Axtarış
The search found 105785 results in 0.027 seconds.
Search results
Ermənistan vətəndaşı məhkəmə zalında intihar etdi - Foto
Leninqrad blokadasını yaşamış Nina Masinanın qətlində təqsirli bilinən erməni etnik qrupunun nümayəndəsi Senik Naroyan məhkəmə zalında intihar edib.
Muxalifet.az report-a istinadən xəbər verir ki, Sankt Peterburq Şəhər Məhkəməsinin hakimləri birsəslə onu günahkar bilib və əfvə layiq olmadığını vurğulayıblar.
Hadisə şəhər məhkəməsinin konvoyunun otağında baş verib. Hələlik rəsmi mənbələr hadisəni şərh etməyiblər.
İyulun 1-də müttəhim hakimlərin günahkar olduğunu sübut edəcəkləri təqdirdə, barəsində güllələnmə hökmünün çıxarılmasını xahiş edəcəyini bildirmişdi.Muxalifet3 - 4-07-2019
“Qəbələ”də yeni hücumçu
Yeni mövsümün hazırlıqlarını davam etdirən “Qəbələ” növbəti transferini rəsmiləşdirib.
Klub saytı xəbər verir ki, “qırmızı-qaralar” Fil Dişi Sahilindən olan futbolçu Kristian Kouakou ilə anlaşıb.
28 yaşlı hücumçu ilə 1+1 illik müqavilə imzalanıb.
Forvardın son komandası Çexiyanın "Karvina" klubu olub.
Qeyd edək ki, “Qəbələ” daha öncə Fernan Ferreyra Lopes, Merab Qiqauri, Kamal Mirzəyev və Sadiq Quliyevi heyətinə qatmışdı.
Muxalifet3 - 4-07-2019
Azərbaycanlı fəal saxlanıldı – Kəşfiyyatdan evə basqın
Güney azərbaycanlı milli-mədəni fəal Ruhulla Əhmədnəjad İran kəşfiyyatı (ETTELAAT) tərəfindən saxlanılıb.
Muxalifet.az xəbər verir ki, fəal Təbrizin Fəcr məhələsindəki iş yerində təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.
ETTELAAT əməkdaşları fəalı saxladıqdan sonra onun qardaşı evinə basqın edərək, məhkəmənin icazəsi olmadan axtarış aparıb və fəala məxsus əşyaları müsadirə ediblər.
Onun harada saxlanıldığı, həmçinin, barəsində hansı ittihamın irəli sürüldüyü məlum deyil.
Muxalifet3 - 4-07-2019
Əlilliyi olan şəxslər üçün reabilitasiya mərkəzi yaradılacaq
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişləri üzrə əlilliyi olan şəxslər üçün 10 yeni peşə-sosial reabilitasiya mərkəzinin yaradılması nəzərdə tutulur.
Nazirlikdən verilən məlumata görə, bu mərkəzlərdə qeyd edilən kateqoriyadan olan vətəndaşların peşə-əmək reabilitasiyası, onların yeni peşə bacarıqlarına yiyələnmələri, özünüməşğulluğunun, əmək bazarına çıxışının dəstəklənməsi, habelə cəmiyyətə fəal inteqrasiya imkanlarına malik olmalarına şərait yaradılması istiqamətində işlər aparılacaq.Muxalifet3 - 4-07-2019
Nobel Sülh mükafatçısı: Kasıbçılığın günahkarı kapitalizmdir
Yoxsulluğun yayılmasında müasir iqtisadi sistem günahkardır.
RBK xəbər verir ki, bunu Nobel Sülh mükafatının sahibi Məhəmməd Yunis deyib.
Nobel mükafatçısı bildirib ki, kapitalizmdə insanı acgözlük marağı hərəkətə gətirir:
“Və bütün sistem bu inamdan çıxış edərək qurulur. İnsanın digərlərinin qayğısına qalmaq xüsusiyyəti ciddi qəbul edilmir”.Muxalifet3 - 4-07-2019
Monqolustan Rusiyaya yardım əlini uzatdı
Ölkəmiz İrkutsk bölgəsindən olan 100 uşağı yay düşərgələrində yerləşdirməyə hazırdır.
Muxalifet.az xəbər verir ki, bu barədə Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqanın mətbuat xidməti məlumat yayıb.
Məlumatda həmçinin sözügedən bölgədə baş verən təbii fəlakətdən dolayı Rusiya Prezidenti Vladimir Putinə başsağlığı verildiyi də bildirilib.
Xatırladaq ki, bir neçə gün əvvəl İrkutskda baş verən sel fəlakətində 21 sakin ölüb, 14-ü isə itkin düşmüşdü. Bundan əlavə, yüzlərlə insan evsiz-eşiksiz qalıb.
