Axtarış
The search found 105785 results in 0.023 seconds.
Search results
Ekspertdən nazirliyə SƏRT TƏNQİD: "Öyrətməyi hələ də öyrənməyiblər"
Təhsil eksperti Kamran Əsədov Təhsil Nazirliyinin rəhbərliyini sərt tənqid atəşinə tutub.
Muxalifet.az xəbər verir ki, ekspert özünün feybsuk səhifəsində nazirliyin bəzi layihələrini tənqid edib.Muxalifet - 4-07-2019
Bakıda DƏHŞƏTLİ QƏZA: Sürücü tanınmaz hala düşdü - ŞOK VİDEO
Bu gün səhər saatlarında Bakıda ağır qəza baş verib.
Muxalifet.az BAKU.WS-ə istinadən xəbər verir ki, hadisə Xəzər rayonu, Kənd qala qəsəbəsi yaxınlığında qeydə alınıb.
Belə ki, “Mercedes” markalı, 10 MG 342 nömrə nişanlı avtomobil yüksək sürətlə hərəkətdə olarkən dörd yol yaxınlığında parka girib.
Nəticədə avtomobil bir neçə maşını qırıb və ağacların arasında preslənib qalıb.
Maşının içində sürücü yaralı vəziyyətdə qalıb. Ətrafda olan insanlar yaralını maşından çıxarıblar və ilkin yardımdan sonra xəstəxanaya aparılıb.Muxalifet - 4-07-2019
Rusiya ilə Yunanlar arasında böhran!
Rusiyadan bəzi sərmayəçilərin Yunan Kipri rəhbərliyinə Limasolda inşa ediləcək kilsə üçün göndərdiyi pulların itdiyi ortaya çıxıb. Söz mövzusu hadisə Yunan rəhbərliyi ilə Rusiya arasında diplomatik böhrana səbəb olub. Pulların itməsi Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun Yunan Kiprində ana müxalifət partiyası olan AKEL-in baş katibi Andros Kiprianu ilə etdiyi görüşdə gün üzünə çıxıb.
Muxalifet3 - 4-07-2019
Nursultan Nazarbayevin nəvəsi intihara cəhd etdi - FOTO
Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayevin nəvəsi Aysultan Nazarbayev intihara cəhd edib.
Bu barədə Rusiya mətbuatı informasiya yayıb.
Xəbərə görə, sabiq prezidentin qızı Dariqa Nazarbayevanın oğlu olan Aysultan İngiltərənin paytaxtı Londonda yerləşən hotellərdən birində özünə qəsd edib.
Hadisə şahidləri ona kömək etmək məqsədilə polis çağırıblar. Lakin Aysultan ona mane olmaq istəyənlərə sərt reaksiya verib.Muxalifet - 4-07-2019
Hacı Mazan yenidən əməliyyat olunacaq - Həkimdən AÇIQLAMA
Bir neçə gün əvvəl yol qəzasına düşən iş adamı Hacı Ramazan Zeynalov (Hacı Mazan) ikinci dəfə əməliyyat olunacaq.
Muxalifet.az bildirir ki, bu barədə Lent.az-a Tədris Cərrahiyə Klinikasından məlumat verilib. Bildirilib ki, R.Zeynalovun vəziyyəti stabil olaraq qalır:
"Hazırda reanimasiyadadır. Sınıqları olduğu üçün gözləyirik ki, bir az da özünü toparlasın və əməliyyat olunsun".Muxalifet - 4-07-2019
Şəbnəm Tapdıq həmkarını polisə verdi - QALMAQAL BÖYÜDÜ
Müğənni Şəbnəm Tapdıq adaşı olan həmkarı Şəbnəm Qəhrəmanova barəsində polisə şikayət edib.
Muxalifet.az-ın məlumatına görə, bu barədə Şəbnəm Qəhrəmanova "5/5" verilişində danışıb: "Məni əvvəl məhkəməyə verdi. Deyir, adını dəyiş. İndi də 102-yə zəng vurub, şikayət edib. Mən adımı necə dəyişim?"
