Axtarış
The search found 105785 results in 0.025 seconds.
Search results
SON DƏQİQƏ: Döyüş təyyarəsi ABŞ-ı BOMBALADI - FOTO
ABŞ Hava Qüvvələrinə aid “A-10C Thunderbolt II” hücum təyyarəsi Florida ştatını bombalayıb.
Təyyarə Corcia ştatındakı “Moody” hava bazasından təlim üçün havaya qalxıb.
Lakin Florida ştatının Suvanni Sprinqs qəsəbəsi yaxınlığında quş sürüsü ilə toqquşub. Nəticədə təlim məqsədilə istifadə olunan hər biri 11 kq ağırlığında BDU-33 bombalarını yerə salmaq məcburiyyətində qalıb.
Sözügedən bombalar 226 kiloqramlıq M1a-82 bombalarının imitasiyası məqsədilə istifadə olunur.Muxalifet - 4-07-2019
“Əgər general Hafter 6 Türkü buraxmasaydı...” – Yəhya Bostan yazdı
Türkiyənin tanınmış qəzet yazarı Yəhya Bostan bu günki ‘Liviyadakı 6 Türk necə xilas oldu' başlıqlı yazısında maraqlı məlumatlar paylaşıb.
"Türk vətəndaşları azad edilməsəydi general Hafterin havadan və dənizdən vurulacağını düşünürəm. Bu istiqamətdə hazırlıq görüldüyünü öyrəndim" deyən Yəhya Bostanın yazısı belədir:Muxalifet3 - 4-07-2019
Uşaq özü övladlığını LƏĞV EDƏ BİLƏR - Yeni QAYDALAR
“Övladlığa götürmənin ləğv olunması məhkəmə qaydasında həyata keçirilir”. Bunu Lent.az -a vəkil, Sumqayıt ASAN Vəkil Bürosunun direktoru Leyla Bədəlova deyib.
Muxalifet - 4-07-2019
Girovluqdan azad edilən Elvin İbrahimovun vəziyyəti necədir? - Son açıqlama
“Erməni girovluğundan azad olunan Elvin İbrahimov Qazax Rayon Diaqnostika Mərkəzindən evə buraxılıb”.
Musavat.com xəbər verir ki, bu barədə Azvision.az-a Səhiyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, hazırda E.İbrahimovun vəziyyəti yaxşıdır.
Xatırladaq ki, Qazax rayonunun Yuxarı Salahlı kənd sakini, 1986-cı il təvəllüdlü Elvin İbrahimov bu il martın 16-da Ermənistan hərbçiləri tərəfindən girov götürülüb. O, Ermənistan silahlı qüvvələri tərəfindən açılan atəş nəticəsində ayağından yaralanıb.
Muxalifet - 4-07-2019
SON DƏQİQƏ: Tanınmış Xalq şairi vəfat etdi - FOTO
Xalq şairi Musa Yaqub dünyasını dəyişib.
Bu barədə Unikal.org-a mərhumun yaxınları məlumat verib.Muxalifet - 4-07-2019
Ekspert sosial şəbəkələrin çökməsi barədə: “Məsələ o qədər ciddidir ki...”
Dünən sosial şəbəkələrdə yaranan problem təkcə Azərbaycanda yox, bütün dünyada təsirli olub.
Azərbaycan İnternet Forumunun prezidenti, İKT üzrə ekspert Osman Gündüz “Yeni Sabah”a açıqlamasında bildirib ki, yaranan bu nasazlıq sosial şəbəkələrdə yenilənmə işlərinin aparılması ilə bağlı ola bilər:Muxalifet - 4-07-2019
POLİS PİYADALARDAN RÜŞVƏT ALDI: "10 manat sən ver, 10 manat da sən..." - VİDEO
Bakıda Yol Polis əməkdaşının yolu düz keçməyən piyadaları saxlayaraq, onlardan rüşvət almasını əks etdirən görüntülər yayılıb.
Demokrat.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə Yol Polisi əməkdaşı yolu səhv keçən 2 nəfər gənc piyadanı saxlaması əks olunub. daha sonra həmin gənclər yol polisinə 10 manat pul verərək, ərazidən uzaqlaşırlar.
