Axtarış
The search found 105785 results in 0.031 seconds.
Search results
İŞİD-in AZƏRBAYCANDAKI TƏRƏFDARLARININ İLK VİDEOSU YAYILDI – Biət edir və…
“İŞİD” Terror qrupunun Azərbaycandakı tərəfdarları ilk təbliğat videolarını yayıblar. “Lenta.ru” saytı xəbər verir ki, həmin görüntülərdəki şəxslər qrupun liderinə biət andı edirlər.
Videomaterial barədə ilk məlumat “SITE Intellegence Group” saytı tərəfindən verilib.
Videoçarxda üzüniqablı və Kalaşnikov avtomatları ilə silahlanmış 3 şəxs görünür. Onlar İŞİD bayrağı fonunda çıxış edir, “tiranları” hədələyir və “xəlifə” Əbu Bəkr Əl-Bağdadiyə sadiq olacaqlarına and içirlər.
Muxalifet - 3-07-2019
İran dünyaya bəyan etdi! Nüvə səviyyəsi…
İran prezidenti Həsən Ruhani ölkəsinin zənginləşdirilmiş uran səviyyəsini 7 iyuldan sonra 3.67 faizə çıxardacağını bəyan edib.
"Nüvə razılaşmasına bağlı qalan tərəflər sözlərini yerinə yetirməzsə, Arak Nüvə Reaktörü köhnə fəaliyyətlərinə yenidən başlayacaq" deyən Ruhani, ABŞ və Avropaya müzakirə çağırışı edib.
Ruhani razılaşmanın digər tərəfi razılaşmaya sadiq qalsa, İranın da nüvə razılaşmasının şərtlərini yerinə yetirəcəyini söyləyib.
TEHRAN ULTİMATUM VERMİŞDİ
Muxalifet3 - 3-07-2019
XƏZƏRİ “İŞĞALDAN” AZAD ETMƏK MÜMKÜNDÜRMÜ? – Sahilboyu ərazilərin zəbt olunmasında kimlər iştirak edib?
“Xəzər dənizinin sahili başdan-başa hasarlanıb, insanların istirahətinə imkan verilmir, obyektlərin hərəsi bir qiymət qoyur. Qanunvericilikdə dəyişiklik edərək bunu sərtləşdirmək lazımdır. Bu hasarlanmalar aradan qaldırılmalıdır… Xəzər dənizinin bir neçə kilometrlərlə sahili bir, iki, beş ailənin ixtiyarına verilməli deyil. Deputatlar bu məsələ ilə bağlı sərt mövqe ortaya qoymalıdırlar”. Bu fikirləri bir neçə gün əvvəl parlamentdəki çıxışında deputat Fəzail Ağamalı dilə gətirib.
Muxalifet - 3-07-2019
İran bütün dünyaya ELAN ETDİ - Ruhani tarix açıqladı
İran zənginləşdirilmiş uranın səviyyəsini 3,67-ə çatdıracaq. Publika.az xəbər verir ki, bunu ölkə prezidenti Həsən Ruhani deyib. Prezident bildirib ki, artım iyulun 7-dən etibarən başlayacaq. “Nüvə sazişinə bağlı qalan tərəflər verdikləri vədi yerinə yetirməsələr, Araq Nüvə reaktoru keçmişdəki fəaliyyətinə yenidən başlayacaq”,- Ruhani qeyd edib. Bildirib ki, razılaşmanın digər tərəfləri vədlərinə sadiq qalsa, İran da öhdəliklərini yerinə yetirəcək. İran prezidenti, həmçinin, Avropa və ABŞ-a müzakirə çağırışı edib.
Muxalifet - 3-07-2019
Rusiyalı deputat həmkarının avtomobilini yandırdı – VİDEO
Rusiyada bir deputat digərinin avtomobilini yandırıb.
“Lenta.ru” xəbər verir ki, hadisə mayın 26-da Nijeqorod əyalətinin Lıskovo şəhərində baş verib.
Ərazidəki təhlükəsizlik kamerasının qeydə aldığı kadrlardan aydın görünür ki, bir nəfər “Audi” markalı avtomobilə yaxınlaşaraq, əvvəlcə benzin tökür, ardınca isə ona od vurur.
Avtomobilin sahibi şəhər dumasının deputatıdır. Maraqlıdır ki, kadrları izlədikdən sonra o, keçmiş həmkarını tanıyıb.
Hadisə ilə bağlı cinayət işi açılıb, təhqiqat aparılır./oxu.az/Muxalifet - 3-07-2019
Azərbaycanda OLAY: 17 yaşlı qız 43 yaşlı kişiyə qoşulub, qaçdı - VİDEO
Azərbaycanda hər kəsi təəcübləndirən hadisə yaşanıb.
Muxalifet.az xəbər verir ki, "Xəzər TV"də yayımlanan "Səni axtarıram" verlişinə qonaq olan 17 yaşlı qız deyib ki, o 43 yaşlı kişiylə sevgili olub, daha sonra isə ona qoşulub, qaçıb.
