Axtarış

The search found 105785 results in 0.116 seconds.

Search results

  1. Əbülfəz Bünyadov azadlığa buraxıldı

    Nardaran hadisələrinə görə həbs edilmiş Əbülfəz Bünyadov azadlığa buraxılıb.
    Muxalifet.az bildirir ki, bu barədə "Report"a vəkil Fəxrəddin Mehdiyev məlumat verib.
    Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılan məhbusun səhhətində cididi problem olduğundan onun cəzasının çəkilməmiş hissəsindən azad edilməsi ilə bağlı məhkəməyə müraciət edilmişdi. Nizami Rayon Məhkəməsinin hakimi Rauf Əhmədov Müalicə Müəssisəsində müraciətə baxaraq onun vaxtından əvvəl azad edilməsi ilə bağlı qərar çıxarıb.

    Muxalifet - 10-07-2019

  2. "Gürcüstandakı təxribatı ABŞ hazırlayıb" - Matviyenko

    Gürcüstanda Rusiya əleyhinə isteriyanın yayılması üçüncü qüvvələr üçün əlverişlidir. Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Federasiya Şurasının spikeri Valentina Matviyenko deyib. Onun sözlərinə görə, həmin qüvvələr “parçala və hökm sür” prinsipi ilə hərəkət etməyə çalışır. Matviyenko həmçinin Gürcüstandakı Rusiya əleyhinə çıxışları ABŞ-ın köməyi ilə hazırlanmış təxribat adlandırıb.

    Muxalifet - 10-07-2019

  3. Ermənistan hökumətindən xalqa ŞOK MÜRACİƏT: Kondisionerləri söndürün!

    Ermənistan hökumətindən xalqa ŞOK MÜRACİƏT: Kondisionerləri söndürün!

    Muxalifet - 10-07-2019

  4. ​SON DƏQİQƏ: Azərbaycanda soğan ucuzlaşacaq?

    Azərbaycanın əsas soğançılıq bölgələrindən sayılan Beyləqan və Ağdamda baş soğanın kütləvi yığımına başlanılıb.
    Muxalifet.az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov məlumat verib.

    Muxalifet - 10-07-2019

  5. "Sevgilisi"nin intim video ilə şantaj etdiyi kişi özünü öldürdü – Azərbaycanda görünməmiş cinayət

    Azərbaycanda ailəli kişini şantaj etməkdə, onu özünü öldürmə həddinə çatdırmaqda ittiham olunan Samirə Babayeva həbs edilib. Teleqraf.com xəbər verir ki, Samirə Babayeva (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib - red.) 2017-ci ilin yay aylarında Sadiq Ağayevlə tanış olub və onların arasında yaxın münasibət yaranıb. Birgə olduqları 4 ay müddətində Samirə Babayeva Sadiq Ağayevin “Facebook” və “WhatsApp”ının parollarını ələ keçirib. O, həmin sosial şəbəkə profillərinin kodlarını yenisi ilə əvəz edib.

    Muxalifet4 - 10-07-2019

  6. Prezident qanunu TƏSDİQLƏDİ

    Prezident İlham Əliyev "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında" qanunu təsdiqləyib.
    Ötən il büdcənin gəlirləri 22 508 869,7 min manat, xərcləri isə 22 731 644,5 min manat olmaqla təsdiq edilib.
    Bu ilin əvvəlinə vahid xəzinə hesabının sərbəst qalığı 872 350 399 min manat olub.

    Muxalifet - 10-07-2019

  7. ​Rusiya Azərbaycandan tonlarla meyvə-tərəvəz idxalına qadağa qoydu

    Yoluxmuş tərəvəz, meyvə və giləmeyvələrin Rusiya ərazisinə gətirilməsinə icazə verilməyib.
    Bu barədə məlumatı Rusiya Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti yayıb.
    Dövlət sərhədinin Dağıstan hissəsində, Yaraq-Kazmalyar keçid məntəqəsində, 2019-cu il iyul ayının əvvəlindən Dağıstan Respublikasındakı Dövlət Fitosanitar Xidməti İdarəsinin mütəxəssisləri karantin ərazilərdə yoluxmuş məhsullar aşkar ediblər.
    Beləliklə, Azərbaycandan 32,3 ton pomidor, 53,4 ton gilas, 19,92 ton quru noxud və 13 ton çiyələyin idxal olunmasına qadağa qoyulub.

