Axtarış
The search found 105785 results in 0.032 seconds.
Search results
SABİQ MƏMURUN TÜRKİYƏDƏKİ VAR- DÖVLƏTİNİN ŞOK SİYAHISI YAYILDI - FOTOLAR
Uzun illər Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nəzdində olan Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru vəzifəsində çalışmış, elə həmin fonddan məcburi köçkünlər üçün ayrılmış yüz milyonlarla manat vəsaiti dağıtmış, onların hesabına Türkiyədə özünə böyük biznes qurmuş sabiq deputat Ayaz Orucovun İstanbuldakı daşınmaz əmlaklarının siyahısı yayılıb.
Muxalifet - 8-07-2019
Azərbaycanda BİABIRÇILIQ: Ər arvadını başqa kişi ilə tutdu - VİDEO
Son dövrlər sosial şəbəkələrdə qadınların həyat yoldaşlarına xəyanət etməsi ilə bağlı videolar paylaşılmaqdadır. Sosial şəbəkələrdə daha bir video paylaşılıb.
BiG.AZ xəbər verir ki, Azərbaycanda çəkildiyi bildirilən videoda qeyd edilir ki, gecə evə qayıdan ər həyat yoldaşını başqa kişi ilə tutub.
Həmin görüntüləri oxucularımıza təqdim edirik:Muxalifet - 8-07-2019
Səudiyyə Ərəbistanına məxsus aviaşirkət "Boeing"lə müqaviləsini pozdu
Səudiyyə Ərəbistanının “Flyadeal” aviaşirkəti “Boeing 737 Max” tipli sərnişin təyyarələrini almaqdan imtina edib. Şirkət bunun əvəzində Avropa istehsalı olan “Airbus”la razılığa gəlib. APA xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb. Bildirilir ki, ki, aviaşirkət buna qədər 50 “Boeing” təyyarəsi almağı planlaşdırırdı, bu məqsədlə ABŞ istehsalçısı ilə razılıq da əldə olunmuşdu. Ancaq hazırda “Flyadeal” eyni sayda təyyarə ehtiyatını “Airbus A320” tipli hava gəmilərinin hesabına zənginləşdirməyi düşünür.
Muxalifet - 8-07-2019
Türkiyədə S-400-lər harada yerləşdiriləcək?
Bu həftə Türkiyəyə doğru yola çıxacaq olan S-400 havadan müdafiə sisteminin yerləşdiriləcəyi yerlər təsbit ediləcək risk vəziyyətinə görə müəyyən olunacaq. İlk mərhələdə gələn iki batareyanın yerləşdiriləcəyi bölgə Hava Qüvvələri Komandanlığı və Milli Müdafiə Nazirliyi tərəfindən müəyyən olunacaq. Bölgənin seçilmə səbəbləri və seçilən bölgə prezident Rəcəb Tayyib Ərdoğanla da paylaşıldıqdan sonra o bölgəyə sövq ediləcək. Prioritet Suriya və terrorla mübarizə olsa, sistemin Qaziantep-Şanlıurfa ətrafına yerləşdirilməsi söz mövzusu olacaq.
Muxalifet3 - 8-07-2019
"AXC-nin hətta Ermənistanda diplomatik nümayəndəliyi fəaliyyət göstərib" - NAZİR
"1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti (AXC) hökumətinin hətta Ermənistanda diplomatik nümayəndəliyi fəaliyyət göstərib".
Muxalifet.az apa-ya istinadən xəbər verir ki, bunu Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarov ADA Universitetində "Azərbaycan diplomatik orqanlarının yaradılmasının 100 illiyinə" həsr olunmuş beynəlxalq konfransda çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, AXC hökumətinin Ukraynada, Gürcüstanda, İranda, Fransada, Polşada diplomatik nümayəndəlikləri fəaliyyət göstərib.Muxalifet - 8-07-2019
Venesuelada maraqlı gəlişmə: Bir araya gəlirlər
Venesuela hökuməti ilə müxalifət nümayəndələri bu həftə Norveçin vasitəçiliyi ilə Barbadosda bir araya gələcək.
Aylardır böyük bir siyasi böhran yaşayan və çevriliş cəhdlərinə səhnə olan Venesuelada, dövlət başçısı Nicolas Maduro hökuməti və özünü keçici dövlət başçısı elan edən müxalif Milli Məclis sədri Juan Guaidonun nümayəndələri may ayında Norveçdə edilən görüşlərdən sonra yenidən bir araya gəlir.
Tərəflərin hansı gün görüşəcəyi bildirilməsə də, görüşün ölkənin şimal-şərqindəki ada ölkəsi Barbadosun ev sahibliyində baş tutacağı qeyd edilib.Muxalifet3 - 8-07-2019
Dünənki qəbul imtahanın düzgün cavabları AÇIQLANDI
II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olunmaq üçün iyulun 7-də keçirilən imtahanda istifadə olunan test tapşırıqlarının düzgün cavabları açıqlanıb. Dövlət İmtahan Mərkəzindən Muxalifet.az-a verilən məlumata görə, imtahan nəticələri yaxın iki həftə ərzində elan olunacaq.