Qızın anası isə bu münasibətə etiraz etdiyini və qızı kişiyə vermədiyini vurğulayıb. Ancaq anasının etirazına baxmayaraq, 43 yaşlı kişi 17 yaşlı qızı qaçırıb.
Anası həmçinin deyib ki, qızı atasız böyüyüb.
Verilişin aparıcısı Xoşqədəm Hidayətqızı 43 yaşlı kişiyə qoşulub, qaçdığına görə qızı tənqid edib.Muxalifet - 3-07-2019
Dünyadakı bu hərəkətliliyə ABŞ, Rusiya və Avropadan cavab gəldi
ABŞ mediasına açıqlama verən üst səviyyə bir Amerikalı səlahiyyətli "Mövzu prezident və ya vitse prezidentin sağlıq vəziyyətiylə əlaqədar deyil. Milli təhlükəsizliklə də əlaqədar deyil" deyib.
Ağ Ev vitse prezident Pens-in səyahətini niyə ləğv etdiyinə açıqlıq gətirməzkən, Mayk Pens-in Vaşinqtonda qalacağını, ancaq spesifik olaraq Ağ Evə çağırıldığı iddiasının doğru olmadığını bildirib.
RUSİYADAKI HƏRƏKƏTLİLİKLƏ ƏLAQƏDAR KREMLDƏN AÇIQLAMA
Muxalifet3 - 3-07-2019
Azərbaycan jurnalisti Rusiyadan deportasiya olunur, KİVDF rəhbərliyi isə Moskvada görüşlər keçirir – SƏFƏRİN ŞOK PƏRDƏARXASI
Rusiyada qanunsuz olaraq həbs olunan azərbaycanlı jurnalist Fuad Abbasov iyunun 25-də Azərbaycana deportasiya olundu. Dünən - iyulun 2-də Bakıda mətbuat konfransı keçirən jurnalist sifarişli həbsi və qanunsuz olaraq ölkəyə deportasiya olunması haqda şok faktları açıqladı. “Həbsimin və deportasiya olunmağımın əsl sifarişçiləri arasında Rusiya ermənilərinin rəhbərləri dayanır” – deyən jurnalist Rusiyada təzyiqlərə məruz qalması ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcəyini vurğuladı.
Muxalifet4 - 3-07-2019
ABŞ mediasından Trampa şok ittiham!
ABŞ-ın “New York Times” qəzeti prezident Donald Trampın şirkətlərinin 1985-1994 illərində 1,17 milyard dollar zərərə uğradığını iddia edib.
ABŞ-da prezident Trampın vergi ödəmə sənədlərini açıqlamaması ilə bağlı müzakirə davam edərkən, “New York Times” Trampın vergi sənədlərini əldə etdiyini iddia edib. Qəzetin xəbərinə görə, Trmpın şirkətləri 1985-1994 illəri arasında 1,17 milyard dollar zərərə uğrayıb. Tramp bu zərər sənədi sayəsində söz mövzusu illərdə gəlir vergisi ödəməkdən də azad olub.
Muxalifet3 - 3-07-2019
“Gündən-günə inkişafın” birdən-birə sonu - ANALİTİKA
Arif Əiyev, "Yeni Nəsil" Jurnalistlər Birliyi”nin rəhbəri, ASTNA.biz
Cəmi 10 il əvvəl “Bizim yol” qəzeti nəşrini dayandırmağa məcbur olsaydı, bu, ölkədə etiraz dalğası doğurardı. Amma indi 2019-cu ildir və KİV-ə Dövlət Dəstəyi Fondunun “Bizim yol” da daxil 22 qəzetin nəşrinin dayanmasına səbəb ola biləcək qərarı heç kimi yerindən oynatmır. Nə baş verdi KİVDF-nin “araya” girdiyi bu son on ildə? Millətmi dəyişdi, qəzetlərmi?
Muxalifet4 - 3-07-2019
Türkiyənin təminatına baxmayaraq ABŞ israr edir
“Reuters” agentliyinə açıqlama verən Vaşinqton səlahiyyətliləri Türkiyənin Rusiyadan S-400 alışında israrçı olduğu təqdirdə Türkiyəyə qarşı sanksiyaları başladacaqlarını ifadə ediblər.
Muxalifet3 - 3-07-2019
Nazir Əbu Dabiyə getdi: Qlobal İqlim Sammitinə hazırlıq üçün
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu Dabi şəhərində Qlobal İqlim Sammitinə hazırlıqla bağlı iclas keçirilib. Qeyd edək ki, Qlobal İqlim Sammiti 23 sentyabr 2019-cu il tarixində BMT-nin Baş Katibinin təşəbbüsü ilə Nyu York şəhərində keçiriləcək.
Muxalifet - 3-07-2019
SON DƏQİQƏ: Hava limanında ərəbistanlı sərnişinlər GÜLLƏLƏNDİ - VİDEO
Pakistanın Lahor beynəlxalq hava limanında silahlı insident baş verib.
Redaktor.az yerli mənbələrə istinadən xəbər verir ki, hələlik adı açıqlanmayan şəxsin tapanca ilə açdığı atəş nəticəsində 2 nəfər həyatını itirib. 3 sərnişin yaralanıb. Məlumata görə, silahlı Səudiyyə Ərəbistanından gələn sərnişinləri hədəfə alıb.
