Axtarış

The search found 105785 results in 0.025 seconds.

Search results

  1. ​“Şəbnəm” adı ilə bağlı qalmaqal böyüyür – MTRŞ telekanallara məktub göndərdi

    Mərhum şair İlyas Tapdığın qızı, müğənni Şəbnəm Tapdığın adı ilə bağlı qalmaqal böyüməkdə davam edir.
    “Yeni Sabah” xəbər verir ki, müğənni “Şəbnəm” adında olan tanınmış şəxslərin hamısının öz adlarını dəyişməsini tələb edir. Bu, bəlkə də dünya tarixində baş vermiş ilk belə haldır. Ş. Tapdıq adaşlarının adlarının dəyişməsi üçün dövlət qurumlarına, hüquq mühafizə orqanlarına belə rəsmi müraciətlər edib.
    Nə qədər qəribə olsa da, bu həqiqətdir. Artıq müğənni Şəbnəm Qəhrəmanova ilə bağlı adaşının polisə müraciət etməsindən xəbəriniz var. 

    Muxalifet - 4-07-2019

  2. 94 min nəfərin pensiyası artacaq - NAZİRLİK

    Prezident İlham Əliyevin bu ilin iyunun 18-də imzaladığı tarixli sərəncamlarla dövlət sektorunda əməkhaqqılarının ciddi şəkildə artımı qanunvericiliyə əsasən, xüsusi şərtlərlə pensiya təyin olunan 94 min nəfərin pensiyasının da 30 faizdən çox artmasına səbəb olacaq.
    Muxalifet.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi açıqlama yayıb.
    Bildirilib ki, onların sırasına dövlət qulluqçuları, hərbi qulluqçular, ədliyyə, hüquq mühafizə, fövqəladə hallar, miqrasiya orqanları əməkdaşları, xüsusi rütbəli şəxslər və b. daxildir:

    Muxalifet - 4-07-2019

  3. Sosial ev almaq üçün prosedurlar sadələşdirilir

    Mənzil İnşaatı Dövlət Agentliyi güzəştli ipoteka krediti hesabına mənzil əldə etmək istəyən vətəndaşlara müraciət edib.

    Muxalifet - 4-07-2019

  4. ​Havanın kəskin dəyişikliyi bizə BAHA BAŞA GƏLƏCƏK - Alimdən açıqlama

    İyulun 5-dən havanın temperaturunun yenidən aşağı düşəcəyi gözlənilir. Xatırladaq ki, bir neçə gün əvvəl də ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi səbəbindən temperatur 7-8 dərəcə aşağı düşmüşdü. Havanın bir müddət həddən artıq isti keçməsi, sonradan temperaturun kəskin aşağı düşməsi iqlim dəyişikliyi ilə izah olunur. Ümumiyyətlə, belə hava şəraiti Azərbaycanda daha əvvələr müşahidə olunubmu və bunun meyvə-tərəvəzin məhsuldarlığına mənfi təsiri varmı?

    Muxalifet - 4-07-2019

  5. Yunan liderə “Türkiyə” xəbərdarlığı

    Yunan Kipr rəhbərliyinin ABŞ, İsrail və Fransa ilə hərbi razılaşmalar imzalaması ölkədə müzakirələrə səbəb olub. Cənub Kiprdəki Kipr Yunan Sülh Şurası yayınladığı bəyənat ilə Yunan rəhbərliyiny sərt tənqid edib. Bəyanatda Yunan liderə "Türkiyə mövzusunda böyük bir səhv etdiyi" xatırladılıb.
     

    Muxalifet3 - 4-07-2019

  6. Ermənistan vətəndaşı məhkəmə zalında intihar etdi

    Leninqrad blokadasını yaşamış Nina Masinanın qətlində təqsirli bilinən erməni etnik qrupunun nümayəndəsi Senik Naroyan məhkəmə zalında intihar edib.

    “Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bu barədə yerli hüquq-mühafizə orqanları bildirib.

    Bildirilib ki, Sankt Peterburq Şəhər Məhkəməsinin hakimləri birsəslə onu günahkar bilib və əfvə layiq olmadığını vurğulayıblar.

    Muxalifet - 4-07-2019

  7. Azərbaycanda DƏHŞƏTLİ OLAY: Dayı evə hücum çəkib bacısı oğlunu bıçaqladı

    Şirvan sakini dayısı tərəfindən bıçaqlanıb.
    Muxalifet.az APA-ya istinadən xəbər verir ki, hadisə 23:00 radələrində Şirvan şəhəri, Neftçilər küçəsi ev 21 ünvanında qeydə alınıb.