Muxalifet3 - 4-07-2019
İrandan İngiltərəyə xəbərdarlıq: Gərginlik artacaq!
Böyük Britaniyanın İrandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.
Muxalifet.az xəbər verir ki, Cəbəllütariq boğazında İran tankerlərinin müsadirəsinin qəbuledilməz olduğu, bu addımın gərginliyi artıracağı ilə bağlı səfirə xəbərdarlıq edilib.
Qeyd edək ki, İrana məxsus neft tanklerləri Cəbəllütariq boğazında İngiltərənin Kral donanması tərəfindən saxlanılmışdı.
Sözügedən tankerlərin Avropa Birliyinin sanksiyalarını pozduğu və Suriyaya neft daşıdığı deyilirdi.
Muxalifet3 - 4-07-2019
Gürcüstanda rüşvətxorluq halları artdı
Gürcüstanda dövlət idarələrində məmurlar arasında rüşvətxorluq halları artıb.
Muxalifet.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatında bildirilir.
Məlumatda deyilir ki, bu ilin yanvar-may aylarında ölkənin dövlət qurumlarında məmurlar tərəfindən 36 rüşvətalma faktı qeydə alınıb. Ötən ilin yanvar-may aylarında dövlət qurumlarında 23 rüşvətalma halı baş verib. İllik müqayisədə rüşvət hallarında 56,52 faiz artım qeydə alınıb.Muxalifet3 - 4-07-2019
S-400-lər bir neçə günə Türkiyəyə göndərilir
S-400 raket kompleksləri yaxın günlərdə Türkiyəyə yerləşdiriləcək və aktiv şəkildə istifadə ediləcək. Muxalifet.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Qalın deyib. "NATO müdafiə sisteminə hər hansı təhlükə yoxdur", - deyə mətbuat katibi bildirib.
Muxalifet3 - 4-07-2019
Avropadan Rusiyaya qarşı növbəti həmlə: Daha 6 ay...
Avropa Birliyi Rusiyaya qarşı sanksiyaların müddətini daha 6 ay uzadıb.
Muxalifet.az xəbər verir ki, bu barədə Avropa Birliyi Şurasının bəyanatında deyilib.
Bildirilib ki, Rusiya iqtisadiyyatının müxtəlif sahələrinə qarşı tətbiq edilən sanksiyalar 2020-ci il 31 yanvar tarixinədək qüvvədə olacaq.
Qeyd edək ki, 2014-cü ildə AB Ukraynanın şərqindəki hərbi münaqişə və Krım yarımadasının ilhaqı bağlı Rusiyaya qarşı sanksiyalar tətbiq edərək sonradan onların müddətini uzadıb, əhatəsini isə genişləndirib.
Muxalifet3 - 4-07-2019
Moskvada Xəzərlə bağlı mühüm görüş keçirildi
İyulun 4-də Moskva şəhərində Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Xəzər dənizi məsələlərinə dair ikitərəfli məsləhətləşmələr keçirilib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.Muxalifet3 - 4-07-2019
Azərbaycanlı fəallara qarşı təzyiqlər davam edir
Marağa və Binab şəhərlərində milli-mədəni fəallar İran Təhlükəsizlik Təşkilatına (ETTELAAT) çağırılıb.
Muxalifet.az xəbər verir ki, milli-mədəni fəallar Səid Minayi və Həmid Yeganəpura bu gün telefon zəngi edilərək, ETTELAAT-ın yerli idarəsinə gəlmələri istənilib.
Qeyd edək ki, Babək qalasına keçiriləcək yürüş ərəfəsində güneyli milli-mədəni fəallara qarşı təzyiqlər artıb.
Muxalifet3 - 4-07-2019
ABŞ-da güclü zəlzələ - 6,6 bal
ABŞ-ın Kalifroniya ştatının cənub ərazilərində 6,6 bal gücündə zəlzələ baş verib.
Muxalifet.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Yeraltı təkanlar UTC vaxtı ilə 17:33-də qeydə alınıb.
Zəlzələnin episentri Rickrest şəhərindən 18 km şimal-şərqdə, ocağı isə 8, 7 km dərinlikdə yerləşib.
Hələlik dağıntı və tələfatla bağlı məlumat verilmir.
Muxalifet3 - 4-07-2019
Abşeronda ağır qəza
Abşeron rayonu, Məhəmmədi qəsəbəsi ərazisində yerləşən “Lukoil” yanacaqdoldurma məntəqəsinin yaxınlığında ağır yol-nəqliyyat hadisəsi baş verib.
