Axtarış
The search found 105785 results in 0.026 seconds.
Search results
Qulinin adamları saxlanıldı: Biri qaçmaq istədi...
Gürcüstanda son iki gün ərzində intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində “oğru dünyası” ilə əlaqəli 10 nəfər saxlanılıb.
Muxalifet.az xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyində keçirilən brifinqdə bildirilib.
“Oskar”, “Ələsgər”, “Xomeyni” və müxtəlif ləqəbli digər şəxslər Batumi, Mestia, Marneuli, Dmanisi, Rustavi və Tiflisdə yaxalanıblar. Onlardan biri “Qırmızı körpü” sərhəd-keçid məntəqəsi yaxınlığında Azərbaycana qaçmağa cəhd edərkən saxlanılıb.Muxalifet3 - 5-07-2019
Azərbaycanı həmin gündən dəstəkləyirik - ABŞ
ABŞ Azərbaycanın yanında olub və bu gün də yanındadır.
Muxalifet.az-ın məlumatına görə, bunu ABŞ-ın Müstəqillik Gününə həsr olunmuş tədbirdə jurnalistlərə açıqlamasında bu ölkənin Azərbaycandakı səfiri Örl Litzenberger bildirib.
Səfir deyib ki, Azərbaycan müstəqilliyini bərpa edən vaxtdan bəri ABŞ onu dəstəkləyir:
"25 ildən artıqdır ki, ABŞ Azərbaycanı dəstəkləyir. Bu gün də Azərbaycanın dünyada rolu artdığı vaxt, biz sizin yanınızdayıq".
Tədbirdə çıxış edən maliyyə naziri Samir Şərifov deyib ki, Azərbaycanla ABŞ arasında sıx strateji əməkdaşlıq mövcuddur:Muxalifet3 - 5-07-2019
İran: Britaniyanın tankerini ələ keçirə bilərik
İran Böyük Britaniyaya məxsus tankeri ələ keçirə bilər.
Muxalifet.az xəbər verir ki, bu sözləri İranın Ali Məsləhət Şurasının sədri Möhsün Rzayi deyib.
Rzayi söyləyib ki, Britaniya İran tankerini geri qaytarmasa, qarşılıq veriləcək.
Qeyd edək ki, İrana məxsus neft tanklerləri Cəbəllütariq boğazında İngiltərənin Kral donanması tərəfindən saxlanılmışdı.
Sözügedən tankerlərin Avropa Birliyinin sanksiyalarını pozduğu və Suriyaya neft daşıdığı deyilirdi.
Muxalifet3 - 5-07-2019
Kreml bilir ki, Qarabağda savaş başlasa... - Kuznetsov
Bu gün Bakıda çoxları İrəvanın hər hansı bir təxribatı ilə Qarabağda aktiv hərbi müharibənin başlamasını arzulayır, lakin bunun baş tutacağını düşünmürəm.
Bu sözləri rusiyalı tarixçi və ekspert Oleq Kuznetsov son zamanlar Qarabağda baş verən hadisələri və Ermənistan Baş Qərargah rəisi Davtyanla XİN rəhbəri Mnatsakanyanın Qarabağ səfərini şərh edərkən deyib.
Onun sözlərinə görə, İrəvan cəbhə xəttindəki sabitliyin qorunması, Azərbaycan Ordusunun genişmiqyaslı hücuma çevrilə biləcək addımının qarşısını almaq üçün hər şeyə hazırdır:Muxalifet3 - 5-07-2019
NATO bura raket yerləşdirsə, cavab veriləcək - Rus senator
Avropanın NATO ölkələrində yaxın və orta mənzilli raketlər yerləşdirilərsə, buna cavab veriləcək.
Muxalifet.az xəbər verir ki, bu açıqlama ilə rusiyalı senator Vladimir Cabarov çıxış edib.
Cabarov nüvə müqaviləsini tərk etmədiklərini, sadəcə təxirə saldıqlarını deyib. O, topun ABŞ-da olduğunu və qarşı tərəfin addım atmalı olduğunu vurğulayıb.
Muxalifet3 - 5-07-2019
Bu hərbi texnika türk ordusunun sərəncamına verildi - Foto
Türkiyədə yeni istehsal olunan təkərli zirehli döyüş texnikası Silahlı Qüvvələrin sərəncamına verilib.
Muxalifet.az xəbər verir ki, yerli texnologiyalarla istehsal olan yeni döyüş texnikası silah və müasir müdafiə avadanlığı ilə təchiz olunub. Bundan başqa, yeni texnika hədəfləri dəqiq vurmaq və döyüş şəraitində yüksək sürətlə hərəkət etmək imkanına malikdir.
Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunlarının arsenalına bu texnikadan birinci mərhələdə 20-sinin verilməsi nəzərdə tutulur. Zirehli maşını 9 nəfərlik heyət idarə edəcək.
Muxalifet3 - 5-07-2019
İngiltərənin bu hava limanı faciənin eşiyindən döndü
İngiltərənin Qatvik hava limanında terror aktı törətməyə cəhd edən şəxs saxlanılıb.
Muxalifet.az xəbər verir ki, isveçli qadın Londonun Qatvik hava limanında terror hadisəsi törətməyə cəhd etməkdə şübhəli bilinərək həbs olunub.
Polis 40 yaşlı şübhəlinin İtaliyadan İngiltərəyə gəldikdən sonra iyulun 4-də günortadan sonra həbs edildiyini açıqlayıb.
Hazırda onun hansı təşkilata üzv olması məsələsi araşdırılır.
Muxalifet3 - 5-07-2019
İdmançımız Neapolda gümüş qazandı
Azərbaycan cüdoçusu Hidayət Heydərov İtaliyanın Neapol şəhərində keçirilən XXX Ümumdünya Yay Universiadasında gümüş medala sahib olub.
Muxalifet3 - 5-07-2019
Qəzzada toqquşma: 30 fələstinli yaralandı
Qəzza sektorunda İsrail hərbi qüvvələri ilə toqquşmada 30 fələstinli xəsarət alıb.
Muxalifet.az xəbər verir ki, bu barədə Fələstinin Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Kidra deyib.
O, yaralılardan 2-nin ağır vəziyyətdə olduğunu bildirib.
Muxalifet3 - 5-07-2019
Gülnarə Kərimovanın pulları ilə bağlı açıqlama
Özbəkistan Ədliyyə Nazirliyi mərhum dövlət başçısı İslam Kerimovun qızı Gülnara Kərimovanın xaricdəki mal varlığının qaytarılması ilə bağlı işlərin davam etdiyini ifadə edib.
Ədliyyə Nazirliyi həbsxanadakı Kərimovanın səhhətinini və xaricdəki mal varlığının ölkəyə qaytarılması ilə bağlı yazılı açıqlama verib.Muxalifet3 - 6-07-2019
Harvard Universitetindən Səudiyyə şahzadəsinə şok!
ABŞ-ın öndə gələn universitetlərindən Harvard Universitetinin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın xeyriyyə təşkilatı tərəfindən dəstəklənilən şagirdlərə ayrılan yaz məktəbi kontingentini ləğv etdiyi bildirilib.
Bu haqda “Harvard Crimson” xəbər saytı universitetin sözçüsü Jonathan L. Swain-ə istinadən xəbər verib.
Xəbərdə, ləğvin səbəbi ilə bağlı məlumat verilməyib.Muxalifet3 - 6-07-2019
'Səudiyyədən rüşvət alıb' iddiası İngiltərəni qarışdırdı
İngiltərədə iqtidardakı Mühafizəkar Partiyanın liderliyi və baş nazirlik kreslosu üçün yarışan iki namizəddən biri olan Xarici İşlər naziri Jeremy Hunt, seçki kampaniyası üçün Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmana yaxın bir şəxsdən pul “hədiyyə”si aldığı irəli sürülüb.
“Buzzfeed” internet saytının xəbərində, İngilis hökumətinin Səudiyyə Ərəbistanın vəliəhd şahzadəsi Məhəmməd bin Salman nəzdindəki xüsusi nümayəndəsi Ken Costanın Hunt-un liderlik yarışı kampaniyasına 10 min sterlinq (təxminən 70 min TL) pul bağışladığı ifadə edilib.Muxalifet3 - 6-07-2019
Reyhanlıdakı terror partlayışının hədəfi bəlli oldu
Türkiyənin Hatay vilayətinin Reyhanlı rayonunda dünən saat 13.00 radələrində, İcra Hakimiyyəti binasına 700 metr uzaqlıqda, hərəkətdə olan avtomobildə partlayış meydana gəlib. Polislər ətraf təhlükəsizliyi ilə bağlı tədbir görərkən, xilasetmə qrupları da yanğını söndürüb. Avtomobilin içindəki 3 Suriyalı yanaraq ölüb.
Muxalifet3 - 6-07-2019
Türk təyyarələri terrorçuları sərhəddən kənarda vurdu!
“Pəncə” Hərəkatı ilə koordinasiyalı olaraq İraqın şimalındakı Zap bölgəsinə təşkil edilən hava hərəkatında ən az 2 terrorçu məhv edilib.
