Axtarış
The search found 105785 results in 0.039 seconds.
Search results
Eldar Mahmudovun gəlini Azərbaycandan pul tələb edir
Beynəlxalq Bankla bağlı mənimsəmələrdə keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun gəlini Leyla Mahmudovanın da adı hallanır.
L.Mahmudova Beynəlxalq Bankın hazırda həbsdə olan keçmiş rəhbəri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın birinci nikahdan olan qızıdır. Cinayət işindən aydın olur ki, bankdan Leyla Mahmudovanın da adına böyük məbləğdə kreditlər ayrılıb.
Muxalifet4 - 15-07-2019
Şəkidə xəsarət alan turistlərdən biri dünyasını dəyişdi - RƏSMİ AÇIQLAMA
Şəkidə baş verən məlum bədbəxt hadisə zamanı ağır xəsarət alan Xatirə Ağamalıyeva, həkimlərin səyinə baxmayaraq, dünyasını dəyişib. Faktı Səhiyyə Nazirliyinin mətbuat xidmətindən təsdiqləyiblər. Ona sağ baldır sümüyünün çox qəlpəli sınığı, travmatik şok diaqnozu qoyulmuşdu. Xatırladaq ki, iyulun 14-də Şəki Xan Sarayı abidəsinin ərazisində iri gövdəli ağacın budaqlarının qırılaraq insanların üzərinə düşməsi nəticəsində 19 nəfər yaralanmışdı. Xəsarət alanlar dərhal Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilmişdilər.
Muxalifet4 - 15-07-2019
Azərbaycanlı qadın 615 min dollarlıq dələduzluqda təqsirləndirilir
615 min dollarlıq dələduzluqda təqsirli bilinən Gülarə Əliyeva barəsindəki hökmdən apelyasiya şikayəti verib.
"Report"un xəbərinə görə Bakı Apelyasiya Məhkəməsində hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən ilkin baxış iclasında anket məlumatları dəqiqləşdirilib.
Baxış iclası iyulun 16-na təyin edilib.
Qeyd edək ki, Gülarə Əliyeva Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib.
Muxalifet4 - 15-07-2019
Beyini gücləndirən qida tapıldı - Yapon alimlərindən İNANILMAZ ARAŞDIRMA
İnternetdə asanlıqla daha yaxşı səhər yeməyi üçün məsləhətlər tapa bilərsiniz. Onlardan bəziləri sizi təəccübləndirə və ya qorxuda bilər. Digər qrupu isə gülünc görünə bilər.
Publika.az xəbər verir ki, nəticələri “Bədən və Soul” jurnalında nəşr olunan bir araşdırmaya görə, səhər yeməyində dondurma yemək intellektual inkişafınıza kömək edir. Məlum olub ki, bu ləziz deserti səhər yesəniz, inanılmaz bonuslar qazana bilərsiniz.
Muxalifet4 - 15-07-2019
“Müəllimlər arasında öz ixtisas fənlərini yaxşı bilməyənlər var” — Nazir müavini
“Müəllimlərin diaqnostik qiymətlədirməsinin nəticəsi əsasında məlum olub ki, təhsil sahəsində öz ixtisas fənlərini kifayət qədər yaxşı bilməyən insanlar çalışır. Bu da təəssüf doğurur”.
Muxalifet4 - 15-07-2019
О комплексе Кешикчидаг - Хватит с нас подарков в виде территорий, понараздавали уже!
«14 июля в 14:50 на служебной территории погранзаставы «Кешикчи гала» погранотряда «Шамкир» граждане Грузии учинили инцидент в отношении пограничного наряда Азербайджана.
В результате неотложных мероприятий инцидент был устранен в кратчайшее время, и личный состав Госпогранслужбы обеспечил меры безопасности на данной территории», — говорится в сообщении Госпогранслужбы.
Muxalifet4 - 15-07-2019
Saakaşvili Gürcüstan və Azərbaycan xalqlarına müraciət etdi
"Mən Azərbaycan və gürcü xalqlarının müdrikliyinə inanıram. Biz yüzilliklərdir ki, xeyirxah dünyada yaşayırıq".
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili bunu virtualaz.org-a Gürcüstan-Azərbaycan sərhədinin keçdiyi Keşikçidağ monastır kompleksi ətrafında baş verən hadisələrlə bağlı danışarkən deyib.
