Axtarış

The search found 105785 results in 0.024 seconds.

Search results

  1. Saxta geyimlər satan “Lady Sharm” yenidən fəaliyyətə başladı

    Bir neçə ay əvvəl Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən cinayət məsuliyyətinə cəlb olunan məşhur “Lady Sharm” mağazası yenidən ölkə bazarına ayaq açıb.
    Muxalifet.az Gununsesi.org-a istinadən xəbər verir ki, bir neçə ay fəaliyyəti dayandırılan, rəhbərliyi mütəşəkkil dəstə üzvü kimi həbs edilən “Lady Sharm” yenidən əvvəlki reklamına başlayıb.

    Muxalifet - 4-07-2019

  2. İngilis jurnalist xəbərdarlıq etdi: “Təhdidi görün”

    Orta Şərq mütəxəssisi İngilis jurnalist Bill Law ABŞ prezidenti Donald Trampın kürəkəni və baş müşaviri Jared Kuşnerin hazırladığı "Əsrin Razılaşması" planının Fələstin dövlətinin qurulmasına etdiyi təhlükənin görülməsinin lazım olduğunu söyləyib.
     
    Law Ərəb İnsan Haqqları Təşkilatının Londonda təşkil etdiyi "Trampın “Əsrin Razılaşması” və Birləşmiş Ərəb Əmrlikləri (BƏƏ) ilə Səudiyyə Ərəbistanının dəstəyi" başlıqlı paneldə açıqlama verib.

    Muxalifet3 - 4-07-2019

  3. Paytaxtın yarısında işıq söndü - QƏZA

    Venesuelanın paytaxtı Karakasın bir hissəsində elektrik enerjisi dayandırılıb. Trend-in məlumatına görə, Barut rayonunun meri Darvin Qonsales bildirib ki, fövqəladə halın aradan qaldırılması üçün bütün lazımi planlar işə salınıb. Mer "Twitter" səhifəsində qeyd edib: "İşığın kəsilməsinə qəza səbəb olub. Yalnız Çulaviste, Kolinas-Belyo və Kumbres-de-Kurumoda elektik verilişi stabildir". Belə halın artıq 3-cü gündür ki, ardıcıl olaraq Karakasda təkrarlandığı qeyd edilir.

    Muxalifet - 4-07-2019

  4. Putin hakimiyyətdən gedirmi və planları nədir? - “PROQNOZ VERMƏK ÇƏTİNDİR, HƏLƏ GÖRÜLƏSİ ÇOX İŞİM VAR...”

    Rusiya prezidenti Vladimir Putin 2024-cü ildə prezidentlik müddəti bitəndən sonra nə işlə məşğul olacağı haqda danışıb. Daha doğrusu İtaliyanın “Corriere della Sera” qəzetinin müxbirinin bu haqda sualına müəmmalı cavab verib.
    Rusiya prezidenti deyib ki, onun beş il sonra nə işlə məşğul olacağı haqda danışmaq hələ tezdir. Çünki öz postunda onu hələ çox işlər gözləyir.

    Muxalifet - 4-07-2019

  5. ​SON DƏQİQƏ: Bakıda ərəblərlə azərbaycanlılar arasında dava – VİDEO

    Bakıda ərəb turist ilə azərbaycanlı dava salıb.
    Bu barədə hadisə şahidləri BAKU.WS-ə məlumat veriblər. Verilən məlumata görə, hadisə ticarət mərkəzlərinin birində qeydə alınıb.
    Baş verən davanın videosunu redaksiyamızın “qaynar xətti”nə göndəriblər.
    Videodan da göründüyü kimi ərəblə dava salan vətəndaşımızı mühafizə xidmətinin əməkdaşları ayıra bilməyiblər.
    Sonradan əraziyə mühafizə polisi də cəlb olunub. Turistlər vətəndaşımızı söyüblər.
    Həmin videonu təqdim edirik: 

    Muxalifet - 4-07-2019

  6. BDU-nun ad məsələsi yenidən gündəmə gəlib

    Ziyalılar hesab edirlər ki, ad üstündə mübarizə aparsaq, tədrislə, elmlə bağlı fayda əldə edə bilmərik

    Sosial şəbəkələrdə Bakı Dövlət Universitetinin adı ilə bağlı kampaniya başladılıb. Belə ki, müxtəlif şəxslər sosial şəbəkələrdə status yazaraq, universitetin adının Məhəmməd Əmin Rəsulzadə adına Universitet kimi dəyişdirilməsinin tərəfdarı olduğunu bildirirlər.

