Axtarış
The search found 105785 results in 0.025 seconds.
Search results
Sobçak Putinin müdafiəsinə qalxdı - “Bu, hasarda “*****” sözünü yazıb sevinmək kimidir”
Teleaparıcı Kseniya Sobçak, Gürcüstanın “Rustavi 2” telekanalının efirində jurnalist tərəfindən təhqir olunan, Rusiya prezidenti Vladimir Putinin müdafiəsinə qalxıb. “Qafqazinfo” xəbər verir ki, tanınmış bu haqda Teleqram kanalında yazıb.
“Putin sizin xoşunuza gəlməyə bilər, amma Putini qeyri-etik təhqir edərək aşağılanmaq ağılsızlıq və çox güman ki, zəif mövqeyin göstəricisidir”, - Sobçak izah edib.
Muxalifet - 9-07-2019
Trampın rəqibi seçki yarışından geri çəkildi
ABŞ-da 2020-də keçiriiləcək prezident seçkilərində namizəd olan Kaliforniya nümayəndəsi Eric Swalwell seçki yarışından çəkilib.
ABŞ-da 2020-də keçiriləcək prezident seçkilərində Demokrat Partiyasından namizəd olan Kaliforniya nümayəndəsi Eric Swalwell yarışdan çəkildiyini açıqlayıb.
Swalwell Kaliforniyadakı kampaniya ofisində etdiyi açıqlamada, namizədliyinin diqqəti cəlb etmədiyini ifadə edərək prezidentlik yarışından çəkildiyini söyləyib.Muxalifet3 - 9-07-2019
Yaqub Eyyubovun oğlunun Avropadan okeanın o tayına qədər uzanan biznesi – SƏNƏDLƏR
Baş nazirin birinci müavini Yaqub Eyyubovun oğlu Orxan Eyyubovun biznesi Avropadan okeanın o tayına – Kanadaya qədər uzanır.
Avropada daşınmaz əmlak biznesi ilə məşğul olan cənab Eyyubov Kanadada əsasən səhiyyə biznesi ilə məşğul olur və bu ölkədə klinikaları var.
Muxalifet.az xəbər verir ki, jurnalist Cavanşir Həsənli Kanada hökumətinə aid saytda (https://opengovca.com/corporation/8989613) şirkətlərlə bağlı bölümdə Orxan Eyyubova aid CANADA LTD haqqında məlumat əldə edib.
Muxalifet - 9-07-2019
Dövlət Agentliyinin rəhbərinin 40 otaqlı villası aşkarlandı - fotolar
Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Saleh Məmmədovun Nabranda tikdirdiyi villanın görüntüləri yayılıb.
"Yeni Sabah” xəbər verir ki, görüntülər sosial şəbəkələrdə yayılıb. Xəbərə görə, villa son 1 il ərzində tikilib və istifadəyə verilib.
Üç mərtəbəli binanın 40 otaqdan ibarət olduğu və 12 milyon manata başa gəldiyi iddia edilir.Muxalifet - 9-07-2019
Ərdoğan ilə Davutoğlu telefonla danışıb: “Partiya qururmuşsan...”
“Hürriyət”in yazarı Abdulqadir Selvi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın keçmiş baş nazir Əhməd Davutoğlu ilə telefonda danışdığını iddia edib.
Abdulqadir Selvi Rəcəb Tayyib Ərdoğanın keçmiş baş nazir Əhməd Davutoğlu ilə telefonda danışdığını irəli sürüb. Selvi "Ərdoğan 'Partiya qururmuşsan' deyə soruşub. Davutoğlu 'Mənim bir iradə bəyanım olmadı' deyib" deyə yazıb.Muxalifet3 - 9-07-2019
Vaqif Axundovun “qumar kralı” oğlunun xaricdəki milyonluq biznesi - ŞOK SƏNƏDLƏR
“Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə İdarəsinin rəisi Vaqif Axundovun oğlu, Murad Axundov da Çexiyada daşınmaz əmlak şirkəti açıb”. Buunu araşdırmaçı jurnalist Cavanşir Həsənli öz feysbuk hesabında yazıb. Məlumatda qeyd olunur ki, "Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə İdarəsinin rəisi Vaqif Axundovun oğlu, dünyaca məşhur kazino qumarbazı Murad Axundov da Çexiyada daşınmaz əmlak şirkəti açıb. AG Property Group s.r.o. şirkəti ötən il yanvarın 25-də 50 min çex kronu nizamnamə kapitalı ilə Praqada qeydiyyatdan keçirilib (qeydiyyat nömrəsi C 289156).