Gürcüstanın keçmiş prezidenti qeyd edib ki, daha əvvəl o öz “feysbuk” səhifəsində bütün bu hadisələr haqda fikrini bildirib.
Muxalifet4 - 15-07-2019
Sel 2 məscidi dağıtdı - 22 NƏFƏR ÖLDÜ
Pakistanın Kəşmir regionunda daşqınlar baş verib.
Trend-in məlumatına görə, təbii fəlakət nəticəsində 22 nəfər həlak olub.
Ölkənin təbii fəlakətlərlə mübarizə idarəsinin direktoru Səid ur-Rəhmanın sözlərinə görə, daşqınlar nəticəsində 150-dən çox ev və 2 məscid dağılıb.
Hazırda dağılmış evlərdə təhlükədə qalan insanların təxliyə edilməsi üçün iş aparılır. Yerli sakinlərin müvəqqəti yerləşdirilməsi üçün hökumət düşərgələr təşkil edib.
Trend xatırladır ki, son günlər Pakistanda yağan aramsız yağışlar daşqın və sürüşmələrə səbəb olub.
Muxalifet4 - 16-07-2019
Bir selfi ilə İngiltərədə məşhurlaşan azərbaycanlı - FOTO
Böyük Britaniyada keçirilən Uimbldon tennis turnirində maraqlı anlar yaşanıb.
Muxalifet.az qafqazinfo-ya istinadən xəbər verir ki, azərbaycanlı Həsən Həsənov özü də fərqinə varmadan İngiltərədə məşhurlaşıb.
Belə ki, o, bilmədən Britaniya hersoginiyası Meqan Markla çox yaxın məsafədə əyləşib. Sevimli oyunçusu, amerikalı Serena Uilyamsı izləməyə gələn Meqan "dress-code" riayət etmədiyi üçün kraliyyət lojasında əyləşə bilməyib.
Muxalifet4 - 16-07-2019
S-400 daşıyan 10-cu Rus təyyarasi Mürtəd bazasına endi
Rusiydana S-400 Uzun Mənzilli Bölgə Havadan və Raketdən Müdafiə Sistem vəsaitlərinin Türkiyəyə daşınması davam edir. Bu çərçivədə onuncu Rus təyyarəsi Ankaradakı Mürtəd Hava Meydanına enib.
Müxalifət.azMuxalifet3 - 16-07-2019
4 Konqresmendən prezidentə sərt təpki: Tramp vəzifədən uzaqlaşdırılmalıdır!
ABŞ prezidenti Donald Trampın hədəf aldığı 4 Demokrat qadın millət vəkili ortaq bir açıqlamaya edərək Trampın konstitusiyanı açıqca pozduğunu bəyan edib.
ABŞ Nümayəndələr Palatasının Müsəlman Demokrat qadın üzvləri Ilhan Omar və Raşida Tlaibla yanaşı, digər iki qadın üzv Alexandria Ocassia Cortez və Ayanna Pressley ortaq bir mətbuat açıqlaması ilə Trampa cavab verib.Muxalifet3 - 16-07-2019
SON DƏQİQƏ: Azərbaycanda bazarda güclü YANĞIN
Sabirabad mərkəzi bazarında yanğın söndürülüb.
“Report”un Aran bürosunun məlumatına görə, hadisə yerinə cəlb olunmuş yanğınsöndürənlərin birgə mübarizəsi nəticəsində alov lokallaşdırılıb və yanğının digər tikililərə keçməsinin qarşısı alınıb.
Lakin buna baxmayaraq, ümumi sahəsi 1000 kvadratmetr sahədən artıq olan iki böyük və iki kiçik ticarət obyekti yanaraq yararsız hala düşüb. Sahibkarlara xeyli miqdarda ziyan dəyib. Hadisənin nədən baş verdiyi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.***
08:13Muxalifet - 16-07-2019
Tramp hərəkətə keçdi: Qadağa bu gün başlayır
ABŞ-da Donald Tramp rəhbərliyi tərəfindən edilən yeni tənzimləməylə Orta Amerika, ya da hər hansı bir üçüncü ölkədən yola çıxaraq Meksika sərhədindən ABŞ-a daxil olan immiqrantların sığınma haqqı tələb etmələri qadağan edilir. ABŞ-a Meksika sərhədindən daxil olan immiqrantlar sığınma haqqı tələbində ola bilməyəcək.