Şübhəli polis tərəfindən zərərsizləşdirilərək, nəzarətə götürülüb. Hadisənin şəxsi münaqişə zəmnində baş verdiyi güman edilir.Muxalifet - 3-07-2019
İrandan Avropaya sərt tənqid! ‘Sözlərində durmadılar'
İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif ABŞ-ın nüvə razılaşmasından çəkilməsindən sonra Avropa ölkələrinin razılaşmada qalması üçün İrana verdiyi sözlərin heç birini yerinə yetirmədiyini söyləyib.
Muxalifet3 - 3-07-2019
Rusiyanın məxfi sualtı qayığında yanğın: Şoyqu Putinin tapşırığı ilə hadisə bölgəsinə getdi
Rusiya Hərbi Dəniz Qüvvələrinin sualtı aparatında baş vermiş yanğın və 14 dənizçinin həlak olması hadisəsi nə qədər məxfi saxlanılsa da bəzi detallar üzə çıxmağa başlayıb. Artıq yanğının yüksək məxfilik daşıyan AS-12 “Loşarik” sualtı qayığında baş verdiyi məlumdur. Həmin sualtı qayıq 6 kilometrə qədər dərinliyə enə bilir və əsasən suyun altında biometrlik ölçmələrin aparılması üçün nəzərdə tutulub. AS-12 bir neçə titan sferadan ibarətdir və onun texniki xarakteristikası məxfi saxlanılır. Hərçənd təxmin edilir ki, uzunluğu 79 metrə, eni 7 metrə çatır.
Muxalifet - 3-07-2019
Bahalı mobil nömrələr satılır - AZƏRBAYCANDA
Dünyada mobil telefon nömrələrinin gözqamaşdırıcı qiymətə satılması təcrübəsinə tez-tez rast gəlinir. Məsələn, bir neçə il əvvəl 666-66-66 nömrəsi Qatarın paytaxtı Doha şəhərində yerli telekommunikasiya şirkəti tərəfindən satışa çıxarılmış və 10 dəqiqəlik hərrac zamanı 2 milyon 750 min dollara satıldı. Satışdan əldə edilən gəlir yerli xeyriyyə fonduna və Qatar əhalisinə tibbi xidmətin göstərilməsi şərtlərinin yaxşılaşdırılmasına yönəldilmişdi. 135 85-85-85-85 nömrəsi isə Çində təşkil olunan internet-hərracda 1 milyon 100 min ABŞ dollarına satılmışdı.
Muxalifet - 3-07-2019
Гражданство РФ получат ВСЕ, кто родился в СССР
Каждый, кто рождён в СССР, теперь, если пожелает, сможет получить Гражданство РФ. Не будет необходимости собирать документы для подтверждения, что человек отказался от иностранного гражданства. Эту информацию опубликовала газета «Комсомольская правда». По сведениям источника, комитетом Госдумы по делам национальностей одобрен проект закона, упрощающего процесс получения гражданства РФ, тем, кто говорит по-русски. Согласно документу, собираются внести изменения в два закона: Начать создание закона поручил президент России В.В. Путин, об этом говорится в пояснительной записке.
Muxalifet4 - 3-07-2019
“Sözlərinin üstündə dura bilmədilər” - ZƏRİF AVROPANI QINADI
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Avropa ölkələrinin ABŞ-ın nüvə müqaviləsindən imtina eləməsindən sonrakı davranışını qınayıb, müqavilədə qalması üçün İrana verdiyi sözlərin heç birinə əməl eləmədiklərini söyləyib.
Zərif Nazirlər Kabinetinin iclasından sonrakı çıxışında ölkəsinin nüvə müqaviləsindəki öhdəliklərini dayandırması və müqaviləni imzalamış Avropa ölkələrinin ABŞ sanksiyalarından yan keçmək üçün yaratdıqları ödəniş mexanizmi (INSTEX) barəsində fikirlərini paylaşıb.
Muxalifet - 3-07-2019
Baş nazir Musa Pənahova yeni vəzifə verdi
İllərdir nəqliyyat sahəsində çalışmış, peşəkar kadrlardan olan sabiq nazir müavini Musa Pənahov yeni vəzifəyə təyin edilib.
BAKU.WS-in eksklüziv olaraq əldə etdiyi məlumata görə, bu barədə Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədov əmr imzalayıb.
Qərara əsasən Musa Pənahov Nazirlər Kabinetində şöbənin (şöbənin adı hələlik açıqlanmır-red.) müdir muavini təyin olunub.Muxalifet - 3-07-2019
Sabahkı yüksək temperaturla bağlı nazirlikdən XƏBƏRDARLIQ
İyulun 4-nə olan hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Muxalifet.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyulun 4-dəhava yağmursuz keçəcək. Cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 30-35, Bakıda gecə 22-24, gündüz 33-35 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu, nisbi rütubət gecə 55-65, gündüz 30-40 faiz olacaq.Muxalifet - 3-07-2019