Muxalifet - 9-07-2019
Bu ixtisası seçən abituriyentlərə ŞAD XƏBƏR: 350 manat təqaüd və...
Aqrar sahə üzrə mütəxəssis hazırlığı prosesinin stimullaşdırılması bu il də davam etdiriləcək”.
Muxalifet - 9-07-2019
S-400-lər Türkiyəyə yola çıxdı!
Türkiyəyə bu həftə gəlməsi gözlənilən S-400 havadan müdafiə raketlərini daşıyan təyyarələrin Rusiyadan hava qalxdığı iddia edilib.
Muxalifet3 - 9-07-2019
Elçibəyin qardaşı oğlu Qılıncdaroğlu ilə görüşdü - FOTO
Bəyaz hərəkatinin təşklat komitəsinin sədri eks prezident Əbülfəz Elçibəyin qardaşı oğlu Hürrü Əliyev Cümhuriyyət Xalq Partiyasının Kamal Qılıncdaroğlu ilə görüşüb. CHP lideri Kamal Kılıçdaroğlu, Hürrü Əliyevi partiyanın mərkəzi qərargahında qəbul edib. Onlar iki ölkə arasında münasibətlərdən, Dağlıq Qarabağ problemi, partiyalar arası əlaqələrdən danışıblar. Görüşün sonunda Hürrü Əliyev Kamal bəyə Əbülfəz Elçibəyin əsərlərinin cəmləndiyi “İstiqlal, Hürriyyət, Bütövlük Strategiyası” kitabını hədiyyə edib.
Muxalifet - 9-07-2019
Beynəlxalq sərgidə qalmaqal - Nazir bayrağımızı baş-ayaq qoydu - FOTOLAR
Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və Rusiya Federasiyasının sənaye və ticarət naziri Denis Manturov iqtisadi əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Görüş Yekaterinburqda keçirilən INNOPROM-2019 beynəlxalq sənaye sərgisi çərçivəsində baş tutub.
Görüş zamanı Azərbaycan bayrağı ilə bağlı tez-tez təkrarlanan hal baş verib. Nazirin qarşısına qoyulan bayrağımız yenə də baş-ayaq olub və yaşıl rəng yuxarıda olub.Muxalifet - 9-07-2019
Bakıda BİABIRÇILIQ: Parkda qızlar saçyolduya çıxdılar... - VİDEO
Ötən gün Bakının Nərimanov rayonunda qızlar əlbəyaxa dava ediblər.
Bu barədə hadisə şahidləri baku.ws-in “qaynar xətti”nə məlumat veriblər. Verilən məlumata görə, Nərimanov metrostansiyası yaxınlığındakı parkda 4 qız dava salıblar.
Qızlar bir-birinin saçını yolublar və söyüş söyüblər.
Əraziyə polis bölmələrinin qüvvələri çağırılıb. Polislər çox çətinliklə də olsa qızları ayırmağa nail olublar.
2 qız polislərin əlindən qaçaraq ərazini tərk edib.
Hadisənin görüntülərini təqdim edirik.Muxalifet - 9-07-2019
FHN əməkdaşları toyda DAVA SALDI – Həbs olunan var
Fövqaladə Hallar Nazirliyinin (FNN) əməkdaşları Tərtərdə iştirak etdikləri toy məclisində dava salıblar. Kütləvi dava zamanı xəsarət alanlar olub. Mualifet.az xəbər verir ki, bu barədə "Azerinfo.tv" məlumat yayıb. Xəbərə görə, hadisə bazar günü, 7 iyul tarixində baş verib. Fövqaladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin bir qrup əməkdaşı Tərtərdə toy məclisində iştirak edib. Toyun qızğın vaxtı FHN əməkdaşları ilə məclisdə iştirak edən digər qonaqlar arasında mahnı sifarişi üstündə mübahisə başlayıb. Mübahisə kütləvi dava ilə nəticələnib. Hadisə yerinə polis gəlib.
Muxalifet - 9-07-2019
Bakı-Tbilisi qatarının qəzaya uğraması barədə rəsmi açıqlama - YENİLƏNİB / VİDEO
8 iyun 2019-cu ildə, saat 23:20-də dəmiryolunun Padar-Sığırlı mənzilində kontakt şəbəkəsində yaranmış nasazlıq nəticəsində qatarların hərəkətində ləngimə olub. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən virtualaz.org-a verilən məlumata görə, hərəkətdə olan 38/saylı Bakı-Tbilisi sərnişin qatarı yolda qalıb. Qatar teplovoz dartısı ilə Sığırlı stansiyasına gətirilib və ordan təyinatı üzrə yola salınıb. Qeyd olunub ki, hadisə nəticəsində Bakı-Tbilisi sərnişin qatarının hərəkətində 2 saat ləngimə qeydə alınıb. Hazırda qatarlar qrafik üzrə hərəkət edir.
