Axtarış

The search found 105785 results in 0.032 seconds.

Search results

  1. Kustanayda faciə: üstünə futbol qapısı düşən yeniyetmə Namiq Şirinov öldü - CƏNAZƏSİ AZƏRBAYCANA GƏTİRİLİR...

    Qazaxistanin Kustanay şəhərində həyətdə futbol oynayarkən üzərinə futbol meydançasının qapısı düşən 16 yaşlı azərbaycanlı yeniyetmə xəstəxanada keçinib.

    Virtualaz.org Qazaxıstan KİV-lərinə istinadən xəbər verir ki, Namiq Şirinov adlı gəncin cənazəsi dəfn olunmaq üçün vətəni Azərbaycana gətirilir. Hadisə ilə bağlı səhlənkarlıq maddəsi ilə cinayət işi qaldırılıb, araşdırma aparılır.

    Muxalifet - 15-07-2019

  2. Akademiklərdən açıqlama: “Bu abu-hava dəyişikliyinə çoxdan ehtiyac vardı!”

    Azərbaycanın tanınmış akademikləri “Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyəti (QSC) barədə son 6 ayda baş verənlərdən danışıblar.

    Muxalifet - 15-07-2019

  3. ​Rüfət və Rəşadla bağlı yekun qərar verildi

    Bakı Apellyasiya Məhkəməsində "Speys" televiziyasının efirində işlətdiyi ifadələrə görə müğənni Rüfət Axundov və Rəşad İlyasova qarşı xüsusi ittiham qaydasında verilən şikayət üzrə məhkəmə başa çatıb.
    Hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Hakimlər kollegiyasının qərarına əsasən, şikayət təmin olunmayıb, Yasamal Rayon Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.

    Muxalifet - 15-07-2019

  4. Azərbaycanda bəzi enerji içkiləri qadağan ediləcək - RƏSMİ

    Bəzi enerji içkilərinin istehsalı, satışı və idxalı qadağan ediləcək. Muxalifet.az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli "Real tv"-yə müsahibəsində deyib. Agentlik sədri qeyd edib ki, ölkədə enerji içkilərinin tərkibi ilə bağlı xüsusi tənzimləmə işi həyata keçiriləcək. Tərkibində kofeinin miqdarı normadan artıq olan təhlükəli enerji içkilərinin istehsalı, idxalı və satışı qadağan olunacaq. AQTA-nın sədri bildirib ki, artıq yaşı 18-ə qədər olan şəxslərə enerji içkilərinin satışı qadağan olunur.

    Muxalifet - 15-07-2019

  5. ABŞ və Rusiya səfirlərinə S-400 soruldu: Maraqlı cavablar...

    Rusiyadan alınan S-400 havadan müdafiə sistemləri Türkiyəyə enməyə başladı. ABŞ rəhbərliyindən bu ana qədər bu mövzu haqqında ciddi bir açıqlama verilməyib. “Habertürk”-ün yazarı Məhərrəm Sarıkaya qatıldığı bir tədbirdə qarşılaşdığı ABŞ və Rusiya səfirlərinə S-400 ilə əlaqəli suallar verib. ABŞ səfirinin suala verdiyi cavab diqqət çəkib.
     
    “Habertürk”-ün yazarı Məhərrəm Sarıkaya Fransa səfirliyində Fransa Milli Günü münasibəti ilə keçirilən mərasimdə yaşananları yazıb.

    Muxalifet3 - 15-07-2019

  6. “DÖVLƏT BİR NEÇƏ QOÇUNUN, REKETİN ƏLİNDƏ ACİZ QALIB?” – “Prokuror obyektimi və pulumu ələ keçirənləri himayə edir”

    “İki il əvvəl işində yol verdiyi nöqsanlara görə vəzifəsindəın çıxarılan Yasamal rayonunun sabiq icra başçısı İbrahim Mehdiyevin yaxınları Bakıda qoçuluq edirlər. Onun rayon prokurorunun himayəsinə də sığınan bacısı oğlu məni həm külli miqdarda xərc çəkdiyim obyektdən çıxardı, həm də pulumu ələ keçirdi…”

    Muxalifet - 15-07-2019

  7. Ankarada hərəkətlilik davam edir - Daha bir təyyarə endi

    Türkiyənin Rusiyadan aldığı S-400 zenit raket kompleksinin tədarükü davam edir.
    Tədarük çərçivəsində kompleksin avadanlıqlarını daşıyan 8-ci təyyarə Ankaranın Mürtəd hava limanına eniş edib.
    Qeyd edək ki, Türkiyə Rusiyadan 2,5 milyard dollar dəyərində 4 ədəd S-400 batareyası alıb.
    Xatırladaq ki, tədarük prosesi ötən həftə start götürüb.

