Axtarış

The search found 105785 results in 0.048 seconds.

Search results

  1. Arvadına 18 bıçaq vurub, boğazını kəsən şəxs hakim önündə - namus cinayəti

    Arvadını amansızlıqla öldürməkdə ittiham edilən şəxs hakim qarşısına çıxarılıb.
    Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham edilən Tufan Qurbanovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
    Hakim Cavid Hüseynovun sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib. Təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
    Qeyd edək ki, hadisə 2019-cu il fevral ayının 11-də baş verib.
    Bakının Binəqədi rayonu, İsfahanlı küçəsindəki şəxsi mənzillərdən birində 40 yaşlı Qurbanova Lalə Həsən qızı xüsusi amansızlıqla qətlə yetirilib.

    Muxalifet - 12-07-2019

  2. Dəhşətli sel hamilə qadını və oğlunu öldürdü - Fövqəladə vəziyyət ELAN OLUNDU

    ABŞ-ın Pensilvaniya ştatında leysan yağışlar selə səbəb olub.
    Təbiət hadisəsi nəticəsində bir hamilə qadın və 8 yaşlı oğlu ölüb.
    Onlar sel sularının yoldan çıxardığı avtomobildə cansız halda tapılıb.
    Milli Meteorologiya İdarəsi Şərqi Pensilvaniyanın bəzi bölgələrində fövqəladə vəziyyət elan edib.
    Sel yolları bağlayıb. Çaylarda suyun səviyyəsi kəskin şəkildə artıdığına görə daşqınlar baş verir.

    Muxalifet - 12-07-2019

  3. Sionistlərə ev, torpaq satan Allaha xəyanət edər: Qüds müftüsindən fətva

    Fələstində torpaq satışları Fələstin rəhbərliyini narahat etdiyi qədər, dini liderləri də narahat edir. Xəbərə görə, Qüds Müftisi Məhəmməd Hüseyn etdiyi açıqlamada, torpaq satışı edən şəxslərin 'xəyanət' içində olduğunu ifadə edib. Hüseyn 'bunun hökmünü isə "Allaha xəyanət edərək İslamdan çıxmaq və kafir olmaq" mənasını verdiyini bildirib.
     
    Bu günahı işləyənlərə dair diqqət çəkən fikir bildirən Qüds Müftisi Hüseyn, 'Bu günahı işləyənlərlə görüşülməməsi, qız alıb verilməməsi və cənazə namazlarında iştirak edilməməsi lazım olduğunu vurğulayıb.

    Muxalifet3 - 12-07-2019

  4. Çavuşoğlundan S-400 açıqlaması

    Türkiyənin Xarici İşlər naziri Mevlud Çavuşoğlu S-400 havadan müdafiə sisteminin təhvil verilməsi ilə bağlı açıqlama verib. Çavuşoğlu S-400-lərin təhvil verilməsi ilə əlaqədar ''Bitmiş bir anlaşmadır. Hər hansı bir çətinlik yoxdur. Proses bundan sonra da sağlam bir şəkildə davam edəcək' deyib. Müxalifət.az

    Muxalifet3 - 12-07-2019

  5. Azərbaycanda arvadı xəyanət edən məmur vətəndaşı həbs etdirib – SENSASİON İDDİA

    Vətəndaş Pirişov Elnur Rafiq oğlu qardaşı Pirişov Elçinin altı aydan artıqdır ki, əsassız olaraq həbs olunduğunu bildirib.

    Bu haqda “Yeni Sabah”a müraciət edən şəxs deyir ki, uzun müddətdir qardaşı səbəbi bilinməyən, əsassız, bizə məlum olmayan işlərə görə istintaq altında saxlanılır.  

    Muxalifet - 12-07-2019

  6. Amerikan xəbər agentliyindən hədələyici S-400 paylaşması

    Amerikan xəbər agentliyi “The Associated Press” (AP) Türkiyəyə S-400 havadan müdafiə sistemlərinin gəlişini ABŞ sanksiyalarını xatırladaraq verib.
     
    Qeyd edək ki, Türkiyənin Milli Müdafiə Nazirliyi  S-400-lərin birinci qrupunun Ankaraya çatdırılmasının başladığını bəyan edib.
     