Muxalifet - 8-07-2019
Bakı meriyası evlərə paketlər payladı
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Nərimanov rayonundakı məhəllə və həyətlərdə sakinlərlə maarifləndirici-izahedici görüşlər keçirir.
BŞİH-dən verilən məlumata görə, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Böyük Britaniyanın tanınmış "Mott MacDonald" şirkəti ilə birgə paytaxtda həyata keçirilən yeni layihə - bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin ən müasir səviyyədə təşkil edilməsi ilə bağlı sakinlərə məlumat verilib.
Bildirilib ki, iyul ayının 10-dan etibarən konsepsiyanın əsas mərhələsinin həyata keçirilməsinə start veriləcək.Muxalifet - 8-07-2019
İrandan təhdid kimi açıqlama: Daha da sərt olacaq
İran Xarici İşlər Nazirliyindən nüvə razılaşması ilə əlaqədar açıqlama verilib. Xarici İşlər Nazirliyinin sözçüsü tərəflərin razılaşma öhdəliklərini yerinə yetirmədiyi təqdirdə "üçüncü addımın daha sərt olacağını" söyləyib.
İran Xarici İşlər Nazirliyinin sözçüsü nüvə razılaşması ilə əlaqədar "Yalnız mövcud razılaşmadakı problemləri müzakirə edəcəyik, yeni bir razılaşmada iştirak etməyəcəyik" deyib.Muxalifet3 - 8-07-2019
Bakıda polis bölməsində şəhid ailəsi döyüldü? - RƏSMİ AÇIQLAMA
Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) polis bölməsində şəhid ailəsinə təzyiq olunması ilə bağlı məlumatlara münasibət bildirib.
Muxalifet.az-ın xəbərinə görə, BŞBPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev "Report"a bildirib ki, sosial şəbəkələrdə Xətai rayon 36-cı Polis Bölməsində şəhid ailəsinə təzyiq olunması ilə bağlı sübutsuz, ziddiyyətlərlə dolu qərəzli məlumat xarakterli videogörüntülər yayılıb.Muxalifet - 8-07-2019
PKK terrorçularına daha bir zərbə
Türkiyənin Daxili İşlər Nazirliyi tərəfindən Hakkarinin Çukurca rayonunda keçirdiyi əməliyyatda 3 PKK terrorçusu məhv edilib. Nazirlik bununla bağlı yazılı açıqlama verib.
Müxalifət.azMuxalifet3 - 8-07-2019
SON DƏQİQƏ: İranda güclü zəlzələ oldu
İranın Ahvaz şəhərinin 84 kilometr şərqində 5.6 bal gücündə zəlzələ baş verib.
ABŞ Geologiya Araşdırmaları Təşkilatının (USGS) məlumatlarına görə, İranın Ahvaz şəhərinin 84 km şərqində 5.6 bal gücündə zəlzələ meydana gəlib.
Şiddətli sarsıntının yerin 17 km altında reallaşdığı qeyd edilib.
Bu ana qədər zəlzələdə ölən, ya da yaralanan olub olmadığı bilinmir.
Müxalifət.azMuxalifet3 - 8-07-2019
Azərbaycanın “ən böyüyü” Türkiyədə qida şirkətini alır - AMMA ŞİRKƏT MÜFLİS DURUMDADIR...
Türkiyənin süd və süd məhsullarının istehsalı ilə məşğul olan, yarım əsrdir fəaliyyət göstərən “Yörsan Gida Mamülleri San. Ve Tic. AŞ” şirkətinin Azərbaycan firmasına satılması üçün danışıqlar gedir. Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, şirkəti 4 il əvvəl “Abraaj Group” alıb, amma Türkiyədə yaşanan iqtisadi geriləmələrlə bağlı olaraq “Yörsan” maliyyə böhranına düçar olub. Və borclarını ödəyə bilməyərək 2019-cu ilin əvvəllərində müflis elan edilməsi üçün məhkəməyə müraciət edib.
Muxalifet - 8-07-2019
Qardaşının arvadını öldürdü, sonra intihar etdi - Abşeronda dəhşət
Abşeron rayonunda qətl hadisəsi baş verib.
Muxalifet.az APA-ya istinadən xəbər verir ki, hadisə Qaqarin küçəsi, bina 1 ünvanında qeydə alınıb.
Belə ki, 1979-cu il təvəllüdlü Aygünəş Kazımova yaşadığı mənzildə qayını ilə mübahisə edib. Daha sonra qayını onun boğazını bıçaqla kəsib. Hadisə nəticəsində A.Kazımova ölüb.