Muxalifet3 - 16-07-2019
Ermənistan əhalisi sürətlə qocalır - demoqraflardan SOS
İşğalçı ölkədə doğum faizi inqilabdan sonra da azalmağa davam edir - səbəblər; sələflərin ağır mirasının altında qalan Paşinyan, üstəlik, Gürcüstan yolunun bağlanması riski ilə üzləşib - hökumət problemlər girdabından çıxa bilmir...
Muxalifet - 16-07-2019
Yaşayış yeri və olduğunuz yer üzrə qeydiyyatdan keçin - CƏRİMƏ OLUNA BİLƏRSİNİZ
Daxili İşlər Nazirliyinin (DİN) Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qaydalarla bağlı məlumat yayıb.
DİN-dən Trend-ə verilən məlumata görə, qaydalar aşağıdakı kimi təsbit olunub:
"Azərbaycan Respublikası vətəndaşlarının olduğu yer üzrə qeydiyyatı "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununa və həmin Qanunun tətbiqi haqqında Əsasnaməyə əsasən həyata keçirilir.Muxalifet - 16-07-2019
S-400-dən sonra ABŞ-dan Türkiyəyə ilk ziyarət
Havadan müdafiə sistemi S-400-ün Ankaraya daşınması davam edərkən, ABŞ-dan üst səviyyə bir heyətin bu həftə Türkiyəyə gəlməsi gözlənilir.
Muxalifet3 - 16-07-2019
Azərbaycanda növbəti mikroavtobus qəzası - Yaralılar var
Yevlaxda sərnişin mikroavtobusu minik maşını ilə toqquşub.
Muxalifet.az APA-ya istinadən xəbər verir ki, hadisə səhər saatlarında Bakı-Qazax magistral yolunun Yevlax şəhərindəki nəqliyyat körpüsü yaxınlığında baş verib.Muxalifet - 16-07-2019
“Lotu Quli”nin əsas düşməni həbs edildi - Deputatın ölümündə şübhəli bilinir
Rusiyada "Şişkan" ləqəbli kriminal avtoritet - Oleq Medvedyev-Şişkanov 2 ay müddətinə azadlıqdan məhrum edilib.
Bu barədə Basman rayon məhkəməsinin mətbuat xidmətindən bildirilib.
Qeyd edilir ki, "Şişkan” Ramensk rayon deputatı Tatyana Sidorova və onun ailəsinin 3 üzvünün sifarişli qətlində ittiham edilir.
Məhkəmə iclasında kriminal avtoritet ittihamı başa düşmədiyini və qəbul etmədiyini bildirib. Şübhəlini 15 ilə qədər koloniya cəzası gözləyir.Muxalifet - 16-07-2019
İspaniyadan Avropa Birliyinə “Türkiyə” xəbərdarlığı!
İspaniyanın Xarici İşlər naziri Josep Borrell Avropa Birliyinə (AB) Türkiyə haqqında Şərqi Aralıq dənizindəki qazma fəaliyyətləriylə əlaqədar qərar vermədən əvvəl diplomatik danışıqlar aparması çağırışı edib.
Borrell Brüsseldə təşkil etdiyi mətbuat konfransında, AB Komissiyasının Türkiyənin Şərqi Aralıq dənizindəki qazma fəaliyyətlərinə qarşı məhdudlaşdırıcı tədbir variantlarını AB Şurasına çatdırmasını qiymətləndirib.Muxalifet3 - 16-07-2019
"Mütləq sərt addım atılmalıdır" - Fazil Mustafa "Keşikçidağ" insidentindən danışdı
Xəbər verdiyimiz kimi, Keşikçidağda Azərbaycan sərhədçiləri ilə Gürcüstanın mülki şəxsləri arasında xoşagəlməz insident yaşanıb. Belə ki, Gürcüstan vətəndaşları sərhədi qanunsuz şəkildə pozublar, üstəlik onlardan biri sərhədçimizin silahını əlindən alıb.
Maraqlıdır, gürcülər sərhədlərimizi pozmaq və əsgərlərimizə hücum etmək cəsarətini haradan və ya kimdən alırlar? Baş vermiş hadisəyə adekvat cavab olmalıdırmı?Muxalifet - 16-07-2019