Axtarış
The search found 105785 results in 0.027 seconds.
Search results
Masallıdakı dəhşətli qəzanın yeni faktları - VİDEO
Masallı rayonunda səkkiz nəfərin ölümü ilə nəticələnən mikroavtobus qəzası bir neçə ailəni yasa boğub.
Bakupost xəbər verir ki, Baku TV-nin əməkdaşları qəza nəticəsində bir evdən üç nəfərin – ata və iki azyaşlı oğlunun öldüyü Rzayevlər ailəsinə baş çəkib.
Əvvəlcə məlum olub ki, bu qəza nəticəsində, əslində, səkkiz deyil, doqquz nəfər ölüb. Belə ki, ailə yaxınlarının verdiyi məlumata görə, hadisə zamanı ölən 2006-cı il təvəllüdlü Rufullayev Ayxan Natiq oğlunun anası intihar edərək həyatına son qoyub.Muxalifet - 12-07-2019
Avropa Komissiyasında Türkiyəyə sanksiya müzakirəsi
Avropa Komissiyası Kipr açıqlarında təbii qaz axtarış və qazma fəaliyyətinin davam ediyi təqdirdə Türkiyəyə edilən iqtisadi yardımları müzakirə edir. Avropa Komissiyasında təqdim edilən təklifdə qalmaqal ifadələr yer alır.
Muxalifet3 - 12-07-2019
“Vito” sürücüsündən TƏHLÜKƏLİ HƏRƏKƏT: Sürətli yolda ayağını pəncərədən çıxardı - VİDEO
Azərbaycandakı magistral yollardan birində “Mersedes Vito” markalı avtomobilin sürücüsünün təhlükəli hərəkətləri kameraya düşüb.
Video sosial şəbəkədə paylaşılıb.
99-RB-822 dövlət nömrə nişanlı maşının sürücüsü sürətli yolda ayağını pəncərədən çıxararaq avtomobili idarə edib. Arxadan gələn avtomobildəki şəxs isə bunu lentə alıb.
Sürücünün bu hərəkətləri sosial şəbəkədə haqlı narazılıqla qarşılanıb.Muxalifet - 12-07-2019
Sudanda yeni hərbi çevrilişə cəhd
Sudan Hərbi Keçid Şurası ölkədə yeni çevriliş cəhdinin qarşısının alındığını bəyan edib. Şuradan edilən açıqlamaya görə, hadisə ilə əlaqədar bir komandir və bəzi zabitlər nəzarətə alınıb.
Sudan televiziyasından oxunan açıqlamada, "Çevriliş cəhdinə əngəl olundu" deyilib.
Sudan Hərbi Keçid Şurası maneə törədilən yeni çevriliş cəhdinin müxalifətlə əldə olunacaq son razılaşmanı pozmaq məqsədli olduğunu və cəhddə olan bir komandir və bəzi zabitlərin nəzarətə alındığını açıqlayıb.Muxalifet3 - 12-07-2019
Müəllimlərin orta aylıq əməkhaqqı 600 manatı ötəcək - Nazir
“Müəllimlərin maaşlarının artırılması ölkədə təhsilin inkişafına, keyfiyyətin yüksəldilməsinə təkan verərək müəllimləri daha əzmlə fəaliyyət göstərməyə ruhlandıracaq”.
Bunu Təhsil naziri Ceyhun Bayramov deyib.
Muxalifet - 12-07-2019
Türkiyə vətəndaşı Azərbaycanda əmək haqqını ala bilmir - şikayət
Mehmet Çalışır: ””Üstay" şirkəti mənə çatacaq əmək haqqını vermir"
Türkiyənin Hatay vilayətinin sakini Mehmet Çalışır hazırda işsizdir. O, Sumqayıtda fəaliyyət göstərən “Üstay” şirkətindən şikayətçidir. Deyir ki, şirkət əmək haqqını mənimsəyib.Muxalifet - 12-07-2019
İran-İngiltərə gərginliyinə BMT-dən xəbərdarlıq
BMT İrana aid gəmilərin Bəsrə Körfəzində İngilis neft tankerini dayandırma cəhdi iddialarından sonra bölgədə ola biləcək bir böhranın fəlakətlə nəticələnəcəyi xəbərdarlığını edib.
