Axtarış
The search found 105785 results in 0.027 seconds.
Search results
"Mehriban Əliyevanın son iki davranışı Azərbaycan iqtidarına nüfuz gətirir" - Fazil Mustafa
"Azərbaycanın birinci vitse-prezidenti hörmətli Mehriban xanımın keçmiş prezident Ayaz Mütəllibovun həyat yoldaşı Ədilə xanımın vəfatı ilə bağlı yüksək insanpərvərlik sayıla biləcək davranışı siyasi baxışından və statusundan asılı olmayaraq heç hər şeyin insan münasibətlərindən üstün ola bilməyəcəyi düşüncəsini cəmiyyətə aşılamağa xidmət edir". Eurasia Diary xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Fazil Mustafa özünün feysbuk hesabında yazıb.
Muxalifet - 6-07-2019
Tbilisidə etirazçılar və müxalifətin birgə aksiyası başlayıb - İvanişvilinin iqamətgahına doğru…
Tbilisidə parlament binası qarşısında növbəti aksiya keçirilir.”Report”un yerli bürosu xəbər verir ki, aksiyaçılar daxili işlər naziri Giorgi Qaxarianın istefası tələb edirlər.
Aksiyaya müxalif Avropalı Gürcüstan və Vahid Milli Hərəkat partiyalarının liderləri və təfəfdarları da qoşulub.
Aksiya hakim Gürcü Arzusu Partiyasının sədri Bidzina İvanişvilinin iqamətgahına doğru “Azadlıq yürüşü” ilə davam etdiriləcək.
Muxalifet - 6-07-2019
Məşhur ticarət mərkəzində partlayış - Xəsarət alanlar var - VİDEO
ABŞ-ın Florida ştatında partlayış hadisəsi baş verib.
Unikal.org-un məlumatına görə, insident Planteyşn şəhərində The Fountains adli məşhur ticarət mərkəzində qeydə alınıb.
Hadisə yerinə polis əməkdaları, səhiyyə işçiləri və xilaedici qüvələr cəlb olubub.
Polislərin bildirdiyinə görə, partlayış nəticəsində çox sayda xəsarət alanlar var. Lakin onların sayı ilə bağlı dəqiq məlumat yoxdur. Partlayışın hansı səbəbdən baş verməsi ilə bağlı araşdırma aparılır.
Muxalifet - 6-07-2019
Bu gün II və III ixtisas qrupları üzrə abituriyentlər imtahan verir
Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) 2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirir.
DİM-dən Muxalifet.az-a verilən məlumata görə, imtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 57 binada aparılır. İmtahanların idarə olunmasına 205 imtahan rəhbəri və 2323 nəzarətçi-müəllim cəlb olunub.Muxalifet - 7-07-2019
Kapitan idi, bir dəqiqə sonra general oldu – Stalin partizanların komandiri Naumova həm də “qəhrəman” adı verib
Onu şanslı bir zabit sayıblar. Amma əslində qazandığı uğurlar öz əziyyətinin, qorxmazlığının, bir hərbçi kimi əsl peşəkarlığının sayəsində olub. Şəxsən İosif Stalinin təşəbbüsü və əmri ilə kapitan rütbəsindən birbaşa general rütbəsi alması da heç təsadüfi olmayıb. Mixail Naumov sovet ordusunun ən gənc generallarından biri olub.
Muxalifet - 7-07-2019
Argentina 3-cü oldu, Messi medalı götürmədi - Video
“Copa America”da üçüncülük uğrunda Çili üzərində 2:1 hesablı qələbə qazanan Argentina millisinin ulduz futbolçusu Lionel Messi hakimə etiraz əlaməti olaraq bürünc medalı almaqdan imtina edib. Bunu oyundan sonra jurnalistlərə açıqlamasında təcrübəli futbolçunun özü deyib: “Hər ikimizə də sarı vərəqə verilə bilərdi. Amma, ola bilsin ki, ötən dəfə Braziliya ilə oyundan sonra dediklərim bəzilərinə çox təsir edib. Medalı almadım, çünki biz bu turnir boyunca bu cür hörmətsizliyin bir hissəsi olmalı deyilik. Heç şübhəm yoxdur ki, Braziliya bu turnirin çempionu olacaq", - deyə Messi bildirib.
Muxalifet - 7-07-2019
"Allah saxta baxış vurana lənət eləsin!" - Tanınmış Meyxanaçı
Meyxanaçı Aqşin Fateh “Youtube” trendinə görə yeni qalmaqal yaşayıb.
İfaçının mahnılarının trendə ön sıralarda yer alması onun saxta izləyici vasitəsilə bu pilləyə gəlməsi barədə söz-söhbətə rəvac verib.