Muxalifet.az xəbər verir ki, hadisə zamanı ikisi qadın, biri kişi, biri isə uşaq olmaqla, 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Muxalifet3 - 4-07-2019
Bolton İrəvana qarşı: Cənubi Qafqazda geosiyasi dəyişikliklər
“Nyustaym.az” portalında “Cənubi Qafqazda geosiyasi dəyişikliklər: Con Bolton Ermənistana qarşı” sərlövhəli məqalə dərc edilib. Muxalifet.az məqaləni təqdim edir: İnformasiya müharibəsi dövründə, təbii ki, müəyyən məqsədlər naminə hansısa fikri ictimai şüura yeritmək cəhdləri ola bilər. Böyük dövlətlərlə bağlı bu aspektdə absurd fikirlərin səsləndirilməsi də mümkündür. Lakin indiki həssas geosiyasi məqamda ictimai rəyin manipulyasiyasının fəsadları istisna deyil.
Muxalifet3 - 4-07-2019
Aryen Robben karyerasına son qoydu
Məşhur hollandiyalı futbolçu Aryen Robben karyerasını başa vurub.
Muxalifet.az xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi bildirib ki, bu qərarı onun üçün çətin olub.
Qeyd edək ki, 35 yaşlı Robben Hollandiya millisində 96 oyuna 37 qol vurub. Hollandiyalı futbolçu “Bavariya”, “Qroningen”, PSV, “Çelsi” və “Real Madrid” klublarında çıxış edib.
Muxalifet3 - 4-07-2019
Putin Roma Papasına bu filmin diskini hədiyyə etdi
Rusiya Prezidenti Vladimir Putin İtaliyaya səfəri çərçivəsində Vatikanda Roma Papası I Fransisklə görüşüb.
Muxalifet.az xəbər verir ki, nəzərdə tutulandan 1 saat gec başlayan görüş 45 dəqiqə davam edib.
Görüşün sonunda tərəflər bir-birinə hədiyyələr təqdim edib.
Rusiya prezidenti Papaya apostollar Pyotr və Pavelin təsvir olunduğu ikona və Andrey Konçalovskinin Mikelancelo barədə “Günah” filminin diskini hədiyyə edib.Muxalifet3 - 4-07-2019
Dünya böyük fəlakətlə ÜZ-ÜZƏ: ABŞ və Rusiya dəhşətin bir addımlığında
ABŞ prezidenti Donald Trampın ölümü, Rusiya prezidenti Vladimir Putinin müdafiə naziri Sergey Şoyqu ilə görüşməsi, Rusiyaya aid sualtı gəminin partlaması və radiyasiya yayması, ABŞ-ın İrana hücum etməsi kimi dünya gündəmini aylardır məşğul edən hadisələrlə bağlı eyni gündə iddiaların yayılması Yer kürəsinin 3-cü böyük müharibəyə hazırlaşması kimi dəyərləndirilir.
Politoloq Fikrət Sadıqov Publika.az-a açıqlamasında bildirib ki, hazırda dünyada hegemonluq edən ən güclü qüvvə kibermüharibələrdir:Muxalifet - 5-07-2019
Bakı bulvarında iki nəfər dənizə düşdü
Bakı şəhəri, Səbail rayonunda Dənizkənarı Milli Park ərazisində 2 nəfər dənizə düşüb.
Nazirliyin "112" qaynar telefon xəttinə Dənizkənarı Milli Park ərazisində 2 nəfərin dənizə düşməsi barədə məlumat daxil olub.
Dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşları sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər./Unikal
Muxalifet - 5-07-2019
QARABAĞDA HƏRBİ ƏMƏLİYYAT BAŞLAYACAQ - “Azərbaycan hazır olmalıdır”
“Paşinyanın Qarabağ klanı ilə mübarizəsisində bir neçə istiqamət görmək olar. Qərbyönlü siyasətçilər ruspərəst siyasətçilərlə mübarizə aparırlar. Eyni zamanda onu da görürük ki, Qərb də Paşinyanı o qədər qəbul etmir. Hiss olunur ki, Qərb Paşinyana etibar etmir”.
Muxalifet.az xəbər verir ki, bunu musavat.com-a açıqlamasında keçmiş xarici içlər naziri Tofiq Zülfüqarov deyib. O, bildirib ki, bu səbəbdən Qərbin Ermənistana ciddi maliyyə dəstəyi edib, bu ölkəni Rusiyanın nəzarətindən çıxarıb öz nəzarətinə götürməsi mümkünsüz görünür və çox mürəkkəb proseslər gedir:Muxalifet - 5-07-2019