    Muxalifet - 15-07-2019

  8. ​Azərbaycanda zəlzələ oldu

    Səhər saatlarında Azərbaycanda zəlzələ baş verib.
    Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yeraltı təkanlar saat 09:43-də Zaqatala stansiyasından 34 km cənub şərqdə, Qax rayonunda qeydə alınıb.
    Maqnitudası 3.3 olan yeraltı təkanların dərinliyi 37 km olub.
    Zəlzələ hiss olunmayıb.

    Muxalifet - 15-07-2019

  9. Son dəqiqə: S-400 daşıyan daha bir Rus təyyarəsi Ankaraya endi

    S-400 Uzun Mənzilli Bölgə Hava və Raketdən Müdafiə Sistemi vəsaitlərinin Türkiyəyə daşınması davam edir. Bu çərçivədə artıq səkkizinci Rusiya təyyarəsi Mürtəd Hava Meydanına enib.
    Müxalifət.az

    Muxalifet3 - 15-07-2019

  10. Türk aktyor vəfat etdi - FOTO

    Türkiyəli aktyor vəfat edib.
    Muxalifet.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, şəkər xəstəliyindən əziyyət çəkən aktyor Parkan Özturan yatırıldığı xəstəxanada dünyasını dəyişib.
    Qeyd edək ki, həm də tərcüməçi kimi fəaliyyət göstərən Parkan Özturan Beşir Fuad-ın əsərlərini Osmanlı türkcəsindən müasir türk dilinə tərcümə edib. O, ayaqdan əlil olub.

    Muxalifet - 15-07-2019

  11. ​Azərbaycanın ən yaşlı və ən gənc naziri - SİYAHI

    Azərbaycanda ən yaşlı nazir Səhiyyə nazirli Oqtay Şirəliyev hesab olunur. Təxminən bir aydan sonra - avqust ayının 12-də Səhiyyə nazirinin 69 yaşı tamam olacaq.
    Səhiyyə nazirli Oktay Şirəliyev həm də penciya yaşı tamam olan yeganə nazir hesab olunur. "Əmək pensiyaları haqqında" qanunun tələblərinə görə, iyul ayının 1-dən etibarən kişilərin pensiya yaşı 64 il 6 ay müəyyən olunub.
    İyun ayının 1-də 64 yaşı tamam olan Ədliyyə naziri Fikrət Məmmədovun isə pensiyaya çıxa bilməsi üçün hələ 6 ay vaxtı var.

    Muxalifet - 15-07-2019

  12. Naxçıvan gömrüyünün keçmiş şefinin yeni əmlakları üzə çıxıb - İDDİA

    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun tələbə yoldaşı və şəxsi dostu olmasına baxmayaraq, ötən ilin noyabr ayında vəzifəsindən uzaqlaşdırılan Naxçıvan MR Gömrük Komitəsinin sabiq sədri Asəf Məmmədovun ətrafında araşdırmalar bu gün də davam edir.

    Muxalifet - 15-07-2019

  13. ​Türkiyə üçün kritik həftə: ABŞ HƏRƏKƏTƏ KEÇİR

    “Fitch” beynəlxalq reytinq agentliyi Türkiyənin uzunmüddətli defolt reytinqini (EDR) “BB” səviyyəsindən “BB-“ səviyyəsinə endirib. Qurumun reytinq üzrə proqnozu da “Mənfi”dir”.
    Publika.az xəbər verir ki, bunu iqtisadçı ekpsert Vüqar Bayramov açıqlayıb.
    Ekspert bildirib ki, bu həftə Türkiyə üçün kritik olacaq:
    “Təşkilat bunu Türkiyə Mərkəzi Bank sədrinin işdən azad olunması və eləcə də Türkiyənin Rusiyadan S-400 zenit raket kompleksləri almasından sonra ABŞ-ın sanksiyaları ilə üzləşəcəyi ehtimalı ilə əlaqələndirir.

    Muxalifet - 15-07-2019

  14. Netanyahu hədələdi: VURARIQ

    İsrailin baş naziri Binyamin Netanyahu Livandakı Hizbullahın baş katibi Həsən Nasrallahın İsrailin hamısını hədəf alma təhdidinə qarşı Livana əzici bir hücum reallaşdırmaqla hədələyib.
     
    İsraiinl baş naziri Netanyahu hökumətin həftəlik kabinet yığıncağında, Hizbullah lideri Nasrallahın cümə günü etdiyi açıqlamalarını müzakirə edərək "Bu həftə Nasrallahın İsrailə hücum planlarını duyduq. Bu bilinməlidir ki, əgər Hizbullah axmaqlıq edərək İsrailə hücum etməyə cəhd etsə, onu və Livanı əzici bir hərbi zərbəylə vurarıq" deyib.

