Axtarış

The search found 105785 results in 0.027 seconds.

Search results

  1. ​Putin düzgün qərar verdi - Gürcü nazir

    Rusiya prezidentinin Gürcüstana qarşı sanksiya tətbiq etməməklə bağlı qərarını düzgün addım hesab edirəm. Muxalifet.az xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani Rusiya prezidenti Vladimir Putinin müvafiq bəyanatını şərh edərkən bildirib. “Təbii ki, hadisələri izləyirdik və qeyd etməliyəm ki, gərginliyi artıran, vəziyyətin daha da pisləşməsinə gətirib çıxaran o təxribatçı çıxışlar əsla qəbuledilməzdir.

    Muxalifet3 - 9-07-2019

  2. ​Şamaxıda ağır qəza: yaralılar var

    Bakı-Şamaxı-Yevlax yolunun Şamaxı ərazisindən keçən 110 kilometrliyində, Acıdərə kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
    Muxalifet.az xəbər verir ki, Şamaxı rayonunun Bağırlı kənd sakini, 1971-ci il təvəllüdlü Mirzəyev Yaşar Əlikram oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobillə Sumqayıt şəhər sakini, 1996-cı il təvəllüdlü Zeynəddinli Elmin Rafiq oğlunun idarə etdiyi “Ford” markalı yük maşını toqquşub.

    Muxalifet3 - 9-07-2019

  3. ​Səudiyyədən qərar: Bu, həcc ziyarətində qadağan olundu

    Həcc ziyarəti zamanı siyasi, məzhəbsəl şüarların və ifadələrin qarşısı alınacaq.
    Muxalifet.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının rəsmi agenliyi SPA məlumat yayıb.
    Bildirilib ki, bu barədə vəliəhd Məhəmməd bin Salmanın başçılığı ilə keçirilən Nazirlər Şurasının iclasında qərar verilib.
    Toplantıdan sonra yayımlanan bəyanatda zəvvarların ziyarət zamanı yalnız ibadətlə məşğul olmaları tövsiyyə edilib.
    “Siyasi və məzhəbi danışıqlar heç bir şəkildə qəbul edilməyəcək”.
     

    Muxalifet3 - 9-07-2019

  4. Palata bu qurumu cərimələdi

    Maliyyə Bazarlarına Nəzarət Palatası “Mingəçevir Tekstil” MMC-ni cərimələyib. "Report"un xəbərinə görə, Yasamal Rayon Məhkəməsinin qərarına əsasən, “Mingəçevir Tekstil” İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü maddəsi ilə təqsirli bilinib. Qeyd edək ki, İXM-in 430.4-cü maddəsi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur.

    Muxalifet - 9-07-2019

  5. Üç hərbçi həlak oldu - İranda

    İranın qərbində silahlıların hücumu zamanı İslam İnqilabı Keşikçiləri Korpusunun 3 hərbi qulluqçusu həlak olub. Muxalifet.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi bildirib. Bildirilir ki, hadisə Qərbi Azərbaycan vilayətində, Piranşahr şəhərində baş verib. Hücum zamanı həmçinin daha 1 hərbi qulluqçu yaralanıb. Bildirilir ki, silahlılar hərbi qulluqçuların nəqliyyat vasitəsinə atəş açıblar. Cavab atəşi ilə 3 silahlı öldürülüb, daha 1 silahlı yaralanıb.

    Muxalifet - 9-07-2019

  6. ​SON DƏQİQƏ: Tbilisidə qumbara partladı - Xəsarət alanlar var

    Gürcüstanın paytaxtı Tbilisi şəhərinin Varketili qəsəbəsində yerləşən hərbi şəhərcikdə əl qumbarası partladılıb.
    “Report” xəbər verir ki, yaşayış binalarının birində qeydə alınan partlayış nəticəsində üç nəfər müxtəlif bədən xəsarətləri alıb.
    Xəstəxanaya çatdırılan yaralıların vəziyyəti sabit qiymətləndirilir.
    Qumbaranı partladan şəxsin kimliyi müəyyən olunub və onun axtarışı isqtimətində intensiv tədbirlər həyata keçirilir.

    Muxalifet - 10-07-2019

  7. İngiltərədən Trampa 'çox axmaq adamdır' cavabı!

    İngiltərənin Xarici İşlər naziri Jeremy Hunt ABŞ prezidenti Donald Trampın İngilis hökuməti və səfiri haqqındakı açıqlamalarının hörmətsiz və səhv olduğunu ifadə edib.
     
    Jeremy Hunt İngiltərənin Vaşinqtondakı səfiri Kim Darroçun "çox axmaq bir adam olduğunu" söyləyən Trampa Twitterdən cavab verib.
    Trampın mesajını şərh edən Hunt, "Dostlar açıq bir şəkildə danışar, bu səbəbdən mən də elə edəcəyəm. Bu açıqlamalar həm baş nazirimizə, həm də ölkəmə qarşı hörmətsiz və səhvdir" deyə qeyd edib.