    Dünya son dəqiqə koduyla bəyan etdi
     

    Muxalifet3 - 12-07-2019

  7. Türkiyəyə bir etiraz da Ermənistandan gəldi

    Avropa Birliyi, ABŞ, Rusiya, Fransa, Yunanıstan və Misirdən sonra bir etiraz açıqlaması da Ermənistandan gəldi. Ermənistan Xarici İşlər Nazirliyi "Türkiyənin Kiprin şimal-şərqində qazma işləri görmə cəhdindən dərin narahatlıq duyuruq. Ankaranın Şərqi Aralıq dənizindəki hərəkətləri bölgədə sabitlik və təhlükəsizlik üçün risk meydana gətirir. Türkiyəni Kiprin iqtisadi bölgəsindəki bütün hərəkətlərinə son verməyə çağırırıq" deyə açıqlama verib.
    Müxalifət.az

    Muxalifet3 - 12-07-2019

  8. DİN Fərman Ceyranlını AXTARIŞA VERDİ

    Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi Gürcüstanda fəaliyyət göstərən "Lancet" klinikasının həmtəsisçisi Fərman Ceyranlını axtarışa verib.
    Muxalifet.az-ın xəbərinə görə, onun barəsində axtarış elan olunması barədə məlumat DİN-nin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin saytında yerləşdirilib.
    Məlumatda bildirilir ki, Ceyranlı Fərman Cahan oğlu 1957-ci ildə Gürcüstanda anadan olub, Bakı şəhər sakinidir. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2019-cu ildə axtarış elan edilib.

    Muxalifet - 12-07-2019

  9. Oqtay Əsədovdan Zahid Orucun çıxışına reaksiya:“Çalış, gələn dəfə tez-tez danış..."

    Milli Məclisin bu gün keçirilən plenar iclasında uzun müddətdir danışmayan deputat, Sosial Tədqiqatlar Mərkəzinin direktoru Zahid Oruc söz aldı və bəzi dövlət qurumlarını tənqid etib. Mərkəz rəhbəri 3 ay ərzində dövlət qurumlarının informasiya siyasətini təftiş etdiyini açıqlayaraq bəzi dövlət qurumlarını aktiv olmağa çağırıb.

    Muxalifet - 12-07-2019

  10. Türkiyədən Avropanın sanksiya hədəsinə cavab

    Türkiyənin Xarici İşlər naziri Mevlud Çavuşoğlu Şərqi Aralıq dənizi mövzusunda Avropa Birliyinin Türkiyəyə yönəlik addımlar atdığı təqdirdə, cavab veriləcəyini və Türkiyənin Kiprdə fəaliyyətlərini artıracağını söyləyib.
     

    Muxalifet3 - 12-07-2019

  11. Masallıda daha bir qəza - Ölən və xəsarət alanlar var

    Masallıda ölümlə nəticələnən yol qəzası baş verib.
    Muxalifet.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə Masallı-Boradigah-Lənkəran yolunun Qızılavar kəndi ərazisində qeydə alınıb.
    Masallı rayon sakini, Cavadov Nail Həsəndadaş oğlu idarə etdiyi "İSUZU" markalı 90 NK 834 dövlət nömrə nişanlı yük maşını ilə hərəkətdə olarkən idarəetməni itirib və yolun kənarındakı ağaca çırpılıb.

    Muxalifet - 12-07-2019

  12. Bakıda “Lexus” belə təhlükə saçdı - VİDEO

    Bakıda qaydaları kobud şəkildə pozaraq əks yola çıxan və təhlükəli vəziyyət yaradan sürücü kameraya düşüb. Unikal.org-un xəbərinə görə, hadisə Binəqədi rayonu ərazisində qeydə alınıb. Görüntülərdən məlum olur ki, Azadlıq prospekti ilə hərəkət edən 10-YY-357 dövlət nömrə nişanlı, “Lexux” markalı avtomobilin sürücüsü qoşa xəttin tələblərini pozaraq yolun əks istiqamətinə çıxıb. Eyni zamanda sürücü işıqforun qadağanedici nişanında gözləmək əvəzinə axının əksinə hərəkəti davam etdirib. O, yol kəsişməsində digər avtomobillər üçün təhlükə yaradıb.

    Muxalifet - 12-07-2019

  13. Milli Məclisin növbədənkənar sessiyası başa çatdı - deputatlar tətilə çıxdılar

    Milli Məclisin növbədənkənar sessiyası öz işini başa çatdırdı.

    Musavat.com xəbər verir ki, spiker Oqtay Əsədov iclası yekunlaşdırarkən bildirib ki, ilk dəfə parlament iyul ayında da işlədi və qanun layihələrinin payız sessiyasına qalmasına ehtiyac olmadı. Bu münasibətlə sədr deputatlara təşəkkür edib və onlara yay tətilində yaxşı dincəlib payız sessiyasına xoş əhval-ruhiyyə ilə gəlməyi arzulayıb.

