Axtarış
The search found 105785 results in 0.027 seconds.
Search results
Ermənistan sərhədində yanğın: 7 briqada hərəkətə keçdi - VİDEO
Ötən gün axşam saatlarında Gürcüstan-Ermənistan sərhədində baş verən yanğın söndürülüb.
Bu barədə Gürcüstan mediası məlumat yayıb.
Qeyd edək ki, ötən gün axşam saatlarında Ermənistan tərəfində başlayan yanğın sonradan Gürcüstanın Marneuli rayonunun Qaçağan kəndi ərazisinə də keçib.
Gürcüstan ərazisində yanğının söndürülməsinə 7 yanğınsöndürmə-xilasedici briqada cəlb olunub. Ümumilikdə ərazidə 65 2wsxvə xilasedici fəaliyyət göstərib, yanğın artıq söndürülüb./AxarMuxalifet - 5-07-2019
Hacı Mazanın polis oğluna yeni VƏZİFƏ VERİLDİ
İyulun 2-də Ələt-Astara yolunda ağır qəzaya düşən Hacı Mazan ləqəbli iş adamı Ramazan Zeynalovun oğlu Baş Dövlət Yol Polisi İdarəsinə göndərilib.
Muxalifet.az unikal.org-a istinadən xəbər verir ki, bir müddət öncə sabiq Daxili İşlər Naziri general-polkovnik Ramil Usubovun əmri ilə, keçən il Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin rəisi vəzifəsindən azad edilən, polis polkovnik-leytenantı Bayram Ramazan oğlu Zeynalovun yeni iş yeri məlum olub.Muxalifet - 5-07-2019
PKK azərbaycanlıların yaşadıqları kəndlərə silahlı basqınlara başladı - VALİ BAŞ VERƏNLƏRƏ MÜDAXİLƏ ETMİR, HƏTTA...
PKK-nın İran qolu olan PJAK Cənubi Azərbaycanın azərbaycanlılar yaşayan kəndlərinə silahlı hücumlara başlayıb.
Virtualaz.org “Yeni Şafak” qəzetinin yazdıqlarına istinadən xəbər verir ki, PJAK yaraqlıları azərbaycanlıların yaşadıqları kəndlərin sakinlərini evlərindən qovmağa çalışır. İranın Qərbi Azərbaycan əyalətinin valisi Məhəmməd Mehdi Şəhriyari isə nəinki baş verənlərə müdaxilə etmir, üstəlik onun PKK yaraqlılarına aylıq maaş ödədiyi bildirilir.
Muxalifet - 5-07-2019
Azərbaycanın sabiq prezidentinə AĞIR İTKİ
Azərbaycan Respublikasının 1-ci Prezidenti Ayaz Mütəllibovun həyat yoldaşı Ədibə xanım uzun sürən xəstəlikdən sonra bu gün səhər saatlarında haqq dünyasına qovuşub.
Muxalifet.az moderator.az-a istinadən xəbər verir ki, eks-prezidentin həyat yoldaşının hüzr mərasimi bu gün Təzəpir məscidində keçiriləcək.
Allah rəhmət eləsin!Muxalifet - 5-07-2019
İlanların kütləvi məhvi NƏLƏRƏ SƏBƏB OLA BİLƏR - AMEA-dan açıqlama
“Azərbaycanda ilanların sayının artması müşahidə olunmur”.
Bunu APA -ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Zoologiya İnstitutunun direktoru Elman Yusifov deyib. Onun sözlərinə görə, Azərbaycanda təxminən 54 ilan növü var və onların təxminən 7-si zəhərlidir: “Hazırda kənd təsərrüfatında çox inkişaf gedir. Əvvəllər örüş kimi istifadə olunan ərazilər indi becərilir. Həmin becərilmiş ərazilərin canlıları da başqa yerlərə köçürlər. Ona görə insanlarda belə bir təsəvvür yaranır ki, ilanların sayı artır”.Muxalifet - 5-07-2019
Rüşvət alarkən videosu yayılan polislər tapıldı - Yoxlama başladı
Yol hərəkəti qaydalarını pozan iki piyadadan rüşvət alan polislər artıq müəyyən edilib. Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib. Onun sözlərinə görə, həmin polis əməkdaşları barəsində Bakı Şəhər Baş Polis İdarəsində xidməti yoxlama aparılır: “Yoxlamanın nəticəsinə uyğun olaraq, onların barəsində qərar veriləcək”. Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə polis əməkdaşının yol hərəkəti qaydalarını pozan iki piyadadan rüşvət aldığını əks etdirən videogörüntülər yayılıb.