    Muxalifet - 4-07-2019

  7. 9 yaşlı uşaq ticarət mərkəzində öldü - Azərbaycanda

    Gəncədə uşaq yıxılaraq aldığı xəsarətlərdən ölüb.
    Muxalifet.az "Report"a istinadən xəbər verir ki,  2010-cü il təvəllüdlü Rüstəmzadə Əli Qədir oğlu şəhər ərazisində olan ticarət mərkəzində yıxılaraq ağır xəsarət alıb. O, xəstəxanaya aparılsa da onun öldüyü məlum olub.
    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet - 4-07-2019

  8. “Amerikan əsgərlərə o çuvaları yedizdirərdik, amma..” – Türk komandirdən açıqlama

    Təxminən 60 ilə yaxın bir müddətdir bir-birlərini 'müttəfiq' kimi görən və ikili əlaqələrini bəzən 'strateji müttəfiqlik' səviyyəsinə yüksəldən Türkiyə və ABŞ arasında yaşanan 'ən böyük böhran' olaraq tarixə keçən 'Çuval' hadisəsinin ən əhəmiyyətli şəxslərindən biri olan dövrün Xüsusi Təyinatlı Qüvvələr komandirinin müavini general Abdullah Kılıçarslan 16 il sonra ilk dəfə açıqlama verib.

    Muxalifet3 - 4-07-2019

  9. Nazirlərimizin məşhur ATA-BABALARI: Onların arasında nazir də var, cərrah da...

    Bu günlərdə mətbuatda müdafiə sənayesi naziri Mədət Quliyevin babası ilə bağlı araşdırma yazı gedib. Yazıda qeyd edilir ki, nazirin babası Mədət Quliyev cümhuriyyət dövründə Azərbaycan polisinin ilk nümayəndələrindən olub və Gəncə Şəhər Polis İdarəsinin ilk əməliyyat müvəkkili işləyib.

    Muxalifet - 4-07-2019

  10. Türkiyədən son S-400 açıqlaması: "Gəlir..."

    “S-400 məsələsində qərar verildi. İyul ayı rəzində ilk partiya təhvil veriləcək. Olsunmu, olmasınmı, alaqmı, almayaqmı nöqtəsində deyilik”.
    Bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop deyib.
    Rusiya Prezidenti Vladimir Putinlə görüşündən sonra açıqlama verən sədr bildirib ki, S-400 mövzusu başda olmaqla, Türkiyə üzərində ABŞ və NATO vasitəsilə beynəlxalq təzyiq qurmağa çalışırlar: “Bu təzyiqi haqlı hesab etmirik. Çünki Rusiya istehsalı olan S-300 müdafiə komplekslərinə sahib olan NATO ölkələri var. Bu ölkələrə isə etiraz olunmur”.

    Muxalifet - 4-07-2019

  11. Azərbaycanda DƏHŞƏT: Avtobus 2 yaşlı uşağın ayaqlarının üzərindən keçdi

    Gəncə şəhərində avtobus 2 yaşlı uşağın ayaqlarının üzərindən keçib.
    Muxalifet.az "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb. 
    Qəsəbə sakini olan sürücü idarə etdiyi avtobusla hərəkətdə olan zaman 2 yaşlı Elay Elnur oğlu Balakişiyevin ayaqlarının üzərindən keçib.
    Yaralı xəstəxanaya yerləşdirilib.
    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet - 4-07-2019

  12. Türkiyədən “Vaşinqton Post”-a təpki: “Bu qalmaqaldır”!

    Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın ABŞ-ın “Vaşinqton Post” qəzetinin PKK-nın terrorçubaşı olan Cəmil Bayıkın yazısına yer verməsi haqqında, “'Vaşinqton Post” qəzetinin bu günki nüsxəsində terror təşkilatı mənsubu bir adamın yazısını dərc etməsi böyük bir qalmaqaldır' açıqlamasını verib.
     

    Muxalifet3 - 4-07-2019

  13. MASONLAR YENİDƏN BAKIDA TOPLAŞIBLAR: bu, “yetkin demokratik inkişafın” əlamətidir? – Araşdırma

    Stanislav Tarasov

    regnum.ru, 03.07.2019

    Rusiya lojasının böyük ustadı, Rusiya prezidentliyinə keçmiş namizəd Andrey Boqdanov Azərbaycanın Böyük Mason Lojasının assambleyasına qatılmaq üçün növbəti dəfə Bakıya baş çəkib.

    Muxalifet - 4-07-2019

  14. Bakıda ərəblərlə azərbaycanlılar arasında dava ilə bağlı RƏSMİ AÇIQLAMA

    Bakıda ərəb turist ilə azərbaycanlı dava ilə bağlı araşdırmalara başlanılıb.
    Hüquq-mühafizə orqanlarından BAKU.WS-ə bildiriblər ki, hazırda hadisənin baş vermə səbəbləri və davaya səbəb olan şəxsin kimliyi araşdırılır.
    Qeyd edək ki, Bakıda ərəb turist ilə azərbaycanlı dava salıb. Verilən məlumata görə, hadisə ticarət mərkəzlərinin birində qeydə alınıb.
    Baş verən davanın videosunu redaksiyamızın “qaynar xətti”nə göndəriblər.
    Videodan da göründüyü kimi ərəblə dava salan vətəndaşımızı mühafizə xidmətinin əməkdaşları ayıra bilməyiblər.

