Axtarış

The search found 105785 results in 0.092 seconds.

Search results

  1. Bədbəxt hadisə - Maşın yol keçən uşağı vurub öldürdü

    Qazaxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
    Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, dünən saat 22 radələrində Qazax rayonunun Daş Salahlı kəndi ərazisində Çaylı kənd sakini E.Qocayev idarə etdiyi "VAZ-21015” markalı avtomobillə yolu keçən kənd sakini – 12 yaşlı Məhəmməd Aqqıraxlını vurub. Nəticədə uşaq aldığı xəsarətlərdən hadisə yerində ölüb.
    Qazax Rayon Polis Şöbəsi tərəfindən faktla bağlı araşdırma aparılır.

    Muxalifet - 15-07-2019

  2. Putin Ərdoğanı ölümdən necə xilas etdi? - ŞOK HADİSƏLƏRİN TƏFƏRRÜATLARI - VİDEO

    Türkiyədə hərbi çevrilişə cəhd hadisələrindən 3 il keçir. Çevrilişə cəhd edənlərin məqsədi Türkiyədə mövcud hakimiyyəti devirmək idi. Özünü “Yurdda Sülh Konseyi” adlandıran bir qrup, Türk Silahlı Qüvvələrinin rəsmi internet saytında və TRT televiziyasında yayımlanan bildirişdə ordunun dövlət idarəçiliyini ələ aldığını, ölkədə fövqəladə vəziyyət və küçəyəçıxma qadağası tətbiq edildiyini elan etdi. İlk növbədə Ankarada polis akademiyası partladıldı. Daha sonra İstanbulda Atatürk Hava Limanı, “TRT haber”, Hakim Ədalət və İnkişaf partiyasının Ankara qərargahı zəbt olundu.

    Muxalifet - 15-07-2019

  3. Azərbaycan vətəndaşı Moskvada 1 tondan çox qara kürü ilə yaxalandı - ÇİN VƏTƏNDAŞI İLƏ BİRLİKDƏ...

    Polis Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları ilə birlikdə Moskvanın Jukovsk aeroportunda keçirilən əməliyyatda qaçaqmalçılıq yolu ilə Rusiyaya keçirilməyə cəhd göstərilən 1 tondan yuxarı qara kürünü ələ keçirib.

    Virtualaz.org TASS-a istinadən xəbər verir ki, bu haqda Mərkəz federal dairəsi üzrə DİN Nəqliyyat idarəsi məlumat yayıb.

    Muxalifet - 15-07-2019

  4. Jirinovskinin SENSASİON PROQNOZU reallaşır: Türkiyə Ermənistandan...

    S-400-lərin Türkiyəyə gəlişindən sonra Rusiya-Türkiyə münasibətlərinin gələcəyinə dair müxtəlif proqnozlar peyda olmağa başlayıb.

    Muxalifet - 15-07-2019

  5. Bakıda yaşayış binasında YANĞIN - Təxliyə onunanlar var

    Bakı şəhərinin Nərimanov rayonunda beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 50 m² olan 3 otaqlı mənzilin 1 otağında ev əşyaları 5 m² sahədə yanıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yüksək temperaturdan kondisioner, televizor və dəhlizin lambirindən ibarət tavanı 5 m² sahədə əriyib. Yanğın zamanı 2 nəfər xəsarət alıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

    Muxalifet - 15-07-2019

  6. Bakıda mağazada işləyən şəxslərdən İNANILMAZ HƏRƏKƏT - 5 ay ərzində...

    Bakıda mağazadan oğurluq etmiş şəxslər tutulub.
    Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cari il martın 1-dən iyulun 13-dək olan müddətdə Lökbatan qəsəbəsi ərazisində yerləşən ticarət mərkəzindəki mağazaların birindən 44500 manat dəyərində yuyucu toz oğurlamaqda şübhəli bilinən şəxslər müəyyənləşib. Həmin mağazada işləyən paytaxt sakinləri A.Abbasov və T.Abbasov saxlanılıblar.
    Araşdırmalar davam etdirilir./publika

    Muxalifet - 15-07-2019

  7. Türk generaldan sansasion açıqlama: “ABŞ-da Türkiyə pilotlarına düşmən kimi davranırlar”

    S-400-lərin ilk təslimat prosesi Ankara Mürtəd Bazasında başladı. S-400 gətirilməsinə mane olmağa çalışan ABŞ ilə artıq sanksiya gərginliyi yaşanacağı bəllidir. ABŞ-ın sanksiyalar xaricində bir təhdidi də F-35-lərin Türkiyəyə verilməməsi ilə bağlıdır. Bu məsələlərə münasibət bildirən təqaüddə olan general Beyazıt Karataş Superhaber-ə açıqlama verib.
     

