Axtarış

The search found 105785 results in 0.025 seconds.

Search results

  1. Jurnalist Fuad Abbasov mətbuat konfransı keçirir - CANLI YAYIM

    Rusiyadan deportasiya edilən jurnalist Fuad Abbasov hazırda Beynəlxalq Mətbuat Mərkəzində mətbuat konfransı keçirir. O, Rusiya Federasiyasında saxlanılması, deportasiya olunması və bu hadisə ətrafında baş verənlərlə bağlı media nümayəndələrinə məlumat verir.

    Muxalifet.az musavat.com-a istinadən konfransdan canlı yayımı təqdim edir. 

    Muxalifet - 2-07-2019

  2. Müəllim olmaq istəyənlərin nəzərinə! - Sənəd qəbulu nə vaxt başa çatır?

    İyunun 24-dən start verilmiş müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak üçün 47 mindən çox namizəd elektron qeydiyyatdan keçib, onlardan 44 mindən çox namizəd isə elektron ərizəsini təsdiqləyib.
    Təhsil Nazirliyindən Muxalifet.az-a verilən məlumata görə, müsabiqəyə elektron sənəd qəbulu iyulun 3-də başa çatacaq.

    Muxalifet - 2-07-2019

  3. ​DƏHŞƏTLİ PARTLAYIŞ: Bu qədər adam ÖLDÜ

    Qərbi Afrika ölkəsi Nigeriyanın Benue əyalətində bir tankerdə baş verən partlayışda ən azı 50 adamın həyatını itirdiyi bildirilir. Mualifet.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Benue əyalət rəsmilərdən Kristofer Ovu yerli xalqın qəzaya uğrayan tankerdəki benzini boşaltmağa çalışdığı vaxt hələ müəyyən olunmayan bir səbəbdən tankerin partladığını bildirib. Ovu "Partlayışdan sonra bu ana qədər 50 adamın cəsədi tapılıb, 70 nəfər yaralanıb, çox sayda insan itkin düşüb", - deyib.

    Muxalifet - 2-07-2019

  4. Bu rayonlarda SU OLMAYACAQ!

    Ölkə ərazisində yağıntılı hava şəraiti səbəbindən Kür çayında bulanıqlığın həddən çox artması ilə əlaqədar Kür Sutəmizləyici Qurğularının fəaliyyətində müvəqqəti fasilə yaranıb. Bununla əlaqədar Hacıqabul və Şirvan şəhərlərinə, Bakının Qaradağ rayonuna içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
    Bu barədə Muxalifet.az-a “Azərsu” ASC-dən bildirilib.
    Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

    Muxalifet - 2-07-2019

  5. Bakının “5 addımlığında” 3 ildir qaranlıqda yaşayırlar - FOTOLAR

    Abşeron rayonunun Məhəmmədi qəsəbəsində, “Yanardağ” Dövlət Qoruğunun yaxınlığında yeni salınan məhəllənin sakinləri illərdir qaranlıqda yaşamağa məhkum olunublar.

    Muxalifet - 2-07-2019

  6. Fuad Abbasov: “Müsadirə olunmuş əşyalarım geri qaytarılmayıb”

    “Müsadirə olunmuş əşyalarım geri qaytarılmayıb”.
    Muxalifet.az xəbər verir ki, bu sözləri hazırda keçirilən mətbuat konfransında Rusiyadan deportasiya olunan jurnalist Fuad Abbasov deyib.
    O bildirib ki, telefonun müsadirə olunması qeydiyyata belə alınmayıb: “Hətta telefonum oğurlanıb deyə bilərəm. Çünki onun müsadirə olunması heç yerdə qeyd olunmayıb. Bu telefonda mənim bütün sosial şəbəkə hesablarım olub. Doğrudur, mən onları şifrələmişdim və bu şifrəni açacaqlarına inanmıram. Bütün əşyalarımı saxlayıblar və geri vermirlər”. /musavat.com/

    Muxalifet - 2-07-2019

  7. ​"Porşe"nin türk adı verdiyi yeni avtomobili İLK DƏFƏ GÖRÜNTÜLƏNDİ - FOTO

    Çinin dünyaca məşhur “Porşe” avtomobil şirkəti yeni məhsulunu təqdim edib. Elektriklə işləyən yeni avtomobilə türkcə bir gəncin canlılıq və hərəkətliliyini ifadə edən “Taycan” adı verib. Performansla yanaşı, uzun yollar üçün komfort təmin etməyi hədəfləyən avtomobil 529 at gücündədir və saatda 250 km sürətlə gedə bilir. “Porşe Taycan” sentyabrda ümumi satışa buraxılacaq. Şanxaydakı “Porşe Sınaq Mərkəzi” qalereyasında sərgilənən “Taycan”ı ilk dəfə çinli pilot Li Çao sürüb./Publika

    Muxalifet - 2-07-2019

  8. İsraildən İrana “müharibə” təhdidi

    İsrailin Xarici İşlər naziri Yisrael Katz zənginləşdirilmiş uran limitini aşdığını açıqlayan İrana təpki verərək etdiyi "səhvlərin" Tehranı müharibəyə apara biləcəyini söyləyib.
     
