Axtarış

The search found 105785 results in 0.208 seconds.

Search results

  1. “Həmin sürücü barədə polisə dəfələrlə şikayət etmişdik...” - NAZİRLİK MASALLIDA QIRĞIN TÖRƏDƏN “MERCEDES VİTO” SÜRÜCÜSÜ HAQDA

    Bu gün iyulun 9-da Ələt-Astara magistral yolunun Masallı rayonunun Hüseynhacılı kəndi ərazisindən keçən hissəsində 8 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən dəhşətli yol qəzası törədən sürücü Nizami Mustafayev qeyri-leqal sərnişindaşıma ilə məşğul olub. Və yol hərəkəti qaydalarını kobud şəkildə pozduğuna, qeyri-leqal sərnişindaşıma ilə məşğul olduğuna dair barəsində dəfələrlə polisə şikayət edilib.

    Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bu haqda virtualaz.org-a bildirib.

    Muxalifet - 9-07-2019

  2. Türkiyəyə qarşı sanksiya planı - TƏHLİL

    Taha Dağlı – Haber7
     
    S400-lər gəlir, geriyə addım yoxdur. Buna qarşılıq olaraq bəziləri də davamlı qorxu havası vururlar.
     
    Qorxunun adı CAATSA qanunudur.
    Yəni ABŞ-ın Rəqibləriylə Sanksiyalar Yoluyla Mübarizə Etmə Qanunu.
    Qısacası "sanksiya".
    Yəni S-400 alırıq deyə, ABŞ Türkiyəyə sanksiya tətbiq edəcək.
    Yaxşı, necə bir sanksiyadır bu?
    Təsirləri nə olacaq?
    ABŞ-ın S-400-lərə qarşı Türkiyəyə sanksiya təhdidi aylardır davam edir.

    Muxalifet3 - 9-07-2019

  3. Ərdoğanın sözlərindən sonra ABŞ-dan Türkiyəyə yeni S-400 təhdidi

    Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyadan S-400-lərin təhvil verilməsi ilə bağlı "Səfər hazırlığı, yükləmə işləri davam edir. Hara yerləşdiriləcəyini Müdafiə Nazirliyi və Baş Qərargahımız planlaşdırır" açıqlamasından sonra ABŞ-lı bir səlahiyyətlidən açıqlama verilib.
     
    CNBC-ə açıqlama verən bir ABŞ-lı səlahiyyətli Türkiyənin Rusiyadan S-400 havadan müdafiə sistemi satın alması ilə bağlı təhdid ehtiva edən sözlər deyib.

    Muxalifet3 - 9-07-2019

  4. TSQ-dən hava hərəkatı! Xainlər öldürüldü

    İraqın şimalına təşkil edilən hava hərəkatında 3 terrorçu öldürülüb.
    İraqın şimalındakı Haftanin və Metina bölgələrinə “Pəncə” Hərəkatıyla koordinasiyalı təşkil edilən hava əməliyyatlarıyla 3 terrorçu təsirsiz hala gətirilib.
    Müxalifət.az

    Muxalifet3 - 9-07-2019

  5. Davutoğlu Babacanın 'yeni partiya'sında olmayacaq

    Türkiyənin 11-ci prezidenti Abdullah Gül ilə birlikdə yeni partiya qurma hazırlıqlarını davam etdirən keçmiş baş nazirin müavini və Xarici İşlər naziri Əli Babacan, qurucusu olduğu AK Partiyadan 18 il sonra istefa verdi. Babacan istefasını bəyan etdiyi mətndə yeni partiya hazırlıqları ilə bağlı ilk rəsmi açıqlamasını ictimaiyyət ilə paylaşdı. Babacana yaxın qaynaqlar Əli Babacan liderliyində qurulacaq yeni partiyayla əlaqədar açıqlama verərək "Partiya işlərimizdə artıq sona gəlindi. 11-ci prezidentimiz Abdullah Gül partiyamızda ‘böyük qardaş' mövqeyində olacaq.

    Muxalifet3 - 9-07-2019

  6. İrandan İngiltərəyə təhdid! 'Cavab verəcəyik'

    İngiltərənin İrana aid neft tankerini saxlamasından sonra İrandan "cavab verəcəyik" cavabı gəlib.
     
    İranın xəbər agentliyi “Tesnim”-in xəbərinə görə, paytaxt Tehranda təşkil edilən bir mərasimdə çıxış edən İranın Baş Qərargah rəisi Məhəmməd Bakiri İngiltərəyə bağlı Cəbəllütariq muxtar rəhbərliyinin İrana aid neft tankerini saxlamasını "düşməncə cəhd" olaraq xarakterizə edib.

    Muxalifet3 - 9-07-2019

  7. Bu qurumun mətbuat xidmətini rəhbəri işdən çıxdı

    “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova tutduğu vəzifədən ayrılıb.

    Bu barədə Trend-ə QSC-nin mətbuat şöbəsindən məlumat veriblər.

    Bildirilib ki, 4 ildir adıçəkilən vəzifədə çalışan S.Qədirova fəaliyyətini bundan sonra Azərbaycan Voleybol Federasiyasında İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi kimi davam etdirəcək.

