Axtarış
The search found 105785 results in 0.047 seconds.
Search results
TİFLİSDƏ NÖVBƏTİ MİTİNQ KEÇİRİLİR - Nazir xəbərdarlıq etdi
Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında cinsi azlıq əleydarlarının etiraz mitinqi davam edir.
“Report” xəbər verir ki, həmin yerdə saat 19:00-da daxili işlər naziri Giorgi Qaxarianın istefası tələbi ilə növbəti 19-cu aksiya keçirilməli idi.
Aksiya iştirakçıları hazırda Puşkin meydanı ərazisində toplaşırlar.
Hazırda Rustaveli prospektində avtomobillərin hərəkəti dayandırılıb. Əraziyə əlavə polis qüvvələri cəlb olunub.
Muxalifet4 - 8-07-2019
"Saakaşviliyə cəhənnəmdə yanmağı arzu edirəm” - PUTİNİN TƏHQİR OLUNMASINA RUS APARICIDAN CAVAB
Gürcü-erməni əsilli rusiyalı məşhur teleaparıcı və Kremli təbliğatçısı Tina Kandelaki Rustavi-2-də Rusiya Prezidenti Vladimir Putinə qarşı səsləndirilən təhqirlərə cavab verib.
Muxalifet4 - 8-07-2019
ABŞ-da güclü yağış: AĞ EVİ SU BASDI - Foto
ABŞ-ın paytaxtı Vaşinqtonda güclü yağış nəticəsində bir sıra rayonlar su altında qalıb. Muxalifet.az xəbər verir ki, nəticədə Ağ Evdə bəzi tikililəri su basıb. Qeyd edilir ki, şəhərin cənubunda bütün qatarların hərəkəti dayandırılıb.
Muxalifet4 - 8-07-2019
NAXÇIVANA YENİ DTX RƏİSİ TƏYİN OLUNUB – Vasif Talıbov fərman imzalayıb
Naxçıvan Dövlət Təhlükəsizliyi Xidmətinə yeni rəis təyin olunub.
“Report” xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu barədə fərman imzalayıb.
Fərmana əsasən, Nurlan PənahovNaxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin olunub.
Muxalifet - 8-07-2019
Zelenskidən Putinə: Minskdə görüşək, bu barədə danışaq
Ukrayna Prezidenti Vladimir Zelenski rusiyalı həmkarı Vladimir Putinə Belarusun paytaxtı Minskdə görüşməyi təklif edib.
Muxalifet.az xəbər verir ki, bu barədə danışan Zelenski Belarus Prezidenti Aleksandr Lukaşenkonun onları məmnuniyyətlə qəbul edəcəyini söyləyib.
Zelenski görüşdə ABŞ Prezidenti Donald Tramp, Fransa Prezidenti Emmanuel Makron, İngiltərə Baş naziri Tereza Mey və Almaniya kansleri Angela Merkelin də iştirakının vacib olduğunu qeyd edib: "Danışmağımız lazımdırmı? - Lazımdır. Gəlin, Krımın kimə aid olduğu, Donbasda kimin olmadığı barədə danışaq".
Muxalifet3 - 8-07-2019
Azərbaycan-Ermənistan sərhədində istinad divarı çəkilir
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin başladığı ilk gündən daim düşmənin silahlı birləşmələrinin atəşi altında olan Qazax rayonunun sərhədə ən yaxın məsafədə yerləşən Məzəm kəndində sakinlərin təhlükəsizliyini və gediş-gəlişi təmin etmək məqsədilə yol kənarına istinad divarı çəkilir.
Muxalifet - 8-07-2019
SON DƏQİQƏ: Azərbaycanda nazirliyin şöbə müdiri ağır QƏZAYA DÜŞDÜ - 1 ölü, 3 yaralı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri ağır qəzaya düşüb.
Muxalifet.az xəbər verir ki, bu gün Ələt – Astara magistral yolunun Salyan rayonunun Şorsulu kəndi ərazisindən keçən hissəsində "Prado” markalı avtomibilin təkəri partlayıb.
Nazirliyin Daxili nəzarət və audit şöbəsinin müdiri Heybət İmanovun da olduğui maşın yoldan çıxaraq mühafizə səddinə dəyib.
Nəticədə H. İmanovun qaynı Tahirli Cavid dünyasının dəyişib. Şöbə müdirinin özü isə yaralanıb.Muxalifet - 8-07-2019
Putini təhqir edən aparıcı işdən qovuldu
Ötən gün canlı yayımda Rusiya Prezidenti Vladimir Putini təhqir edən “Rustavi-2” kanalının əməkdaşı Georgi Qabuniya işdən uzaqlaşdırılıb.