Muxalifet - 5-07-2019
İsraildə nələr baş verir? Yəhudilər “Allahu Əkbər” deyə təkbir gətirməyə başladı
İsraildə ötən bazar günü Efiopiya əslli bir gəncin polis tərəfindən vəhşicə qətl edilməsindən sonra başlayan etirazlar davam edir. İsraildə yaşayan Efiopiya mənşəli 'Falaşa' adı verilən Yəhudilər, İsrail polisini əsəbiləşdirmək üçün 'Fələstin' deyə qışqıraraq 'Təkbir' gətirir. İsraildə bazar günü Efiopiya əslli 19 yaşındakı Solomon Tekah adlı gəncin polis gülləsiylə öldürülməsindən sonra başlayan etiraz dalğası gün keçdikcə artır. Günlərdir davam edən etirazlara qatılan yüzlərlə adam, avtomobil təkərləri yandıraraq, polis avtomobillərini aşıraraq yaşanan qırğına etiraz edir.
Muxalifet3 - 5-07-2019
SON DƏQİQƏ: Hacı Mazan təcili olaraq DTX-nın hospitalına KÖÇÜRÜLDÜ
Hacı Mazan kimi tanınan iş adamı Ramazan Zeynalov gecə saatlarında yenidən əməliyyata alınıb.
Muxalifet.az xəbər verir ki, bu barədə Oxu.Az-a Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının mətbuat katibi Günel Aslanova məlumat verib.
Onun sözlərinə görə, xəstə gecə saatlarında Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Hospitalına köçürülüb və dərhal əməliyyat olunub.Muxalifet - 5-07-2019
Azərbaycanda dəhşətli QƏTL: Ögey anasını diri-diri quyuya salıb... - VİDEO
2017-ci ilin noyabrın 13-də Şamaxıda baş vermiş dəhşətli qətlin təfərrüatı məlum olub. Belə ki, Şamaxı rayon sakini Rəhim Bağırov ögey anası Badam Bağırovanı öldürərək həyətdəki su quyusuna ataraq üzərini daşla örtüb.
Muxalifet - 5-07-2019
Vaşinqtonda ABŞ bayrağını yandırdılar
ABŞ prezidenti Donald Trampın Müstəqillik Günündəki çıxışını etiraz etmək istəyən iki nümayişçi Vaşinqtonda Amerikan bayrağını yandırıb.
ABŞ-da dünən reallaşan 4 iyul bayram mərasimindən əvvəl Ağ Evin qarşısında hərəkətli dəqiqələr yaşanıb. Kommunist Partiyasının üzvü olduğu ifadə edilən etirazçılar Ağ Evin qarşısında Amerikan bayrağını yandırıb.
''Amerika möcüzə deyil''
Muxalifet3 - 5-07-2019
Paşinyanın tələsik və hazırlıqsız Vyetnam səfəri - ERMƏNİ MƏTBUATI YAZIR
Ermənistanın baş naziri Nikol Paşinyanın Vyetnama səfəri tələsik və hazırlıqsız olub.
Bunu Ermənistanda çıxan “Past” qəzeti yazıb.
Bildirilib ki, bu il mayın 24-də Ermənistanın Vyetnamdakı səfiri Raisa Vardanyan geri çağırılaraq yerinə Vaqram Kajoyan təyin edilib.
Ancaq yeni səfir etimadnaməsini Vyetnam hakimiyyətinə təqdim etməyib. Nikol Paşinyanın başçılıq etdiyi nümayəndə heyəti iyulun 5-də Vyetnama rəsmi səfərə yola düşüb.
Muxalifet - 5-07-2019
“Fənərbaxça” “Qalatasaray”ın sabiq futbolçusu ilə müqavilə bağlayıb
Türkiyənin “Fənərbaxça” klubu heyətini gücləndirməkdə davam edir. APA-nın məlumatına görə, “sarı-lacivərdlilər” Maks Kruse, Allahyar və Murat Sağlamın ardınca Qarri Rodriqeşi də rənglərinə bağlayıb. Kabo-verdeli vinger Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubundan icarəyə götürülüb. Müqaviləyə əsasən o, növbəti 2 ildə “Fənərbaxça”nın uğurları üçün çalışacaq. Qeyd edək ki, Rodriqeş 2017-2018-ci illərdə “Fənərbaxça”nın əzəli rəqibi “Qalatasaray”da da oynayıb. O, bu komandanın heyətində 61 matça çıxıb və 13 qol vurub.
Muxalifet - 5-07-2019
Türkiyənin ən yaxın dostu və düşməni hansı dövlətdir? - SORĞU
Türkiyədə sosioloji sorğu keçirilib "Türkiyənin ən yaxın dostu hansı ölkədir?" sualına iştirakçılar keçən ilə nisbətdə 10,6 faizlik artımla yenə "Azərbaycan" cavabını verib. Ötən il 59 faizlik bir təbəqə Azərbaycanı "ən yaxın dost ölkə" olaraq xarakterizə edərkən, bu il anketə qatılanların 65,3 faizi “ən yaxın dostumuz Azərbaycandır” deyib. Azərbaycanı azalan nisbətlərdə Türk Kipri və Orta Asiyadakı Türk Respublikaları müşayiət edib.
Muxalifet3 - 5-07-2019
Türkiyəli azərbaycanlını, azərbaycanlı da iranlını... - BAKIDA FİLM KİMİ DƏLƏDUZLUQ
Bakıda qadın türkiyəli sevgilisindən polisə şikayət edib.
