Axtarış

The search found 105785 results in 0.091 seconds.

Search results

  1. İnanılmaz iddia: Ərdoğan Yıldırıma elə bir vəzifə verir ki...

    İstanbul Böyükşəhər Bələdiyyə sədrliyinə keçirilən seçkilərdə rəqibi Əkrəm İmamoğluya (Millət İttifaqı) məğlub olan Binəli Yıldırımın (Cümhur İttifaqı) bundan sonra hansı vəzifə icra edəcəyi ilə bağlı müxtəlif fikirlər irəli sürülməkdədir.
    Muxalifet.az xəbər verir ki, türkiyəli jurnalist Bülənt Aydəmirin iddiasına görə, B.Yıldırım bu yaxınlarda prezidentin siyasi məsələlər üzrə köməkçisi vəzifəsinin icrasına başlayacaq.
    Aydəmir əlavə edib ki, prezident özünə istədiyi sayda köməkçi təyin edə bilər.
    Jurnalist məsələ ilə bağlı təfərrüatlı bilgiyə yer verməyib.

    Muxalifet3 - 11-07-2019

  2. ​Şuşanı işğal edən erməni general öldü

    Dünən Şuşanın işğal əməliyyatının qərargah rəisi, 76 yaşlı erməni general-mayor Feliks Qzoğyan ölüb.
    Muxalifet.az xəbər verir ki, Rafael (Feliks) Hovhannes Qzoğyan 1943-cü il yanvarın 15-də, Ermənistanın Loru vilayətinin Şamluğ (Şamlıq-red) qəsəbəsində anadan olub.
    Qzoğyan 1963-cü ildə Daşkənd Ali Tank Komandirləri Məktəbini bitirdikdən sonra SSRİ SQ-nin Zaqafqaziya Hərbi Dairəsinin müxtəlif hərbi hissələrində tank taqım komandiri, tank bölük komandiri, tank tabor komandiri, tank hərbi hissə komandiri və tədris mərkəzinin rəhbəri kimi xidmət edib.

    Muxalifet3 - 11-07-2019

  3. ​Planetin ən böyük aysberqi Antarktikadan ayrıldı

    A68 adlanan planetin ən böyük aysberqi Antarktikadan ayrılıb. Muxalifet.az BBC telekanalının saytına istinadla xəbər verir ki, sahəsi 6 min kvadrat kilometr olan bu nəhəng buz adasının Ağ qitədən qopması ekoloji problemlərlə bağlıdır. Aysberqin iki il davam edən hərəkəti ABŞ-ın peykləri tərəfindən mütəmadi olaraq qeydə alınıb. Peykin göndərdiyi videomaterialda aysberqin Ueddel dənizində fırlandığı və onun Antarktikanın yarımadasına doğru hərəkət etdiyi görünür. Ən nəhəng buz dağının çəkisi trilyon tondur, onun sahəsi isə dörd London və altı Moskva ərazisindən çoxdur.

    Muxalifet3 - 11-07-2019

  4. Putin və Zelenski arasında ilk təmas - Kreml açıqladı

    Rusiya Prezidenti Vladimir Putin və ukraynalı həmkarı Vladimir Zelenski arasında telefon danışığı olub.
    Muxalifet.az xəbər verir ki, bu barədə jurnalistlərə Kreml sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamsında deyib.
    O, təşəbbüsün Ukrayna tərəfindən gəldiyini və telefon söhbətinin bu ölkənin yeni dövlət başçısı ilə ilk təmas olduğunu bildirib.
    “Söhbət zamanı Ukraynanın cənub-şərqindəki münaqişənin həlli, hər iki tərəfdə saxlanılan şəxslərin qaytarılması üçün qarşılıqlı addımlar müzakirə olunub” – deyə Peskov bildirib.

    Muxalifet3 - 11-07-2019

  5. İyulun 14-dən qanunsuz mühacirlərin deportasiyasına başlanır - KÜTLƏVİ REYDLƏR APARILACAQ

    ABŞ hakimiyyəti iyulun 14-dən qanunsuz mühacirlərin kütləvi şəkildə deportasiyası məqsədilə reydlərə başlayacaq.

    “The New York Times” qəzeti xəbər verir ki, bu barədə ABŞ Daxili Təhlükəsizlik Nazirliyi məlumat yayıb.

    Muxalifet4 - 12-07-2019

  6. Tiflisdə 22 gündür davam edən aksiya başa çatdı - TƏLƏB DƏYİŞMƏZDİR

    Gürcüstanın paytaxtı Tbilisidə ölkə parlamentinin binası önündə keçirilən askiya az əvvəl başa çatıb.

    Muxalifet.az xəbər verir ki, sayca 22-ci olan aksiyanın tələbi yenə daxili işlər naziri Giorgi Qaxarianın istefasıdır.

    Bugünkü aksiyada tribuna vətəndaşlara verilib.

    Parlamentin binası önündə bir neçə etirazçı aclıq aksiyasını 17 gündür davam etdirir. Onlar vəziyyətləri pisləşdiyindən aksiyanı dayandıra bilərlər.