“RİA Novosti” xəbər verir ki, bu barədə kanalın idarə heyəti qərar qəbul edib.
Qabuniya qarşıdakı iki ay ərzində kanalda veriliş apara, proqram hazırlaya bilməyəcək.
Ondan əlavə kanalın daha iki əməkdaşı da işdən uzaqlaşdırılıb.
Qeyd edək ki, baş verən insidentdən sonra yüzlərlə Tbilisi sakini kanalın önündə etiraz aksiyası keçirmiş, təzyiqlərdən sonra telekanal fəaliyyətini birgünlük dondurmuşdu.Muxalifet - 8-07-2019
DÜNYA ŞOKDA: eks-nazirin oğlu Kim Çenin ölkəsinə qaçdı
Şimali Koreya mətbuatı 73 yaşlı Cənubi Koreya vətəndaşı Çoi İn Qukun Şimali Koreyaya qaçdığını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, indiyədək əksinə olduğundan Cənubi Koreya vətəndaşının Şimali Koreyaya qaçması nadir hadisə kimi qiymətləndirilir. Pxenyanda rəsmilər tərəfindən gül-çiçəklə qarşılanan Çoiyə iki ölkənin yenidən birləşməsi istiqamətində vəzifə veriləcəyi bildirilir.
Çoi İn Qukun 1960-cı illərdə Cənubi Koreyanın xarici işlər naziri olmuş atasının da həyat yoldaşı ilə birlikdə Şimali Koreyaya qaçdığı üzə çıxıb.Muxalifet - 8-07-2019
Türkiyədə partlayış: yaralılar var
Türkiyənin Hatay bölgəsinin Reyhanlı rayonunda bir evdə partlayış baş verib.
Muxalifet.az xəbər verir ki, partlayışın hansı səbəbdən baş verdiyi məlum deyil. Olay yerinə təcili yardım briqadası, polis və yanğınsöndürənlər cəlb edilib.
Partlayış nəticəsində yaralıların olduğu bildirilib.
Muxalifet3 - 8-07-2019
Türkiyə gəmiləri bu sulara daxil oldu - AB-dən etiraz
Türkiyənin Kiprin şimal-şərqində dənizdə qanunsuz qazıntı aparmaq niyyəti ciddi narahatlıq doğurur.
Axar.az xəbər verir ki, bu barədə Avropa Birliyindən Türkiyəyə etiraz olaraq bildirilib.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinə aid TCG Gür (S357) sualtı qayıq Karpaz sahillərinə çatıb. Sualtı qayıq Aralıq dənizinidə qazıntı və araşdırma işləri aparan Fatih və Yavuz qazma gəmilərinin mühafizəsini təmin edəcək. Artıq Türkiyə gəmilərinin fəaliyyətə başlamaq üzrə olduqları bəyan edilib.
Muxalifet - 8-07-2019
Ərdoğan: Bizimlə qəbilə dövləti kimi davrana bilməzsiniz!
Biz sıradan bir millət deyilik. 21 milyon kv.km torpaqlardan azalaraq 780 min kv.km-ə qədər gəlib çatmışıq. Yəni torpaq nədir, bilirik. Kimsə bizimlə qəbilə dövləti kimi davrana bilməz.
Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hərbi qulluqçular qarşısında çıxışında deyib.Muxalifet3 - 9-07-2019
Terror təşkilatına yay təmizliyi: PKK təlaşda
Türkiyə İraqın şimalında reallaşdırdığı son illərin ən böyük sərhəddən kənar əməliyyatlarından biri olan “Pəncə” Hərəkatı ilə terror təşkilatı PKK-ya göz açdırmır. TSQ və MİT-in koordinasiyasında edilən son əməliyyatlar çərçivəsində sözdə üst səviyyə PKK-lıların təsirsiz hala gətirilməsi təşkilat tabanında da çaxnaşmaya səbəb olub.
TERROR TƏŞKİLATI ÇÖKÜŞDƏ
Muxalifet3 - 9-07-2019
“İsraildə “aparteid” rejimidir” – Nelson Mandelanın nəvəsindən sərt sözlər
Cənub Afrikanın əfsanəvi lideri Nelson Mandelanın nəvəsi Zwelivelile Mandela İsrail rejimini "apartheid" olaraq xarakterizə edib. Mandela Təl Əviv rəhbərliyinin Milli Dövlət Qanunuyla da qanuni ayrı-seçkilikçilik etdiyini ifadə edib.