    Muxalifet - 9-07-2019

  8. Araz Sofiyevi gecə evində öldürüb arvadını yaralayanlar kimlərdir?! - ANASI QONŞU OTAQDA YATIBMIŞ…

    İyunun 6-dan 7-nə keçən gecə paytaxtın Suraxanı rayonu Günəşli qəsəbəsi, “Q” yaşayış massivi 7 ünvanında Araz Sofiyevin öldürülməsi, arvadı Rəna Sofiyevanın isə yaralanması hadisəsi ilə bağlı bəzi təfərrüatlar bəlli olub. Virtualaz.org xatırladır ki, KİV-lərin ilkin məlumatında qətlin oğurluq üstündə törədildiyi, evə basqın edən şəxslərin 5 min dollar oğurlaması versiyası irəli sürülürdü. Araz Sofiyevin qohumlarından biri də evə basqın edən şəxslərin pul, qızıl tələb etdiklərini, söyüş söydükləri üçün mübahisənin davaya çevrildiyini söyləyib.

    Muxalifet - 9-07-2019

  9. İrandan Bitkoinə BÖYÜK ZƏRBƏ! - Alış-satışı tamamilə QADAĞAN EDİLDİ

    İranın Mərkəzi Bankının sədr müavini Nasır Hakimi, Çirkli Pullarla Mübarizə Üzrə Ali Şurasının qərarı ilə Bitkoin ilə aparılan əməliyyatların qadağan edildiyini bildirib.

    Hakimi deyib: “İranda Bitkoinin alışı və satışı qadağandır. Bitkoinin qiymətinin dalğalanması çox yüksək olduğu üçün risk daşıyıcısıdır. Bu səbəbdən vətəndaşların bu tələyə düşməməsini tövsiyə edirəm”.

    Hakimi Bitkoin istehsalının isə hələlik qadağan edilmədiyini əlavə edib.

    Muxalifet - 9-07-2019

  10. “PKK bitmə nöqtəsinə gəldi” – İngilis mediası yazdı

    İngilis mediasında dərc olunan bir hesabat Türkiyənin təsirli əməliyyatları nəticəsində terror təşkilatı PKK-nın ağır vəziyyətini gözlər önünə sərib. Türkiyənin PKK-ya yönəlik əməliyyatlarını artırdığı ifadə edilən hesabatda, ''Bu səbəblə həm Türkiyə sərhədləri içərisində, həm də sərhəd xaricində, xüsusilə İraqda, PKK-nın hərəkət qabiliyyətinin azaldığı və təşkilatın gedərək kiçildiyi" ifadə edilib.

    Muxalifet3 - 9-07-2019

  11. Maştağada qəribə yırtıcı PEYDA OLDU - FOTO

    Maştağa sakinləri qəsəbənin Ləiş bağları ərazisində qeyri-adi heyvan tutublar. Muxalifet.az xəbər verir ki, bu barədə axar.az-a qəsəbə sakinləri məlumat verib. Bədən hissəsi yarasaya oxşayan tünd qəhvəyi rəngli heyvanı sakinlər bir neçə gün izləyəndən sonra tuta biliblər. Sakinlərin sözlərinə görə, qeyri-adi heyvanın çəkisi təxminən 40-45 kiloqrama qədərdir. Sakinlər bir neçə gün qəsəbədə qoyunların yoxa çıxmasından narahat olub. Əvvəlcə qoyunların oğurlandığını fikirləşən sakinlər daha sonra gecə boyunca yatmayaraq heyvanları izləyiblər.

    Muxalifet - 9-07-2019

  12. Azərbaycanlı məmurların dünyada tanınan qumarbaz övladları - ŞOK SİYAHI

    Ölkəmizi dünyanın ən məşhur kazinolarında tanıdan məmur övladlarının siyahısı açıqlandı Muxalifet.az xəbər verir ki, Bunu araşdırmaçı jurnalist Cavanşir Həsənli öz feysbuk hesabında yazıb. Sıralama udduqları pulların məbləğinə görə müəyyən edilib. İlk yeri Ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyevin oğlu Ramin Hacıyev (indiyədək üst-üstə 3 milyon 267 min 653 dollar udub), 6-cı yeri isə digər oğlu Rüstəm Hacıyev tutur. 3-cü yerdə Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi Vaqif Axundovun oğlu Murad Axundovdur.

    Muxalifet - 9-07-2019

  13. Gürcüstan prezidenti Rusiya rəhbərliyinə müraciət etdi

    Gürcüstan prezidenti Salome Zurabişvili Rusiya rəhbərliyinə müraciət edib.

    Dövlət başçısı keçirdiyi brifinqdə Rusiyanı eskalasiyaya yol verməməyə çağırıb.

    S.Zurabişvili bildirib ki, Gürcüstanın sülh siyasəti ölkədə və bölgədə sabitliyin qorunub saxlanılması üçün yeganə vasitədir.