    İsrailin ordu radiosuna açıqlama verən Katz, İranın zənginləşdirilmiş uran limitini aşma qərarının Avropa üçün bir "xəbərdarlıq siqnalı" olduğunu irəli sürüb. Katz, "İran pələngini bəsləmək, problemi həll etməyə yardımçı olmayacaq. Sərt siyasətlər və sanksiyalarla yanaşı, ABŞ-ın İrana qarşı siyasəti dəstəklənirsə, qısa müddətdə bu pələngin kağızdan olduğu ortaya çıxacaq" deyib.

    Muxalifet3 - 2-07-2019

  9. Bakıda xəstə əməliyyat zamanı GÖRÜN NƏ ETDİ - VİDEO

    Əməliyyat masasındakı bu qadının ifasını eşidənlər heyran qalır.
    Muxalifet.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan bu video böyük marağa səbəb olub. Bakıda əməliyyat masasına uzanan halda həkimlərin əhatəsində muğam ifa edən qadının sözügedən görüntüsünü klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu da paylaşıb.
    Tanınmış musiqiçi videoya "Belə getsə toylara yanımda NARKOZ aparacağam. Oxuya bilməyənələr gələndə "naxadu" narkoz, bəlkə Nəsə alındı. Ancaq xanım kimdirsə yaxşı oxuyur" şərhini yazıb.

    Muxalifet - 2-07-2019

  10. ​Ermənistanda müxalifətçilərə qan udduran “killer”

    Ermənistanın sabiq baş prokuroru Aqvan Ovsepyanın həbsi gözlənilir. 
    Erməni KİV-ləri məlumat yayıblar. Bildirilib ki, Aqvan Ovsepyan Ermənistanda cinayətkar oliqarx sistemin simvollarından biri olub, həmçinin müxalifətçilərə qarşı cəza kampaniyasının əsas "memarı" və çoxsaylı qanlı cinayətlərin müəllifdir.

    Muxalifet - 2-07-2019

  11. Sahil Babayev sabiq nazirin yaxın adamına YÜKSƏK VƏZİFƏ VERDİ

    Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev qurumun sosial təminat siyasəti şöbəsinə yeni müdir təyin edib.
    Nazirin müvafiq əmri ilə Babək Hüseynov ƏƏSMN-nin Sosial təminat siyasəti şöbəsinin müdiri təyin olunub.
    Qeyd edək ki, B.Hüseynov bundan əvvəl sosial təminat siyasəti şöbəsinin müdir müavini vəzifəsində çalışıb. Sabiq nazir Füzuli Ələkbərovun ən yaxın adamlarından sayılır. /unikal

    Muxalifet - 2-07-2019

  12. ​Metro istifadəçilərinə ŞAD XƏBƏR: Bu stansiya avqustda açılacaq

    "Bakı Metropoliteni"nin "Xətai" stansiyasında təmir işləri yekunlaşmaq üzrədir.
    Bu barədə Trend-ə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
    Onun sözlərinə görə, artıq stansiyada eskalatorlar quraşdırılıb:
    "Eskalatorların sazlanması prosesi başa çatıb. Hazırda eskalatorların tənzimlənməsi və sınaq işləri aparılır. Stansiyanın avqust ayı ərzində istifadəyə verilməsi gözlənilir".

    Muxalifet - 2-07-2019

  13. Fuad Abbasov Avropa Məhkəməsinə müraciət edəcək

    “Həbsimin və deportasiya olunmağımın əsl sifarişçiləri arasında Rusiya ermənilərinin rəhbərləri dayanır”.

    “Report” xəbər verir ki, bunu Rusiyada saxlanılaraq Azərbaycana deportasiya edilən jurnalist Fuad Abbasov bu gün keçirdiyi mətbuat konfransında deyib.

    Muxalifet - 2-07-2019

  14. ​Paşinyan aprel müharibəsində vəzifəsini itirən generalı Qarabağda hakimiyyətə gətirmək istəyir

    Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsində gələn il keçiriləcək “prezident seçkilərində” general Movses Akopyanın namizədliyini dəstəkləməyə hazırlaşır. Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, hazırda Ermənistanın baş hərbi müfəttişi olan Akopyan həmin “seçkilərdə” şəxsən Paşinyanın və Yerevanın namizədi ola bilər.