    Muxalifet - 4-07-2019

  8. Hacı Mazanın vəziyyəti ağırlaşdı: Əməliyyat edə bilmirlər – XƏSTƏXANA DƏYİŞDİ

    İyulun 2-də Ələt-Astara yolunda ağır qəzaya düşən Hacı Mazan ləqəbli iş adamı Ramazan Zeynalovun səhhəti ağır olaraq qalır.

    Bakupost.az-ın əldə etdiyi məlumata görə, iş adamı təcili əməliyyat olunmalı olsa da, iki gündür, həkimlər onu əməliyyata ala bilmir.

    Qeyd olunur ki, Hacı Mazanın ağciyərlərinin vəziyyəti ona narkoz verməyə və əməliyyata salmağa imkan vermir. Qəzada onun qabırğalarının sınması isə həkimləri daha çıxılmaz vəziyyətə salıb.

    Muxalifet - 4-07-2019

  9. PREZİDENT YENİ DÖVLƏT QURUMU YARATDI – Fərman

    Prezident İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya”nın yaradılması haqqında fərman imzalayıb.

    “Report” xəbər verir ki, fərman əhalinin məşğulluğu və sosial müdafiəsi sahələrində səmərəli idarəetmə qərarlarının qəbul edilməsi üçün monitorinq və proqnozlaşdırma sisteminin yaradılması məqsədilə imzalanıb.

    Muxalifet - 4-07-2019

  10. “DÜNYANI QARIŞDIRAN ZƏNGİN YƏHUDİLƏRDİR…” – “Dialoq olsa, Qarabağ problemi həllini tapardı”

    “AzPolitika.info” politoloq Zərdüşt Əlizadə ilə Rusiya-Amerika münasibətləri, İran ətrafında baş verənlər, Rusiyaya qarşı sanksiyalar və digər mövzularda söhbət edib.

    Müsahibəni təqdim edirik:

    - Zərdüşt bəy, dünyada gərginliyin əsas qaynağı kimi göstərilən Amerika-Rusiya münasibətlərinin indiki real vəziyyətini necə xarakterizə edərdiniz?

    Muxalifet - 4-07-2019

  11. Çelyabinskdə kazaklar azərbaycanlı biznesmenin ailəsini şil-küt etdi - “BİZİ SADƏCƏ OLARAQ ÖLDÜRÜRDÜLƏR...”

    Rusiyanın Çelyabinsk vilayətinin Verxniy Ufaley şəhərində yerli kazak stanitsasının üç nümayəndəsi, o cümlədən Uralda tanınmış əlbəyaxa döyüş ustası Sergey Kalinin azərbaycanlı biznesmen Eminəli Musayevi, onun oğlanları İlqarı və Elfəti xüsusi amansızlıqla döyüb. Virtualaz.org xəbər verir ki, bu əhvalat haqda Znak.com yazır.

    Muxalifet - 4-07-2019

  12. Novruz Məmmədova yeni vəzifə verildi

    İyulun 4-də Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasının iclası keçirilib. ARDNF-in Müşahidə Şurasının qərarı ilə Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədov növbəti müddətə Müşahidə Şurasının fəaliyyətdə olan sədri seçilib.

    Muxalifet - 4-07-2019

  13. Əli Əliyevin keçmiş xanımı müraciət yaydı - Etibar Məmmədova sərt İTTİHAM

    “Mən, Mirzəyeva Samirə Kərim qızı yazaraq bildirirəm ki, 2005-ci ildə yazdığım məktubu 14 ildən sonra siyasi məqsədlər üçün istifadə edilməsini şiddətlə pisləyir, qınayıram. AMİP liderinin bu hərəkətini əxlaqa və adət-ənənələrimizə zidd hesab edirəm. Yazdığım məktubun üzərindən 14 il keçib. Bu müddət ərzində mənim və ailəmin Əli Əliyevə qarşı nə mənəvi, nə də hüquqi iddiası mövcuddur”. 

    Muxalifet - 4-07-2019

  14. Prezident bu idmançılar və məşqçilər üçün mükafatlar müəyyənləşdirdi

    Prezident İlham Əliyev Minsk şəhərində keçirilən II Avropa Oyunlarında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün mükafatların müəyyən edilməsi haqqında sərəncam imzalayıb.