    Muxalifet - 4-07-2019

  15. Zakir Qaralovdan yeni sərəncam – Bakıya prokuror təyin etdi

    Bakıya yeni hərbi prokuror təyin edilib.
    Muxalifet.az “Trend”ə istinadən xəbər verir ki, bu barədə Baş prokuror Zakir Qaralov əmr imzalayıb.
    Ədliyyə polkovniki Rzayev İlyas Ramiz oğlu Azərbaycan Respublikası Baş prokurorunun 03.07.2019-cu il tarixli əmri ilə Bakı hərbi prokuroru vəzifəsinə təyin olunub, bundan əvvəl o, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Silahlı Qüvvələrin təhqiqat orqanları və əsgər dustaqxanalarında qanunların icrasına nəzarət şöbəsinin rəisi vəzifəsində qulluq keçib.

    Muxalifet - 4-07-2019

  16. ​Yumurta qaynatdığınız suyu atmayın....

    Yumurtaları qaynatdığımız su sən demə, bir çox cəhətdən faydalı imiş.
    Publika.az xəbər verir ki, yumurta suyu dibçək gülləri üçün olduqca faydalıdır. Sudakı kalsium bitkilər üzərində müsbət təsirə malikdir.
    Məlum olduğu kimi, yumurta qabığı kalsiumdan ibarətdir. Qaynama prosesi zamanı kalsium su ilə qarışır. Mineral torpağın ph dəyərinin qorunmasına səbəb olur. Bu isə bitkilərin daha sürətlə böyüyəməsini təmin edir. Odur ki, yumurtaları qaynatdığınız suyu soyudandan sonra bir qismini bitkilərin torpağına tökün.

    Muxalifet - 4-07-2019

  17. ​Məleykə Abbaszadəyə AĞIR İTKİ

    Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadəyə ağır itki üz verib.
    Unikal.org-un əldə etdiyi məlumata görə, Məleykə Abbaszadənin bibisi Şükufə  xanım dünən axşam dünyasını dəyişib.

    Muxalifet - 4-07-2019

  18. Bakıda vəzifəli şəxslərin adı keçən ağac kəsmə əməliyyatı - rüşvət, hədiyyə kimi "Vertu"...

    Dələduzluqda ittiham edilən şəxs hakim qarşısına çıxarılıb. O, başqa şəxsi rüşvət verməyə təhrik etməkdə də suçlanır.
    Bakı Ağır Cinayətlər Məhkəməsində “Azəryaşlandşaft” ASC-nin Yaşıllıqların qorunması və mühafizəsi şöbəsinin mütəxəssisi olmuş Elçin Musayevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.
    Məhkəmə iclasında işin əsas təfərrüatları məlum olub.

    Muxalifet - 4-07-2019

  19. ŞOK: Pişik sahibini kobradan belə qorudu - VİDEO

    Hindistanın cənubunda maraqlı bir hadisə baş verib.
    Pişik sahibinin həyatını xilas edib. Belə ki, pişik zəhərli kobranın sahibinə hücum etməsinin qarşısını alıb. 
    Hadisənin videosu lentə alınaraq YouTube-a yerləşdirilib. Evin sahibi Arun Çandru pişiklə ilanın mübarizəsinə böyük həyacanla tamaşa edib.
    Ev sahibinin sözlərinə görə, həmin vaxt evdə uşaqlar da olub. Beləliklə, pişik nəyinki ev sahibinin hətta uşaqların da həyatını xilas etmiş olub./"Report"

    Muxalifet - 4-07-2019

  20. İngiltərə ilə Çin arasında böhran!

    Hong Kong-un İngiltərədən Çin rəhbərliyinə keçişinin 22-ci ildönümündə günahkarların Çinə qaytarılmasıma qanununa qarşı edilən etirazlar İngiltərə ilə Çin arasında diplomatik gərginliyə səbəb olub.
     
    İngiltərədə baş nazirliyə ən böyük namizədlərdən olan Boris Johnson Hong Kong-dakı etirazçılara tam dəstək verdiyini ifadə edib. Pekini xəbərdar edən Johnson, "bir ölkə iki sistem" anlayışının tətbiq olunmaması lazım olduğunu ifadə edib.
    "Nəticələri olacaq"
     

    Muxalifet3 - 4-07-2019

Pages