Axtarış

The search found 105785 results in 0.08 seconds.

Search results

  1. S-400 gərginliyi Türkiyə-NATO münasibətlərinə necə təsir edəcək?

    Türkiyə ordu baxımından NATO-ya ən böyük qatqı təmin edən ölkələr arasında iştirak edir. Bunun içərisinə silahlar, maliyyə və strateji mövqe də daxildir. Bəziləri bunun ABŞ və NATO üçün hələ də əhəmiyyətli olduğunu düşünə bilər. Ancaq S-400 üzərindəki mübahisə (Suriya və Orta Şərqdəki siyasətlərə və Kürdlərə dəstək) yalnız ABŞ ilə Türkiyə arasındakı bir mövzu deyil, bunun təsiri NATO-da daha geniş diametrdədir. Bu kontekstdə Türkiyənin NATO-dan ayrılmasının ortaya çıxma ehtimalı da var.
     

    Muxalifet3 - 5-07-2019

  2. Səddam Hüseynə edam hökmü verən hakim öldü

    İraqın devrilmiş lideri Səddam Hüseynə edam hökmü verən hakim Rauf Rəşidin öldüyü bildirilib.
    İraqın yerli mətbuatında yer alan xəbərlərə görə, kürd mənşəli Rəşid Süleymanyyə şəhərində müalicə olunduğu xəstəxanada həyatını itirib.
    Qeyd edək ki, iraqlı hakim Rəşid məhkəmədə Səddam Hüseynə yönəlik edam qərarını açıqlamışdı.
    Müxalifət.az

    Muxalifet3 - 5-07-2019

  3. Bakıda FETÖ ilə bağlantısı olan iş adamı həbs edildi

    Bakıdakı “Aksesuar İnşaat” mağazalar şəbəkəsinin sahibi, Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən FETÖ ilə bağlantılı olan türkiyəli iş adamlarına qarşı aparılan əməliyyatda tutulub Türkiyəyə təhvil verilən Murad Qənbəroğlu barəsində istintaq tamamlanıb.

    Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, onun barəsində Ankara Cümhuriyyət prokurorluğu tərəfindən silahlı terror təşkilatına üzv olmaq ittihamı ilə cinayət işi qaldırılıb. Prokurorluq Qənbəroğlunun 15 ilə qədər həbslə cəzalandırılmasını istəyir.

    Muxalifet - 5-07-2019

  4. Ərdoğan Davutoğlu və Babacanın quracağı partiya haqda nə dedi?

    AK Partiyalı vəkillər ilə "seçki mühasibliyi" edən Ərdoğan yeni partiya qurulacağı iddialarına da münasibət bildirib. Ərdoğan keçmiş baş nazir Davutoğlu və Babacanın quracağı partiya ilə bağlı "Keçmişdə də bunu sınayanlar oldu, amma müvəffəq ola bilmədilər. Bu gün də eyni şeyin olacağını düşünürəm. AK Partiyanın kölgəsini öz kölgəsi sananlar boş çuval kimi aşacaqlar" deyib.
    Müxalifət.az

    Muxalifet3 - 5-07-2019

  5. Sumqayıtdan gələnlər yolda qaldı - FOTOLAR

    Sumqayıt-Bakı istiqamətində hərəkət edən elektrik qatarının fəaliyyətində problem yaranıb.
    Bakupost xəbər verir ki, Sumqayıt Dəmir Yolu Vağzalından saat 07:40-da çıxan qatar 2 dəfə yolda dayanıb və aşağı sürətlə hərəkət etməli olub.
    Maşinist problemin texniki nasazlıqdan qaynaqlandığını bildirib. Nəticədə qatar Bakı Dəmir Yolu Vağzalına saat 08:50-də, yəni 30 dəqiqə gec çatıb.

    Muxalifet - 5-07-2019

  6. Rusiyanın ölkəmizə qarşı növbəti meyvə- tərəvəz iddiası - həqiqət, yoxsa təxribat...

    RF tərəfi Azərbaycan pomidoru və gilası ilə dolu yük maşınlarını Dağıstandan geri qaytarıb; 200 tondan artıq məhsulun idxalı qadağan edilib; bu məhsullarda zərərli maddələrin tapıldığı iddia olunur...

    Muxalifet - 5-07-2019

  7. İlkər Başbuğdan S-400 analizi..

    Türkiyənin keçmiş Baş Qərargah rəisi İlkər Başbuğ “Habertürk TV”-də qonaq olduğu proqramda S-400-lərin strateji və hərbi əhəmiyyətini analiz edib.
     