    Sərəncamda qeyd edilir ki, Minsk şəhərində keçirilən II Avropa Oyunlarında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilsin:

    - birinci yeri tutan hər bir idmançıya 50 min manat, onun şəxsi məşqçisinə 25 min manat;

    Muxalifet - 4-07-2019

  15. Tanınmış müğənni ölkədən qovuldu - VİDEO

    Britaniyalı müğənniCos Ston(Joss Stone) İrandan deportasiya edilib.

    Mirror-un xəbərinə görə, dünya turnirinə çıxan 32 yaşlı müğənni İslam ölkəsindən qovulub. Şəxsi Instagram hesabına video yükləyən müğənni: "Biz saxlanıldıq, sonra da deportasiya edildik" sözlərini işlədib.

    "Qadın müğənni kimi orada konsert verməyin qadağan olduğundan xəbərdar idik", - müğənni post olaraq yazıb.

    Onun paylaşdığı videoda başıbağlı olması diqqət çəkib.

    Qeyd edək ki, müğənni bir müddət əvvəl Suriyada da konsert verib.(Xezerxeber.az)

    Muxalifet - 4-07-2019

  16. Dolların hegemonluğuna son qoyulur? - RUSİYA, ÇİN VƏ AVROPA ÖLKƏLƏRİ...

    Avropa ölkələrinin ABŞ sanksiyalarından yan keçmək və İran ilə ticarətə davam eləmək üçün yaratdıqları xüsusi ödəniş mexanizmi olan INSTEX sistemini işə salması ABŞ dollarına böyük bir zərbə vurub.

    “Sputnik” agentliyi dolların beynəlxalq iqtisadiyyatdakı gücünün azalması üçün son dövrdə atılan addımları təhlil edib.

    Muxalifet - 4-07-2019

  17. Bakıda süd sexi də bağlandı - FOTO

    Bakının Sabunçu rayonu Bakıxanov qəsəbəsində antisanitar şəraitdə süd və süd məhsullarının istehsal edildiyi sex aşkarlanıb.
    Qida Təhlükəsizliyi Agentliyinin məlumatına əsasən, qurumun əməkdaşları 1003 “Çağrı Mərkəzi”nə daxil olan şikayət əsasında sözügedən əraziyə baxış keçirib. Baxış zamanı fiziki şəxs Məmmədov Ağaverdi Əliəşrəf oğluna məxsus sexdə süd məhsullarının istehsalı zamanı sanitar-gigiyena və texniki-normativ sənədlərin tələblərinə əməl edilmədiyi müəyyən olunub. 

    Muxalifet - 4-07-2019

  18. DİN MİLYONLUQ DƏLƏDUZLUQ FAKTINI İFŞA ETDİ – “Akkord”un keçmiş rəhbərilə bağlı gerçəklər…

    Bir müddət əvvəl Rusiya və Azərbaycan mətbuatında “Akkord” Şirkətlər Qrupunun keçmiş rəhbəri İlqar Hacıyevin Moskva şəhərindəki ofisinə basqın edildiyi və iş adamının, guya, haqsız olaraq və sifarişlə Rusiya hüquq-mühafizə orqanlarının qəzəbinə gəldiyi haqda silsilə materiallar işıq üzü görməyə başlamışdı. Bir mərkəzdən ötürüldüyü və büsbütün İlqar Hacıyevin müdafiəsinə həsr edildiyi aşkar görünən bu materiallarda iddia olunurdu ki, guya, iş adamına qarşı bütün bu hücumların arxasında əslən Azərbaycandan olan başqa bir məşhur iş adamı – Qod Nisanov durur.

    Muxalifet - 4-07-2019

  19. SON DƏQİQƏ: Rusiya Qarabağla bağlı mövqeyini AÇIQLADI

    Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinin “Ermənistan – Qarabağ strateji birliyi” forumunun təşkilat komitəsi üzvlərilə görüşü siyasi məqsədlər daşımır.
    Muxalifet.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib.

    Muxalifet3 - 4-07-2019

  20. Bu, Tanrının bizə bəxş etdiyi gözəllikdir - Vatikan

    Roma Papası Parisdəki Müqəddəs Məryəm ana kilsəsinin (Paris Notr-Dam kilsəsi) restavrasiyasının Bakıda keçirilən sessiyanın gündəliyində olmasını arzu edir.
    Muxalifet.az xəbər verir ki, YUNESKO-nun 43-cü sessiyasında çıxış edən Müqəddəs Taxt-Tacın (Vatikan) nümayəndəsi belə deyib.
    Vatikan nümayəndəsi deyib:

    Muxalifet3 - 4-07-2019

Pages