Axtarış
The search found 105785 results in 0.027 seconds.
Search results
Qadınlara ŞAD XƏBƏR: Bu il ərzində icazə veriləcək
Səudiyyə Ərəbistanında qadınlara təkbaşına xaricə səyahət etmək üçün icazə veriləcək.
Publika.az xəbər verir ki, bu barədə “The Guardian” informasiya yayıb.
Xəbərə görə, Səudiyyə Ərəbistanı Krallığı bu il ərzində qadınlara bir kişinin icazəsi olmadan xaricə səyahət etmək imkanı tanıyacaq.
“Okaz” qəzetinin məlumatına görə, sözügedən icazə 18 yaşdan yuxarı qadınlar və 21 yaşdan aşağı kişilər üçün keçərli olacaq.Muxalifet - 12-07-2019
SON DƏQİQƏ: Keçmiş Vergilər naziri təcili Almaniyaya aparıldı
Keçmiş Vergilər naziri Fazil Məmmədov Almaniyaya aparılıb.
Muxalifet.az "Yeni Sabah”a istinadən xəbər verir ki, bu haqda sosial şəbəkələrdə məlumat yayılıb.
Xəbərə görə, uzun müddətdir səhhətində problemlər olan Məmmədovun əməliyyat ehtiyacı yaranıb. Buna görə də o, Almaniyanın məşhur Haydelberg Xəstəxanasına aparılıb. Onun mədəsindən əməliyyat olunacağı deyilir.
F. Məmmədov uzun müddət idi ki, Gəncə Beynəlxalq Xəstəxanasında müalicə olunurdu. Xəstəxanadan "Yeni Sabah”a deyilib ki, sabiq nazir bir müddət əvvəl xəstəxananı tərk edib:Muxalifet - 12-07-2019
S-400-ü gətirən təyyarədə böyük sürpriz
S-400-lərin Rusiyadan ilk daşınmasında yalnız raket və batareyalarının gəlməsi planlanırdı. Ancaq Şərqi Aralıq dənizindəki böhranın dırmanmasından sonra aparılan intensib diplomatik danışıqlardan sonra S-400-ün radar sistemi də Türkiyəyə gətirilib.
S-400 havadan müdafiə sistemlərinin ilk hissələrini daşıyan təyyarələr bu səhər 10.20 radələrində Ankarada Mürtəd Havalımanına enib. Aylardır nə vaxt gələcəyi danışılan S-400-lərlə bağlı əhəmiyyətli bir detal ortaya çıxıb.Muxalifet3 - 12-07-2019
“Hamı gözəl yaşayır, acından ölənin “Wi-Fi” pulu haradandır?” - Şəbnəm Tovuzlu
“Nə Həci Həci düşmüsünüz? Ailənin öz yeri var, mən özüm bu qədər toylara, tədbirlərə gedirəm. Qazancım yoxdur ki, yazırlar Həcinin hesabına yaşayırsan? Ay millət, bunu görən yoxdur?”
Bu sözləri müğənni Şəbnəm Tovuzlu sosial media hesabında izləyicilərə rəy bölməsində yazıb.
O, izləyicisinin “Tovuzda da belə istirahət edirdin? Hamıya nəsib olmur da, bu Həcidən” şərhinə sərt cavab verib:Muxalifet - 12-07-2019
Yevlax Regional Aqroservisin direktoruna qarşı RÜŞVƏT İTTİHAMI – “Sədaqət Ağayev 2000 manat, Nazir Şükürov isə 600 manat alıb ki...”
Ucar rayonunun Qulabənd kənd sakinləri Rəhimov Yasin Akif oğlu və Əhmədov Məhəmməd Xudazər oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şukayət məktubu daxil olub. Yevlax Regional Aqroservisin direktoru Sədaqət Ağayev və Ucar Aqroservisin direktoru Nazir Şükürovdan şikayət edən sakinlər yazır: “Yevlax Regional Aqroservisin direktoru Sədaqət Ağayev və Ucar Aqroservisin direktoru Nazir Şükürov iki ailəni aclığa məhkum etmək istəyir. Biz hər ikimiz traktor sürücüləriyik.
Muxalifet4 - 12-07-2019
“Azərsu” sədrinin qardaşına qarşı ŞOK İTTİHAMLAR: “Dövlət əmlakını mənimsəyib...” – Baş prokurora müraciət olundu
Fizuli rayonu Böyük Bəhmənli kənd sakini İsmayılov Elnur Mənsur oğlu tərəfindən Muxalifet.az-ın elektron poçtuna növbəti şikayət məktubu daxil olub. Saytımız vasitəsilə baş prokror Zakir Qaralova müraciət edən şikayətçi yazır: “Cənab Baş prokuror! Sizə müraciətimdə məqsədim odur ki, Sabunçu rayon Polis İdarəsinin 12-ci polis bölməsində mənə məlum olan və faktlarla təsdiq edilmiş Dövlət əmlakının mənimsənilməsi, talan edilməsinə qarşı AR CPM-nin tələblərinə uyğun olaraq cinayət təqibinin aparılması yerinə yetirilmir.