Müxalifət.azMuxalifet3 - 6-07-2019
FETÖ-dan Türkiyəyə alçaq xəyanət
General Hafter qüvvələrinin Liviyadaki bu ağır zərbə almasından sonra derin əlaqə bağları yeniden gün üzünə çıxıb. FETÖ çoxu BƏƏ ve Səudiyyə Ərəbistanı tərəfindən məliyyələşən media qurumları Türkiyənin Liviyada gizli vəzifədə olduğunu iddia etdiyi dövlət vəzifəlilərini hədəf göstərib. Fərari FETÖ-çu Yavuz Baydar rəhbərlik etdiyi saytda, Liviyada fəaliyyət göstərən Türkiyə kəşfiyyat və ordu əməkdaşlarının adlarını və vəzifələrini paylaşıb.
ŞƏKİLLƏRİNİ PAYLAŞDI
Muxalifet3 - 6-07-2019
“ABŞ sanksiya tətbiq etsə, Türkiyə daha aktiv olacaq” – Rus ekspert
Rusiyalı ekspert Oleviç ABŞ-ın bütün etiraz və sanksiya təhdidlərinə baxmayaraq Türkiyənin S-400 havadan müdafiə sistemini alma qərarını dəyişdirməyəcəyini ifadə edib.
Rusiyanın “İzvestiya” qəzetinə açıqlama verən Rusiya Aktual Siyasət Mərkəzindən Viktor Oleviç, ABŞ-ın Türkiyəyə sanksiya tətbiq etdiyi təqdirdə, tək nəticənin yalnız ən əhəmiyyətli müttəfiqlərindən biri ilə əlaqələri çətinləşdirəcəyini söyləyib.
"SANKSİYA OLSA, TÜRKİYƏ DAHA AKTİV OLACAQ"
Muxalifet3 - 6-07-2019
Türkiyənin ilk qadın universiteti qurulur
Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğana 28-29 iyunda Osaka təşkil edilən G-20 Zirvəsi üçün Yaponiyaya etdiyi ziyarət əsnasında Mukogawa Qadın Universitetində fəxri doctor titulu verilmişdi. Ərdoğan burada təşkil edilən mərasimdəki çıxışında, "Qadın universitetlərini araşdırmaq surətiylə ölkəmdə də bununla bağlı addım atacağıq" demişdi.
Muxalifet3 - 6-07-2019
Ərdoğandan Liviya hökümətinə açıq dəstək
Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan Liviya Milli Razılaşma Hökuməti Şurasının rəhbəri Fayıq Mustafa əs-Serrac ilə Dolmabağça sarayında bir araya gəlib. Görüşdə, Türkiyə ilə Liviya arasındakı ikili əlaqələr, Liviyadakı son gəlişmələr və regional mövzular müzakirə olunub. Ərdoğan Liviyanın beynəlxalq ictimaiyyət tərəfindən tanınan hökumətinə olan dəstəyini təkrarlayıb və legitimliyi olmayan Hafter qüvvələrinin hücumlarının dayandırılması ilə bağlı çağırış edib.
Muxalifet3 - 6-07-2019
İran da PKK-ya qarşı hərəkətə keçir
TSQ-nin terror təşkilatı PKK-nı İraqın şimalından təmizləmək üçün başlatdığı “Pəncə” Hərəkatına İrandan dəstək verilib.
İranın bölgədə terrorçuların sızacağı bölgələrdəki əhalini təxliyə etdiyi və sızma cəhdlərinə qarşı da tədbir görərək sərhəd patrullarını artırdığı qeyd edilib. İranın İraqın şimalında davam edən hərəkatı yaxından izləmək üçün kəşfiyyat əməkdaşlarını bölgəyə yönləndirdiyi, toplanan kəşfiyyat məlumatları istiqamətində öz tərəfində başladacağı əməliyyat hazırlıqlarını davam etdirdiyi bildirilir.
Muxalifet3 - 6-07-2019
Nüvə başlıqları ələ keçirildi
Türkiyənin Bolu şəərində Təhlükəsizlik Qüvvələri tərəfindən təşkil edilən əməliyyatda, bir avtomobil içində nüvə silahı üçün başlıqlar və atom enerjisi stansiyalarında istifadə edilən 18,01 qram kaliforniyum maddəsi ələ keçirilib.
Verilən açıqlamada, bazarda dəyəri təxminən 72 milyon dollar olduğu qiymətləndirilən və idxalı, göndərilməsi və saxlanılması xüsusi icazə ilə olan maddənin araşdırılması üçün Türkiyə Atom Enerjisi Təşkilatına göndərildiyi ifadə edilib.Muxalifet3 - 6-07-2019