    S-400-lərin artıq satın alındığını və Türkiyəyə gələcəyini ifadə edən Başbuğ, "artıq bu işdən geri dönmək olmaz, bu mümkün deyil" deyib.
    Başbuğ S-400-lərin Türkiyə üçün nə qədər əhəmiyyətli olduğunu izah edərkən bu sözləri deyib:

    Muxalifet3 - 5-07-2019

  8. Tbilisidə aksiya davam edir – Tələb dəyişməyib

    Tbilisidə parlament binası qarşısında keçirilən aksiya davam edir.

    APA-nın Gürcüstan bürosu xəbər verir ki, müxtəlif rok qruplarının performansı ilə davam edən aksiyada Daxili İşlər Naziri Giorgi Qaxariyanın iyunun 20-21-də baş verən hadisələrə görə məsuliyyəti üzərinə götürməsi və istefaya getməsi tələb olunur.

    Muxalifet - 5-07-2019

  9. ​Bu çimərliklərə GETMƏYİN - Nazirlikdən XƏBƏRDARLIQ

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları tərəfindən 28 iyun-04 iyul tarixlərində çimərlik ərazilərində növbəti monitorinqlər keçirilib, dəniz suyundan nümunələr götürülüb, mikrobioloji təhlillər aparılıb.
    İdarənin əməkdaşı Nərmin Babaşova Muxalifet.az-a bildirib ki, analizlərin nəticələrinə görə, Bakı və Abşeron yarımadasında Bilgəh, Nardaran, Buzovna, Mərdəkan, Şüvəlan, Zaqulba, Pirşağı çimərlik ərazilərində dəniz suyu çimərlik məqsədilə istifadəyə uyğundur.

    Muxalifet - 5-07-2019

  10. Trampın kürəkənindən ‘əsrin' təhdidi

    Fələstinə sırınmaq istənən sözdə sülh ‘Əsrin Razılaşması”nın memarı olan ABŞ prezidenti Donald Trampın kürəkəni və baş müşaviri Jared Kuşner, xəyanət planını qəbul etməyən dövlət başçısı Mahmud Abbas və Fələstinliləri üstüörtülü şəkildə təhdid edib.
     
    İsrailin “Axios” xəbər saytına müsahibə verən Kuşner, Fələstin tərəfinin Bəhreyndə 25-26 iyunda təşkil edilən “Əsrin xəyanəti”planının iqtisadi tərəfinin müzakirə olunduğu tədbirə qatılmamasını ‘strateji bir səhv' olaraq xarakterizə edib.

    Muxalifet3 - 5-07-2019

  11. S-400 müharibəsi böyüyür: Rusiya NATO-nu daxildən parçaladı, Türkiyə yeni müttəfiq axtarışında...

    “ABŞ-ın təhdid siyasəti başda NATO olmaqla, müttəfiq ölkələrlə münasibətlərini alt-üst edəcək”.
    Bu iddia Stokholom Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIRPI) mütəxəssisləri tərəfindən səsləndirilib.
    Türkiyənin Rusiyadan aldığı S-400 hava hücumundan müdafiə sisteminin doğuracağı nəticələri proqnozlaşdıran mütəxəssislər bildirib ki, Donald Tramp Administrasiyası tərəfindən qüvvəyə minən CAATSA sanksiyaları bir çox ölkəni geri addım atmağa məcbur edir:

    Muxalifet - 5-07-2019

  12. Alimlərdən ŞOK ARAŞDIRMA: Ayaq ölçünüz neçə il yaşayacağınızı göstərir

    Yer üzündə kimin nə qədər yaşayacağı heç kimə bəli deyil. Ancaq həkimlər deyirlər ki, əsas ipucu tam burunumuzun altındadır.
    Publika.az xarici mətbuata istinadən xəbər verir ki, britaniyalı tədqiqatçılar ölüm ilə ayaq ölçüsü arasındakı əlaqəni tapıb. İki il ərzində tədqiqatçılar 3400 vəfat edən insanın bütün məlumatlarını toplayıb və araşdırma aparıb. Kembric Universitetinin professor Cim Hoc açıqlamasında qeyd edib ki, uzunömürlülük ayağın ölçüsü ilə bağlıdır.
    Əldə edilən nəticəni təqdim edirik.

    Muxalifet - 5-07-2019

  13. Azərbaycanda nazir müavininə AĞIR İTKİ

    Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyevə ağır itki üz verib.
    Unikal.org-un əldə etdiyi məlumata görə, nazir müavininin anası Zinyət Quliyeva dünyasını dəyişib.