    Muxalifet - 10-07-2019

  8. Rusiyalı və amerikalı generallar Bakıda Suriya və Əfqanıstanı müzakirə etdilər - FOTO

    Bakıda Rusiya Silahlı Qüvvələrin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov və NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali komandanı, general Tod Uolters arasında görüş keçirilib.

    RİA "Novosti" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. 

    Tərəflər Rusiya ilə NATO məkanının təmas xətti boyu xoşagəlməz hadisələrin qarşısını almaq və ekspertlər səviyyəsində dialoq perspektivlərini müzakirə ediblər. 

    Muxalifet4 - 10-07-2019

  9. Azərbaycanda ŞOK OLAY - Arvadının xəyanətindən şübhələnən ər qardaşının xanımını...

    Xaçmaz rayonunda qardaşı arvadını öldürməyə cəhd etməkdə ittiham olunan 1977-ci il təvəllüdlü Sabir Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Publika.az xəbər verir ki, Sabir Vəliyev arvadı Səlimə Vəliyevanın (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.) ona xəyanət etdiyini düşünüb.

    Xəyanət edən arvadı ilə dalaşdı

    Muxalifet4 - 10-07-2019

  10. Ağdaşda AĞIR QƏZA - Ölən və xəsarət alan var

    Ağdaş rayonunun Ərəbocaq kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

    Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, iyulun 9-da saat 12 radələrində Ağdaş rayonunun Ərəbocaq kəndi ərazisində Ağdam rayon sakini Z.Əmirov idarə etdiyi “BMW” markalı avtomobili yol ayırıcısına vurub.

    Nəticədə sərnişinləri, həmyerlisi Ramin Mehralıyev və Mingəçevir şəhər sakini Ə.Quliyev xəstəxanaya yerləşdirilib, R.Mehralıyev orada ölüb.
    Ağdaş RPŞ tərəfindən araşdırma aparılır.

    Muxalifet4 - 10-07-2019

  11. Qarabağla bağlı film Hollivudda mükafat qazandı

    “Qara Bağlar, Azərbaycan və Ermənistan müharibələri” (Black Orchards: Azerbaijan and Armenia’s Wars) adlı sənədli film ABŞ-ın Los-Anceles şəhərində keçirilən Hollivud Beynəlxalq Qısametrajlı Film Festivalında “Ən yaxşı qısa sənədli film” mükafatına layiq görülüb.

    Kult.az xəbər verir ki, sənədli film daha dörd nominasiya üzrə beynəlxalq mükafatlara (Amsterdam, Los-Anceles, Nyu York film festivallarının mükafatları da daxil olmaqla) namizəddir və bu mükafatların qazanılması şansı çox yüksəkdir.

    Muxalifet4 - 10-07-2019

  12. ​Tiflis 6 ayda turizmdən 1,5 milyard qazandı

    2019-cu ilin ilk altı ayı ərzində Gürcüstanın beynəlxalq turizmdən gəliri 1,5 milyard dollar olub.
    Muxalifet.az xəbər verir ki, bu məlumatı Gürcüstan Milli Turizm Administrasiyası yayıb. Məlumata görə, bu göstərici keçən ilin analoji dövrüylə müqayisədə 7% çoxdur:
    “Keçən ilin analoji dövrüylə müqayisədə hazırkı göstərici 95,4 milyon dollar çoxdur. İyunda turistlərdən götürülən gəlir 340 milyon dollar təşkil edib ki, bu da keçən ilin göstəricisindən 14,6 milyon dollar artıqdır”.
     

    Muxalifet3 - 10-07-2019

  13. Türkiyə Rusiya raketlərini Azərbaycanda yerləşdirə bilər?

    ABŞ-ın Rusiya raketlərinə görə Türkiyəyə təzyiqi artır. Ona görə də Ankarada bu təzyiqin yumşaldılması mexanimizini fikirləşirlər. Bu mexanizmlərdən biri də Rusiya raketlərinin müvəqqəti olaraq Azərbaycanda və ya Qətərdə yerləşdirilməsi ola bilər. Azərbaycan Qətərdən daha münasib variantdır. Çünki Qətərdə ABŞ-ın hərbi bazası var və Vaşinqton hərbi bazasının yaxınlığında Rusiya raketlərinin olmasını istəməz. Bunu Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib.

