Axtarış
The search found 105785 results in 0.025 seconds.
Search results
Afrində partlayış! Ölü və yaralılar var
Suriyanın Afrin rayonunu mərkəzində bomba yüklü avtomobillə terror partlayışı törədilib. Partlayışda ölən və yaralananların olduğu bildirilir. Terrorun PKK/YPG tərəfindən törədildiyi qeyd edilir.
Müxalifət.azMuxalifet3 - 11-07-2019
Həbsdən çıxan qardaşdan bacılarına qarşı dəhşətli əməl
Bakının Xəzər rayonunda ailə-məişət münaqişəsi zəminində qətl törədən 1976-ci il təvəllüdlü Muxtar Əlimanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Muxalifet.az teleqraf.com-a istinadən xəbər verir ki, Muxtar Əlimanovun barəsində cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Azər Paşayevin icraatına verilib.
Yaxın günlərdə bu cinayət işi üzrə məhkəmə prosesi başlanacaq.Muxalifet - 11-07-2019
ABŞ-dan etiraf: Raketləri Amerikanın hər yerini vura bilər
ABŞ Koreya Qüvvələri (USFK) Şimali Koreyanın Hwasong-15 qitələrarası ballistik raketinin (ICBM) ABŞ-ın hər yerinə çata biləcəyini bəyan edib.
Cənubi Koreyanın rəsmi agentliyi “Yonhap”-ın xəbərinə görə, USFK-dan edilən açıqlamada, 12874 kilometr mənzili olan Hwasong-15 ICBM-nin ABŞ-ın hər yerinə çata biləcəyi ifadə edilib.Muxalifet3 - 11-07-2019
Azərbaycandan Türkiyəyə fəhləliyə getdi, 300 lirəyə görə öldürüldü - "QARPIZI KƏSDİYİM BIÇAQLA VURDUM..."
Azərbaycandan Türkiyəyə işləməyə gələn 27 yaşlı Axsqa (Məhsəti) türkü Süleyman Nufarov iş yoldaşı tərəfindən bıçaqlanaraq öldürülüb.
Muxalifet - 11-07-2019
Gəncə hadisələrinə görə həbs olunmuş Aydın Qurbanovun ölümü ilə bağlı - RƏSMİ MƏLUMAT
Baş Prokurorluq və Ədliyyə Nazirliyinin Penitensiar xidməti birgə məlumat yayıb.
Muxalifet - 11-07-2019
Lalə Şövkət nə işlə məşğuldur?
Keçmiş dövlət katibi, Azərbaycan Liberal Partiyasının (ALP) lideri Lalə Şövkət Hacıyeva uzun müddətdir ki, ictimaiyyət arasında görünmür. Onun sabiq prezident Ayaz Mütəllibovun xanımının dəfn mərasimində iştirak etməməsi də nəzərdən qaçmadı. Lalə xanımın xeyli zamandır ki, mediadan uzaq olmasının əsas səbəbi nədir? Qarşıda nə kimi planları var? Olmaya xanım siyasətçi siyasi karyerasını bitirib?
Muxalifet.az xəbər verir ki, bu barədə Modern.az-a Lalə Şövkətin yaxın silahdaşı, ALP sədri Əvəz Temirxan danışıb.Muxalifet - 11-07-2019
"CHP artıq parçalanan AKP üçün olduqca ciddi rəqibdir" - ZEYNAL ƏMRƏLİYEV
"Türkiyədə prezident üsul idarəsinin özünü çox qoruyub saxlaya biləcəyi inandırıcı deyil"
"Əli Babacan bir zamanlar Rəcəb Tayyib Ərdoğanın ən sevimli kadrı idi. Hətta o, Ərdoğanın varisi gözündə görülürdü. Abdullah Gül prezident seçildikdən sonra xarici işləri naziri postunu ona həvalə etmiş, ardınca isə onu özünə müavin edərək iqtisadi blokun rəhbərliyinə gətirmişdi". Hurriyyet.org xəbər verir ki, bu fikirlər "Atlas" Araşdırmalar Mərkəzinin eksperti Zeynal Əmrəliyevə məxsusdur.Muxalifet - 11-07-2019
Azərbaycanlı qızın ACI TALEYİ: Nişanlısını qəzada itirdi, sonra özü öldü, bir il sora isə... - VİDEO
Xəbər verdiyimiz kimi 2017-ci ilin mayın 31-də Bakının Nərimanov rayonu ərazisində faciə ilə nəticələnən ağır zəncirvari yol qəzası baş verib. Qəzada “Hyundai” markalı, 10 NA 556 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü 32 yaşlı Aysel Quliyeva vəfat edib.