Muxalifet - 9-07-2019
Gürcüstanın turizm gəlirləri 2 milyard lari azalacaq - Rusiyanın tətbiq etdiyi qadağalar nəticəsində
Rusiyanın tətbiq etdiyi embarqo nəticəsində Gürcüstanın turizm gəlirləri əsaslı dərəcədə azalacaq.
Muxalifet.az xəbər verir ki, bu sözləri Gürcüstan Milli Turizm Agentliyinin rəhbəri Mariam Kvrivişvili ölkənin İctimai televiziyasına müsahibəsində deyib.
Agentlik hesab edir ki, Rusiyanın tətbiq etdiyi qadağa nəticəsində 2019-cu ilin sonuna qədər Gürcüstan 1 milyon rusiyalı turist itirəcək. Bu da ümumilikdə turizm gəlirinin təqribən 2 milyard GEL (700 milyon dollar) azalması deməkdir.Muxalifet - 9-07-2019
3 ailənin 8 üzvünün öldüyü DƏHŞƏTLİ QƏZANIN TƏFƏRRÜATI
Masallıda ağır yol qəzasında üç ailənin 8 üzvü ölüb, 2-si xəsarət alıb.
Hadisə bu gün səhər saatlarında Ələt-Astara-İran sərhəd yolunun 136-cı km-də, Masallı rayonu ərazisində baş verib.
Belə ki, "Mercedes" markalı 99 LH 458 dövlət qeydiyyat nişanlı mikroavtobus Astara istiqamətində hərəkətdə olarkən eyni istiqamətdə hərəkətdə olan "KamAZ" markalı 10-MG-329 dövlət qeydiyyat nişanlı yük avtomobilinə çırpılıb. Nəticədə Bakı şəhərindən şadlıq mərasimindən qayıdan yaxın qohumlar aldıqları ağır bədən xəsarətlərindən hadisə yerində ölüblər.Muxalifet - 9-07-2019
Ermənistanda hərbi avtomobil qəzaya düşdü
Ermənistan Müdafiə Nazirliyinə məxsus “Ural” avtomobilinin iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər yaralanıb.
“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, hadisə Yerevan-Mehri avtomobil yolunun Ararat vilayətindən keçən hissəsində qeydə alınıb.
Nəticədə hərbi avtomobil aşıb.
Müdafiə Nazirliyi hələlik hadisənin səbəbi barədə məlumat yaymayıb.
Muxalifet - 9-07-2019
Xələf Xələfov Gürcüstanla sərhəddən danışdı: İclas keçiriləcək
Azərbaycan və Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının növbəti iclası 2019-cu ilin avqust-sentyabr aylarında baş tutacaq.
Bunu Oxu.Az-a açıqlamasında Azərbaycanın Xarici İşlər nazirinin müavini Xələf Xələfov deyib.
Onun sözlərinə görə, dövlət komissiyasının bu yaxınlarda Bakıda keçirilmiş iclasında materialların hazırlanması üçün tezliklə iki ölkə ekspertlərinin bilavasitə razılaşdırılmamış sahələrdə görüşməsi barədə qərar qəbul edilib:Muxalifet - 9-07-2019
"Qərbyönümlü dairələr İvanişvili hakimiyyətini devirməyə çalışır" - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ
""Rustavi-2" televiziyasında Putinə qarşı edilən söyüşlər artıq gürcü ictimaiyyətinin barışmaz yola qədəm qoyduğunun göstəricisidir"
Muxalifet - 9-07-2019
8 nəfərin öldüyü qəzadan sağ çıxan sürücü DANIŞDI - VİDEO
Bu gün səhər saatlarında Bakı-Astara yolunda baş verən qəzada 8 nəfərin öldüyü avtomobilin sürücüsü hadisənin necə baş verdiyini açıqlayıb.
Muxalifet - 9-07-2019
Sahibsiz it uşağın üzünü dişlədi - Azərbaycanda
Lənkəran şəhərində it uşağa hücum edib və üzünü yaralayıb.
Muxalifet.az-ın APA-ya istinadən verdiyi məlumata görə, şəhər sakini, 2017-ci il təvəllüdlü Nərmin Emin qızı Hüseynova valideyni ilə küçədə gəzərkən sahibsiz itin hücumuna məruz qalıb.
Dəri defektli sol gözaltı nahiyənin və burnun sağ payının əzilmiş-didilmiş yarası diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən uşağın hazırda vəziyyəti normaldır.Muxalifet - 9-07-2019