Axtarış

The search found 105785 results in 0.082 seconds.

Search results

  1. Goranboyda silahlı insident - 1 ölü, 2 yaralı

    Goranboyda baş verən silahlı insident nəticəsində bir nəfər dünyasını dəyişib, iki nəfər isə xəsarət alıb. 
    "Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Goran qəsəbəsində olub. 
    Hadisə nəticəsində Kəlbəcər rayon sakini, 1986-cı il təvəllüdlü Kərimov Vüsal Əlövsət oğlu, Goranboy rayon Boluslu kənd sakini, 1994-cü il təvəllüdlü Həsənov Səfər Nəsir oğlu xəsarət alıblar. Goranboy rayon sakini, 1999-cu il təvəllüdlü Əmrahov Təbriz Xaliq oğlu isə xəstəxanada dünyasını dəyişib. 

    Muxalifet - 13-07-2019

  2. Trampın naziri cinsi təcavüzlə ittiham olundu:

    ABŞ prezidenti Donald Tramp etdiyi açıqlamada Əmək naziri Aleksandr Acostanın milyarder iş adamı Jeffrey Epsteinə qarşı cinsi təcavüz ittihamı ilə mühakimə olunduğu iddiasına adının qarışdığı üçün vəzifəsindən istefa verdiyini bildirib.
     

    Muxalifet3 - 13-07-2019

  3. Yüzlərlə insanın ölüm anını görən alim DƏHŞƏTLİ FAKTLARI AÇDI: Ağ xalatlı bir varlıq... - FOTO

    Riqanın Uşaq Klinik Xəstəxanasının reanimasiya şöbəsində Peteris Klyava hər gün onlarla uşağın həyatını xilas edir, heç bir kömək edə bilmədiyi balacaları isə yola salır. Bir tərəfdən o, bir az tanrıdır, digər tərəfdən aciz bir müşahidəçi. Belə işdə həkimlər ya biganələşir, ya nihilist olur, ya da filosofa çevrilirlər. Əks təqdirdə, yaşamaq və işləmək mümkün deyil. Həkimlər özlərini gecə-gündüz "Görəsən, bu uşağın yaşaması üçün əlimdən gələn hər şeyi etdimmi" və "Nəyə görə uşaqlar əziyyət çəkir" sualları ilə yeyib bitirəcək. Peteris bu yolda fəlsəfəni seçib.

    Muxalifet - 13-07-2019

  4. ABŞ Senatından Trampa 'Türkiyə' çağırışı

    ABŞ Senatı prezident Donald Trampa Rusiyanın S-400 havadan müdafiə sistemini aldığı üçün Türkiyəyə sanksiya tətbiq etmək və Türkiyəni F-35 proqramından çıxarma çağırışı edib.
     
    Senatorların Trampa yazdığı məktubda, "Prezident Trampı tam sanksiya tətbiq etməyə çağırırıq. Bundan başqa, F-35-lərin təhvil verilməsinin bir müddət təxirə salınması ilə yanaşı, Müdafiə Nazirliyini Türkiyənin F-35 proqramında iştirakına son verməyə çağırırıq" ifadələrinə yer verilib.
    Müxalifət.az

    Muxalifet3 - 13-07-2019

  5. Eldar Mahmudovun “kompromat sandığı” yenidən gündəmdə

    Əvəz Zeynallı: “Onun xaricdə əlaltıları çoxdur və bu şəxslərə material ötürə bilər”

    “MTN çetesi”nin ifşasının 4-cü ili yaxınlaşır. 2015-ci il oktyabrın 17-də prezidentin sərəncamı ilə Eldar Mahmudov nazir vəzifəsindən çıxarıldı, onun komandasının 20-dən çox üzvü həbsə alındılar. Eldar Mahmudovun və dəstəsinin MTN-də (ləğv edilib) hansı cinayətlər törətdiyi məhkəmə yolu ilə sübuta yetirilib.

    Muxalifet - 13-07-2019

  6. QICIQ, QORXU VƏ UTANC HİSSİ – Rusiyalılar siyasətçilərinə belə münasibət bəsləyirlər

    Rusiyalılar arasında ölkənin inkişafı proseslərində şəxsi iştirak ehtiyacı artır, hakimiyyətə qarşı münasibət isə qıcıq və qorxu hissləri ilə «rənglənir». Bu, məşhur alimlərin hesabatlarından görünür. Məlumata görə, uyğun hesabat tanınmış iqtisadçılar – Strateji İşləmələr Mərkəzinin sabiq prezidenti Mixail Dmitriyev, psixoloq Anastasiya Nikolskaya və Yelena Çerepanova tərəfindən hazırlanıb. 2019-cu ilin mart-aprel aylarında aparılmış araşdırmanın gedişi zamanı onlarla bölgədə, tərkibində 129 nəfər olan 13 fokus-qrup sorğuya məruz qoyulub.