    Prezident Rusiyada yaşayan gürcülərə də müraciət edib: “Mən sizin prezidentinizəm və sizin əmin-amanlığınız bizim üçün vacibdir. Hökumət sizinlə bağlı vəziyyətin gərginləşməməsi üçün mümkün edən hər şeyi edir”.

    Muxalifet - 9-07-2019

  14. Sevinc Abbasova ilə bağlı ölkə rəhbərliyinə müraciət edildi – Video

    Bakı şəhəri Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi, 2004-cü il təvəllüdlü Elina Hacıyevanın intiharı ilə bağlı mərkətib direktoru Sevinc Abbasovanın bacısı Natəvan Quliyeva ölkə rəhbərliyinə müraciət edib.

    “Yeni Sabah” xəbər verir ki, o, müraciətində istintaqdan narazılığını ifadə edib və həmçinin bacısına qarşı kampanıyanın aparıldığını bildirib. O, intiharın arxasında maraqlı şəxslərin də olduğunu və bundan istifadə etdiklərini vurğulayıb. 

    N. Quliyeva ölkə rəhbərliyindən istintaqı nəzarətdə saxlamağı xahiş edib.

    Muxalifet - 9-07-2019

  15. Kadırov Putinə söyən jurnalist haqda: "O nə kişi, nə də Qafqaz oğludur"

    “Gürcüstanın Prezidenti, Baş Naziri jurnalist Georgi Qabuniyanın hərəkətinə görə Vladimir Putindən dərhal rəsmi və ictimai formada üzr istəməlidir”.

    “Qafqazinfo” xəbər verir ki, bu fikri Çeçenistan lideri Ramzan Kadırov “Rustavi 2” kanalının efirində jurnalistin Rusiya Prezidentini və valideynlərini təhqir etməsinə münasibət bildirərkən səsləndirib.

    Muxalifet - 9-07-2019

  16. “Yeni saziş üzrə danışıqlar başa çatmaq üzrədir” – Donald Tusk

    “Avropa İttifaqı və Azərbaycan ildən-ilə daha da yaxınlaşır. Əlaqələrimiz daha da aktivləşib və bugünkü səfərim buna daha bir bariz nümunədir”. “Report” xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Azərbaycana səfəri çərçivəsində deyib. D.Tusk xatırladıb ki, 2018-ci ildə Aİ və Azərbaycan tərəfdaşlıq prioritetlərini təsdiq ediblər. “Vahid aviasiya məkanı barədə Saziş, eləcə də Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqlarımız başa çatmaq üzrədir.

    Muxalifet - 9-07-2019

  17. “Kazinoda həmişə uduzurdum, amma qızlara yaxşı çay pulu verirdim...” - “RƏŞAD GƏNCİNSKİ” PROKURORA BELƏ DEDİ

    Minskdə azərbaycanlı kriminal avtoritet, “Rəşad Gəncinski” ləqəbli Rəşad İsmayılovun işi üzrə məhkəmə prosesi gedir. Virtualaz.org Belarus KİV-lərinə istinadən xəbər verir ki, Rəşad İsmayılov Rusiya vətəndaşıdır, Moskvada yaşayıb və Ukraynadakı azərbaycanlı diasporu üzrə “nəzarətçi” statusu olub. O, bir Azərbaycan və bir Belarus vətəndaşı ilə birlikdə Belarus ərazisinə qanunsuz olaraq silah-sursat keçirməkdə, narkotik dövriyyəsində ittiham olunur.

    Muxalifet - 9-07-2019

  18. Lavrovla Mnatsakanyan görüşdü: Qarabağ müzakirə edildi

    Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyanla Rusiya Xarici İşlər naziri Sergey Lavrov ATƏT-in xarici işlər nazirlərinin Yüksək Tatradakı qeyri-rəsmi görüşü çərçivəsində bir araya gəliblər.
    Bu məlumatı Ermənistan Xarici İşlər Nazirliyi yayıb.
    Görüşdə əsas müzakirə mövzusu iki ölkə arasında müttəfiqlik, ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri olub. Nazirlər həmçinin regional və beynəlxalq məsələləri də müzakirə ediblər.
    Görüşdə Qarabağ konfliktinə də toxunulub.

    Muxalifet - 9-07-2019

  19. Hakkaridən ACI XƏBƏR - İki türk hərbçisi şəhid oldu

    Türkiyənin Hakkari vilayətində PKK terrorçuları hərbi avtomobilə hücum ediblər. Türkiyənin Milli Müdafiə Nazirliyinin açıqlamasına görə, terror nəticəsində 2 türk hərbçisi şəhid olub, 1 hərbçi isə yaralanıb.

    Bölgədə terrorçulara qarşı əməliyyat davam edir.

    Muxalifet - 9-07-2019

  20. Tanış olduğu qadını şantaj edən şəxsə hökm OXUNDU

    Qadını şantaj etməkdə ittiham edilən şəxs hakim qarşısna çıxarılıb. O, hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilir.

    Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Daşqın Gəncaliyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

    Hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub. Hökmə əsasən D.Gəncəliyev 3 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

    Muxalifet - 9-07-2019

Pages