Həmin görüntüləri təqdim edirik:Muxalifet - 4-07-2019
"Aydın Xırdalanlı ölüm yatağında olanda..." - Leyladan SƏRT AÇIQLAMALAR - VİDEO
Müğənni Leyla Nur mərhum meyxanaçı Aydın Xırdalanlının "Aldatdın" mahnısını oxuduğuna görə onu tənqid edənlərə sərt cavab verib. Sənətçi
"Ölkə.Az"a açıqlamasında bildirib ki, onu ittiham edənlərin böyük əksəriyyəti qeyri-səmimi insanlardır:Muxalifet - 4-07-2019
Musa Yaqubun vəfatı ilə bağlı xəbər yalan çıxdı - YENİLƏNİB
Xalq şairi Musa Yaqubun vəfatı ilə bağlı xəbər yayılıb.
M.Yaqubun qızı Yaqut Yaqub Oxu.Az-a açıqlamasında xəbərin yalan olduğunu bildirib.
Qeyd edib ki, dünən 82 yaşlı şairin təzyiqi qalxıb, lakin hazırda səhhəti yaxşıdır.
“Atam özünü əvvəlkindən də yaxşı hiss edir”, - deyə şairin qızı vurğulayıb.
Xatırladaq ki, bir müddət əvvəl Prezident İlham Əliyev Musa Yaquba “Xalq şairi” fəxri adı verilməsi ilə bağlı sərəncam imzalayıb.***
Muxalifet - 4-07-2019
Türkiyə BMT və İsveçrəyə nota verdi
Bilindiyi kimi, BMT rəsmi qaydada PKK terrorçularının nümayəndələri ilə görüş keçirib və görüşdə, uşaqların PKK/YPG hərbi sttrukturlarına cəlb olunmaması ilə bağlı sənəd imzalayıb. Bu, BMT tarixində ilk belə hadisədir ki, terrorçu təşkilatla rəsmi sənədin altına imzasını atır. PKK ABŞ və Avropa Birliyi tərəfindən terrorçu təşkilatı siyahısına salınıb və bu baxımdan, BMT-nin terrorçu bir təşkilatın nümayəndəsi ilə rəsmi sənədə imza atması onun legitim təşkilat kimi tanıması anlamına gəlir.
Muxalifet3 - 4-07-2019
Bakıda oğul atasını BIÇAQLADI
Bakıda ata oğlu tərəfindən bıçaqlanıb.
Hadisə paytaxtın Xətai rayonu ərazisində baş verib. Xətai rayonu, R.Məmmədov küçəsi ev 20a, mənzil 7-də yaşayan, 1959-cu il təvəllüdlü Haqverdiyev Mübariz Talıb oğlu iyulun 4-də gecə saat 01 radələrində yaşadığı evdə bıçaqlanıb.
Yaralı bıçaq xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində M.Haqverdiyevin öz oğlu, 1985-ci il təvəllüdlü Haqverdiyev Cavid Mübariz oğlu tərəfindən bıçaqlandığı məlum olub. C.Haqverdiyev saxlanılıb.Muxalifet - 4-07-2019
Azərbaycanda NÖVBƏTİ LÜT QIZLAR BİABIRÇILIĞI: Bu dəfə yaxtada kişilərlə... - VİDEO
Kadrların Bakıda Xəzər dənizində çəkildiyi deyilir Yaxtada qızların biabırçı görüntüləri yayılıb. Muxalifet.az aznews.az-a istinadən xəbər verir ki, tamamilə lüt halda istirahət edən qızların videosunu onlarla bərabər yaxtada olan oğlanların çəkib paylaşdığı bildirilir. Kadrların Bakıda Xəzər dənizində çəkildiyi deyilir. GÖRÜNTÜLƏR QEYRİ ETİQ OLDUĞU ÜÇÜN DƏRC ETMİRİK!
Muxalifet - 4-07-2019
Yol polisi vətəndaşlara MÜRACİƏT ETDİ
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) beynəlxalq yük və sərnişindaşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə, eləcə də şəxsi nəqliyyat vasitələri ilə ölkə xaricinə səfər edən vətəndaşlara müraciət edib.
İdarədən Unikal.org-a bildirilib ki, Gürcüstanın və Bolqarıstanın yol hərəkəti haqqında qanunvericilik aktlarına bəzi əlavə və dəyişikliklər edilib.Muxalifet - 4-07-2019
Gələn həftə S-400-lər Türkiyəyə gəlir – Nazirdən açıqlama
Türkiyənin Müdafiə Sənayesinin rəhbəri İsmayıl Dəmir
jurnalistlərin suallarını cavablayaraq S-400 məsələsinə də toxunub.
İsmayıl Dəmir iyul ayında təhvil verilməsi başlayacaq S-400 ilə əlaqədar, "İyulun birinci həftəsi keçdi. İyulun ikinci həftəsinə giririk. Gələn həftə S-400 fəaliyyətlərini görəcəksiniz" deyib.