Muxalifet3 - 9-07-2019
“Tramp bacarıqsızdır” sözü ABŞ prezidentini əsəbiləşdirdi
ABŞ prezidenti Donald Tramp haqqında "bacarıqsızdır" dediyi iddia edilən İngiltərənin Vaşinqtondakı səfiri Kim Darroch üçün "Artıq onunla işimiz olmayacaq" deyib.
Tramp haqqındakı yazışmaları sızan İngilis səfir haqqında Twitter hesabından açıqlama verib.
İngiltərənin baş naziri Teresa Meyın “Brexit” mövzusunu müzakirə formasının səhv olduğunu deyən Tramp, "Ona bu işin necə edilməsi lazım olduğunu izah etdim, amma o başqa bir yolu seçməyə qərar verdi" deyə qeyd edib.Muxalifet3 - 9-07-2019
SON DƏQİQƏ: Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ - toya gedən 8 nəfər faciəvi şəkildə öldü
Masallıda ağır qəzada dünyasını dəyişən şəxslərin kimliyi məlum olub.
Dünyasını dəyişənlər Rzayev Əsgər Yaqub oğlu, azyaşlı övladları Rzayev Hikmət Əsgər oğlu, Rzayev Azər Əsgər oğlu, Tağıyev Rəşad Atalı oğlu, Rufullayev Ayxan Namiq oğlu, soyadları bilinməyən Murtac və Ələkbər adlı şəxslərdir.
Qəzada ölən bir nəfər xanımın hələlik kimliyi məlum deyil.
Ağır qəzada xəsarət alan iki nəfər 1995-ci il təvəllüdlü Tağıyeva Milanə Atalı qızı, soyadı məlum olmayan Ruhiyyə adlı qadındır.Muxalifet - 9-07-2019
Türkiyə Avropa Birliyini “qorxutdu”: Əndişəliyik
Türkiyənin Şərqi Aralıq dənizindəki enerji həmləsi Avropanı narahat edib. Türkiyənin qazma gəmisi “Yavuz”, Karpaz açıqlarına çatmasıyla bərabər Avropa Birliyindən də 'narahatıq' açıqlaması gəlib.
Türkiyənin "Milli Enerji və Mədən Siyasəti" çərçivəsində dənizlərdəki axtarış və qazma fəaliyyətlərinin artırılması məqsədiylə TPAO şirkətinin satın aldığı qazma gəmisi “Yavuz” Karpaz açıqlarına çatıb. Bu gəlişmədən sonra Avropa Birliyindən Türkiyənin Şərqi Aralıq dənizindəki fəaliyyətləri ilə bağlı həddini aşan bir açıqlama edilib.
Muxalifet3 - 9-07-2019
Çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ!
Bu gün ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Muxalifet.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gün ərzində bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında 30-35, Bakıda 33-35 dərəcə isti təşkil edəcək.
Abşeronun şimal və cənub çimərliklərində mülayim şimal küləyi əsəcək.Muxalifet - 9-07-2019
Butulka qapağını sinəsi ilə açdı, minlərlə baxış sayı topladı - Video
İngilis aktyor Ceyson Stethemin trendə çevrilən butulka qapağı açmaq hərəkəti (“Bottle Cap Challenge”) rusiyalı aktrisa Yana Koşkinanın da diqqətini çəkib.
“Qafqazinfo” xəbər verir ki, o, sözügedən trendə özünəməxsus şəkildə qoşulub. Y. Koşkina butulka qapağını ayağı ilə yox, sinəsi ilə açıb. Onun sözügedən videosu 300 minə yaxın baxış sayı toplayıb.
“Bu da mənim Ceyson Stethema cavabım!”, - aktrisa İnstaqram hesabında yazıb.
Y. Koşkina estafeti Rusiya yığmasının xokkeyçisi Kiril Kaprizova ötürüb.Muxalifet - 9-07-2019
Ermənistan yeni xaos astanasında - ABŞ Paşinyana əvəz axtarır
Son rəy sorğularına görə, işğalçı ölkənin prezidentinin nüfuzu baş naziri üstələyib; inqilab lideri Ermənistanın 2-ci şəxsinə çevrilir - səbəblər; Paşinyan tərəfdarlarının çoxluqda olduğu parlament yeni prezident də seçə bilər, ancaq bu, xilas yoludurmu?..
Muxalifet - 9-07-2019