Axtarış
The search found 105785 results in 0.047 seconds.
Search results
“Az qalıb, 240-la gedəcəm" - 8 nəfəri öldürən sürücüdən ŞOK AÇIQLAMA - FOTO
“Qardaş az qalıb, 240-la gedə biləcək mikroavtobusa da sahib olacam”.
Unikal.org-un araşdırmasına görə, bu sözləri iyul ayının 9-da Masallıda “Mercedes Benz Vito 115” markalı, 99 LH 458 dövlət qeydiyyat nişanlı mikroavtobusla törətdiyi qəza nəticəsində 8 nəfərin ölümünə səbəb olan Mustafayev Nizami Malik oğlu sosial şəbəkələrdəki səhifəsində bildirib.
Muxalifet - 12-07-2019
Bakı-Batumi təyyarəsi geri döndü - SƏBƏB
Batumi Hava Limanında (BUS) qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq "Buta Airways"in saat 07:46-da Bakıdan yola düşən J2 9227 nömrəli aviareysində hava gəmisinin kapitanı uçuş aeroportuna geri qayıtmaq qərarı alıb.
Bu barədə Muxalifet.az "Buta Airways"ə istinadən xəbər verir.
Məlumata görə, reys Bakı vaxtı ilə saat 10:12-da Heydər Əliyev Aeroportunda (GYD) uğurlu eniş edib.
Təyyarə hava şəraiti yaxşılaşdıqdan sonra Bakıdan Batumiyə yola düşəcək.Muxalifet - 12-07-2019
“Şərqi Fərat” əməliyyatında geri sayım başladı
Suriyada terrorçulara yönəlik əməliyyat an məsələsidir. Türkiyə Silahlı Qüvvələri sərhəd hərbi birliklərindəki icazələri və təyinatları dayandırıb.
Türkiyənin sərhəd təhlükəsizliyini təmin etmək üçün son günlərdə Suriya sərhədinə hərbi daşımaları sürətləndirən Türkiyə Silahlı Qüvvələri (TSQ) bölgədəki terror təşkilatlarına qarşı hərəkətə keçməyə hazırlanır.
Geri sayım başladı
Muxalifet3 - 12-07-2019
Rusiyaya qarşı “cəhənnəm” sanksiyaları Konqresdən keçdi - ÜMİD QALIB TRAMPA...
ABŞ Konqresinin Nümayəndələr palatası ötən gün iyulun 11-də Rusiyaya qarşı “cəhənnəm” sanksiyalarını təsdiqləyib. Muxalifet.az Virtualaz.org-a istinadən xəbər verir ki, bu sanksiyalara əsasən Rusiyanın suveren borcu üzrə əməliyyatların aparılmasına qadağa qoyulur. Sanksiyalar Rusiyanın Amerika seçkilərinə müdaxiləsinə cavabdır. Konqresmenlər Bred Şerman və Maksin Uoters tərəfindən 2020-ci il üçün müdafiə büdcəsinə və maliyyə ilinə dair qanuna təklif edilmiş düzəliş Rusiyanın suveren borcları ilə əməliyyatların aparılmasını tam qadağan edir.
Muxalifet - 12-07-2019
SON DƏQİQƏ: Bakıda güclü yanğın - VİDEO
Bakının Yasamal rayonunda güclü yanğın baş verib.
Bu barədə hadisə şahidləri BAKU.WS-ə məlumat veriblər. Bildirilir ki, Bakının Moskva prospektində, "Şamaxinka” adlanan ərazidə qeydə alınan yanğın nəticəsində ətrafı qara tüstü bürüyüb.
Vətəndaşlar bu qara tüstüdən təşvişə düşüblər. Əraziyə yanğınsöndürən maşınların getdiyi bildirilir.
Məsələ ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətilə əlaqə saxladıq. Xidmətdən bildirilib ki, ərazidəki quru ot sahəsinda yanğın baş verib.Muxalifet - 12-07-2019
“MÜXALİFƏT DÖVLƏT ÇEVRİLİŞİNƏ CƏHD ETDİ…” – “Saakaşvilini hakimiyyətə gətirirdilər”
Deputat: “Biz reallıqları görürük, 2020-ci ildə koalisiya hökuməti qurula bilər”
“AzPolitika.info” Gürcüstanda son həftələr baş verən etiraz mitinqləri, istefalar, növbədənkənar seçki tələbi, Moskva ilə münasibətlər və digər məsələləri Gürcüstan parlamentinin deputatı, hakim “Gürcü Arzusu” Partiyasının funksioneri Mahir Dərziyevləmüzakirə edib.