    Muxalifet4 - 12-07-2019

  7. Bu ölkədə 174 min dollar milyonçusu var

    Dünyada dollar milyonçularının sayı azalsa da, Norveçdə bu kateqoriyaya daxil olan insanların sayı artmaqda davam edir. Hazırda 174 mindən çox norveçli dollar milyonçusu hesab olunur.

    AzərTAc xəbər verir ki, norveçli dollar milyonçularının sayı 2007-ci ildən bəri 3 dəfə artıb. Lakin 2017-ci ildən 2018-ci ilədək artım cəmi 2,4 faiz təşkil edib.

    Muxalifet4 - 12-07-2019

  8. "Porsche" rənglənməmiş avtomobillərin satışına başladı - FOTO

    "Porsche" 935 yarış avtomobili zavodda Agate Gray rənginə boyanır. Əlavə olaraq, avtomobil üçün Martini livreyasını sifariş etmək də mümkündür. Lakin, Porsche şirkəti bu rəng sxemini bəyənməyən müştəriləri üçün, alternativ olaraq, boyanmamış avtomobili də təklif etməyə başlayıb.

    Muxalifet4 - 12-07-2019

  9. PFL prezidenti rəqibə uduzan "Səbail"i köhnə "Volqa"ya bənzətdi - AÇIQLAMA

    Muxalifet.az qol.az-a istinadən xəbər verir ki, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Avropa Liqasının 1-ci təsnifat mərhələsində "Səbail"in evdə "Universitetya"ya 2:3 hesabı ilə uduzduğu görüşdən sonra brifinqdə jurnalistlərin suallarını cavablandırıb. O, əvvəlcə oyun haqda danışıb.

    Muxalifet4 - 12-07-2019

  10. Azərbaycanlı milyarderlərin bazarına hücum edən “Alfa” zabitləri QAFQAZ DAĞLARINDA GİZLƏNİR - Onlar axtarışa verildi və...

    Rusiya Federal Təhlükəsizlik Xidmətinin "Alfa" xüsusi təyinatlı dəstəsinin 8 zabiti barələrində cinayət işinin qaldırıldığını eşidərək ezamiyyətdə olduqları Şimali Qafqazdan geri qayıtmayıblar. Muxalifet.az virtualaz.org-a istinadən bildirir ki, Moskvada həmkarlarının quldur basqınları işi üzrə həbs olunduğunu eşidən zabitlər Şimali Qafqazda gizləniblər. Həmin zabitlərin adı Moskvada azərbaycanlı milyarderlər Qod Nisanov və Zarah İliyevə məxsus "Sadovod" bazarında Çin vətəndaşlarına quldur hücumlarında keçir. İş üzrə cəmi 15 "Alfa" döyüşçüsü barəsində ittiham irəli sürülüb.

    Muxalifet4 - 12-07-2019

  11. FETÖ üzvlərinin ağılasığmaz inancları

    Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı açılan cinayət işinin istintaqı zamanı təşkilatın terrorçuluq fəaliyyətinə dair yeni faktlar üzə çıxıb.

    Muxalifet.az teleqraf.com-a istinadən xəbər verir ki, FETÖ-nun 15 iyul 2016-cı ildəki dövlət çevrilişi cəhdindən sonra Türkiyə Cümhuriyyəti təşkilat barədə 100 min səhifəlik istintaq işi başladıb.

    Muxalifet4 - 12-07-2019

  12. Ermənistan da Türkiyəyə qarşı cəbhədə yer aldı - "Ankaranı təşəbbüslərinə son verməyə çağırırıq”

    Ermənistan Türkiyənin Şərqi Aralıq dənizindəki enerji axtarışlarından "narahatlıq" keçirib.

    Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, Ermənistan Xarici İşlər Nazirliyi Türkiyənin 3 gəmisi tərəfindən Cənubi Kiprin "müstəsna iqtisadi bölgəsi" olan yerdə qazma işlərinin aparılması cəhdlərindən narahat olduqlarını və bunu qınadıqlarını açıqlayıb.

    Muxalifet4 - 12-07-2019

  13. ​Dubay əmirinin arvadı ilə eşq yaşayan mühafizəçinin FOTOSU – O, 5 il ərzində…

    Birləşmiş Ərəb Əmirliklərinin Baş naziri, Dubay əmiri Məhəmməd ibn Rəşid əl-Maktumun ölkədən qaçan həyat yoldaşı Həyya bint əl-Hüseyni kiminlə eşq yaşadığı üzə çıxıb.
     
    Muxalifet.az yerli mediaya istinadən xəbər verir ki, bu, ingiltərəli Russell Floverdir.
     
    Lakin 5 il şeyx ailəsinin mühafizəçisi olmuş ingilis əsgər “Söyləyəcək bir söz yoxdur” deyərək, məsələ barədə danışmaq istəməyib.
     
    Qeyd edək ki, Russel ötən il arvadından boşanıb.

