Axtarış

The search found 105785 results in 0.049 seconds.

Search results

  1. ​Bakıda universitetin vəzifəli əməkdaşı vəfat etdi

    Azərbaycan Texniki Universitetinin nəzdində fəaliyyət göstərən Bakı Texniki Kollecin direktor müavini vəfat edib.
    Publika.az xəbər verir ki, direktor müavini vəzifəsində çalışan Arif Həsənov dünyasını dəyişib.
    Universitet rəhbərliyi A.Həsənovun vəfatı ilə əlaqədar başsağlığı mesajı yayıb.

    Muxalifet - 16-07-2019

  2. ​Çeçenistanda təyyarə yaşayış evinin üstünə düşdü

    Çeçenistanın Novoşedrinskaya qəsəbəsində yüngül mühərrikli təyyarə özəl yaşayış evinin üstünə düşüb.
    Virtualaz.org “112” telegram-kanalına istinadən xəbər verir ki, hadisə nəticəsində dörd nəfər xəsarət alıb. Bunlardan biri pilot, üç nəfəri isə həmin evin sakinləri olub.
    Maraqlıdır ki, hadisə nəticəsində ölən olmayıb.

    Muxalifet - 16-07-2019

  3. ABŞ-lı jurnalist Pentaqonun S-400 tərəddüdünü tənqid edib

    ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Türkiyənin Rusiya istehsalı S-400 raketdən müdafiə sistemini təslim almasından sonra heç cür S-400 açıqlaması edə bilmir. Pentaqon cümə günü S-400-lə bağlı ləğv etdiyi mətbuat konfransını yenidən ikinci dəfə ləğv edib. Pentaqonun bu qərarını ABŞ-lı jurnalist Paul Mcleary 'İnanılmazdır! Pentaqon proqramındakı S-400 və Türkiyə mövzulu mətbuat konfransını ikinci dəfə ləğv etdi. İşlər heç yaxşı getmir' deyə bəyan edib.

    Muxalifet3 - 16-07-2019

  4. ƏRDOĞANA «BİLDERBERQ ZƏRBƏSİ» – «Üç üsyançı»nın arxasında «gizli hökumət» dayanır!

    Hazırda Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (Adalet ve Kalkınma Partisi (AKP) ağır və məsuliyyətli dövrünü yaşayır. Ölkə daxilində və onun ətrafında cərəyan edən proseslər banu açq-aydın ortaya qoyur. Təsadüfi deyil ki, 2002-ci ildən üzübəri hakimiyyəti əlində saxlayan AKP və onun lideri, ölkənin fəaliyyətdə olan prezidenti Rəcəb Tayyip Ərdoğan iyunun 23-də İstanbulda keçirilən bələdiyyə seçkilərində güclü zərbə alıb.

    Muxalifet - 16-07-2019

  5. Yas mərasimləri qəbiristanlıqların yanında keçiriləcək - YENİLİK – VİDEO

    Nazirlər Kabinetinin qərarına əsasən, hazırda yeni qəbiristanlıq ərazilərinin seçilməsi üçün işlər aparılır.
    Muxalifet.az xəbər verir ki, bunu "Xəzər Xəbər"ə açıqlamasında Milli Məclisin İctimai birliklər və Dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.
    Komitə sədrinin sözlərinə görə, yeniliklərin tətbiqində əsas məqsəd bu sahədə sosial ədalətin təmin edilməsidir.
    Millət vəkilinin sözlərinə görə, həyata keçiriləcək yeniliklərdən biri də yas mərasimlərinin elə qəbiristanlıqların yanında keçirilməsidir.

    Muxalifet - 16-07-2019

  6. İraq və İrandan ‘Pəncə” Əməliyyatına dəstək!

    Şimali İraqdakı terrorçulara qarşı başladılan “Pəncə” Əməliyyatı əvvəlcə sıx diplomatik danışıqlarla müşayiət olundu. İraq, IKBY və İranla görüşlər keçirilərək dəstək alındı. Beləcə daha əvvəlki əməliyyatlarda İraq və IKBY rəhbərliyindən eşidilən "Türk əsgərinin burada nə işi var" ifadəsi bu dəfə dilləndirilmədi. 27 mayda başladılan əməliyyatdan əvvəl İraqla təmas quruldu. Prezident Rəcəb Tayyib Ərdoğan ilə İraqın yeni prezidenti Berhem Salehin görüşündə Şimali İraqdakı terror varlığı ən əhəmiyyətli mövzu oldu.

    Muxalifet3 - 16-07-2019

  7. Pentaqondan SON Türkiyə qərarı: 4 gün sonra...

    ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) Türkiyənin Rusiyadan S-400 zenit raket kompleksi alması haqqında hələ də açıqlama verməyib.
    Publika.az Pentaqon ötən həftənin cümə gününə nəzərdə tutulan mətbuat konfransını ikinci dəfə ləğv edib.