Muxalifet4 - 12-07-2019
Vilayət Eyvazovdan SENSASİON TƏYİNAT –“Bandotdel”ə BDU-nun müəllimi rəis gətirildi
Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) yeni rəis təyin olunub.
Muxalifet.az strateq.az-a istinadən xəbər verir ki, yeni nazir, general-polkovnik Vilayət Eyvazovun əmriylə el arasında “Bandotdel” kimi məşhurlaşan BMCMİ-yə Nəsimi rayon Polis İdarəsinin rəisi, polkovnik Əbülfət Rzayev təyin edilib.
Muxalifet4 - 12-07-2019
İran İngiltərəyə MEYDAN OXUDU: "Şilləni yeyəcəklər"
“İngiltərə şilləni yeyəcək”.
Publika.az xəbər verir ki, bunu Tehranın cümə namazı imamlığını icra edən Kazım Siddiqi deyib.
Cümə günü xütbəsində İranın neft tankerinin İngiltərə tərəfindən girov götürülməsinə münasibət bildirən imam “İranın gücü tankerini girov götürməyə cürət edən İngiltərəni şillələyəcək” sözlərini deyib.
Qeyd edək ki, İngiltərə Suriyaya tətbiq etdiyi sanksiyaları pozmaqda ittiham etdiyi İranın "Grace 1" tankerini Cəbəllütariq boğazında saxlayıb.Muxalifet - 12-07-2019
Azərbaycanda qızları olan ailələrə ŞAD XƏBƏR
Azərbaycanda qız övladları olan ailələri dəstəkləmək və qadınların sosial həyatda iştirakını stimullaşdırmaq təklif edilir.
Muxalifet.az Trend-ə istinadən bildirir ki, bu təklif BMT-nin Əhali Fondu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birgə hazırlanmış "Azərbaycanda gender əsaslı cinsi seçimin qarşısının alınması və aidiyyatı cavab tədbirlərinin görülməsinə dair Milli Fəaliyyət Planı"nın layihə sənədində qeyd edilib.Muxalifet - 12-07-2019
Azərbaycanda 3 hakim vəzifəsindən azad edilidi
Azərbaycanda 3 hakim vəzifəsindən azad edilib.
Unikal.org-un xəbərinə görə, bununla bağlı Məhkəmə-Hüquq Şurasının iclasında qərar qəbul edilib.
Qərara əsasən, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin sədri Natiq Abbasov və hakimi Kamil Rzayev, Göygöl Rayon Məhkəməsinin hakimi Rafiq Məmmədov tutduğu vəzifədən azad olunaraq başqa işə keçiriliblər.
Muxalifet - 12-07-2019
"Bandotdel"in yeni rəisi danışdı: "GÖZLƏNİLMƏZ OLDU"
“Belə bir vəzifəyə təyinatım son dərəcə gözlənilməz oldu”.
Muxalifet.az xəbər verir ki, bu sözləri “Qafqazinfo”ya açıqlamasında bu gün Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov tərəfindən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə rəis təyin olunan polkovnik Əbülfət Rzayev deyib.
O bildirib ki, belə bir yüksək posta təyinat onun üçün gözlənilməz olsa da, sevinclə qarşılayıb:
“Bu, əslində böyük məsuliyyət və etimad deməkdir. Çalışacam ki, öz işimlə bu etimadı doğruldum və ölkəmizin əmin-amanlığı naminə əzmlə çalışım”.Muxalifet - 12-07-2019
QANUN DƏYİŞDİ: uşaqlara təcavüz edənlər EDAM OLUNACAQ
Hindistanda uşaqları cinsi istismar edən cinayətkarların cəzası ağırlaşdırılıb.
Bundan sonra həmin şəxslər edam ediləcək.
Qərar bu həftə qüvvəyə minir. Bu çərçivədə, həmçinin, uşaqlara qarşı təcavüzün görüntülərini paylaşan şəxslər də cinayət ortağı hesab olunacaq.
Qeyd edək ki, Hindistanda uşaqlara cinsi təcavüz edən şəxslər 20 il həbs cəzasına məhkum edilirdi. Yeni qərar uşaqların təcavüzə məruz qalması faktlarının sayını azaltması məqsədilə qəbul edilib.Muxalifet - 12-07-2019
"Azərbaycanda 1852 nəfər tutuldu" - Vilayət Eyvazov
İyulun 12-də Daxili İşlər Nazirliyində 2019-cu ilin 6 ayında cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirilib.
