub.
    “Aksiyaya cəlb olunan polis əməkdaşlarının sayının 15 min nəfər olması ilə bağlı yayılan məlumatlar yalandır. İctimai asayiş və təhlükəsizliyin qorunması məqsədilə, təxminən, 5 min polis nəfəri cəlb olunub”, - deyə məlumatda qeyd olunub.

    Muxalifet3 - 2-07-2019

  20. "Qarabağ" qələbəni əldən verdi

    Azərbaycanı Çempionlar Liqasında təmsil edən "Qarabağ" komandası Avstriyada təlim-məşq toplanışında sonuncu yoxlama oyununu keçirib.
    Muxalifet.az-ın məlumatına görə, ölkə çempionu Çexiyanın "Viktoriya" (Plzen) kollektivi ilə üz-üzə gəlib.
    Qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb. Ağdam təmsilçisinin heyətində hər iki qolu Azərbaycan millisinin üzvü Mahir Emreli vurub. 22 yaşlı hücumçu 42 və 52-ci dəqiqələrdə fərqlənib.

    Muxalifet3 - 2-07-2019

Pages