BiG.AZ xəbər verir ki, Aysel Quliyeva 1985-ci il, iyulun 11-də Zəngilan rayonunda, həkim ailəsində dünyaya gəlib. Atası Ruslan Quliyev uzun müddət Zəngilan rayon Mincivan Dəmir Yolu Xəstəxanasının baş həkimi vəzifəsində çalışıb. Hazırda yaşı ilə əlaqədar təqaüdə çıxıb.Muxalifet - 11-07-2019
Avropadan Türkiyəyə sanksiya siyahısı mediaya sızdı
“Reuters” xəbər agentliyi Avropa Birliyinin Türkiyənin Şərqi Aralıq dənizindəki qazma fəaliyyətləriylə əlaqədar olaraq atacağı addımları ehtiva edən qərar yayımlayıb.
Yunanıstan, İsrail və Kipr Yunan Rəhbərliyinin Şərqi Aralıq dənizində əməkdaşlıq edib, təbii qaz qazma çalışması etməsinə baxmayaraq Türkiyənin suverenlik haqları çərçivəsində Kipr açıqlarında oxşar işlər görməsinə Avropanın təpkisi davam edir.Muxalifet3 - 11-07-2019
Səudiyyə vəliəhdinin bacısına həbs tələbi
Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləzizin qızı şahzadə Hassa bin Salman haqqında Fransanın paytaxt Parisdəki evində qorumasına evdə işlər görən təsisatçını döydürdüyü iddiasıyla 6 ay həbs cəzası istənib. Fransız mətbuatında yer alan xəbərlərə görə, Paris Cəza Məhkəməsinin prokuroru paytaxtdakı evində qorumasına evində işləyən təsisatçını döydürdüyü səbəbiylə Hassa bin Salman haqqında 6 ay həbs və 5 min avro pul cəzası tələb edib. Təsisatçını döydüyü üçün şahzadənin qorumasına isə 8 ay həbs cəzası itələb olunub. Məhkəmə prosesinin 12 sentyabrda keçiriləcəyi ifadə edilib.
Muxalifet3 - 11-07-2019
ABŞ Senatından Səudiyyə rəhbərliyinə mesaj!
ABŞ Senatı Xarici Əlaqələr Komitəsinin sədri senator Risch ABŞ və Səudiyyə Ərəbistanı arasındakı əlaqələrin nəzərdən keçirilməsini nəzərdə tutan bir qanunu təqdim edib. Qanuna dəstək verən senator Jeanne Shaheen ''Bu qanun Səudiyyə rəhbərliyinə olduqca açıq bir mesaj hökmündədir'' deyib. Təqdim edilən qanun layihəsinə senator Marco Rubio, senator Jeanne Shaheen və senator Chris Coons da dəstək verib.
Muxalifet3 - 11-07-2019
Ərdoğan S-400-lə bağlı 2 suala cavab verdi
Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan S-400 məsələsi ilə bağlı 2 sualı cavablandırıb. Ərdoğana "S-400 yalnız fövqəladə vəziyyətlərdə istifadə ediləcək? və Texnologiya transferi mövzusunda Rusiya ilə tam bir əməkdaşlıq edilirmi?" deyə 2 sual verilib. Ərdoğan bu suallara belə cavab verib: "Ortaq istehsal məsələsində bizim Rusiya ilə çətinliyimiz yoxdur və hörmətli Putin ilə bu işi ilk görüşməyə başladığımız andan etibarən bu mövzuda razılaşmamız var. Ortaq istehsala da inşallah keçəcəyik. Hər hansı bir çətinlik yoxdur.
Muxalifet3 - 11-07-2019
Bu raketlə ABŞ-ın hər nöqtəsini vurmaq mümkündür - ŞOK ETİRAF
Şimali Koreyanın sahib olduğu “Hwasong-15” qitələrarası ballistik raketləri (ICBM) ABŞ-ın hər nöqtəsinə gedib çatma potensialına malikdir.
Bunu ABŞ Koreya Qüvvələri (USFK) açıqlayıb.
“Yonhap” xəbər agentliyinin məlumatına görə, “Hwasong-15 ICBM”in 12 min 874 km mənzilə sahibdir.