    Muxalifet3 - 15-07-2019

  15. Şəki Xan Sarayında bir neçə ay əvvəl də eyni HADİSƏ YAŞANIB - VİDEO

    Xəbər verdiyimiz kimi, dünən Şəki Xan Sarayının həyətindəki böyük çinar ağacının budağı  qırılaraq turistlərin üzərinə aşıb. Hadisə nəticəsində 19 nəfər xəstəxanaya yerləşdirilib. Onlardan ikisi hospitalizasiya olunub. 17 nəfərə ilkin tibbi yardım göstərilib, digərlərinin müalicəsi hazırda davam edir. 2 yaralıya görə paytaxtdan yüksək ixtisaslı mütəxəssilər çağırılıb.

    Muxalifet - 15-07-2019

  16. ​Vergilər naziri yeni rəislər təyin etdi

    Vergilər naziri Mikayıl Cabbarov bir sıra təyinatlar edib. 
    Muxalifet.az Unikal.org-a istinadən xəbər verir ki, nazir iki rayona rəis təyin edib. 
    Qeyd edək ki, Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentinin sabiq Baş direktoru Səməd Vəliyevi Şəmkir şəhərində 14 saylı Ərazi Vergilər İdarəsinə rəis, Pərvin Əhmədovu isə Zaqatala rayon 13 saylı ərazi vergilər idarəsinə rəis vəzifəsinə gətirilib.

    Muxalifet - 15-07-2019

  17. Prezident müdafiə nazirinə şiddətli töhmət verib – Partlayışa görə

    Qazaxıstan Prezidenti Kasım-Jomart Tokyev Arıs şəhərindəki sursat anbarında baş vermiş partlayışla əlaqədar ölkənin müdafiə naziri Nurlan Yermekbayevə şiddətli töhmət elan edib.

    Bu barədə “Report” “Kazinform”a istinadən xəbər verir.

    Qazaxıstan hökumətinin geniştərkibli iclasında dövlət başçısı başverənlərə görə günahkar olanlarının hamısının cəzalandırılmalı olduğunu vurğulayıb.

    Qeyd edək ki, iyunun 24-də səhər saatlarında Arısda yerləşən hərbi hissənin sursat anbarında yanğın olub və bu, partlayışlara səbəb olub. İki hərbçi olmaqla, üç nəfər ölüb.

    Muxalifet - 15-07-2019

  18. Axtarışlar nəticəsini verdi - Türkiyə böyük SƏRVƏT TAPDI

    Türkiyənin Şərqi Aralıq dənizində enerji axtarışları nəticə verib. Publika.az xəbər verir ki, “Fatih” qazma gəmisi 170 milyard kub-metr təbii qaz yatağı aşkar edib. “Fileleftheros” yunan nəşrinin xəbərinə görə, Baf adası sahillərində axtarış edən gəmi vəzifəsini uğurlu şəkildə tamamlayıb. Xəbər Avropa İttifaqı mənbələrinə istinadən verilib. Həmçinin qeyd olunub ki, Türkiyənin ABŞ və Avropa İttifaqı tərəfindən sanskiyalara məruz qalması təhlükəsi onu geri addım atmağa məcbur edə bilməyib.

    Muxalifet - 15-07-2019

  19. Putinin müəllimi vertolyot qəzasında öldü

    Ötən gün Moskvanın Solneçnoqorsk rayonunda “Robinson” vertolyotu qəzaya düşüb.

    “Qafqazinfo”nun “Moskovskiy komsomoleç”ə istinadən verdiyi xəbərə görə, qəza nəticəsində iki nəfər həlak olub. Onlardan biri Rusiyanın Birləşmiş Yüngül Aviasiya Federasiyasının rəhbəri İqor Nikitin, digəri isə onun tələbəsidir.

    Muxalifet - 15-07-2019

  20. Türkiyədə 15 iyul çevriliş cəhdi ilə bağlı sorğu: Çarpıcı nəticələr..

    FETÖ-nun 15 iyul çevriliş cəhdindən üç il sonra Türkiyədə yeni sosial sorğu anketi keçirilib. Areda Araşdırma tərəfindən keçirilən və 2426 adamın iştirak etdiyi sorğuya görə, vətəndaşlar arasında yeni bir çevriliş təhlükəsinin hələ də gündəmdə olduğunu düşünənlər var. Areda Araşdırmanının apardığı sorğuda təəccüblü nəticələr ortaya çıxıb. "Təkrar bir çevriliş cəhdi olsa, küçəyə çıxarsınızmı" sualına vətəndaşların 77,4 faizi "bəli çıxaram" cavabını verib. Araşdırmaçıların "Sizcə Türkiyədə çevriliş təhlükəsi varmı?" sualına 30,2 faizi "Bəli" cavabını verib.

    Muxalifet3 - 15-07-2019

Pages