Axtarış
The search found 105785 results in 0.058 seconds.
Search results
“Lotu Quli”nin adamları saxlanılıb – Onlardan biri Azərbaycana qaçmağa cəhd edib
Gürcüstanda son iki gün ərzində intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində “oğru dünyası” ilə əlaqəli 10 nəfər saxlanılıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyində keçirilən brifinqdə bildirilib.
“Oscar”, “Ələsgər”, “Xomeyni” və müxtəlif ləqəbli digər şəxslər Batumi, Mestia, Marneuli, Dmanisi, Rustavi və Tbilisidə yaxalanıblar. Onlardan biri “Qırmızı körpü” sərhəd-keçid məntəqəsi yaxınlığında Azərbaycana qaçmağa cəhd edərkən saxlanılıb.
Muxalifet - 5-07-2019
"Metr yarım,boyu var, Azərbaycan gözəli seçilir" - TƏNQİD ETDİ
Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva bu gün “Hər şey daxil” verilişinin qonağı olub.
Muxalifet - 5-07-2019
"Mənim üçün çox çətindir" - Ayaz Mütəllibov
“Çətindir, amma nə etmək olar, həyatın işidir...”.
Muxalifet.az report-a istinadən xəbər verir ki, bunu Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibov həyat yoldaşı Ədilə Mütəllibovanın dəfn mərasimində deyib.
“Bu, mənim üçün çox çətindir. Amma həyatın işidir, belə qiymətləndirmək lazımdır. Bizə dəstək verən hər kəsə təşəkkürümü bildirirəm” – deyə A.Mütəlibov qeyd edib.
Xatırladaq ki, Ayaz Mütəllibovun həyat yoldaşı Ədilə Mütəllibova bu gün 81 yaşında vəfat edib. Mərhum Yasamal qəbiristanlığında oğlu Azad Mütəllibovun məzarının yanında dəfn olunub.Muxalifet - 5-07-2019
Ermənistan XİN başçısından Qarabağ təxribatı - FOTO
Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edən Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan danışıqların polzulmasına hədəflənmiş növbəti təxribata imza atıb.
Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir. Məlumatda deyilir ki, erməni nazir Xankəndində Qarabağdakı saxta rejimin oyuncaq “xarici işlər naziri” Masis Mailyanla görüşüb.
Muxalifet - 5-07-2019
İran İsraili hədələdi: “Yerlə bir olarsınız”
Tehranın Cümə İmamı Ayetullah Muvahhidi Kirmani cümə xütbəsində İran ilə bölgə ölkələri və İsrail arasındakı gərginliyə münasibət bildirib.
İranın zənginləşdirilmiş uranda limiti aşmağa davam edəcəyini, ancaq bunun atom bombası çıxarmaq üçün olmadığını dilə gətirən Kirmani, bu cür silahları qanuni görmədiklərini və onlara ehtiyacları olmadığını ifadə edərək "7 iyuldan etibarən istədiyimiz qədər uran istahsal edəcəyik. Əgər körfəzdəki mavi suların qırmızıya çevrilməsini istəmirlərsə, hərbi bir hücumu düşünməsinlər" deyib.Muxalifet3 - 5-07-2019
“Qarabağ”ın Çempionlar Liqası üçün heyəti açıqlanıb – SİYAHI
“Qarabağ” Çempionlar Liqasının I təsnifat mərhələsində Albaniya təmsilçisi “Partizani” ilə oyunlar üçün sifariş vərəqini UEFA-ya göndərib.
Muxalifet.az-ın klubun rəsmi “Facebook” səhifəsinə istinadən verdiyi xəbərə görə, sifariş vərəqində 22 futbolçunun adı var.
“Qarabağ”ın “Partizani” ilə oyunlar üçün heyəti aşağıdakı kimidir:
Qapıçılar: Şahruddin Məmmədəliyev, Vaqner Da Silva, Nicat Mehbalıyev.Muxalifet - 5-07-2019
Rövnəq Abdullayev kiminlə qohum olur? - MƏŞHUR ALİMİN NƏVƏSİDİR
SOCAR prezidenti Rövnəq Abdullayevin oğlu Rəşad Abdullayevin kiminlə ailə qurduğu bəlli olub. Bakupost.az-ın məlumatına görə, SOCAR rəhbəri millət vəkili həmkarı Qənirə Paşayevanın ailəsi ilə qohum olur. Belə ki, R.Abdullayevin gəlini Azərbaycanın tanınmış alimi, "Əməkdar elm xadimi” Qəzənfər Paşayevin qız nəvəsidir. Q.Paşayev millət vəkili Qənirə Paşayevanın da doğma əmisidir. Bildirilir ki, gənc cütlük Bakıda keçirilən qohum toylarının birində tanış olublar.
