Axtarış
The search found 105785 results in 0.047 seconds.
Search results
Ərdoğandan “Əli Babacan” açıqlaması - Müsahibə
Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan Bosniya Herseqovinadakı görüşlərindən sonra Ankaraya dönüşü əsnasında jurnalistlərə gündəmlə bağlı əhəmiyyətli açıqlamalar verib. Ərdoğan Əli Babacanın AK Partiyadan istefasıyla əlaqədar suala da cavab verib.
SUAL: ƏLİ BABACAN PARTİYANIZDAN İSTEFA VERDİ. ƏLİ BABACAN SİZİNLƏ İSTEFA VERMƏDƏN ƏVVƏL GÖRŞDÜMÜ? ƏLİ BABACANIN QURACAĞI PARTİYA SİZİ NECƏ TƏSİR EDƏCƏK?
Muxalifet3 - 10-07-2019
Mobil telefonlar nədən düzəldilib? - Mendeleyev cədvəlinin yarısı
Əgər ən son model smartfonları bir araya yığsaq onlardan 85 ton qızıl, 875 ton gümüş və 40 min ton mis çıxartmaq mümkündür.
Muxalifet.az oxu.az-a istinadla xəbər verir ki, müasir telefonlarda 70-ə yaxın kimyəvi element mövcuddur, bu da Mendeleyev cədvəlinin yarısı deməkdir.
"Bu elementlər telefonlarımıza necə düşür və onları oradan necə çıxarmaq olar" suallarına cavabı "TED Ed" online-leksiyalar portalının müəllimi Kim Preşoff verir.Muxalifet - 10-07-2019
“Pəncə” Hərəkatında terrorçulara ağır zərbə
İraqın şimalındakı Haftanin bölgəsinə “Pəncə” Hərəkatı ilə koordinasiyalı təşkil edilən hava əməliyyatıyla 15 terrorçu məhv edilib.
Türkiyənin Milli Müdafiə Nazirliyindən edilən açıqlamaya görə, “Pəncə” Hərəkatıyla koordinasiyalı olaraq İraqın şimalındakı Haftanin bölgəsinə hava hərəkatı təşkil edilib.
Hava hərəkatıyla bölücü terror təşkilatı PKK tərəfindən silah mövqeləri, sığınacaq və sığınacaq olaraq istifadə edilən hədəflər vurulub, 15 terrorçu təsirsiz hala gətirilib.
Müxalifət.azMuxalifet3 - 10-07-2019
İki döyüş təyyarəsi toqquşdu
Qatarda iki döyüş təyyarəsinin havada toqquşduğu, pilotların özlərini ataraq təyyarələrdən çıxdıqları ifadə edilib. Qatar Müdafiə Nazirliyindən edilən açıqlamada, ölkədə iki döyüş təyyarəsinin toqquşduğu qeyd edilib. Açıqlamada, pilotların özlərini etibarlı bir şəkildə təyyarələrdən atdığı ifadə edilib. Müxalifət.az
Muxalifet3 - 10-07-2019
Azərbaycanda şadlıq evində müğənni üstündə QANLI DAVA
Füzuli rayonunda toyda dava-dalaş olub.
Muxalifet - 10-07-2019
“Gəncə məhbusu” həbsxanada öldü – Xərçəng xəstəsi imiş
Ötən il baş verən Gəncə hadisələrinə görə həbs edilən Aydın Qurbanov Pentensiar Xidmətin Müalicə Müəssisəsində dünyasını dəyişib. Bu barədə onun həyat yoldaşı məlumat verib: "Gecə saat 1-də Pentensiar Xidmətdən baldızımın oğluna zəng vurublar ki, Aydın Qurbanov rəhmətə getdi, gəlin cənazəsini aparın".
Qeyd edək ki, Aydın Qurbanov 2018-ci ilin iyulunda Gəncədə baş verən olaylara görə həbs edilib.
Xatırladaq ki, Aydın Qurbanovun iki övladı var.Muxalifet - 10-07-2019
Slavyansk şəhərində Qarabağda yaralanan azərbaycanlı əsgərlər üçün kurort? - ARMYANSKDAN OLAN KEÇMİŞ NAZİRİN İDEYASI
Ukraynanın Donetsk vilayətinin Slavyansk şəhərində Qarabağ müharibəsində yaralanmış azərbaycanlı əsgərlərin müalicəsi üçün palçıq vannaları olan kurort yaratmaq planlaşdırılır. Virtualaz.org xəbər verir ki, bu barədə Krım Muxtar Respublikasının keçmiş kurortlar və turizm naziri Aleksandr Liyev “C-Plyus” telekanalına bildirib.