    Dövlət Himinin oxunmasından sonra sessiya öz işini başa çatdırıb və deputatla tətilə yollanıblar.

    Muxalifet - 12-07-2019

  14. Rusiyadan S-400 sistemini gətirən üçüncü təyyarə Mürted hava limanına endi

    Muxalifet.az xəbər verir ki, Türkiyənin Rusiyadan satın aldığı S-400 hava hücumundan müdafiə zenit-raket sisteminin hissələrini daşıyan üçüncü təyyarə Ankarada yerləşən Mürted hava limanına enib.

    Muxalifet - 12-07-2019

  15. Moskvada erməni müğənnini dəlixanaya apardılar - VİDEO

    Moskvanın mərkəzindəki Arbat küçəsində yerləşən çayxananın qarşısında insanların rahatlığını pozan gənc qadın saxlanılaraq psixiatriya xəstəxanasına aparılıb.

    Virtualaz.org “Mash” telegram-kanalına istinadən xəbər verir ki, səs-küy salaraq insanlara mane olan şəxs Karina Qaqriyan adlı müğənni imiş.

    Onun ifasında YouTube-da bir neçə mahnının olduğu qeyd edilir.

    Muxalifet - 12-07-2019

  16. S-400-lərin Türkiyəyə gəlməsindən sonra NATO-dan ilk açıqlama

    NATO S-400-ün ilk hissələrinin Türkiyəyə gəlməsi haqqında bir açıqlama edib. Edilən açıqlamada, "Türkiyənin S-400 almasından narahatlıq duyulduğu qeyd edilib.
     
    NATO bu açıqlamanı Fransız xəbər agentliyi “AFP”-yə edib.
    Söz mövzusu silah sistemlərinin müttəfiq sistemlərlə uyğunsuz olduğu ifadə edilən açıqlamada, "Türkiyənin S-400-ləri alma qərarının meydana gətirəcəyi potensial nəticələrdən ötəri narahatıq" deyilib.
    Müxalifət.az

    Muxalifet3 - 12-07-2019

  17. TÜKÜRPƏDƏN OLAY: 3 il anasının meyiti ilə yaşadı, 15 yaşlı qızını isə...

    ABŞ-ın Texas ştatında dəhşətli hadisənin üstü 3 ildən sonra açılıb. Muxalifet.az BBC-yə istinadən xəbər verir ki, 47 yaşlı qadın bu illər ərzində 71 yaşlı anasının meyiti ilə birgə yaşayıb. Belə ki, 71 yaşlı ana 2016-cı ildə yıxılıb və ciddi travma alıb. Lakin o, xəstəxanaya aparılmayıb və evdə keçinib. Qızı onu dəfn etmək yerinə, 3 il qonşu otaqda saxlayıb. Bundan başqa, 15 yaşlı qızına da işgəncələr verib. Polis qadını həbs edib. İttihamlar sübuta yetirilsə, onu 20 il həbs cəzası və 10 min dollar cərimə gözləyir. Qızı isə qohumlarının himayəsinə veriləcək.

    Muxalifet - 12-07-2019

  18. Eldar Əzizov keçmiş müavininə VƏZİFƏ VERDİ

    Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov keçmiş müavininə yeni vəzifə verib.

    Unikal.org-un əldə etdiyi məlumata görə, biir müddət öncə Eldar Əzizovun əmri ilə Şahmalı Cavadov Bakı Lift Təmir İstehsalat Birliyi Baş direktorunun müavini təyin edilib.

    Sözügedən təyinat xəbərini Unikal.org-a Bakı Lift Təmir İstehsalat Birliyindən təsdiqləyiblər. 

    Muxalifet - 12-07-2019

  19. Direktor olmaq istəyənlərin nəzərinə!

    İyulun 13-dən dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqəyə start verilir. 

    Bu proses iyulun 19-dək davam edəcək. Müsabiqədə iştirak etmək istəyən namizədlər miq.edu.az/direktorlar linkinə daxil olaraq qeydiyyatdan keçəcəklər.

    Müsabiqəyə 500-ə yaxın vakant yer çıxarılıb.

    Muxalifet - 12-07-2019

  20. “İndi hər şey marketinqdən asılıdır” – Mayk Tayson

    “Hesab edirəm ki, Makqreqor promonun dahisidir. Həbib ona qalib gəlib, amma yenə döyüşmək istəyirlər”.

    APA-nın məlumatına görə, bunu dünya boksunu əfsanəsi Mayk Tayson deyib.

    Muxalifet - 12-07-2019

Pages