Qeyd edək ki, Şimali Koreya 289 noyabr 2017-ci ildə “Hwasong-15”in sınağını keçirib. Şimali Koreyanın əlində 5 min 500 km mənzilli “Hwasong-13” və 10 min km mənzilli “Hwasong-14” ballistik raketləri var.Muxalifet - 11-07-2019
DİQQƏT! Bakıda məşhur supermarketdə "Çin yumurtası" satılır - VİDEO
Bakıda növbəti dəfə "çin yumurtası” deyilən, jelatin və kalsium qarışığından hazırlanan yumurta satıldığı məlum olub.Bakupost.az-ın məlumatına görə, Bakı sakini Məhəmməd Hüseyn Şəhriyar küçəsində (BDU-nun yaxlığı) yerləşən "Araz” supermarketindən kampaniya çərçivəsində 10 ədədi 30 qəpiyə yumurta alıb.Muxalifet - 11-07-2019
Etibar Məmmədovdan qohumlarının jurnalisti ölümlə təhdid etmələrinə REAKSİYA: “Bilmirəm, nə xəbərdir”
AMİP lideri qohumlarının tanınmış jurnalisti ölümlə təhdid etmələri xəbərindən məlumatsız olduğunu bildirib.
“Reaksiya” TV-nin rəhbəri Zaur Qəriboğlu özlərini Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədovun qohumları kimi təqdim etmiş şəxslər tərəfindən ölümlə təhdid olunduğunu bəyan edib.
Qəriboğlu bu barədə rəhbərlik etdiyi kanalın canlı efirində danışıb.Muxalifet - 11-07-2019
“Görəsən, Ziya müəllim ibadət edəndə NİİM-i yada salırmı?”
Azərbaycan İnternet Forumun prezidenti Osman Gündüz sabiq nazir Ziya Məmmədovun ibadətə başlaması ilə bağlı verdiyi açıqlamanı şərh edib. “Qafqazinfo” xəbər verir ki, o, eks nazirin ibadətini Bakı Nəqliyyat Agentliyinin strukturu ilə qarşılaşdırıb.
O bildirib ki, Z. Məmmədovun ibadətləri ilə bağlı yazıları oxuyanda nədənsə hər dəfə Nəqliyyatın İntellektual İdarəetmə Sistemini xatırlayır: “Muxalifet - 11-07-2019
Yalçın Rzazadə xəstəxanadan evə buraxılıb - Vəziyyəti normaldır
Səhhətində yaranan problemlərə görə Mərkəzi Dənizçilər Xəstəxanasına yerləşdirilən Xalq artisti, müğənni Yalçın Rzazadə xəstəxanadan evə buraxılıb.
Bu barədə "Report"a xəstəxanadan məlumat verilib.
"Yalçın Rzazadə ambulator müayinəyə götürülüb. O, müayinə olunduqdan sonra evə buraxılıb. Vəziyyəti normaldır", - Mərkəzi Dənizçilər Xəstəxanasından bildirilib.
Qeyd edək ki, 73 yaşlı Y.Rzazadə səhhətində yaranan problemlərlə əlaqədar ötən gün Mərkəzi Dənizçilər Xəstəxanasına yerləşdirilmişdi.
Muxalifet - 11-07-2019
“Təhsil Nazirliyi prioritetlərlə bağlı düzgün mövqe tutmayıb” - OSMAN GÜNDÜZ
“Təhsil Nazilriyi bu günlərdə “İT sənayesinin tendensiyaları: təhsilə təsiri” mövzusunda bir tədbir keçirib. Mövzu diqqətimi çox çəlb etdi.
Muxalifet - 11-07-2019
Neftçalada “Mercedes” aşdı, yeniyetmə öldü - YENİLƏNİB
Neftçalada qəzada ölən şəxsin kimliyi müəyyənləşib. Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, bu, Neftçalanın aşağı Qaramanlı kənd sakini, 2003-cü il təvəllüdlü Fərəcov Toğrul İlham oğludur. “Mercedes” markalı maşını 1984-cü il təvəllüdlü Fərəcov Röyal Təvəkkül oğlu idarə edib. 14:12 Neftçalada bir nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə bu gün günorta saatlarında rayonun Kürqarabucaq kəndi ərazisində qeydə alınıb. 10-XR-605 dövlət nömrə nişanlı, “Mercedes” markalı maşın idarəetməni itirərək yolun kənarına aşıb.
Muxalifet - 11-07-2019
Avtobusda ŞOK ANLAR: Qadın sərnişin sürücünü təpiklədi - ANBAAN VİDEO
Avtobus sürücüsü qadın sərnişin tərəfindən döyülüb.
Muxalifet.az haberler-ə istinadla xəbər verir ki, Çinin Henan vilayətinin Zhoukou şəhərində qadın sərnişin avtobus sürücüsünü təpikləyib.
Dayanacaqdan kənarda düşmək istəyən sərnişin onun istəyini yerinə yetirməyən sürücünü döyüb. Qısa ətək geyinən qadın sərnişin oturacağa çıxaraq sürücünü təpikləyib.
O, telefonu əlinə alaraq polis çağıran sürücünü söyüb, başına plastik butulka çırpıb.
Qadın sərnişin hadisə yerinə gələn polis tərəfindən saxlanılıb.
Muxalifet - 11-07-2019