    Muxalifet - 2-07-2019

  15. Narkotik aludəçisi olan qadın ŞOK ETİRAF: Övladını da qurban vermək istəyirsən - VİDEO

    Kimi lap uşaq yaşlarından, kimisi də yetkinlik yaşından bu bəlanın qurbanına çevrilir. Söhbət narkomaniyadan gedir.
    Muxalifet.az xəbər verir ki, Baku.Tv-nin əməkdaşları Respublika Narkoloji Mərkəzində olub.
    Hazırda  Narkoloji Mərkəzdə müalicə alan 22 yaşlı Səmədova Fatimə də ömrünün altı ildən çoxunu narkomaniyaya qurban verib. O, hələ orta məktəb vaxtından, daha dəqiq desək, 15 yaşından bu bəlaya düçar olub.

    Muxalifet - 2-07-2019

  16. Sellofan torbalarla bağlı QƏRAR - İstifadə edən 67 min dollar cərimə ödəyəcək

    Yeni Zelandiyada birdəfəlik istifadə üçün nəzərdə tutulan sellofan torbaların qadağası qanunu qüvvəyə minib. Bu barədə Yeni Zelandiyanın Ekologiya naziri Euqenie Saqe danışıb. Nazir bildirib ki, qadağa çaylarda, axar sularda, yağış suyu sistemlərində və okeanlarda çirklənmənin qarşısını almaq üçün qəbul olunub: “Beləliklə, dəniz quşları, balıqlar, tısbağalar və dəniz məməliləri daha yaxşı yaşayacaq. Bu qadağa ölkənin zibillərlə mübarizəsində yeni addımdır.

    Muxalifet - 2-07-2019

  17. DEPUTATIN OĞLU PROKUROR TƏYİN OLUNDU – Prokurorluq orqanlarında yeni təyinatlar olub

    Azərbaycanın prokurorluq orqanlarında yeni təyinatlar olub.
    Azvision.az-ın əldə etdiyi məlumata görə, Baş Prokuror Zakir Qaralovun müvafiq əmri ilə Bakı şəhəri, Qaradağ rayonunun prokuroru Abdullayev Natiq Saleh oğlu tutduğu vəzifədən azad edilərək Şirvan şəhərinə prokuror təyin edilib.
    Digər əmrə əsasən, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin rəis müavini Zəfər Əhmədov Qaradağın prokuroru vəzifəsinə təyinat alıb.
    Qeyd edək ki, Zəfər Əhmədov deputat Vahid Əhmədovun oğludur.

    Muxalifet - 2-07-2019

  18. Oktyabrın 1-dən Azərbaycanda əhalinin siyahıyaalınması başlayacaq

    Bu ilin oktyabr ayının 1-dən Azərbaycanda əhalinin siyahıyaalınması başlayacaq.

    Bunu Trend-ə Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov deyib.

    T.Budaqov bildirib ki, əhalinin siyahıyaalınması üçün zəruri hazırlıq işləri aparılır. O qeyd edib ki, siyahıyaalınma prosesi 10 gün davam edəcək: “Əhalinin siyahıyaalınmasının nəticələrinin proqram təminatına daxil edilməsi, yekun olaraq məcmuələrin nəşr edilməsi 2022-ci ilin iyul ayına qədər davam edəcək”.

    Muxalifet - 2-07-2019

  19. Ərdoğan niyə S-400 istəyir? - Alman qəzeti yazdı

    Almaniyanın “Deutsche Welle” qəzetində yer alan bir məqalədə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın niyə Rus S-400 raketdən müdafiə sistemlərini seçdiyi qeyd olunub.
     
    Məqaləyə görə, S-400-lər həm fərqli raketlərlə təhciz edilə bilir, həm də qiyməti ABŞ-ın “Patriot” sistemlərindən iki dəfə daha ucuzdur. Bundan başqa, Ərdoğanın bu silah üçün NATO-dakı tərəfdaşları ilə anlaşılmazlıq yaşaması üçün başqa səbəblər də var.
     
    S-400-lər DİGƏR SİSTEMLƏRDƏN DAHA GÜCLÜDÜR
     

    Muxalifet3 - 2-07-2019

  20. Ermənilər Qarabağda oyuncaq silahlarla "hücuma keçdi" - İşğalçının “ALMAN SNAYPERLƏRİ”

    Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində separatçı rejimin “xüsusi təyinatlı qüvvələri” Almaniyanın “Heckler und Koch” silah konserninin istehsal etdiyi HK G28 snayper tüfəngləri ilə silahlanıb.

    Ötən həftə tirajlanan bu informasiya Ermənistan üçün “əzələ nümayişi” təbliğində vasitə olsa da, açıq suallar da yaratdı.

    - Almaniya istehsalı olan silahlar separatçıların əlinə necə keçib?
    - Ümumiyyətlə, bu informasiya doğrudurmu?

    Muxalifet - 2-07-2019

Pages