    Muxalifet - 13-07-2019

  7. Yeni qırğına hazırlaşırlar

    Liviyada Giryan şəhərini itirərək zərbə alan Hafter Terror Təşkilatının yeni hədəfi strateji Benii Velid şəhəridir. Benii Velidi paytaxt Tripolini işğal etmək üçün tramplin olaraq istifadə etmək istəyən Hafterin yeni qırğın törədəcəyindən narahatlıq duyulur. Liviyanı qeyri sabit və yenidən müstəmləkə etmək istəyən güclərin aləti olan çevrilişçi general Xəlifə Hafter nəzarətindəki terror təşkilatının yeni hədəfi Beni Velid şəhəridir. Hafter terror təşkilatı keçən ay strateji Giryan şəhərindəki məğlubiyyəti Beni Velid üzərindən açacağı yeni cəbhə ilə kompensasiya etməyi məqsəd qoyur.

    Muxalifet3 - 13-07-2019

  8. ​“Əlhəmdüllah, ibadətimizi edirik” - Ziya Məmmədovun qardaşı

    Eks-deputat, hazırda Azərbaycan Texniki Universitetinin Strateji inkişaf üzrə prorektoru Elton Məmmədov qardaşı Ziya Məmmədovun günlərdir müzakirə olunan müsahibəsinə münasibət bildirib.
    Muxalifet.az xəbər verir ki, o, "Yeni Müsavat"a açıqlamasında əfəndi nəslindən olduqlarını qeyd edib:

    Muxalifet - 13-07-2019

  9. Babacanın Ərdoğan yolu getmək şansı azdır

    Türkiyədə 20 ildən sonra mühafizəkar partiyadan ayrılma baş verir, Ərdoğan-Ərbakan münasibətləri bu dəfə Babacan-Ərdoğan münasibətlərinə çevrilə bilər

    Muxalifet - 13-07-2019

  10. Pentaqona “Türkiyə” hesabatı: ‘YPG-ni buraxın, Türkiyə olmadan...'

    Beynəlxalq terror araşdırma mərkəzi “Study of War” Pentaqona təqdim etdiyi əhatəli hesabatda, keçmişə nisbətdə daha güclü olan İŞİD-a qarşı terror təşkilatı YPG deyil, Türkiyənin dəstəyinin əsas şərt olduğunu vurğulayıb.
     

    Muxalifet3 - 13-07-2019

  11. Bakıda 12 yaşlı oğlan itkin düşdü

    Bakıda azyaşlı oğlan itkin düşüb.
    Muxalifet.az Trend-ə istinadən xəbər verir ki, paytaxtın Xətai rayonu, 5-ci Rezervuar küçəsi ev 7-də yaşayan, 2007-ci il təvəllüdlü Kərimov Elnur Elman oğlu iyulun 11-də yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.
    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet - 13-07-2019

  12. Putin 2024-cü ildən sonra da hakimiyyətdə qalacaq - İDDİA

    Rusiya prezidenti Vladimir Putin 2024-cü ilin seçkilərindən sonra "genişləndirilmiş konstitusion səlahiyyətlərə” malik baş nazir kimi hakimiyyətdə qala bilər.
    Muxalifet.az "Bloomberg”ə istinadən xəbər verir ki, bunu Kremlə yaxın və "Vahid Rusiya”nın yüksək rütbəli üzvü kimi mənbələr bildirib.
    Prezidentin köməkçiləri və müşavirləri 2021-ci ilə kimi seçki qanunvericiliyinin dəyişiklikləri üzərində düşünürlər ki, yenilənmiş Dövlət Duması üzərində nəzarət olduğu kimi qalsın. Bunu "Kommersant” nəşri yazıb.

    Muxalifet - 13-07-2019

  13. ŞOK: ​Goranboyda polisin əlindən tapançanı alıb qundağı ilə döydülər

    Goranboyda baş verən silahlı insidentin təfərrüatları məlum olub. 
    Hüquq-mühafizə orqanlarından  verilən məlumata görə, ötən gün saat 22:30 radələrində Goran qəsəsbəsi ərazisində xidmət aparan rayon Polis Şöbəsinin əməliyyat müvəkkili Vüsal Kərimova bir vətəndaş müraciət edərək bir qrup şəxsin yol kənarında toplaşaraq mübahisə etdiyini bildirib. 

    Muxalifet - 13-07-2019

  14. Hacıəmi Atakişiyev vəfat etdi

    “Azərbaycan Reklamçılar İttifaqı” İctimai Birliyinin sədri Hacıəmi Atakişiyev vəfat edib.

    Bu barədə “Report”a mərhumun dostları məlumat veriblər.

    Məlumata görə, o, bu gün axşam saat 21 radələrində 68 yaşında dünyasını dəyişib.