O, edilən ittihamlara İnstaqramda cavab yazıb:
“Allah saxta baxış vurana lənət eləsin! Bu şərəfsizlər danışmağa söz tapmırlar. Biz alnımızın təriylə və dəyər verən insanların gücü ilə birinciyik. Allah böyükdür. Şər atanların da Allah bəlasını versin!”.(axşam)Muxalifet - 7-07-2019
Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı məlumat yaydı
Sutka ərzində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində nisbi sakitlik müşahidə olunub.
Muxalifet.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Cəbhənin bəzi sahələrində atəşkəs rejimi ara-sıra açılan atəşlə pozulub.Muxalifet - 7-07-2019
Zabit Səmədovun yarım milyonluq avtomobili - FOTO
Dünya çempionu Zabit Səmədov özünə yeni avtomobil alıb.
Unikal.org xəbər verir ki, o, “Ferrari” brendinin istehsalı “488 GTB” modelinin sahibi olub.
Avtomobilin Amerikadakı satış qiyməti 301 min dollardır (təxminən, 512 min manat).
Z.Səmədov rəng seçimində isə boza üstünlük verib.Muxalifet - 7-07-2019
Mehdiabadda gözəllik salonuna çevrilmiş sallaqxananın qıfılının üstündə qan töküldü - Cinayət işi
Abşeron rayonu, Mehdiabad qəsəbəsində məskunlaşmış məcburi köçkünlər arasında mübahisə qanla nəticələnib. Qəsəbədəki "Qarant" massivində öz ət kəsimi köşkünü gözəllik salonu kimi icarəyə verən 47 yaşlı Rəşid Məmmədovla icarədar Günel Kərimova arasında mübahisə yaranıb. Amma davanı kənardan izləyən qonşulardan biri yaralanıb. Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda ittiham olunan Kəlbəcər rayon sakini, 47 yaşlı Rəşid Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Muxalifet - 7-07-2019
ABŞ-la Türkiyənin “arasını vuran” raketlər bu gün təyyarələrə yüklənir - ƏRDOĞANIN SÖZÇÜSÜ AZƏRBAYCAN VARİANTI HAQDA DANIŞDI..
Bu gün Rusiya S-400 “Triumf” zenit-raket komplekslərinin birinci partiyasını Türkiyəyə çatdırılması prosesinə başlayacaq.
Virtualaz.org xəbər verir ki, “Habertürk” telekanalı anonim mənbələrə istinadən bu haqda bildirir.
Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksləri sifariş verməsi ABŞ-la münasibətlərin kəskin pisləşməsinə səbəb olub. Vaşinqton Ankaraya qarşı sanksiyalar tətbiq etməklə hədələyir və F-35 qırıcılarını Türkiyəyə verməyəcəyini bildirir.
Muxalifet - 7-07-2019
Əfqanıstanda partlayış zamanı 12 nəfər həlak olub, onlarla insan yaralanıb
Əfqanıstanda partlayış törədilib. Bu barədə “Report” “Pajvak” agentliyinə istinadən xəbər verir. Bildirilir ki, hadisə Qəzni şəhərində qeydə alınıb. Partlayış nəticəsində 12 nəfər həlak olub, daha 43 nəfər yaralanıb. Ölənlərdən 8-i polis əməkdaşları, 4-ü dinc sakinlərdir. “Tolonews” telekanalı bildirib ki, Milli Təhlükəsizlik İdarəsinin ofisində hücum edilib. Terrorçu kamikadze partlayıcı maddə ilə dolu yük maşınını partladıb. Hadisəyə görə məsuliyyəti “Taliban“ hərəkatı üzərinə götürüb.
Muxalifet - 7-07-2019
Gül, Davudoğlu və Babacana çağırış: Yuvaya dönün!
Cənab Gül, Davudoğlu, Babacan və birlikdə yola çıxdığımız yoldaşlar, yuvaya dönün.
Axar.az xəbər verir ki, bunu AKP-nin yaradıcılarından biri hesab edilən Burhan Quzu bildirib.
Quzu yuxarıda adları sadalanan şəxslərin geri qayıtmasını arzuladığını qeyd edib: "Həmişə birlikdə yola çıxdıq, çox mühüm işlərə imza atdıq. Özünüzə görə haqlı əsasınız ola bilər, amma davamız hamısının önündədir. Gəlin yuvaya, gəlin birlikdə çalışaq".Muxalifet - 7-07-2019
Azərbaycanda 1 nəfərin öldüyü, 2 nəfərin yaralandığı hadisənin GÖRÜNTÜLƏRİ - VİDEO
Dünən Lənkəran rayonunun Gərmətük kəndində baş vermiş ağır yol qəzasının görüntüləri yayılıb.
