Axtarış
The search found 105785 results in 0.037 seconds.
Search results
Nazirlik xaricdə təhsil almaq istəyənlərə MÜRACİƏT ETDİ
Təhsil Nazirliyi 2019-2020-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbul prosesinin başlamasını nəzərə alaraq, xaricdə təhsil almaq istəyən abituriyent və ya tələbələri, onların valideynlərini seçim edərkən daha diqqətli olmağa çağırır.
Nazirlikdən verilən məlumata görə, əvvəlki illərin təcrübəsi də nəzərə alınaraq, məzunların təhsil almaq istədikləri ali təhsil müəssisəsini və təhsil proqramını (ixtisası) seçərkən bir sıra əsas məqamlara diqqət yetirməsi tövsiyə edilir.
Muxalifet4 - 13-07-2019
Keçmiş nazir Almaniyaya aparıldı, əməliyyat olundu – SON DURUMU
Keçmiş Vergilər naziri Fazil Məmmədov Almaniyada əməliyyat olunub. Sabiq nazir Almaniyanın Heydelberq şəhərində yerləşən xəstəxanalardan birində mədəaltı vəzisindən əməliyyat edilib. F.Məmmədov pankreatit və xəstəliyindən əziyyət çəkir. Bildirilir ki, iyul ayının əvvəlindən Almaniyada olan keçmiş nazir ayın 6-da cərrahi müdaxiləyə məruz qalıb. Hazırda onun vəziyyətinin stabildir. Həkimlər bildirib ki, o daimi həkim nəzarətində olmalı, mədəaltı vəziyə yığılan iltihab vaxtaşırı təmizlənməlidir. Buna görə də, keçmiş nazirin hələ bir müddət Almaniyada qalacağı gözlənilir.
Muxalifet4 - 13-07-2019
Qərb xüsusi xidmət orqanları onlara qarşı nəsə hazırlayır... - MOSKVADAKI HƏRBİ-DİPLOMATİK MƏNBƏ
ABŞ və Böyük Britaniya xüsusi xidmət orqanları Rusiya prezidentinin yaxın ətrafına və Müdafiə Nazirliyinin rəhbərliyinə qarşı hansısa feyk informasiya hazırlayır. Virtualaz.org xəbər verir ki, bu haqda hərbi-diplomatik mənbə “RİA Novosti”-yə bildirib.
Muxalifet4 - 14-07-2019
ABŞ Türkiyəyə qarşı sanksiya tətbiq edəcək
ABŞ Prezidenti Administrasiyası Rusiyadan S-400 zenit raket kompleksləri aldığı üçün Türkiyəyə qarşı sanksiya paketi hazırlayıb.
TASS xəbər verir ki, bu barədə məlumatı “Bloomberg” öz mənbələrinə istinadla yayıb. Qeyd olunub ki, sanksiyanın tətbiqi yaxın günlərdə rəsmən elan olunacaq.
Agentliyin məlumatına görə, üç müxtəlif sanksiya paketi arasında ən məqsədəuyğunu seçilib. Sanksiyaların nədən ibarət olacağı və hansı sahələri toxunacağı məlum deyil.
Muxalifet4 - 14-07-2019
Rusiyadan S-400 açıqlaması: Daha müasir silahlar gələcək
Türkiyə S-400 müdafiə sistemlərinin təhvil verildiyi ilk ölkədir. Bölgəyə Rusiyadan həm S-400-lər, həm də daha müasir silahlar mütləq gələcək. Sıx əməkdaşlıq edəcəyik, bu əməkdaşlığın həcmi çox böyükdür. Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Leonid Slutski bildirib. Slutski S-400-lərin tezliklə regionun digər ölkələrinə də təhvil veriləcəyini qeyd edib.
Muxalifet4 - 14-07-2019
DƏHŞƏT: 14 nəfəri ildırım vuraraq öldürdü
Banqladeşdə ildırım vurması nəticəsində 14 nəfər ölüb, daha biri xəsarət alıb.
Bu barədə yerli polis və icra orqanlarına istinadən "Dhaka Tribune" qəzeti yazıb.
Muxalifet4 - 14-07-2019
Ayağını şüşədən çıxaran sürücü həbs edildi
İdarə etdiyi avtomobildə avtoxuliqanlıq hərəkətlərinə yol verən Mingəçevir sakini saxlanılıb.