Muxalifet - 5-07-2019
Qarabağ müharibəsi muzeyi yaradılıb
Bakıda Qarabağ müharibəsi muzeyi açılıb. Muzeyi Qarabağ döyüşlərində bir gözünü itirən qazi Namiq Əliyev yaradıb.
Muzey Bakının Xətai rayonunda Aşıq Ələsgər küçəsi, 2 ünvanındakı (Əhmədli qəsəbəsi) binanın birinci mərtəbəsində yerləşir. Muzeydə müharibə qəhrəmanlarının 40-dan çox portreti, heykəl və büstü var. Muzey böyük maraq doğurub. Buraya çoxlu ziyarətçi, əsasən şəhid ailələrinin üzvləri, məktəblilər, bu rayonun sakinləri gəlir.Muxalifet - 5-07-2019
Donald Tramp daha bir ilkə imza atdı
ABŞ prezidenti Donald Tramp daha bir ilkə imza atıb. ABŞ-da iyun ayı ərzində işsizlik səviyyəsi 3,7% olub. Bu da 1969-cu ildən bəri ölkə tarixinin ən aşağı işsizlik səviyyəsidir. Tramp sosial media hesabından iyun ayının hesabatı ilə bağlı məlumat verib və bildirib ki, təkcə iyun ayında 224 000 nəfər işlə təmin olunub./Publika
Muxalifet - 5-07-2019
"Meyxanaçılar arasında olan kələklər..." - Namiq tənqid etdi
"Rəhmətlik Aydın Xırdalanlı və Bayram Kürdəxanlı ilə meyxana demək istəyərdim. Onlar da vəfat edib. Hətta studiya ilə də danışmışdım, alınmadı. Amma indi mən meyxandan uzaqlaşmışam".
Bu sözləri meyxanaçı Namiq Qaraçuxurlu "5/5" verilişində deyib. Sənətçi həmkarları ilə bütün əlaqəni kəsdiyini, heç bir meyxanaçı ilə duet ozxumayacağını söyləyib:Muxalifet - 5-07-2019
NATO ilə Rusiya arasında mühüm görüş: 3 əsas məsələ...
NATO-Rusiya Şurasının iclasının əsas müzakirə mövzusu açıqlanıb.
Muxalifet.az xəbər verir ki, iclasın gündəliyi haqqında məlumatı NATO Baş katibi Yens Stoltenberq verib.
“Biz 3 əsas məsələni müzakirə etdik. Bunlar Azov dənizi ətrafındakı gərginlik də daxil olmaqla, Ukraynadakı durum, kiçik və orta mənzilli raketlərin ləğvi barədə razılaşma və Avropada hərbi risklərin azaldılması oldu”, – deyə o bildirib.
Muxalifet3 - 5-07-2019
Azərbaycanın bu rayonunda tibb işçilərinin maaşı artırıldı
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iyulun 5-də Kəngərli rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Muxalifet.az xəbər verir ki, sərəncam Kəngərli rayonunda icbari tibbi sığortanın tətbiqinin təmin olunması, əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılması məqsədi daşıyır.
Sərəncama əsasən, Kəngərli rayonunda icbari tibbi sığorta tətbiq edilib, Kəngərli Rayon Mərkəzi Xəstəxanasına publik hüquqi şəxs statusu verilib.Muxalifet3 - 5-07-2019
ATƏT PA-da müzakirə: “erməni soyqırımı” yersiz adlandırıldı
Lüksemburqda keçirilən ATƏT PA-nın Demokratiya, İnsan Hüquqları və Humanitar Məsələlər Komitəsinin iclasında sıxış edən rusiyalı deputat Aleksey Kornienko məruzəçi və sənədin müəllifi, Kiprdən olan deputat Kiriakos Hadjiyanninin təklif etdiyi qətnamə layihəsini tənqid edib. O, sənədin layihəsinə daxil edilmiş “erməni soyqırımı” maddəsini “yersiz” adlandırıb.