Publika.az xəbər verir ki, görüntülərdən hadisənin "Mercedes" markalı minik avtomobilinin kommunal idarəyə məxsus yük maşınına yandan çırpılması nəticəsində baş verdiyi məlum olur. Hadisə zamanı yük maşınını idarə edən 26 yaşlı Hakim Tahirov hadisə yerində vəfat edib. Onun sərnişini və hadisəni törədən "Mercedes"in sürücüsü isə xəstəxanaya yerləşdirilib.
Dəhşətli hadisəni əks etdirən görüntüləri təqdim edirik.*****
6 iyulMuxalifet - 7-07-2019
ƏHALİNİN DİQQƏTİNƏ: Azərbaycanda saxta 100 manatlıqlar peyda olub - VİDEO
Dövriyyədə saxta 100 manatlıq əsginaslar dolaşır. Bunu əks etdirən görüntülər sosial şəbəkədə yayılıb. Bildirilir ki, saxta pullar əslindən çox çətin fərqlənir. Sadəcə, saxta pulu işığa tutarkən xəritənin üzərində əks olunmalı olan manat nişanı yoxdur. Bu pulun saxta olması daha çox xüsusi aparatda açıq-aşkar bilinir. Qeyd edək ki, 100 manat nominallı əsginasın mühafizəsi sistemləri aşağıdakı kimidir: I və II dərəcəli mühafizə elementlərini adi gözlə görmək mümkündür. Bu elementlər əhali üçün nəzərdə tutulur.
Muxalifet - 7-07-2019
UFC TARİXİNDƏ İLK DƏFƏ: Qaydasız döyüşdə 5 saniyəyə nokaut - VİDEO
Dünən keçirilmiş növbəti qaydasız döyüş yarışında idmançılardan biri cəmi 5 saniyəyə nokaut vəziyyətinə düşüb.
Muxalifet.az “360” telegram-kanalına istinadən xəbər verir ki, bir zamanlar yenilməz döyüşçü sayılan Ben Askren rəqibi Xorxe Masvidelin elə ilk zərbəsindən sonra huşunu itirərək yerə yıxılıb.
Bu, UFC yarışları tarixində rekord göstərici kimi qeydə alınıb.
Muxalifet - 7-07-2019
Qızlarını zorladığı üçün öldürülən erməni ilə bağlı şok detallar - FOTO
Rusiyada bir erməni kişinin üç qızını zorlaması və buna görə sonuncular tərəfindən qətlə yetirilməsi işində şok detallar üzə çıxıb.
Muxalifet.az Musavat.com-a istinadla xəbər verir ki, qızlar təcavüzkar atalarına yataqda öncə sprey sıxıb, daha sonra isə bıçaqlayaraq öldürüb. Qızlar mətbəxdən götürdükləri bıçaq və çəkiclə dəfələrlə onun üzünə vurublar. 36 dəfə bıçaqlanan adamın öldüyünə əmin olanda isə polisə zəng vuraraq cinayət barədə məlumat veriblər.Muxalifet - 7-07-2019
Bu gün Ağdərənin Ermənistan tərəfindən işğalının 26-cı ildönümüdür
Bu gün Ağdərə rayonunu Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 26-cı ildönümüdür.
İyirmi altı il əvvəl –1993-cü il iyulun 7-də ermənilər Xankəndidən 62 kilometr şimalda yerləşən və ümumi ərazisi 1705 kvadratkilometr olan, həmçinin keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil olan beş inzibati rayondan biri – Ağdərə rayonu və onun kəndlərini işğal ediblər.
Muxalifet - 7-07-2019
İran öhdəliklərini dayandırdı - 60 GÜN VAXT VERİLDİ
İran Hərtərəfli Birgə Fəaliyyət Planında nəzərdə tutulan növbəti öhdəliklərini bu gündən dayandırır.
Bunu İranın xarici işlər nazirinin müavini Abbas İraqçı bununla əlaqədar keçirilən mətbuat konfransında deyib. Bu barədə Trend İRİNN-ə istinadən məlumat verib.
A.İraqçının sözlərinə görə, İran bundan sonra uranın 3,67%-lik zənginləşdirilməsi və Ərak Ağır Su reaktorunun yenilənməsi ilə bağlı nüvə sazişində nəzərdə tutulan öhdəlikləri yerinə yetirməyəcək.
Muxalifet - 7-07-2019
Pərvin Abıyeva açıq-saçıq videosunu paylaşdı - VİDEO
Hər paylaşımı yeni bir söz-söhbətə yol açan aktrisa-model Pərvin Abıyeva yenə özünü dildən-dişə salacaq.
Pərvin bu dəfə ehtiraslı pozlarla zəngin yeni videoçarxin paylaşıb.
Aktrisanın videosu qısa zamanda rekord sayda bəyənmə toplayıb.
Bu da sözügedən kadrlar:Muxalifet - 7-07-2019