Muxalifet - 12-07-2019
Azərbaycana DOLU YAĞDI - Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək?
İyul ayının 12-də axşam qərb rayonlarından başlayaraq küləyin güclənməsi müşahidə edilir.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib. Küləyin maksimal sürəti Gəncədə saat 16:08-16:20 radələrində 23-28 m/s, Tovuzda 26 m/s, Ağstafada 16-18 m/s, Şəmkirdə qərb küləyi 22 m/s-yə çatıb.
Gədəbəydə 16:02-16:03 radələrində diametri 11 mm olan dolu qeydə alınıb. Ölkə ərazisində qeyri-sabit hava şəraiti iyulun 14-ü gündüzədək davam edəcək.Muxalifet - 12-07-2019
Müdafiə nazirindən 'S-400' açıqlaması
Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar S-400-ün təhvil verilməsi ilə bağlı açıəqlama verib. Akar "(S-400 təslimatı) Planlı üç təyyarə gəldi və bu günkü fəaliyyətlər tamamlandı. Önümüzdəki günlərdə proses davam edəcək" deyib. Müxalifət.az
Muxalifet3 - 12-07-2019
Tanınmış futbolçu karyerasını başa vurub
İngiltərənin “Bernli” klubunun futbolçusu Piter Krauç karyerasını başa vurub.
“Report” xəbər verir ki, 38 yaşlı hücumçu bu barədə “Twitter” hesabı vasitəsi ilə bildirib. 201 santimetr boya malik forvard hər kəsə təşəkkür edib.
Qeyd edək ki, Krauç 2005-2010-cu illər aralığında İngiltərə millisinin heyətində 42 oyuna 22 qol vurub. O, karyerası ərzində “Liverpul” və “Tottenhem” kimi məşhur klubların formasını geyinib.
Muxalifet - 12-07-2019
“CavanNar” tarifinə qoşul, 10 GB internet əldə et!
Azərbaycan mobil rabitə bazarında internet istifadəçiləri üçün sərfəli tarif sayılan “CavanNar”-a qoşulan abunəçilərin sayı sürətlə artmaqdadır. Belə ki, ikiqat internetdən yararlanmaq imkanı verən “CavanNar” istifadəçilərinin sayı son 1 ayda 18% artıb. Bununla da martın ortasından abunəçilərin ixtiyarına verilən “CavanNar” paketlərindən istifadə edənlərin sayı 50 minə yaxındır.
Muxalifet4 - 12-07-2019
Azərbaycanda rəis oğlunun faciəvi ölümündə həkimlər günahlandırılır: Sağ idi, amma...
Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin rəisi, polis polkovniki Əliaslan Ağayevin oğlu Orxan Ağayevin faciəvi ölümü ilə bağlı bir sıra iddialar irəli sürülüb.
Belə ki, özünü mərhumun qonşusu və dostu kimi təqdim edən Həsən Əliyev imzalı sosial şəbəkə istifadəçisi “Facebook” hesabında hadisə ilə bağlı bir neçə məqamı qeyd edib.Muxalifet - 12-07-2019
S-400 böhranında Türkiyə ABŞ-a geri addım atdıra bilər
Amerikan xarici siyasət jurnalı “Foreign Policy” jurnalı S-400 böhranında ABŞ prezidenti Donald Trampın davranışının hələ dəqiq müəyyənləşmədiyini yazıb.
Xəbərdə, bir neçə ABŞ rəsmisinin fikirlərinə yer verilərkən, adı açıqlanmayan bir Amerikan Xarici İşlər sözçüsü jurnala, Vaşinqtonun mövqeyinin dəqiq olduğunu, Türkiyənin S-400 aldığı təqdirdə F-35 proqramı ilə əlaqəsinin ləğv olunacağını söyləyib. Ancaq yenə adı verilməyən bir başqa səlahiyyətli Türkiyənin İncirlik bazası ilə təhdidini masaya sürdüyü təqdirdə bu vəziyyətin dəyişə biləcəyini deyib.Muxalifet3 - 12-07-2019
Ağır qəzaya düşən Hacı Mazandan YENİ XƏBƏR
Hacı Mazan (Ramazan Əliyev) yaxın günlərdə xəstəxanadan çıxacaq.
Muxalifet.az-ın Lent.az-a istinadən xəbərinə görə, bunu R.Əliyevin həkimi Cəfər Nəsirli deyib. O bildirib ki, Ramazan Zeynalovun vəziyyəti normaldır:
"Hazırda Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi Hospitalında müalicəsi davam edir. Yenidən əməliyyat olunması hələ ki, planlaşdırılmayıb. Yaraları sağalıb. Yəqin ki, iki-üç günə evə buraxılacaq”.Muxalifet - 12-07-2019