BMT baş katibinin sözçülərindən Farhan Haq gündəlik mətbuat brifingində, İrana aid gəmilərin Hörmüz Boğazında İngilis neft tankerini dayandırma cəhdi iddialarına münasibət bildirib.Muxalifet3 - 12-07-2019
“WhatsApp” kimi maskalanan virus 25 milyon telefona yoluxub
“Agent Smith” adlanan virus ən azı 25 milyon smartfonu yoluxdurub. Virus adətən populyar proqramlar, xüsusilə də WhatsApp kimi maskalanır. Muxalifet.az “Check Point”-ə istinadən məlumat verir ki, adətən istifadəçilər “mağaza”dan (Google Play Store) hansısa oyun, yaxud proqram yükləyərkən, “Agent Smith” gizlincə telefona qurulur, burada hansısa məşhur proqram – məsələn, “WhatsApp”, yaxud “Opera” kimi maskalanır. Bundan sonra smartfon yerli-yersiz reklamlar göstərməyə başlayır. Amma virusun vurduğu yeganə ziyan bununla məhdudlaşmır.
Muxalifet - 12-07-2019
Masallıdakı faciədən sonra qohumların toyu təxirə salındı
Masallı rayonunda səkkiz nəfərin ölümü ilə nəticələnən mikroavtobus qəzası bir neçə ailəni yasa boğub.
Unikal.org-un əldə etdiyi məlumata görə, qəzada dünyasını dəyişən şəxslər Bakının Xəzər rayonu Binə qəsəbəsində yaşayırlar. Onlar Lerik rayonunda keçirilməli olan toya gedirmişlər. Bu qəzadan sonra dünyasını dəyişən şəxslərin gedəcəyi iki toy təxirə salınıb.
Sözügedən xəbəri Unikal.org-a təsdiqləyən Lerik Rayon İcra Hakimiyyətinin Qosmalian kənd üzrə icra nümayəndəsi Oqtay Şıxaliyev təsdiqləyib:Muxalifet - 12-07-2019
Boeing 777 təyyarəsi qəza enişi etdi – 30 nəfər xəsarət alıb
Air Kanada aviaşirkətinə məxsus Boeing 777-200 təyyarəsi turbulent zonaya düşüb.
Muxalifet.az report-a istinadən xəbər verir ki, hadisə nəticəsində 30 nəfər zərər çəkib.
Qeyd edək ki, göyərtəsində 269 sərnişin və 15 ekipaj üzvü olan təyyarə Torontodan Sidneyə uçub. Vankuverdə isə yanacaq doldurub.
Hadisəyə görə, pilotları düşürmək üçün Qonolulu hava limanında təcili eniş edib. Hazırda sərnişinlər oteldədirlər.Muxalifet - 12-07-2019
İngiltərə hər yerdə 'casusu' axtarır
İngilis nazir Alan Duncan ölkəsinin Vaşinqton səfirinin diplomatik yazışmalarının kompüter piratlığı nəticəsində deyil, içəridən birinin sızdırmasıyla mətbuatda yer aldığını açıqlayıb.
İngiltərənin Xarici İşlər Nazirliyinin Avropa və ABŞ-dan Məsul Dövlət naziri Alan Duncan parlamentdə etdiyi açıqlamada, İngiltərənin Vaşinqtondakı səfiri Kim Darroçun ABŞ prezidenti Donald Trampın "bacarıqsız" olduğu ifadəsinin yer aldığı gizli diplomatik yazışmalarının sızdırılmasıyla əlaqədar fikir bildirib.Muxalifet3 - 12-07-2019
Vilayət Eyvazov bütün polis rəislərini NAZİRLİYƏ TOPLADI - Hesabat istəyir
Daxili İşlər Nazirliyində (DİN) geniş kollegiya iclası keçirilir.
Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun sədrliyi ilə keçirilən toplantıda DİN-in kollegiya üzvləri, baş idarə, idarə və xidmət rəisləri, məsul əməkdaşlar, Azərbaycanın bütün şəhər və rayon polis idarə, şöbə və bölmələrinin rəisləri iştirak edirlər.
Muxalifet - 12-07-2019
Turistlər Dubayda mağazalardan spirtli içki ala biləcəklər - MÜSƏLMANLARA AİD DEYİL
Dubayda turistlər spirtli içkiləri mağazalardan ala biləcəklər.
Bundan sonra turistlər pasportun əslini təqdim edərək "Mercantile and Marketing International (MMI)" mağazalar şəbəkəsindən 30 günlük lisenziya ala bilərlər.
Lisenziya almaq üçün turistlərin azı 21 yaşı olmalıdır və onlar müsəlman olmamalıdırlar.
Xatırladaq ki, daha əvvəl turistlər Dubayda spirtli içkiləri yalnız otellər, barlar və restoranlarda ala bilirdilər.
Muxalifet - 12-07-2019
“Araz” supermarket vətəndaşları bu cür ALDADIR: Məhsulun bitmə tarixini dəyişdirir - Foto
Bakı sakini “Araz” supermarketdə satılan peçenyenin istehsal tarixinin şirkət tərəfindən uzaldılmasından şikayətçidir.