Qeyd edək ki, Şəbnəm Tapdıq bir neçə il öncə verilişlərin birində bildirmişdi ki, adı yalnız ona məxsusdur. Başqa kimsə o adı özünə qoya bilməz.Muxalifet - 4-07-2019
AZƏRBAYCANDA MÖCÜZƏYƏ BƏNZƏR HADİSƏ: Öldüyü bildirilən uşaq dirildi
Ötən gün Gəncədə bədbəxt hadisə nəticəsində öldüyü bildirilən 9 yaşlı uşaq ayılıb.
BAKU.WS-in bölgə muxbirinin verdiyi məlumata əsasən, “Gəncə Mall” Ticarət mərkəzinin 3-cü mərtəbəsindən yıxılan 2010-cu il təvəllüdlü Əli Qədir oğlu Rüstəmzadə xəstəxanaya aparılıb.
Lakin həkimlər uşağın öldüyünü bildiriblər. Onun aparatda ürəyinin dayandığı qeyd edilib. Uşaq polisdə də öldü kimi qeydiyyata düşüb.
Bir neçə saat sonra uşağın hərəkət etdiyini görən həkimlər şoka düşüblər. Hazırda Əli Rüstəmzadənin vəziyyəti orta-ağırdır.Muxalifet - 4-07-2019
“Bu nə görməmişlik, bu nə acgözlükdür?!” - Deputatdan Xəzəri hasarlayan oliqarxlara sərt İTTİHAM
2003-cü il yanvarın 13-də mərhum prezident Heydər Əliyev “Xəzər dənizi sahillərindən istifadənin tənzimlənməsinə dair bəzi tədbirlər haqqında” sərəncam imzalayıb. Sərəncamda deyilir ki, torpaq sahələrinin dövlətin müstəsna mülkiyyətində olması nəzərə alınmadan ayrı-ayrı fiziki və hüquqi şəxslərin istifadəsinə və icarəsinə verilib.
Muxalifet - 4-07-2019
İstanbulda soyğunçuluq yolu ilə avtomat və tapança ələ keçirən azərbaycanlı leytenant kimdir... - FOTO / VİDEO
Ötən ilin noyabr ayında İstanbulun Zeytunburnu rayonunda inkassator avtomobilinə hücum edib MP-5 avtomatı və tapança ələ keçirən qrupun üzvlərindən biri Azərbaycandan olan leytenantdır.
Muxalifet - 4-07-2019
Şəmkirdə qardaş qardaşın qanını tökdü
Şəmkir rayonunda qardaş qardaşı güllələyib. DİN-in Mətbuat xidmətindən Muxalifet.az-a verilən məlumata görə, "102–Zəng Mərkəzi” Xidmətinə iyulun 3-də Şəmkir rayonunun Qarabağlılar kəndi ərazisində bir nəfərin odlu silahla açılmış atəşdən xəsarət alması barədə müraciət daxil olub. Müraciətlə əlaqədar dərhal Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gəliblər. Araşdırmalarla kəndin əkin sahəsində E.Məmmədovun münaqişə zəminində tüfəngdən atəş açaraq qardaşı R.Məmmədovun qol nahiyəsinə xəsarət yetirməsi müəyyən edilib.
Muxalifet - 4-07-2019
Çavuşoğlundan “S-400 və F-35” açıqlaması
Türkiyənin Xarici İşlər naziri Mevlud Çavuşoğlu gündəmlə bağlı mövzular haqqında açıqlama verib.
S-400 və F-35-lə bağlı məsələlərə toxunan Çavuşoğlu bu fikirləri söyləyib:
ABŞ İLƏ S-400 GƏRGİNLİYİ
Muxalifet3 - 4-07-2019
SON DƏQİQƏ: Üç bölgədə eyni zamanda GÜCLÜ ZƏLZƏLƏ baş verdi - YENİLƏNDİ
Aralıq dənizində zəlzələ olub.
Publika.az xəbər verir ki, Cirit adasında 4,1 bal gücündə yeraltı təkanlar meydana gəlib.