    Muxalifet - 13-07-2019

  15. Türkiyə ilə ABŞ arasında kritik S-400 danışığı

    Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar ABŞ Müdafiə naziri vəkili Mark Esper ilə S-400 mövzusu ilə bağlı telefon danışığı aparıb.
     
    Telefon danışığında, F-35 döyüş təyyarəsi proyektinin öz yolunda irəliləməsinin lazım olduğunu, Türkiyənin proyektin ortağı olduğunu vurğulayan Akar, Türkiyənin F-35 və S-400 sistemlərinin ola biləcək qarşılıqlı təsiri mövzusunda NATO-nun da daxil ola biləcəyi iş qrupu təklifinin hələ də qüvvədə olduğunu qeyd edib.
     
    'Türkiyənin duruşu dəyişmədi'
     

    Muxalifet3 - 13-07-2019

  16. ​Siqaretdən daha təhlükəli PİYLƏNMƏ: 13 xərçəng növünü yaradır

    Köklük hazırda dörd geniş yayılmış xərçəng növünün yaranmasına siqaretdən daha çox səbəb olur.
    Muxalifet.az “BBC”-yə istinadla xəbər verir ki, bağırsaq, böyrək, yumurtalıq və qaraciyər xərçəngini daha çox köklük yaradır, nəinki siqaret çəkmək.
    Bu barədə Britaniya Xərçəng Araşdırmaları xeyriyyə təşkilatının hesabatında bildirilib.
    Təşkilat milyonlarla insanın artıq çəkisinə görə xərçəng riski daşıdığını və həddindən artıq kök insanların siqaret çəkənləri ikidə bir nisbətində üstələdiyini deyir.

    Muxalifet - 13-07-2019

  17. Xüsusi təyinatlı “Alfa” və “Vımpel” zabitləri Azərbaycan üzərindən hara qaçıb? - “SİTUASİYA CİDDİ NARAHATLIQ DOĞURUR...”

    Rusiya Federal Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlıları, Moskvada azərbaycanlı milyarderlər Qod Nisanovla Zarah İliyevə məxsus “Sadovod” bazarında quldur hücumları həyata keçirən “Alfa” və “Vımpel” dəstələrinin zabitləri Azərbaycan üzərindən üçüncü ölkəyə qaçmış ola bilər.

    Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, bu haqda Rusiyanın APN agentliyi (Kremlin “aşbazı”, oliqarx Priqojinə bağlıdır) bildirir.

    Muxalifet - 13-07-2019

  18. Trampa Konqresdən zərbə

    ABŞ Konqresinin Nümayəndələr Palatası prezident Donald Trampın İrana qarşı hər hansı bir hərbi müdaxilədən əvvəl Konqresdən təsdiq almasını nəzərdə tutan qanuni tənzimləməni təsdiqləyib. Qərara hər iki partiyanın da dəstək verməsi diqqət çəkib.
    Konqresdə hər iki partiyanın da dəstəyini alan qanuni tənzimləmə səsverməyə buraxılıb.
    Tənzimləmə 170 əleyhinə, 251 səs lehinə olmaqla qəbul edilib.
    Beləliklə, Tramp bundan sonra hərbi müdaxilə üçün artıq Konqresdən icazə almaq məcburiyyətində olacaq.

    Muxalifet3 - 13-07-2019

  19. Polisin güllələdiyi şəxs öldü - Goranboyda GƏRGİNLİK

    Dünən Goranboyda baş vermiş silahlı insident nəticəsində güllə yarası alan rayon sakini, 1999-cu il təvəllüdlü Əmrahov Lətif Xaliq oğlu dünyasını dəyişib. 
    Muxalifet.az Bakupost.az-a istinadən xəbər verir ki, həkimlərin cəhdlərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. 
    Qeyd edək ki, ötən gün saat 22:30 radələrində Goran qəsəsbəsi ərazisində xidmət aparan rayon Polis Şöbəsinin əməliyyat müvəkkili Vüsal Kərimova bir vətəndaş müraciət edərək bir qrup şəxsin yol kənarında toplaşaraq mübahisə etdiyini bildirib. 

    Muxalifet - 13-07-2019

  20. SON DƏQİQƏ: Dəhşətli zəlzələ baş verdi

    Yaponiyanın cənubunda güclü yeraltı təkanlar qeydə alınıb.
    Okinava adasında 6,1 bal gücündə zəlzələ baş verib.
    ABŞ Feoloji Araşdırmalar Mərkəzinin verdiyi məlumata görə, zəlzələnin ocağı adanın şimal sahillərində dəniz səviyyəsindən 257 km dərinlikdə yerləşib.
    Zəlzələ tələfata səbəb olmayıb./Publika

    Muxalifet - 13-07-2019

Pages