    Muxalifet4 - 12-07-2019

  14. Məmur qadın bu şəkillərinə görə istefa verdi - FOTOLAR

    Rusiyalı məmur Anna Anufriyeva çılpaq fotolarına görə istefa verməli olub.
     
    Belə ki, 27 yaşlı işçi "Pleyboy" jurnalı üçün kamera qarşısında soyunaraq, fotosessiya etdirib.
     
    Onun görüntüləri sosial şəbəkədə paylaşılaraq, tənqid olunub.
     
    Sibirin Tümen bələdiyyəsində çalışan Anna vəzifəsindən istefa vermək məcburiyyətində qalıb./teleqraf

    Muxalifet4 - 12-07-2019

  15. Fransanın raket yalanı çuvala sığmadı

    Liviyada Hafter terror təşkilatına gizli hərbi dəstək verən Fransa, Giryanda ələ keçən silahlarla çətin vəziyyətdə qaldı. BMT-nin silah embarqosunu pozmaqla günahlandırılan Parisin "Javelin raketləri bizə aiddir, amma kimsəyə vermədik" müdafiə olunmasına kimsə inanmadı. Bundan başqa, Fransa prezidenti Makron may ayında general Hafteri sarayında qəbul etmişdi. O ərəfədə Liviya-Tunis sərhədində də 13 Fransız tutulmuşdu.
     

    Muxalifet3 - 12-07-2019

  16. Bakı Metrosunda QORXULU ANLAR: Sərnişinlər boşaldıldı

    Bakı Metrosunda qatarların hərəkətində problem yaranıb.

    "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, hadisə nəticəsində qatarların hərəkətində 5 dəqiqəlik gecikmə yaranıb. Hazırda hadisənin səbəbləri araşdırılır.

    ***

    Bakı Metrosunda qatarların hərəkətində problem yaranıb.

    "Report" xəbər verir ki, "Dərnəgül" - "Həzi Aslanov" İstiqamətində hərəkət edən qatar İnşaatçılar stansiyasında boşaldılıb.

    Muxalifet - 12-07-2019

  17. “Rabitə sahəsində çox acınacaqlı vəziyyət hökm sürür” – Xankişi Kişiyev

    Muxalifet.az Bakı Telefon Rabitə İstehsalat Birliyinin Baş direktorunun sabiq müavini Xankişi Kişiyevin rabitə sahəsindəki mövcud problemlərlə bağlı müəllif yazısını təqdim edir: 

    Müstəqil rabitəmizin quruculuğu dövrdə 27 il Rabitə Nazirliyi sistemində (Şamil Musayev- ali təhsilli elektrik rabitə mühəndisi, Siruz Abbasbəyli - ali təhsilli elektrik rabitə mühəndisi, Nadir Əhmədov - ali təhsilli elektrik rabitə mühəndisi, Əli Abbasov - İkt sahəsində akademik nazir işlədikləri dövrdə) rəhbər vəzifədə çalışdım. 

    Muxalifet - 12-07-2019

  18. Kripto pullar Trampın hədəfində

    ABŞ prezidenti Donald Tramp “Bitcoin”, “Libra” və digər kripto pulları tənqid edib. Donald Tramp “Bitcoin”, Facebook-un təklif etdiyi “Libra” və digər kripto pulları tənqid edib. Tramp bu kripto pulları çıxararaq bir bankçılıq sənədi əldə etməyə çalışan şirkətlərə, "Əgər bir bank olmaq istəyirsinizsə, onu ABŞ-ın və qlobal yoxlama-qoruma mövzusu halına gətirin" çağırışı edib.

    Muxalifet3 - 12-07-2019

  19. “Rus NATO-su” Azərbaycan və Türkiyə üçün hazırlanır - mühüm gəlişmə

    Politoloq: “Bu məsələ gündəmə gələrsə, Bakı Kremlə öz şərtini irəli sürməlidir...”

    Rusiya prezidenti Vladimir Putin  Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) yanında müşahidəçi statusu və təşkilatda təmsil olunan ölkələrin səlahiyyətlərinin dəqiqləşməsi haqda qanun layihəsini təsdiqlənmək üçün Dövlət Dumasına təqdim edib. Bu layihə ötən ilin noyabrında Astanada (indiki Nur-Sultan) KTMT sammitində qəbul edilib.

    Muxalifet - 12-07-2019

  20. “Rus dili anlayışı ləğv edilsin” – Zelenskinin müşaviri

    «Rus dili» anlayışı «Rusiya dili» anlayışı ilə əvəzlənməlidir. Ukrayna prezidenti Vladimir Zelenskinin müşavirlərindən biri – Nikita Poturayev buna əmindir. Onun bu barədəki bəyanatını «Ukrlife» telekanalı «You Tube»-da yayımlayıb.

    Siyasətçi «rus dili»nin qədimliyini də qeyd edib və bildirib ki, Ukrayna əhalisinin bir hissəsi bu dildə danışır: «Bu, açıq gorünür – həm qramatik, həm leksik, həm də ədəbi baxımdan fərqlənir».

    Muxalifet - 12-07-2019

Pages