    Muxalifet4 - 10-07-2019

  14. 1,3 milyard dollarlıq kokain daşıyan gəmi saxlanıldı

    ABŞ-ın Gömrük və Sərhəd Mühafizə Agentliyi Filadelfiya limanında “JP Morgan” şirkətinə məxsus gəmidən dəyəri 1,3 milyard dollar olan 20 ton qaçaq kokain aşkar edib.

    “Report” “Hurriyet”ə istinadən xəbər verir ki, məlumatı “The Wall Street Journal” yayıb.

    Muxalifet4 - 10-07-2019

  15. Almaniyada sosial kataklizm - Hətta 11 yaşlı qız uşaqları da ekstazi qəbul edirlər

    “Almaniyanın paytaxtı Berlin şəhərində narkotik qəbul edən uşaq və yeniyetmələrin sayında rekord artış müəyyən edilib”.

    Bu barədə ölkənin “Focus” jurnalı məlumat verib. Jurnalın yazdığına əsasən, yerli siyasətçiləri əsl narahat edən məsələ uşaqların ekstaziyə (narkotik həblər) meyllənməsidir. 

    Muxalifet4 - 10-07-2019

  16. ​Trampın Çinə jesti ilə bağlı Ağ Evdən - Açıqlama

    ABŞ prezidentinin administrasiyası Amerika biznesinin Çinin “Huavey” kompaniyası ilə əməkdaşlığına qoyduğu qadağanı xeyli yumşaldıb.
    Muxalifet.az "Finənşl Tayms" qəzetinə istinadən xəbər verir ki, ABŞ-ın ticarət naziri Uilbur Ross kompaniyalara milli təhlükəsizliyə təhdid yaratmadan öz məhsullarını Çinin telekommunikasiya avadanlığı istehsalçısına satmaq üçün lisenziya veriləcəyini deyib.
    Lakin “Huavey” kompaniyası qara siyahıdan çıxarılmayacaq: onunla biznes əlaqələri qurmaq üçün Amerika kompaniyaları yenə də lisenziya almalı olacaq.

    Muxalifet3 - 10-07-2019

  17. "Hər bir üzv ölkə Avropa Şurası qarşısındakı öhdəliklərini yerinə yetirməlidir" - RƏSMİ BAKIYA MESAJ

    Avropa Şurası Parlament Assambleyasınımn Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennakın Turan agentliyinə və Amerikanın Səsinə müsahibə verib. Muxalifet.az həmin müsahibəni oxucularına təqdim edir:

    Sual: Sizin Azərbaycanda keçirdiyiniz görüşlərin mövzusu nə olub?

    Muxalifet4 - 10-07-2019

  18. ​"Qarabağ" Çempionlar Liqasına səfər heç-heçəsi ilə başlayıb

    "Qarabağ" komandası UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin ilk matçını keçirib.
    "Ölkə.Az" bildirir ki, Azərbaycan təmsilçisi Albaniyanın paytaxtı Tiranada "Partizani"nin qonağı olub. "Selman Stermasi" stadionunda oynanılmış qarşılaşma qolsuz yekunlaşıb - 0:0.

    Muxalifet3 - 10-07-2019

  19. “Rəqibin bu qədər müdafiədə oturacağını gözləmirdik” - Qurban Qurbanov

    “Ümumi götürdükdə, 90 dəqiqə ərzində topa biz nəzarət etdik”.

    Bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Albaniyada “Partizani” ilə qolsuz heç-heçə etdikləri Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunundan sonra keçirdiyi mətbuat konfransında deyib.

    Muxalifet4 - 10-07-2019

  20. Biri əsgər gedəcəkdi, 3-ü də qapıbir qonşusu idi... - LERİKİ YASA BOĞAN QƏZA HAQDA ÜZÜCÜ FAKTLAR

    Ötən gün Masallıda baş verən və 8 nəfərin ölümü, iki nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası uzun müddət yaddaşlardan silinməyəcək. Muxalifet.az qafqazinfo-ya istinadən xəbər verir ki, sözügedən qəza 3 ailənin faciəsi ilə sonlanıb. Ölənlərdən 3-ü bacı-qardaşdır. Bunlar Qoşmalıan kənd sakinləri Gültac və Aytac Məmmədovalar, qardaşları Elgün Məmmədovdur. Adıçəkilən mərhumlar qəzaya düşən “Mersedes Benz Vito”nu idarə edən Nizami Mustafayevin qapıbir qonşuları olublar.

    Muxalifet4 - 11-07-2019

Pages