    Azərbaycanda nazir müavininəAĞIR İTKİ

    Muxalifet - 5-07-2019

  14. Türkiyə S-400-ləri aktivləşdirəcəkmi? Bu mübahisəyə prezidentin sözçüsü son qoydu

    Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın Beştəpədəki Kabinet Yığıncağından sonra mətbuat konfransı təşkil edib. Kalın S-400-lərin Türkiyəyə gəldikdən sonra aktiv hala gətirilmədən gözlədiləcəyi yönündəki iddiaları yalanlayıb:
    “S-400-lər çox yaxın bir tarixdə gətiriləcək. Yaxın günlərdə bu sistem Türkiyəyə gələcək və aktiv bir şəkildə istifadə ediləcək. Bəzi ssenarilər ortaya atılır. "Guya gətiriləcək, amma istifadə edilməyəcək, qutusunda dayanacaq" kimi şeylər ortaya atılır. Bunlar doğru deyil”.
    Müxalifət.az

    Muxalifet3 - 5-07-2019

  15. “TƏHSİLDƏ ƏSAS NEQATİV HALLAR İDARƏETMƏDƏ GÖRSƏNİR…” – “Özlərini yeni təfəkkür tərzinin daşıyıcısı kimi cəmiyyətə sırıyırlar”

    Tanınmış təhsil eksperti Etibar Əliyevin təhsil problemləri mövzusunda “AzPolitika.info”-ya müsahibəsini təqdim edirik:

    Muxalifet - 5-07-2019

  16. Xanım müğənnini toyda döydülər - Səbəb

    Xanım müğənnini toyda döyüblər.
    Muxalifet.az “Yenicag.az”a istinadla xəbər verir ki, müğənni Mənzurə Musayeva bu barədə verilişdə açıqlama verib.
    O həmin qadın sənətçinin prodüser Tolikin dostu olduğunu bildirib. Dediyinə görə, hadisə Bakı toylarının birində baş verib:
    "Tolik sənin ən yaxın dostunu toyda döyüblər. Həmin müğənni vaxtilə o adamın evində qalırmış. Pilləkanda qarşılaşıblar. O adam müğənniyə deyib ki, vaxtilə evimdə çörək kəsmisən, niyə mənə salam vermirsən? Qırğın düşüb".

    Muxalifet - 5-07-2019

  17. Trampla danışdı, Türkiyə düşməninə dəstək verdi

    Misirin prezidenti Abdulfettah Sisi ölkəsinin Liviyada Türkiyəyə sataşan general Xəlifə Hafterin yanında yer aldığını açıqlayıb.
     
    Misirdən verilən açıqlamaya görə, Sisi ABŞ prezidenti Donald Tramp ilə telefon danışığı aparıb.
    Telefon danışığında, ortaq əhəmiyyətə sahib regional mövzularla yanaşı, Liviya və Sudandakı hadisələrlə bağlı mövzuların müzakirə olunduğu ifadə edilib.
    Sisi telefon danışığında, Liviyanın təhlükəsizliyi, sabitliyi və bütünlüyünə Misirin dəstək verdiyini ifadə edərkən, ölkəsinin Xəlifə Hafteri dəstəklədiyini vurğulayıb.

    Muxalifet3 - 5-07-2019

  18. ​Rus “Su-27” qırıcıları ABŞ-ın kəşfiyyat təyyarələrini yaxaladı - Qara dəniz üzərində

    Rusiya Hava Hücumundan Müdafiə Qüvvələrinə məxsus “Su-27” qırıcıları Qara dənizin neytral suları üzərində uçuş edərək federasiyasının sərhədinə yaxınlaşan ABŞ-ın “P-8A Poseidon” kəşfiyyat təyyarələrini nəzarətdə saxlayıb.
    Muxalifet.az apa-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin Cənub Hərbi dairəsindən bildirirlib.

    Muxalifet - 5-07-2019

  19. ​Azərbaycanda tələbələrin köçürülməsinə başlanılır

    İyulun 5-dən tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə elektron sənəd qəbuluna başlanılır.

    Muxalifet - 5-07-2019

  20. Nərimanovda QANLI OLAY: 19 yaşlı gənc 34 yaşlı kişini bıçaqladı

    Bakıda bıçaqlanma hadisəsi baş verib.
    Hadisə paytaxtın Nərimanov rayonu, Ə.Əliyev küçəsi 26. ünvanında qeydə alınıb.
    Masallı rayon sakini, 1985-ci il təvəllüdlü Ağahüseyn Hüseynov qısqanclıq zəminində 2000-ci il təvəllülü Fərid Quluzadə tərəfindən bıçaqlanıb. Yaralı xəstəxanaya çatdırıb, həkimlərin səyi nəticəsində yaralının həyatını xilas etmək mümkün olub. F.Quluzadə saxlanılıb. 
    Faktla bağlı Cinayət ,Məcəllləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır./Unikal

    Muxalifet - 5-07-2019

Pages