    Muxalifet3 - 10-07-2019

  8. Qəddar qətlləri artıran səbəblər - ekspertlər çıxış yolundan danışdılar

    Mahmud Hacıyev: “Oğurluq zamanı fiziki zor göstərilirsə, bıçaqla ev sahibi qorxudulursa, əl-qolu bağlanırsa, döyülürsə, vurulursa...” Azad İsazadə: “Baş verən olaylarda qəddarlığın kökünü öncə cəmiyyətdə artan aqressivlikdə axtarmaq lazımdır”

    Muxalifet - 10-07-2019

  9. PKK-ya daha bir zərbə: Öldürüldülər

    Türkiyədə daxili təhlükəsizlik əməliyyatları çərçivəsində Diyarbəkir-Licə mahalı çölündə iki terrorçu silahlarıyla birlikdə təsirsiz hala gətirilib. Daxili İşlər Nazirliyindən edilən açıqlamada, daxili təhlükəsizlik əməliyyatları çərçivəsində Diyarbəkir-Licə mahalı çölündə Jandarma Komandanlığı tərəfindən axşam saatlarında əməliyyat təşkil edildiyi bildirilib. İki terrorçunun silahlarıyla birlikdə təsirsiz hala gətirildiyi qeyd edilən açıqlamada, bölgədə əməliyyatların davam etdiyi qeyd edilib. Müxalifət.az

    Muxalifet3 - 10-07-2019

  10. ​LOTU HİKMƏTLƏ BAĞLI ŞOK MƏLUMAT: O hadisə baş verməsəydi məşhur tarixçi olacaqdı - VİDEO

    Oxu24.com xəbər verir ki, 1956-ci il noyabrın 3-də Sabirabaadın Kürkənd kəndində anadan olub. 1974-cü ildə Xalq Təsərrüfati institutunda təhsil alarkən Bakı şəhər Prokurorluğunun müstənqinin oğlu ilə dalaşıb və ilk məhkumluğunu yaşayıb. Üç il azadlıqdan məhrumedilmə cəzasına məhkum edilib.Cəzasını Bakıda 5 saylı İslah Əmək Kolonyasinda və Xələc düşərgədində çəkib. 1981-ciildə yenidən həbs olunub.Sabirabadda “xod” gedənlərdən birini biinsafliğına,fağrı incitdiyinə görə cəzalandirdiğğndan 7-il müddətində azadlıqdan məhrum edilib.

    Muxalifet - 10-07-2019

  11. ABŞ Suriyadan çəkilir: Terrorçuları iki dövlət qoruyacaq

    “The Guardian” qəzetinin ABŞ qaynaqlarına söykədiyi xəbərinə görə, İngiltərə və Fransa ABŞ prezidenti Donald Trampın Suriyadakı əsgər sayını azaltmasıyla meydana gələcək boşluğu doldurmaq üçün bölgəyə əlavə əsgər göndərəcək.
     
    Hər iki ölkə də Suriyada terror təşkilatı İŞİD-la mübarizə məqsədiylə saxladıqları elit hərbi birliklərin sayını 15 faiz artıracaq.
    Digər yandan, bu ölkələrin Suriyada hal-hazırda neçə əsgərinin olduğu gizli tutulur.

    Muxalifet3 - 10-07-2019

  12. «UKRAYNA İLƏ YAXINLAŞMA QAÇILMAZDIR» – Rusiya prezidenti

    «AzPolitika.info»-nun Rusiya KİV-nə istinadla verdiyi xəbərə görə, prezident Vladimir Putin əmindir ki, Ukrayna ilə Rusiyanın yaxınlaşması qaçılmazdır. Onun sözlərinə görə, həm də iki ölkə arasında müttəfiqlik münasibətlərinin qurulması qaçılmazdır.

    «RİA-Novosti» agentliyinin xəbər verdiyi kimi, Rusiya-Ukrayna münasibətlərinin perspektivi barədə Putin amerikalı rejissor Olver Stounun «Ukrayna uğrunda mübarizədə» adlı yeni filmi üçün verdiyi müsahibədə söhbət açıb.

    Muxalifet - 10-07-2019

  13. Hava limanında iki sərnişin təyyarəsi toqquşdu

    Hollandiyada iki sərnişin təyyarəsi toqquşub.
    Amsterdamın Sxiphol hava limanında toqquşan təyyarələr “EasyJet” və “KLM” hava şirkətlərinə məxsusdur.
    Hadisə nəticəsində ölən və xəsarət alan olmayıb./Publika

    Muxalifet - 10-07-2019

  14. “Ermənistan təklif ediləni götürməsə...” - 21 il öncənin yanlışı

    Rəsmi İrəvan seytnot vəziyyətdə; Paşinyan Ter-Petrosyanı aktiv Qarabağ danışıqlarına qaytarır? Erməni şərhçi: “Baş nazir Qarabağ problemindən yayınmağın yolunu axtarır...”