Krım ilhaq ediləndən sonra Liyev Ukraynaya keçib. Onun bildirdiyinə görə neftlə zəngin Azərbaycanın Slavyanskda kurort yaratmağa pulu və istəyi var. Keçmiş nazir deyib ki, bu ideyanı hələ Krımda nazir işləyəndə irəli sürmüşdü.
Muxalifet - 10-07-2019
ABŞ-da hər ağızdan bir avaz gəlir: S-400 məsələsində fikir ayrılıqları..
Türkiyənin Rusiyadan S-400 alışı başda olmaqla, bütün mövzularda ABŞ rəhbərliyinin əsassız duruşu davam edir. Xüsusilə Tramp ilə Pentaqon və hətta ABŞ Xarici İşlər Nazirliyinin verdiyi açıqlamalar bir-biriylə üst-üstə düşmür. Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan və Trampın Yaponiyada keçirilən G-20 zirvəsində bir araya gəlməsi S-400 mövzusunda daha mülayim bir havanın meydana gəlməsini təmin etmişdi. Ancaq ABŞ Xarici İşlər Nazirliyi Trampın mülayim mesajlarının əksinə, yeni bir açıqlama edib.
Muxalifet3 - 10-07-2019
Azərbaycanda DƏHŞƏT: 1 gündə 10 nəfər bu səbəbdən ÖLDÜ
Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Muxalifet.az-a verilən məlumata görə, iyulun 9-da ölkədə törədilən 21 cinayətin üstü “isti izlər”lə açılıb.
Əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 17 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 6 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.Muxalifet - 10-07-2019
Türkiyədən Yunan Kiprinə sərt xəbərdarlıq
Türkiyənin Xarici İşlər Nazirliyi Yunan Kipri rəhbərliyinə sərt xəbərlıq edib. Xəbərdarlıqda deyilir: "Türkiyə Şərqi Aralıq dənizində öz qitə sahəsindəki haqlarını qoruduğu kimi, Yunan Kipri Kipr Türklərini karbohidrogen qaynaqları mövzusunda gəlir paylaşması daxil, qərar vermə mexanizmlərinə daxil etmədiyi və haqlarını zəmanət altına almadığı müddətcə, Adanın ətrafında Kipr Türk xalqının haqq və mənfəətlərini də müdafiə etməyə davam edəcək".
Müxalifət.azMuxalifet3 - 10-07-2019
TÜRKİYƏ NATO-nu PARÇALAYA BİLƏR! – “Rusiya və Çinlə işləmək Türkiyə üçün kəskin dönüşdür”
Rusiya ilə “S-400” raketləri müqaviləsi bağlayan Türkiyə son zamanların ən çox müzakirə edilən Hava Hücumundan Müdafiə sistemlərini alacaq. Gözlənilir ki, yüksək effektli müdafə imkanlarına malik və bütün diqqətləri özünə çəkən “S-400” raketləri 15 iyul tarixində Türkiyədə yerləşdiriləcək. Amerika tərəfindən sanksiya hədələri fonunda reallaşdırılan bu sövdələşmə son dövrlərin ən böyük intriqasıdır.
Muxalifet - 10-07-2019
Yeni 10 manatlıqlar problem yaratdı
Yenilənmiş 10 manatlıq pul nişanı 18.03.2019-cu il tarixindən tədavülə buraxılmasına baxmayaraq, hələ də əskinasın istifadə olunmasında problem yaşanır.
Muxalifet.az "Yeni Sabah”a istinadən xəbər verir ki, bir çox bankomatlar və ödəmə terminalları hələ də yeni əskinasları tanımadığı üçün istifadəçilər onları banklarda dəyişmək məcburiyyətində qalır.
Yeni pul nişanının məhdudiyyətsiz istifadə olunacağı açıqlansa da, şəhər nəqliyyatını idarə edən sürücülər də onu götürməkdən çəkinir və köhnə 10-luq əskinasları tələb edir.Muxalifet - 10-07-2019
Rezidenturaya qəbul imtahanının II mərhələsi keçiriləcək
Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 14-də 2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasında baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya qəbul imtahanının II mərhələsini keçirəcək.
DİM-dən Muxalifet.az-a verilən məlumata görə, imtahan Bakı şəhərində 2, Naxçıvan şəhərində 1 binada keçiriləcək və saat 11:00-da başlanacaq. İmtahan 2 saat 30 dəqiqə davam edəcəkdir.
İmtahanda iştirak etmək üçün namizədlər aşağıdakı sənədləri təqdim etməlidirlər:
şəxsiyyəti təsdiq edən sənədin əslini;Muxalifet - 10-07-2019
Hadi Rəcəbli: “Heydər Əliyevin kabinetinə daxil olanda həyəcandan əsirdim” - MÜSAHİBƏ
Azərbaycanın mərhum eks-prezidenti, görkəmli dövlət xadimi Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 50 illiyi tamam olur. 1969-cu ilin 14 iyulunda Heydər Əliyev Azərbaycan SSR-yə rəhbərlik etməyə başlayıb.
Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Modern.az-a müsahibəsində Heydər Əliyevlə bağlı xatirələrindən, ilk tanışlıqlarından və onun siyasi fəaliyyətindəki xidmətlərindən söz açıb.
- Hadi müəllim, Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 50 illiyi tamam olur. O illəri necə xatırlayırsız?Muxalifet - 10-07-2019
Netanyahu F-35-in qarşısında poza verib İranı hədələdi
İsrailin baş naziri Binyamin Netanyahu F-35 döyüş təyyarələrinin qarşısında poza verərək İranı təhdid edib.
İsrailin baş naziri Binyamin Netanyahu Nevatim Hava Bazasında yerləşdirilən bir F-35 eskadrilyasını ziyarət edib. Netanyahuya İsrailin Baş Qərargah rəisi Aviv Kochavi yoldaşlıq edib.Muxalifet3 - 10-07-2019
Bakıda DƏHŞƏTLİ QƏZA: Avtobus piyadanın üzərindən keçdi
Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Muxalifet.az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Qaradağ rayonu ərazisində qeydə alınıb.
Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Nərimanov küçəsi 7 saylı ünvanda yaşayan Məmmədov Qəribxan Mirzə oğlu Qaradağ rayonu, Lökbatan qəsəbəsində fəaliyyət göstərən "Sədərək" Ticarət Mərkəzinin qarşısındakı dayanacaqda Tahirov Ceyhun Fəxrəddin oğlunun idarə etdiyi "Daewo" markalı 10 TG 262 dövlət nömrə nişanlı 211 saylı marşrut avtobusundan düşərkən sürücü avtobusu hərəkətə gətirib.Muxalifet - 10-07-2019
Əvvəlcə, qadın paltarı geyindirdilər, indi kənddən qovurlar... - ZƏRDABDA NAMUS DAVASI
Bir müddət əvvəl Zərdab rayon Körpükənd kəndində iki qonşu arasındakı "namus davası"nda yeni detallar ortaya çıxıb.
Muxalifet.az qafqazinfo-ya istinadən xəbər verir ki, 70-ə yaxın kənd sakini imza toplayaraq Müşfiq Kərimovun ailəsi ilə birgə kənddən çıxarılmasını tələb edir. Buna səbəb isə M. Kərimovun oğlu Fərid Kərimovun qonşuları Mübariz adlı şəxsin gəlini A.H-nın nömrəsini başqa kənd sakinlərinə paylaması iddiasıdır.Muxalifet - 10-07-2019
İcra başçısının müavini məhkəmə qərarlarını saymır - Sevil Əhmədovanın qaz “zapravka”sı insanlara təhlükə törədir
İsmayıllı rayonu, İsmayıllı kənd sakini Abdullayev Araz Mikayıl oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. İsmayıllı rayon İcra Hakimiyyəti başçısının müavinindən şikayət edən A.Abdullayev saytımız vasitəsilə prezident İlham Əliyevə müraciət edir:
Muxalifet4 - 10-07-2019
8 nəfərin öldüyü dəhşətli qəza barədə ŞOK FAKT: sürücünün ailə üzvləri yolda maşından düşübmüş
Dünən Masallıda 8 nəfərin ölümü ilə nəticələnən dəhşətli qəza barədə yeni detallar ortaya çıxıb.
Bakupost.az-a daxil olan məlumata görə, yük maşını ilə toqquşan "Mercedes Vito” markalı mikroavtobusun sürücüsü Elvin Zeynalov yol boyu maşını hədsiz yüksək sürətlə idarə edirmiş. Hətta yolda bununla bağlı ailə üzvləri ilə belə mübahisə edib.
Bu barədə saytımıza məlumat verən şəxs deyir ki, 8 nəfərin ölümünə səbəb olan sürücü Elvin Zeynalovun atası da bu işlə məşğuldur. Onların ikisi də - ata-oğul rayondan Bakıya sərnişin daşımaqla məşğul olur.Muxalifet - 10-07-2019
Rusiya Baş qərargahının rəisi NATO komandanı ilə danışıqlar üçün Bakıya gəldi - TƏCİLİ
Rusiya Silahlı Qüvvələrinin Baş qərargah rəisi, ordu generalı Valeri Gerasimov Bakıdadır. Bu haqda Rusiya Müdafiə Nazirliyi bildirir.
General Gerasimov Bakıya NATO-nun Avropadakı Birləşmiş silahlı qüvvələrinin baş komandanı, general Tod Uolterslə danışıqlar aparmaq üçün Bakıya gəldiyi bildirilir.
Muxalifet - 10-07-2019