S-400 ilə əlaqədar Rus heyətinin gəlib gəlmədiyi sualına isə Dəmir, "Heyətlər gələr gedər. Bu əməliyyatlar dövlətlərin qurumları arasında işləyər" deyə söyləyib.Muxalifet3 - 4-07-2019
MƏRKƏZİ ASİYANIN ANEKDOT QƏHRƏMANINA ÇEVRİLƏN BAŞÇILARI: Atambayev polislə döyüşə hazırlaşır... Nazarbayev isə ariya oxuyacaq?
Mərkəzi Asiya respubliklarındakı hadisələr qıraq adama bəzən lətifəvari görünür, amma yerli sakinlərin gözlərindəki yaş heç də gülməkdən deyil.
Sovetsonrası rejimlərin cəfəngiyyat anatomiyası.
Muxalifet - 4-07-2019
Erməni avtoritet belə öldürüldü - VİDEO
Erməni qanuni oğru Andranik Harutyunyanın qətlinin videosu yayılıb.
Muxalifet.az Teleqraf.com-a istinadən xəbər verir ki, onun kriminal avtoritet Andarnik Soqoyanın sifarişi ilə qətlə yetirildiyi bildirilib.
“Zap” ləqəbli Andranik Soqoyan kriminal aləmdə nüfuzu olan şəxslərdən sayılır.
O, ilk dəfə 2007-ci ildə bir erməni iş adamının qətlə yetirilməsi ilə gündəmə gəlmişdi. Müxtəlif ittihamlarla Çexiyada barəsində cinayət işi açılmış Soqoyan 2014-cü ildə İrəvanda həbs edilib, lakin bir il sonra sərbəst buraxılıb.Muxalifet - 4-07-2019
“Bir il ərzində Ermənistan qoşunları Qarabağdan çıxarılacaq...” - PAŞİNYANIN ADINDAN NATO BAŞ KATİBİNƏ BU MƏKTUBU KİM YAZIB?
İnternetdə Ermənistanın baş naziri Nikol Paşinyanın adından NATO-nun Baş katibi Yens Stoltenberqə yazılmış məktub yayılıb. Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, həmin məktubda Paşinyanın adından Ermənistanın NATO ilə yaxınlaşmaq niyyəti ifadə olunur və buna maneə yaradan əsas səbəbin-Qarabağ münaqişəsinin tezliklə həll ediləcəyi deyilir. Paşinyan guya vəd edir ki, bir il ərzində Ermənistan qoşunları Qarabağdan çıxarılacaq, işğal edimiş ərazilər Azərbaycanın nəzarətinə qaytarılacaq.
Muxalifet - 4-07-2019
Bakının yeni hərbi prokuroru kimdir? - DOSYE
Baş prokuror Zakir Qaralovun əmri ilə Bakı şəhərinin Hərbi prokuroru vəzifəsinə təyin olunan İlyas Rzayevin tərcümeyi-halını təqdim edirik.
BakuPost-un məlumatına görə, Rzayev İlyas Ramiz oğlu Bakı Dövlət Universitetinin hüquq fakültəsinin bakalavr və magistr təhsil pillələrini fərqlənmə diplomları ilə bitirib.Muxalifet - 4-07-2019
Bakıda məşhur dönərxananın sahibi TUTULDU: 12 nəfərin zəhərlənməsinə görə...
Bakıda dönər yedikdən sonra 12 nəfərin zəhərlənməsinə görə sahibkar tutulub.
İyunun 25-də 12 nəfərin dönər yedikdən sonra zəhərləndiyi Xətai rayonu, Babək prospektində yerləşən "Qədir xum” adlı dönərxananın sahibi cinayət məsuliyyətinə cəlb edilib.
Sahibkar Məmmədov Ramis Arif oğlu Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilinərək saxlanılıb.
İstintaq davam etdirilir.Muxalifet - 4-07-2019
ERMƏNİLƏR NƏ ÜÇÜN MÜSƏLMANLARI SEVMİRLƏR? – Qafqazda yaşayan rus cavab verir…
Rusdilli saytların birində (eadaily.com) ermənilərlə bağlı xeyli maraqlı bir yazıya («Ermənilər nə üçün müsəlmanları sevmirlər? ») rast gəldim. Yazı Qafqazda yaşayan bir rusun adından təqdim olunub. Böyük maraq kəsb etməsi səbəbilə, yazını dilimizə çevirib, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun menyüsünə təqdim etmək qərarına gəldim…
Qafqazlı rus yazır:
Muxalifet - 4-07-2019