Fəlakət və Fövqəladə Hallar Nazirliyinin rəsmi internet saytından verilən məlumata görə, zəlzələnin ocağı yerin 6 km dərinliyində yerləşib.***
Muxalifet - 4-07-2019
Gürcüstanda hökumət əleyhinə mitinqlərin arxasında dayanan SƏBƏB
Zaur Məmmədov: "Anakliya geoiqtisadi və hərbi layihəsinin baş tutması Moskvanın heç vaxt razılaşmayacağı bir ssenaridir"
Muxalifet - 4-07-2019
Nazirin işdən çıxardığı rəis generalın bacısı oğlu imiş
İşdən çıxarılan polis rəisi sabiq nazir müavinin yaxın qohumudur. Muxalifet.az xəbər verir ki, Unikal.org-un əldə etdiyi məlumata görə, vəzifəsindən azad olunaraq, sərəncama götürülən Samux rayon Polis Şöbəsinin keçmiş rəisi, polkovnik Akif Nəbiyev Daxili işlər nazirinin sabiq müavini polis general-leytenantı Əsgər Ələkbərovun bacısı oğludur. Qeyd edək ki, Daxili işlər nazirinin sabiq müavini polis general-leytenantı Əsgər Ələkbərov 2014-cü ildə keçmiş Daxili İşlər naziri Ramil Usubovun əmri ilə təqaüdə göndərilib.
Muxalifet - 4-07-2019
Bakıda fəhlənin başına daş düşdü
Bu gün səhər Bakıda bədbəxt hadisə baş verib.
Hadisə Bakıxanov qəsəbəsindəki "Uğur-2" yaşayış kompleksində qeydə alınıb. Həmin binanın yenidənqurma işlərində çalışan Rauf Cabbarovun başına daş düşüb. Müxtəlif dərəcəli xəsarətlər alan fəhlə 3 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb.
Travmatologiya şöbəsinə yerləşdirilən R.Cabbarova başın travması, döş qəfəsinin xəsarəti və çiyinin əzilməsi diaqnozu qoyulub. (trend)
Muxalifet - 4-07-2019
Parlament seçkiləri nə vaxt olacaq? - Əli Əhmədov açıqladı
"Azərbaycanda Milli Məclisə növbədənkənar seçkilərinin keçirilməsi ilə bağlı şayiələrin səbəbini bilmirəm”. Muxalifet.az-ın APA-ya istinadən məlumatına görə, bunu YAP sədrinin müavini, Baş Nazirin müavini Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, ola bilsin ki, jurnalistlər bu informasiya ilə oxucularının sayını artırmaq istəyirlər: "Ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı hər hansı səbəb yoxdur”.
Muxalifet - 4-07-2019
Türkiyədən Şərqi Aralıq dənizi ilə bağlı sərt açıqlama
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Şərqi Aralıq dənizində baş verən gərginliyə də münasibət bildirib.
Şərqi Aralıq dənizində Türkiyənin və Türk Kiprinin haqqını qəsb etmək istəyənlərə yönəlik bu ifadələri işlədib:Muxalifet3 - 4-07-2019
“ABŞ-ın İrana yönəlik etdikləri səhvdir” – Türkiyədən açıqlama
Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu ABŞ-İran gərginliyinə münasibət bildirib.
ABŞ-İran gərginliyində vasitəçi olmağa hazır olduqlarını bildirən Çavuşoğlu, bu sözləri deyib:Muxalifet3 - 4-07-2019
Yəhudilər İsrail bayrağını yandırdı
İsraildə tez-tez zəruri əsgərlik xidmətinə qarşı etiraz aksiyaları təşkil edən Ultra Ortodoks Yəhudilər İsrailin təhlükəsiz olmadığını ifadə edərək bayrağını yandırıb.
Daha əvvəl İsrail və dünyanın fərqli şəhərlərində İsrail dövlətinə qarşı etdikləri etiraz aksiyaları tez-tez gündəmə gələn Ultra Ortodoks Yəhudilər də İsrail hökumətinə təpki verməyə başlayıb.Muxalifet3 - 4-07-2019
“Rusiya və Amerikanın düşmənçiliyi yalandır” – Professor İlber Ortaylı
Ərzurumda keçirilən konfransda çıxış edən tarixçi və yazıçı professor İlber Ortaylı Rusiya və ABŞ-ın düşmənçiliyi haqda çox maraqlı fikirlər səsləndirib.
İlber Ortaylı çıxışında, "Rusiya və Amerikanın mövcud düşmənçiliyi yalandır. Bunlar tarixdə iki dəfə birləşdilər. Birinci və İkinci Dünya Müharibəsində birlikdə oldular və təkrar bir araya gələ bilərlər, bu çox açıqdır" deyib.Muxalifet3 - 4-07-2019