    Muxalifet - 10-07-2019

  15. Terror yuvası Kandildə üç edam siqnalı

    Terror təşkilatı PKK-nın 7 terrorçubaşlarından biri olan Diyar Qəribin öldürülməsi təşkilatda təlaşa səbəb olub.
     

    Muxalifet3 - 10-07-2019

  16. Kürdəmirdə AĞIR QƏZA: Sürücünü bıçaqladılar və...

    Bakı-Qazax avtomobil yolunun Kürdəmir rayonun Sığırlı kəndi ərazisindən keçən hissəsində yol qəzası olub. Belə ki, 90 MH 206 dövlət qeydiyyat nişanlı "Opel" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı beton maneəyə çırpılıb. İlkin araşdırma zamanı məlum olub ki, xəsarət alan sürücü bıçaqlanıb. Belə ki, Qaradağ rayonu Ələt qəsəbə sakini, 1964-cü il təvəllüdlü Səmədov Yaşar Əmirağa oğlu idarə etdiyi "Opel" markalı avtomobil ilə Bakı istiqamətində hərəkətdə olarkən Ucar rayonu ərazisində avtomobilinə mindirdiyi 3 şəxs arasında naməlum səbəblərdən mübahisə yaranıb.

    Muxalifet - 10-07-2019

  17. Qayınanası ilə dalaşan kürəkən qaşıq və mismar uddu - Bakıda ŞOK OLAY

    Bakıda ailə münaqişəsi zəminində qəribə hadisə baş verib.
    Muxalifet.az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, Əhmədli küçəsində qeydə alınıb.
    Həmin küçədə yaşayan 1989-cu il təvəllüdlü Babayev Əlamət Nazim oğlu yaşadığı evdə qayınanası ilə mübahisə edib.
    Mübahisə nəticəsində Ə.Babayev mətbəxdən götürdüyü qaşıq və mismarı udub.
    Ə. Babayev xəstəxanaya çatdırılıb.
    Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.

    Muxalifet - 10-07-2019

  18. ​Ekspert: Əksər banklar müştərilərin xərci hesabına yeni gəlir mənbəyi axtarır

    Azərbaycan banklarının əksəriyyəti 500 avroluq pul nişanının qəbuluna bir faizlik komissiya haqqı müəyyənləşdirib.
    Oxu.Az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Vüqar Bayramov məlumat verib.
    V.Bayramov qeyd edib ki, bank xərclərinin azaldılmasının müzakirə edilməsinə baxmayaraq, hələ də əksər banklarımız xərc artırmağı hədəfləyiblər:

    Muxalifet - 10-07-2019

  19. 4-cü mərtəbədən özünü atan 18 yaşlı qızın kimliyi bilindi - BU MƏŞHUR AZƏRBAYCANLI İMİŞ

    Avropa çempionu olan gimnastımız intihar edib.
    Muxalifet.az apa-ya istinadən xəbər verir ki, hadisə Nizami rayonu, Elşən Süleymanov küçəsində baş verib.
    2001-ci il təvəllüdlü Məmmədzadə Aynur Əfqan qızı yaşadığı binanın 4-cü mərtəbəsindən özünü atıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya aparılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. A.Məmmədzadə xəstəxanada dünyasını dəyişib.
    Hadisənin hansı səbəbdən baş verməsi araşdırılır.
    Qeyd edək ki, A.Məmmədzadə prezident mükafatçısıdır və akrobatika üzrə dörtqat Avropa çempionudur.

    Muxalifet - 10-07-2019

  20. DİM ittihamlara cavab verdi: “Söz oyunu yoxdur”

    Dövlət İmtahan Mərkəzi dövlət qulluğuna qəbul prosesi ilə bağlı hüquqşünas Əkrəm Həsənovun ittihamlarına cavab verib.

    Mərkəzin dövlət qulluğu məsələləri şöbəsinin müdiri  Vüqar Əsgərovun adından “Yeni Sabah”a daxil olan açıqlamada bildirilir ki, DİM tərəfindən dövlət qulluğuna qəbul üzrə müsabiqənin test imtahanının keçirilməsi mərhələsinə 2017-ci ilin noyabr ayından start verilib və bu günə qədər 20 test imtahanı keçirilib. Bu imtahaların nəticələri iştirak edən kontingentin hazırlıq və bilik səviyyəsindən asılı olaraq bir-birindən müəyən qədər fərqlənə bilər. 

    Muxalifet - 10-07-2019

Pages