Müsahibəni təqdim edirik:
Muxalifet - 12-07-2019
Türkiyədən “Vaşinqton Post”-a PKK məktubu
Türkiyənin ABŞ-dakı səfiri Sərdar Kılıç “Vaşinqton Post” qəzetinin redaktorlarına məktub göndərərək dərc etdikləri yazı üzərindən PKK təbliğatı edilməsini tənqid edib.
“Vaşinqton Post” ötən həftələrdə PKK-nın terrorçubaşı Cəmil Bayıkın yazısını dərc etməsini tənqid edən səfir Sərdar Kılıçın məktubunu dərc edib.Muxalifet3 - 12-07-2019
İqbal Ağazadə: “Kamal Abdullaya haqqımı halal etmirəm” - QALMAQAL
"Ümid” partiyasının sədri, sabiq deputat İqbal Ağazadə Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullaya müraciət ünvanlayıb.
Muxalifet.az-ın məlumatına görə, partiya sədri özünün feysbuk səhifəsində yaydığı müraciətində bir müddət öncə Kamal Abdullanın əmri ilə işdən çıxarılan ADU-nun filologiya və jurnalistika fakültəsinin dekanı Vüsalə Ağabəylinin haqqının bərpa olunmasını istəyib:Muxalifet - 12-07-2019
S-400-lər Ankarada: Nazirlik açıqladı
Türkiyənin Milli Müdafiə Nazirliyindən edilən açıqlamada, S-400 havadan müdafiə sistemlərinin Ankaraya çatdırılmasının başladığını bəyan edib.
Türkiyənin Milli Müdafiə Nazirliyindən edilən açıqlamada, "Türkiyənin havadan və raketdən müdafiə ehtiyacının təmin edilməsinə yönəlik tədarük görülən S-400 sisteminin birinci qrup vəsaitlərinin Mürtəd Hava Meydanı / Ankaraya çatdırılması 12 iyul 2019 tarixindən etibarən başladı" deyilib.
Müxalifət.azMuxalifet3 - 12-07-2019
RUSİYA XƏLİFƏ HƏFTƏRLƏ MƏSAFƏ SAXLAYIR – Kremlin ikibaşlı oyunu nəyə hesablanıb?
Yuri Barmin
“Əl-Cəzirə”, 12.07.2019
Liviyadakı münaqişənin gərginləşməsi həm regional, həm də qlobal xarici müdaxiləni çılpaqlaşdırıb. Əlbəttə, Liviya ilə bağlı başlıqlara çıxan Rusiya bu məsələdə arxa plana keçməyə çalışır.
Muxalifet - 12-07-2019
Lotu Qulinin “obşakı” ələ keçirildi - 10 “qanuni oğru” SAXLANILDI
Gürcüstan polisinin apardığı əməliyyat nəticəsində 10 “qanuni oğru” saxlanılıb. Lent.az -ın xarici KİV-ə istinadən məlumatına görə, həbslər Batumi, Marneuli, Dmanisi, Rustavi və Tbilisidə aparılıb.
Məlumata görə, həbs olunalar “Lavasoqlu” ləqəbli Mendiya Qoradze və Lotu Qulinin qardaşı Namiqin adamları olublar. Həbs edilənlərdən biri Azərbaycana keçmək istəyərkən, Qırmızı körpüdə ələ keçib.
Onların üzərindən külli-miqdarda pul götürülüb. Həmin pullar “obşak” üçün nəzərdə tutulubmuş.
Saxlanılanları 7 ildən 10 ilədək həbs gözləyir.Muxalifet - 12-07-2019
Müharibə əlilləri ilə şirkət arasında “Topaz” qalmaqalı - Polis işə qarışdı
“Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyinin “Topaz” əmtəə nişanı adı altında fəaliyyət göstərmiş mərc oyunları məntəqəsinə lisenziya verilməsi tələbi ilə bağlı “Caspian Tech” Qapalı Səhmdar Cəmiyyəti (QSC) arasında yaranan mübahisə Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində araşdırılır.
Muxalifet - 12-07-2019
"Bakı Kart"ın balansını internetlə artırmaq mümkün olacaq
Paytaxtın nəqliyyat sistemində istifadə olunan "Bakı Kart"ın balansını bu ilin sonuna qədər internetlə artırmaq mümkün olacaq.
Bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibiMais Ağayev məlumat verib.