Muxalifet3 - 5-07-2019
Putin özünə belə xələf axtarır
Rusiya Prezidenti Vladimir Putin indidən özünə xələf axtarır.
Muxalifet.az xəbər verir ki, bunu “Rossiyskaya qazeta”ya müsahibəsində Ümumrusiya İctimai Fikrin Tədqiqatı Mərkəzinin rəhbəri Valeri Fyodorov deyib.Muxalifet3 - 5-07-2019
Moskvada partlayış təhlükəsi: Ticarət mərkəzində təxliyə...
Rusiyanın paytaxtı Moskvada yanacaqdoldurma məntəqəsində yanğın baş verib.
Muxalifet.az xəbər verir ki, yanacaqdoldurma məntəqəsinin yaxınlığında yerləşən “Novomoskovski” ticarət mərkəzindəki insanların təxliyəsinə başlanılıb.
Yanğınla bağlı partlayış təhlükəsinin olduğu bildirilib.
Muxalifet3 - 5-07-2019
Türkiyədəki erməni icması təşvişə düşdü - Foto
İyunun 28-dən 30-dək Diasporla İş üzrə Dövlət Komitəsinin, Beynəlxalq Diaspor Mərkəzinin (BDM) və Beynəlxalq Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİM-DER) təmsilçilərindən ibarət nümayəndə heyətinin Türkiyənin Van şəhərinə səfəri, xüsusilə Akdamar adasındakı Akdamar kilsəsini ziyarət etməsi və həyata keçirilmiş məlumatlandırma kampaniyası Türkiyə ermənilərinin, eyni zamanda, erməni diasporunun ciddi narahatlığına səbəb olub.
Muxalifet3 - 5-07-2019
DİN, DTX və Dini Komitə reyd keçirdi: 180 dini ədəbiyyat...
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) Daxili İşlər Nazirliyi (DİN) və Dövlət Təhlükəsizliyi Xidməti (DTX) ilə birgə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi məscidi ətrafında reyd keçirib.
Dövlət Komitəsindən verilən məlumat görə, reyd zamanı vətəndaş Kamran Hüseynzadə tərəfindən küçə ticarəti formatında dini təyinatlı ədəbiyyatın qeyri-qanuni satışı faktı aşkarlanıb.Muxalifet3 - 5-07-2019
Vilayət Eyvazovun birinci müavini kimdir? - Dosye
DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Seyfulla Əzimov Daxili işlər nazirinin birinci müavini vəzifəsinə təyin edilib.
Muxalifet.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Qeyd edək ki, 1970-ci il təvəllüdlü Seyfulla Əzimov Azərbaycan Polis Akademiyasının yetirməsidir. Daha öncə Nəsimi Rayon 22-ci Polis Bölməsinin rəisi, Nərimanov Rayon Polis İdarəsinin rəis müavini, Quba Rayon Polis Şöbəsinin rəisi vəzifələrində işləyib.Muxalifet3 - 5-07-2019
"Qarabağ" Çempionlar Liqasına bu heyətlə başlayır
“Qarabağ” klubu UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün birinci təsnifat mərhələsi üçün sifariş ərizəsini qitənin ali futbol qurumuna təqdim edib.
Muxalifet.az klubun saytına istinadən xəbər verir ki, sifariş ərizəsində 22 futbolçu, o cümlədən 3 qapıçı, 7 müdafiəçi, 11 yarımmüdafiəçi və 1 hücumçunun adları yer alıb.Muxalifet3 - 5-07-2019
Rusiyadan açıq etiraf: Venesuela ordusunu gücləndiririk
Venesuela ordusunu gücləndirməyə yönəlik əməkdaşlığımızı davam etdirəcəyik.
Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.
"Qardaş Venesuela ilə dostluq və müttəfiqlik münasibətlərimizi inkişaf etdirməyə yönəlik çoxistiqamətli işlərimizi davam etdirəcəyik. Müxtəlif sahələrdə layihələr həyata keçirəcəyik", - Ryabkov deyib.
Muxalifet3 - 5-07-2019