Bakupost.az-ın məlumatına görə, Yasamal rayon sakini 1970-ci il təvəllüdlü Mehriban Hacıyeva polisə müraciət edərək bildirib ki, onunla eyni ünvanda qeyri-rəsmi yaşadığı Türkiyə vətəndaşı, 1962-ci il təvəllüdlü Sakallı Ali Şevkət oğlu evdən ona məxsus 1900 ABŞ dolları oğurlayıb.
Faktla bağlı araşdırma aparılır.
Başqa bir fakta görə isə Bakıda iran vətəndaşı qadına qarşı dələduzluq edib.Muxalifet - 5-07-2019
"Şirin dayı dedi ki, bezmişəm" - Müdirinin otağına qumbara atan şəxsin cinayət işi - TƏFƏRRÜAT
Müdirini öldürməyə cəhddə ittiham edilən şəxs hakim qarşısına çıxarılıb.
Muxalifet.az musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməyə cəhddə təqsirli bilinən Şirin Astanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Hakim Cavid Hüseynovun sədrliyi ilə məhkəmə iclasında şahidlər dindirilib. Şahid Ziya Məmmədov ifadə verən zaman deyib ki, "Azkompozit” MMC şirkətində mütəxəssis işləyir.Muxalifet - 5-07-2019
İran İngiltərəni hədələdi
İran İnqilab Mühafizəçiləri dünən Cəbəllütariq açıqlarında İngiltərə qüvvələri tərəfindən saxlanılan İrana aid neft tankeriylə əlaqədar açıqlama verib.
İnqilab Mühafizəçiləri komandirlərindən Murteza Reza tərəfindən edilən açıqlamada, İngiltərəyə saxladığı tankerin dərhal sərbəst buraxılması çağırışı edilib. Reza tankerin buraxılmadığı təqdirdə, bir İngilis neft tankerinin saxlanılmasının "İranın vəzifəsi" olduğunu söyləyib.
TEHRAN İNGİLİS SƏFİRİ NAZİRLİYƏ ÇAĞIRMIŞDI
Muxalifet3 - 5-07-2019
“Tarqovı”da polisin fahişə əməliyyatından ŞOK görüntülər – VİDEO
Bakının mərkəzində, "Torqovı" kimi məşhur olan Fəvvarələr meydanında polislər "ərəb ovu"na çıxan qadınlara qarşı əməliyyat keçirib.
Muxalifet.az “unikal.org”a istinadən xəbər verir ki, hadisə şəhərin mərkəzində gəzən sakinlərin də diqqətini çəkib.
Mülki geyimli polislər ərəb turistlərlə sövdələşən qadınlara yaxınlaşır, onların qolundan yapışıb yaxınlıqdakı polis bölməsinə aparmaq istəyirlər.Muxalifet - 5-07-2019
Lukaşenkonun eks-köməkçisinə 12 il həbs verildi
Belarus Ali Məhkəməsi prezident Aleksandr Lukaşenkonun keçmiş köməkçisi Sergey Rovneykonu rüşvət almaqda təqsirli bilərək, onu 12 il müddətinə azadlıqdan mərhum edib.
Məhkəmənin qərarına əsasən, sabiq köməkçi əmlakı müsadirə olunmaqla cəzasını ağır rejimli həbsxanada çəkəcək.
Qeyd edək ki, S.Rovneyko bu ilin may ayında 200 min dollar rüşvət aldığına görə saxlanılmışdı.Muxalifet - 5-07-2019
Gürcüstanda azərbaycanlılar etiraz aksiyası keçirib – FOTO
Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunun Təzəkənd kəndinin sakinləri etiraz aksiyası keçiriblər. Muxalifet.az report-a istinadən xəbər verir ki, sakinlər kəndə verilən suvarma suyunun kifayət etməməsindən narazılıqlarını bildiriblər. Sakinlərin sözlərinə görə, kəndə suvarma suyu müxtəlif vaxtlarda qrafiklə verilir və bu da əkin sahələrinin vaxtlı-vaxtında suvarılmasına imkan vermir. Onlar bildiriblər ki, arxlarda su gec-gec gəldiyindən bura axıdılan çirkab sular nəticəsində ətrafa pis qoxu yaranır.
Muxalifet - 5-07-2019
Havada GƏRGİN ANLAR: Rusiya və ABŞ təyyarələri... - VİDEO
Rusiya Hərbi Hava Qüvvələrinin Su-27 təyyarəsi Qara dənizin hava məkanında ölkə sərhədlərinə yaxınlaşan ABŞ-a aid P-8A Poseydon təyyarəsinə müdaxilə edib. Bu barədə Rusiya Müdafiə Nazirliyi informasiya yayıb. Bildirilib ki, ABŞ təyyarəsi Krıma 75 km məsafədə uçub. Buna görə də Rusiya təyyarəsi onun uçuş istiqamətinə müdaxilə edib. Qeyd olunub ki, Rusiya təyyarəsinin müdaxiləsi beynəlxalq qaydalara uyğun şəkildə həyata keçirilib./Publika
Muxalifet - 5-07-2019