    Muxalifet3 - 15-07-2019

  8. “Rəsulzadəyə bakılı kimi hörmətim var, amma…” - ARAZ ƏLİZADƏ ​

    Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev Milli Məclis üzvlərini Azərbaycan Xalq Cümhuriyyətinin yubiley medalı ilə təltif edib.

    Təltif edilənlər arasında AXC qurucularından olan Məhəmməd Əmin Rəsulzadəni tənqidi ilə tanınan deputat Araz Əlizadə də var.

    Bəs görəsən, Araz Əlizadə özünü bu medala layiq görürmü?

    Muxalifet - 15-07-2019

  9. Cahangir Hacıyevin vəkillərinin vəsatəti təmin edilməyib

    Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, onun bacanağı İsmayıl Hidayət-zadə, sabiq deputat Dünyamin Xəlilov, Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qafarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Fariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov, Ramis Kərimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

    Muxalifet - 15-07-2019

  10. Stalinin tərcüməçisi, rəhbər və Beriyanın “Sibir zarafatı” – Pavlovun Çörçill tərəfindən tez-tez xatırlanan jesti

    Təqaüdə çıxdıqdan sonra onu tədbirlərə, görüşlərə dəvət edərkən “Stalinin şəxsi tərcüməçisi” kimi təqdim edəndə, o, bu təqdimatdan çox da razı qalmayıb, əlavə olaraq hər dəfə diplomatik statuslarını da saymaqla özünü daha yaxından tanıtmağa çalışıb. Jurnalistlərlə ünsiyyətdə olmağı sevməyən Vladimir Pavlov çox nadir hallarda müsahibə verib, xatirələrini bölüşüb... Vladimir Pavlov 1915-ci ildə Moskvada anadan olub. Orta məktəb illərində xarici dilləri öyrənməyə böyük həvəs göstərib.

    Muxalifet - 15-07-2019

  11. SON DƏQİQƏ: Rusiya və İran arasında NÖVBƏTİ QARŞIDURMA: ölənlər var

    Suriyada İdlib, Hamanın şimalı və Hələbin cənubunda müxaliflərə qarşı savaşan İran ordusu ilə Rusiya silahlı qüvvələri arasında toqquşma baş verib.
    Avropa.info xəbər verir ki, Deranın Narraba qəsəbəsində meydana gələn hadisədə iki tərəfdən də ölü və yaralıların olduğu bildirilir.
    Türkiyə mətbuatının yazdığına görə, münaqişə saatlarla davam edib.
    Məlumata görə, İran dəstəkli qruplar partlayıcı maddələrlə bir neçə Rusiya maşınını partladıblar.

    Muxalifet - 15-07-2019

  12. “Lotu Quli” “Skype”la ad verdiyi, heç vaxt həbsdə olmayan “qanuni oğru” kimdir? – KRİMİNAL DOSYE

    Əvvəlki yazılarımızda da qeyd etdiyimiz kimi, azərbaycanlı "kriminal generallar” iki cəbhəyə bölünüb. Birinci dəstə "Lotu Quli” ləqəbli Nadir Səlifovun ətrafında, ikincilər isə Nadir Səlifova qarşı koalisiyada olan "qanuni oğrular”dan ibarət dəstədə təmsil olunur. Muxalifet.az Bakupost.az-a istinadən xəbər verir ki, Nadir Səlifovun ətrafında təmsil olunan qanuni oğrulardan biri də Rafət Əlibayramlinski kimi tanınan Rafət Əmirovdur. Rafət Əmirov kimdir? R. Əmirov 1979-cu ildə köhnə adıyla Əlibayramlı, indiki Şirvan şəhərində anadan olub.

    Muxalifet - 15-07-2019

  13. Jurnalistlər üçün tikilmiş binada mənzillərin kupçası 2 ildir niyə verilmir? – Komitədən açıqlama

    Prezident İlham Əliyevin sərəncamı ilə Bakının Səbail rayonunda jurnalistlər üçün tikilmiş 2-ci binanın istifadəyə verilməsindən 2 il ötsə də, hələ də həmin binadakı mənzillərin kupçaları jurnalistlərə verilməyib. Muxalifet.az xəbər veirr ki, məsələ ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsindən Mia.az-a verilən məlumata görə, 22 İyul – Mətbuat Günü mənzillərin kupçalarının jurnalistlərə paylanılmasına təşəbbüs olub: “Lakin istismarla bağlı sənədlərdə ləngimə var. Əmlak Komitəsi kupçaların verilmə prosesinə tam hazırdır.