Muxalifet.az APA-ya istinadən xəbər verir ki, idarəetməyə zidd davranışları ilə bağlı videogörüntüsünü sosial şəbəkələrdə yayımlayan sürücünün Mingəçevir şəhər sakini 1984-cü il təvəllüdlü Məmmədov Anar Vidadi oğlu olduğu müəyyənləşdirilib.
Muxalifet4 - 14-07-2019
Camış 8 yaşlı uşağa ağır xəsarət yetirdi - YEVLAXDA
Yevlax rayonunda camış azyaşlı uşağın üstündən keçərək qarın nahiyəsinə ağır xəsarət yetirib.
“Report”un məlumatına görə, hadisə bu gün axşam saatlarında rayonun Malbinəsi kəndində qeydə alınıb.
Yaralı, 2011-ci il təvəllüdlü Kənan Əlili ağır vəziyyətdə Yevlax Rayon Mərkəzi Xəstəxanasına çatdırılb və dərhal əməliyyat olunub.
Qarın nahiyəsində dərin kəsikləri olan uşağın kəskin qanaxmasının qarşısı alınıb. Həkimlər 8 yaşlı uşağın vəziyyətini kafi olaraq qiymətləndirir. Faktla bağlı araşdırma aparılır.
Muxalifet4 - 14-07-2019
Kamran Ağayevin bibisi oğlu saxlanıldı - “Bandotdel” ƏMƏLİYYAT KEÇİRDİ
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Şabran rayonunda narkotik satışı ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirib.
Muxalifet.az criminal.az-a istinadən xəbər verir ki, idarə əməkdaşları Güləndi kəndində keçirdikləri əməliyyat nəticəsində ümumilikdə 5 nəfər saxlanılıb.
Əməliyyatçılar ilk olaraq Şabran stansiyası ərazisindəki kafeyə daxil olaraq Anar, Elşən və Mehdi adlı şəxsləri yaxalayıb. Anarın yaşadığı evə gedən əməliyyatçılar maraqlı hadisənin şahidi olublar.
Muxalifet4 - 14-07-2019
Polkovnikin şərti alıcı olduğu əməliyyatın TƏFƏRRÜATI - Bacı-qardaş belə tutuldu...
Azərbaycana İrandan qanunsuz olaraq narkotik vasitə gətirməkdə ittiham edilən bacı və qardaş hakim qarşısına çıxarılıb.
Muxalifet.az musavat.com-a istinadən bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qaçaqmalçılıq yolu ilə ölkəyə narkotik vasitə gətirən 1978-ci il təvəllüdlü Püstəxanım Mirzəyeva və 1973-cü il təvəllüdlü Rəşid Məmmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı ittiham aktını elan edib.
Muxalifet4 - 14-07-2019
Diananın bu sviteri 90 minə satıldı - FOTO
Şahzadə Diananın sviteri auksionda 47 min avroya (təxminən 90 min manat) satılıb.
Teleqraf.com xəbər verir ki, 1997-ci ildə ölümündən bir ay əvvəl Diana həmin sviteri dostu Cenni Rivetə hədiyyə edib.
Geyimi Cenni Rivet özü auksiona qoyub.
Muxalifet4 - 14-07-2019
S-400 sistemlərini gətirən 5-ci təyyarə Türkiyədə - FOTO
Türkiyə Müdafiə Nazirliyi içərisində Rusiya istehsalı olan S-400 zenit-raket kompleksinin yeni detalları olan 5-ci təyyarənin bu gün ölkəyə gətirildiyini açıqlayıb.
Belə ki, S-400 sistemlərinə aid avadanlığın Mürted avibazasına endirildiyi bildirilir.
Məlumatda altıncı və yeddinci təyyarələrin gün ərzində gətiriləcəyi qeyd edilir.Qeyd edək ki, Türkiyənin Müdafiə Nazirliyi S-400-lərin ilk partiyasının iyulun 12-də ölkəyə gətirildiyini elan etmişdi.
Muxalifet4 - 14-07-2019
Azərbaycanda məmur ailəsində DƏHŞƏTLİ FACİƏ – Atası və oğlu eyni gündə öldü
Bir neçə gün əvvəl Salyan rayonunda baş vermiş ağır yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Məlumata görə, Ələt-Astara magistral yolunun Salyan və Biləsuvar rayonları arasındakı hissəsində qəzaya uğrayan “Toyota Prado” markalı minik avtomobilində olanlar Ekologiya və Təbii Sərvətlər Nazirliinin 1 saylı Ərazi üzrə Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Rafael Tahirovun ailə üzvləri olub.