Onun sözlərinə görə, hazırda bu istiqamətdə iş aparılır.Muxalifet - 12-07-2019
“İlin-günün bu vaxtı 2 manata pomidor, 1 manata xiyar, 90 qəpiyə soğan, olmaz axı... ” - Deputatdan haqlı İRAD
Yayın bu qızmarında kənd təsərrüfatı məhsullarının “qızan” qiymətləri vətəndaşların haqlı narazılığına səbəb olub. Bineyi-qədimdən deyirlər ki, həm geyim, həm də yemək baxımından kasıbınkı yaydır. Kasıb xiyar-pomidor, bir az da pendirlə qarnını doyurmaq üçün hər dəfə yayı gözləsə də, görünən odur ki, bu mövsüm ac qalacaq. Axı kiloqramı 2 manata pomidor, 1 manata xiyarı alıb yeməyə qıymırsan. Onsuz da mer-meyvədən əlimizi üzmüşük. Qoy bizim gilasları afrikanlar yesin, biz yeməsək də olar. Təki hesabat verəndə sinəmizi qabardıq “ixracımız artıb” deyə bilək...
Muxalifet - 12-07-2019
Dövlət büdcəsinə dəyişiklik qəbul olundu
Bu gün Milli Məclis “2019-cu il dövlət büdcəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini müzakirə edərək III oxunuşda qəbul edib.
Muxalifet - 12-07-2019
"Bu şəhərdə"nin Müşfiqinin evi əlindən alındı
Bu şəhərdə” nin senaristi Müşfiq Abbasovun mənzili əlindən alınıb.
Bu barədə "Yeni Sabah”a açıqlamasında M. Abbasov özü bildirib. O, qeyd edib ki, bununla bağlı iyulun 10-da Apelyasiya Məhkəməsi qərar qəbul edib.
Qərara görə, onun mənzili əlindən alınaraq iddiaçı şəxslərə verilib.Muxalifet - 12-07-2019
Bu şəxslərə verilən pul təminatı artırıldı
Parlamentin növbədənkənar sessiyasının sonuncu plenar iclasında Ali Məhkəmə sədrinin maaşının artırılması üçün qanunvericiliyə təklif edilən dəyişiklik layihəsi 3-cü oxunuşda müzakirəyə təqdim olunub.
Ali Məhkəmənin sədrinə Milli Məclis sədrinin aylıq vəzifə maaşı həcmində əməkhaqqı veriləcək.Muxalifet - 12-07-2019
Pensiyaların artırılması ilə bağlı sənəd son oxunuşda qəbul edildi
Azərbaycanda əmək pensiyalarının artırılmasını nəzərdə tutan qanun layihəsi qəbul edilib.
Trend-in məlumatına görə, bununla bağlı Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik müzakirə olunub.
Dəyişiklik əmək pensiyalarının minimum məbləğinin artırılması ilə bağlıdır. Layihəyə əsasən, qanunun 6-1-ci maddəsinin (Əmək pensiyasının minimum məbləği) mətni yeni redaksiyada verilir:Muxalifet - 12-07-2019
Azərbaycan Qarabağ səmasında erməni mülki təyyarələrini ABŞ raketləri ilə vurmaq istəyirmi... - AMERİKADAKI ERMƏNİ LOBBİSİNİN İDİOTİZMİ
ABŞ Konqresinin Nümayəndələr palatası konqresmen-demokrat Bred Şermanın qanunvericilik təşəbbüsünü dəstəkləyib.
Virtualaz.org xəbər verir ki, bu təşəbbüs Azərbaycana “Dağlıq Qarabağın mülki təyyarələrini təhdid edə biləcək” Amerika silahlarının satılmasına qadağa qoyur.
“Bu təşəbbüs Azərbayan üçün güclü mesaj olacaq. Bundan sonra Bakı Dağlıq Qarabağın mülki aviasiyasını hədələyə və təyyarələrini vura bilməyəcək”,-konqresmen Şermanın bu sözlərini Amerika Erməni Milli Komitəsi (ANCA) sitat gətirir.
Muxalifet - 12-07-2019
İran təhdid dozasını artırdı
İran Xarici İşlər Nazirliyinin sözçüsüi Abbas Musəvu keçən həftə İngiltərə Dəniz Piyadaları tərəfindən saxlanılan İran tankerinin qaytarılması çağırışı edib. Musəvi əks təqdirdə, bu təhlükəli oyunun nəticələrinin olacağı ilə İngiltərəni hədələyib.
Abbas Musəvi "Bu təhlükəli bir oyundur və nəticələri olacaq. Gəminin müsadirə edilməsinin hüquqi bəhanəsi etibarsızdır. Tankerin buraxılması bütün ölkələrin mənfəətinədir" deyə açıqlama verib.Muxalifet3 - 12-07-2019