    Muxalifet - 15-07-2019

  14. DSX Keçikçi dağdakı İNSİDENTLƏ bağlı MƏLUMAT YAYDI

    14 iyul 2019-cu il tarixdə saat 14:50 radələrində DSX-nin Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin “Keçikçi qala” sərhəd zasta­va­sının xidməti ərazisində Gürcüstan vətəndaşları tərəfindən Azər­bay­can sər­həd naryadına qarşı insident törədilib.
    Bu barədə DSX-nin mətbuat xidmətindən məlumat verilib.
    Bildirilib ki, hadisə ilə əlaqədar təxirəsalınmaz tədbirlər görülməklə insident qı­sa müddət ərzində aradan qaldırılmış və DSX-nın şəxsi heyəti tərə­findən ərazidə təhlükə­sizlik tədbirləri təmin edilib.

    Muxalifet - 15-07-2019

  15. Rusiyada İŞİD-çilər ələ keçdi: terrorun qarşısı son anda alındı - VİDEO

    Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Rostov vilayətində İŞİD terror təşkilatının yerli qanadını zərərsizləşdirib.
    “RİA Novosti” xəbər verir ki, güc strukturu əməkdaşları Qlinki bölgəsində dəstə başçısını saxlamağa çalışan zaman, o, avtomatdan atəş açmağa başlayıb.
    Cavab atəşi zamanı avtomobildə bomba partlayıb, terrorçu isə hadisə yerində ölüb.
    Daha sonra Rostov-na-Don şəhərində dəstənin daha iki üzvü tutulub. Onların evlərində aparılmış axtarış zamanı partlayıcı, detonatorlar və döyüş sursatları tapılıb.

    Muxalifet - 15-07-2019

  16. Nardaranda əməliyyat – Torpağa basdırılmış silah çıxarıldı

    Nardaran qəsəbəsində silah tapılıb.
    Muxalifet.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, daxil olmuş məlumat əsasında Sabunçu RPİ 42-ci PB-nin əməkdaşları tərəfindən Nardaran qəsəbə sakini Z.Həsənova məxsus həyətyanı sahəyə baxış zamanı torpağa basdırılmış 1 ədəd nömrəsi silinmiş, lüləsi və qundağı kəsilmiş “İJ-58” markalı tüfəng aşkar edilib.
    Silah götürülərək aidiyyatı üzrə təhvil verilib.
    Araşdırma aparılır.

    Muxalifet - 15-07-2019

  17. Etibar Pirverdiyev at ilxısını satdı – Birini 500 min dollara

    “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Etibar Pirverdiyev özünün bahalı cins atlarını satıb. Belə ki, atlara və at yarışlarına xüsusi marağı olan Pirverdyev 2000-ci illərin ortalarından etibarən İngiltərədən bahalı atlar almağa başlayıb. Muxlifet.az Qaynarinfo-ya istinadən xəbər verir ki, sabiq "işıq şefi"nin aldığı ən bahalı atın dəyəri 450 min manat (ABŞ dollarının həminki məzənnəsi ilə 500 min dollardan çox) olub. Bu atların saxlanılmasına "Azərenerji"nin sabiq rəhbəri ayda təxminən 8 min manat xərcləyirmiş. Bu, gündə təxminən 300 manata bərabər bir məbləğdir.

    Muxalifet - 15-07-2019

  18. Adnan Oktar təşkilatının FƏTÖ ilə əlaqəsi ORTAYA ÇIXDI!

    Adnan Oktarın cinayətkar təşkilatının üzvü olan Ceyda Ertüzünün keçmiş xarici işlər naziri Yaşar Yakışa və bağladılmış “Zaman” qəzeti əməkdaşına 2013-cü il sentyabrın 5-də “Son baharda Türkiyədə gözlənilən qiyamdan əvvəl bu silsilə iclasları keçirməyimiz çox faydalı olacaqdır” şəklində meyl yazdığı meydana çıxıb. Bu elektron məktub vasitəsi ilə təşkilatın 17-25 dekabr çevriliş təşəbbüsündən 3 ay əvvəldən xəbərdar olduğu aşkara çıxıb./Hurriyyet.org

     

    Muxalifet4 - 15-07-2019

  19. Azərbaycan Xalq Hərəkatının Qərargahına basqın edilib? - RƏSMİ

    “Azərbaycan Xalq Hərəkatının mərkəzi qərərgahına basqın” edilməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir".

    Muxalifet.az xəbər verir ki, bunu Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

    Muxalifet4 - 15-07-2019

  20. SON DƏQİQƏ: Gürcüstanın Azərbaycandakı səfiri XİN-ə ÇAĞIRILDI VƏ...

    İyulun 14-də Gürcüstandan olan bir qrup şəxsin Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozaraq Azərbaycan ərazisində yerləşən Keşikçidağ mağaralar kompleksi yaxınlığında xidmət aparan sərhəd naryadına hücum etməsi və onları nalayiq ifadələrlə təhqir etməsi ilə bağlı Gürcüstanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb və məsələ ilə bağlı müvafiq izahat istənilib.
    Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir.

    Muxalifet - 15-07-2019

Pages