Muxalifet4 - 14-07-2019
Azərbaycandan Hindistana gəlin köçdü - REPORTAJ / VİDEO
Azərbaycanlı xanım Vüsalə Əhmədova hindistanlı Harvinder Sinxlə ailə həyatı qurub.
Belə ki, 13 ildir evli olan cütlük Hindistanın paytaxtı Dehlidə yaşayır.
AzTV bununla bağlı Dehlidən reportaj hazırlayıb.Muxalifet4 - 14-07-2019
Ağcabədidə "Mercedes" yandı
Ağcabədi rayonunda avtomobil yanıb.
Fövqəladə Hallar Nazirliyi xəbər verir ki, rayonun Hüsülü kəndində “Mercedes“ markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb/
Muxalifet4 - 14-07-2019
Başqa kişi ilə yataq fotosunu səhvən sevgilisinə göndərdi, özünü asdı — FOTOLAR
İngiltərədə dəhşətli intihar hadisəsi baş verib.
“Ölkə.Az” xəbər verir ki, 17 yaşlı Şarlotta Qay adlı gənc qız başqa bir kişi ilə yataq fotolarını rəfiqəsi əvəzinə səhvən sevgilisinə göndərib. 20 yaşlı Cek isə sevgilisinin göndərdiyi fotolardan sonra şoka düşüb. Şarlotta isə onunla üz-üzə görüşüb hər şeyi danışmaq istədiyini bildirib. Amma Cek bu təklifi qəbul etməyib.
Muxalifet4 - 14-07-2019
Əlillərə qulluq edən şəxslərə təqaüd necə ödəniləcək? - QAYDA
Nazirlər Kabineti “I dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün ödənilməsi Qaydası”nı təsdiq edib.
Qaydaya əsasən, təqaüd, əmək pensiyası və yaxud sosial müavinət almaq hüququ olmasından, məşğulluq vəziyyətindən asılı olmayaraq, I dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə verilir.
Muxalifet4 - 14-07-2019
Bu səyyah 9 dünya rekorduna imza atmağa hazırlaşır
Rusiyalı səyyah Fedor Konyuxov nəhəng gəmi ilə Yer ətrafında üç dəfə dövr etməklə 9 dünya rekorduna imza atmağı planlaşdırır. TASS-ın məlumatına əsasən, Konyuxov bunun üçün 76 metr uzunluğu olan gəmi tikməyə hazırlaşır. Qeyd edilir ki, səyahətin 80 gündən az müddətə başa vurulması planlaşdırılır. 67 yaşlı Konyuxov artıq 5 dünya səfərinə imza atıb. O, 2019-cu ilin mayında avarlı qayıqla Sakit okeanının cənub hissəsini üzərək keçib.
Muxalifet4 - 14-07-2019
ABŞ Kiprə silah satışına yenidən başlayır... - TÜRKİYƏYƏ GÖZDAĞI, YOXSA...
Cənubi Kiprə silah embarqosu ləğv edilməsi üzrə ilk addım atılıb. NTV xəbər verir ki, bu barədə qanun layihəsi ABŞ Nümayəndələr Palatası tərəfindən qəbul edilib. Bundan başqa, ABŞ-ın Türkiyəyə F-35 qırıcı təyyarələrinin satışının dayandırılması qanun layihəsində yer alıb. Bu addımın Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksi almasına cavab olaraq atıldığı ehtimal edilir. Qanunun qüvvəyə minməsi üçün daha iki mərhələ qalıb. Öncə layihə Senatda qəbul edilməli və sonda ABŞ Prezidenti Donald Tramp tərəfindən imzalanmalıdır.
Muxalifet4 - 14-07-2019
52 yaşında məzun olan baba: — "Qrup yoldaşlarımla yaxşı ünsiyyətimiz alındı" / FOTOLAR
Azərbaycan Dövlət İqtisad Universitetinin 100 illiyi ərəfəsində bu təhsil ocağından ilk dəfə 52 yaşlı tələbə məzun olub. Söhbət Qəbələ rayonunun Soltannuxa kənd sakini İqrar Sədr oğlu Əhmədovdan gedir.Muxalifet4 - 14-07-2019