1963-cü il təvəllüdlü Allahverdiyev Fərhad Mürsəl oğlu Aygünəş Kazımovanı qətlə yetirdikdən sonra elə həmin bıçaqla özünə də ağır xəsarətlər yetirib. Xəstəxanaya aparılan F.Allahverdiyev orada dünyasını dəyişib.Muxalifet - 8-07-2019
Aynişandan şəxsi həyatı haqqında ŞOK ETİRAF: “Özünə bənzər dəlini tapmaq...”
"Tək qalıb düşünməyi sevirəm. Yaşadıqlarımı yada salıb, yaşayacaqlarımı xəyal etməyi sevirəm. Hərdən nə isə dərd edirəm, kefim pozulur. Üzümdəki gülüş gedir. Sonra yadıma keçdiyim sınaqlar düşür... Dərd etdiklərim sonra bəsit görünür. Çünkü tam dəqiq olaraq anlayıram, ölümdən başqa reallıq yoxdur".
Bu sözləri Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva instaqramda yazıb. Bloger kimi fəaliyyət göstərən Aynişan şəxsi həyatındakı sıxıntılarından danışıb. O bildirib ki, son vaxtlarda bütün diqqətini özünə yönəldib:Muxalifet - 8-07-2019
Yunanıstanın yeni baş naziri haqqında ƏN MARAQLI FAKT: atası dövlət çevrilişindən belə xilas oldu
Yunanıstanda keçirilən növbədənkənar parlament seçkilərində iqtidara gələn Yeni Demkratiya Partiyasının lideri Kiriakos Miçotakis haqqında ilginc faktlar üzə çıxıb.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, Miçotakisin atası Konstandinos Miçotakis də vaxtilə Yunanıstanın baş naziri olub.
O, 1967-ci ildə baş verən dövlət çevrilişi zamanı dövrün Türkiyə Xarici işlər naziri İhsan Sabri Çağlayangilin yardımı ilə Türkiyəyə qaçıb və 7 il burada sürgündə qalıb.Muxalifet - 8-07-2019
Moskvada ermənicə “dəli yığıncağı” - Krımı Ermənistana necə birləşdirdilər...
Ermənilərin torpaqlarımızı, maddi-mədəniyyət abidələrimizi, mətbəximizi, musiqimizi oğurlamaları yenilik deyil. Ancaq lobbiçilikdə oğurluqdan daha artıq ustalaşmış qonşularımızın bizi diaspor işində yamsılamaları sözün açığı, gözlənilməz oldu.
Bir neç gün öncə Rusiya Erməniləri İttifaqı Moskvada – "Prezident Hotel"də təşkilatın yaradılmasının 20 illiyi ilə bağlı toplantı keçirib. Yığıncağa İttifaqın üzvləri, regionlardakı diaspor qurumlarının təmsilçiləri ilə yanaşı, Rusiya Dövlət Dumasının deputatları, fərqli millətlərdən olan ictimai fəallar dəvət edilib.
Muxalifet - 8-07-2019
DGK sədrinin birinci müavini Xızıda vətəndaşları dinləyəcək
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dövlət Gömrük Komitəsinin sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynovun iyulun 26-da Xızı rayonuna təyin olunmuş qəbulu iyulun 12-ə keçirilib. Muxalifet.az-a Komitədən verilən məlumata görə, qəbul iyulun 12-də saat 11:00-da Xızı şəhərindəki Heydər Əliyev Mərkəzində (Heydər Əliyev küç. 37) keçiriləcək.
Muxalifet - 8-07-2019
Piyadadan 10 manat rüşvət alan polislər İŞDƏN ÇIXARILDI
Bakıda piyadadan 10 manat rüşvət alan polislər işdən çıxarılıb.
Unikal.org-un əldə etdiyi məlumata görə, polis əməkdaşları barədə Bakı Şəhər Baş Polis İdarəsində aparılan xidməti yoxlama zamanı müəyyən olunub ki, mətbuatda yayılan videogörüntülər iyunun 29-da Binəqədi rayonu Azadlıq Prospekti ilə Axundov küçəsinin kəsişməsində yolun hərəkət hissəsinin müəyyən olunmayan yerdən keçən piyadalara qarşı profilaktik tədbirlər zamanı baş verib.Muxalifet - 8-07-2019
Bakıda hoteldə əcnəbi vətəndaşın pulları oğurlandı
Səbail RPİ-nin 39-cu Polis Bölməsinə müraciət edən əcnəbi vətəndaş iyulun 5-də yaşadığı hosteldə 400 manat və 400 ABŞ dolları pulunun oğurlandığını bildirib.
Muxalifet.az-a Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən verilən məlumata görə, müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb, qısa müddətdə bu cinayət əməlini törədən şəxs müəyyən edilib.
Keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Füzuli rayon sakini S.Rüstəmov 39-cu Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma aparılır.Muxalifet - 8-07-2019