“Qafqazinfo”ya daxil olan şikayətdə bildirilir ki, sakin Qaraxuçurdakı şadlıq saraylarından birinin altında yerləşən marketdən uşaq üçün peçenye alıb. Həmin peçenyenin üzərində istehsal tarixinin bu ilin mart ayında bitdiyi göstərilir. Ancaq market özü məhsul barəsindəki etiketində istehsal tarixini uzadaraq avqust ayını qeyd edib.Muxalifet - 12-07-2019
Siyəzəndə mikroavtobus yandı - VİDEO
Siyəzəndə "Mercedes” yanıb.
Fövqəladə Hallar Nazirliyindən Muxalifet.az-a verilən məlumata görə, rayonun Yenikənd kəndində "Mercedes” markalı mikroavtobusun mühərrik hissəsi, idarəetmə lövhəsi və salon hissəsi qismən yanıb.
Mikroavtobusun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Muxalifet - 12-07-2019
Türkiyədən Avropaya incə “qazma gəmiləri” mesajı
Qərbdə “Fateh”, şərqdə “Yavuz”, cənubda “Barbaros” gəmiləriylə Kipr adasının 3 tərəfində neft və təbii qaz axtarış işlərini davam etdirən Türkiyə, Şərqi Aralıq dənizində enerji quldurluğuna keçid vermir. Şərqi Aralıq dənizində, Kipr Türklərinin və Türkiyənin haqlarını qorumaqda qərarlı olan Ankaranın, təhdidlərə imkan verməyəcəyi, Avropa Birliyinin sanksiya uydurmasınını boşa çıxacağı və Türk Kiprinin haqlarının Türkiyəyə əmanət olduğu bildirilir.
Muxalifet3 - 12-07-2019
NATO Rusiyanı vurmağa hazırdır - Generaldan ŞOK XƏBƏRDARLIQ
“NATO-nun Rusiya sərhədindəki qüvvələri müdafiə deyil, hücum qüvvələri xüsusiyyəti daşıyır”. Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, bunu Rusiya Baş Qərargahlığı Əməliyyatların İdarə Edilməsi Dairəsinin sədri Andrey Sterlin deyib. General bildirib ki, Rusiya sərhədinə yaxın nöqtələrdə mövqeyini gücləndirən NATO birliklərinin əsgər və silah sayı bu qənaətə gəlməyə imkan verir. NATO Rusiyanə vurmağa hazır yumruğa bənzəyir. “Bu bölgələrdə son illərdə həm NATO-nun, həm də Rusiyanın NATO-ya üzv olan sərhəd qonşularının milli təlimləri ikiqat artıb”, - Sterlin qeyd edib.
Muxalifet - 12-07-2019
Lotu Quli Azərbaycana gəldi
Qanuni oğru Nadir Səlifov (Lotu Quli) gözlənilmədən Bakıya gəlib.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu məlumatı "Vatan CRİME" kanalı yayıb. Qanuni oğrunun gözlənilmədən geri dönüşünün səbəbi açıqlanmayıb.
Qeyd edək ki, Nadir Səlifov 2017-ci ildə həbsdən azad edildikdən sonra Azərbaycanı tərk edərək İstanbula gedib. Bir müddət sonra Moskva Səlifovu İnterpol xətti ilə beynəlxalq axtarışa verib. Rusiya ilə Türkiyə arasında siyasi yaxınlaşmadan sonra Quli Moskvaya təhvil veriləcəyindən ehtiyat edərək Dubaya köçüb.Muxalifet - 12-07-2019
Məhkəmə-hüquq islahatlarına dair fərmandan 3 ay ötdü - nə dəyişib?
Vəkil: “İşlərlə bağlı SMS bildirişlər gəlməyə başlayıb”
Deputat: “Hakimlərə 10 min manat aylıq məvacib verilməsi təşəbbüsü ilə çıxış etmişik”Muxalifet - 12-07-2019
Türkiyədə sabiq millət vəkili vəfat etdi
Türkiyədə hakim Ədalət və İnkişaf Partiyası (AKP) və Xalqların Demokratik Partiyasından (HDP) olan sabiq millət vəkili Dengir Mir Mehmet Fırat 76 yaşında dünyasını dəyişib.
“Qafqazinfo”nun “Hurriyet”ə istinadən verdiyi xəbərə görə, Fırat təxminən 6 həftədir Bayındır Xəstəxanasında ağciyər xərçənginə görə müalicə olunurmuş.
O, bu gün dəfn olunacaq.Muxalifet - 12-07-2019