    Muxalifet - 16-07-2019

  8. “Hazırkı durumda sülhməramlı qüvvələrin Qarabağda yerləşdirilməsindən söhbət gedə bilməz” - Arzu Nağıyev

    Vaşinqton görüşündən sonra bu mövzu yenidən gündəmə çıxarılıb; politoloq: “İran düşünür ki, sülhməramlılar adı altında NATO qoşunları onun sərhədinə yaxınlaşa bilər və buna təbii ki, imkan verməməyə çalışacaq” Qarabağ danışıqlarında növbəti taym-aut müşahidə olunur. Bu arada erməni təxribatlarına müəyyən fasilə verilsə də, təmas xəttində hər an növbəti gərginliyin baş verə biləcəyi şübhə doğurmur. Bu il ərzində Paris, Moskva və Vaşinqtonun ev sahibliyi ilə hər üç həmsədr Qarabağ danışıqlarına moderatorluq etdi.

    Muxalifet - 16-07-2019

  9. ​Binanın həyətində çılpaq qadın cəsədi görənlər dəhşətə gəldi - FOTO

    Türkiyədə 49 yaşlı qadın intihar edib. O, özünü çılpaq halda yaşadığı evin 4-cü mərtəbəsindən atıb. Dərhal xəstəxanaya çatdırılan Hülya D. adlı qadının həyatını xilas etmək mümkün olmayıb. Hadisə Türkiyənin Samsun şəhərində baş verib. Onun niyə çılpaq halda özünü atmasının səbəbi bilinmir. Onun 4 il əvvəl də intihara cəhd etdiyi məlum olub.

    Muxalifet - 16-07-2019

  10. ​Hacı İbrahimdən alındı, adı dəyişdirildi - “Xəzər adaları”na “gün doğdu”

    Azərbaycanda 8 il bundan qabaq maliyyə tutumuna və miqyasına görə böyük səs-küyə sahib olan bir layihənin təməli qoyuldu. 
    2011-ci ildə "Avesta” şirkəti 100 milyardlıq "Xəzər adaları” layihəsini ortaya qoyaraq dənizdə yeni bir ada şəhərin salınacağının anonsunu verdi. Burada 1 milyon nəfərin yaşaması planlaşdırılırdı. Bunun üçün lazım olan bütün infrastrukturların qurulacağı da planda öz əksini tapmışdı.  

    Muxalifet - 16-07-2019

  11. DSX və polisdən Zaqatalada ƏMƏLİYYAT

    Zaqatalada rayonunda 9 ton narkotik bitki məhv edilib.

    Bu barədə  Muxlifet.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

    Zaqatala Rayon Polis Şöbəsi və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birgə keçirilən əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində yabanı halda bitən ümumi çəkisi 9 ton olan 6000 ədəd narkotik tərkibli çətənə kolları aşkar edilib.

    Həmin narkotik tərkibli bitkilər kökündən çıxarılıb, yandırılaraq məhv edilib.

    Faktla bağlı RPŞ-də araşdırma aparılır.

    Muxalifet - 16-07-2019

  12. Torpaqları qaytarmaq üçün oradan gələn bir zəng kifayətdir - Rusiyadan SENSASİON AÇIQLAMA

    Ukraynanın cənub-şərqində yerləşən Donbas bölgəsindəki qarşıdurma bir telefonla başa çata bilər. Publika.az xəbər verir ki, bunu Rusiya Parlamenti Federasiya Şurasının Xarici Əlaqələr Komitəsinin sədri Konstantin Kosaçev deyib. Parlamentari feysbuk hesabından bildirib ki, Avropa İttifaqından gələn bir zəng Ukraynanı digər tərəflə dialoq qurmağa itələyəcək: “Ancaq bunun yerinə Avroap ölkələri Rusiyaya sanksiya tətbiq edir. Çünki bu, daha rahatdır”.

    Muxalifet - 16-07-2019

  13. Pentaqonun S-400 tərəddüdü ortaya çıxdı: Tramp əngəlləyib

    S-400-lərin Türkiyəyə gəlməsiylə ultimatum xüsusiyyətində mətbuat açıqlaması etmək istəyən Pentaqonu Trampın əngəllədiyi ortaya çıxıb. Tramp ABŞ-ın S-400-lərlə bağlı fərqli bir davranış ortaya qoyacağının siqnallarını G-20 Zirvəsində vermişdi. ABŞ ilə Türkiyə arasında uzun müddətdir problem olan S-400 mövzusu Trampın G-20 zirvəsində söyləmiş olduğu "Türkiyəyə ədalətli davranılmadı" ifadələriylə fərqli bir ölçüyə daşınmışdı.

    Muxalifet3 - 16-07-2019

  14. 17 yaşlı qız sevgilisi tərəfindən VƏHŞİCƏSİNƏ öldürüldü - VİDEO

    Nyu-Yorkda yaşayan 17 yaşlı sosial şəbəkə fenomeni Bianka Devins izləyicisi tərəfindən dəhşətli şəkildə öldürülüb. Onlar sevgili olduğu iddia edilib. Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, qatil sevgilisini öldürdükdən sonra onun cansız bədəninin fotosunu sosial şəbəkədə paylaşıb. Polisə bir nəfərin intihar etmək üçün cəhd etdiyi xəbəri verilib. Hadisə yerinə gəldikdə isə polislər sevgilisini öldürən və bıçaqla bədəninə cızıqlar atan adamla qarşılaşdılar. Polislər qatili inithar etmək fikrindən danşındıra biliblər.

    Muxalifet - 16-07-2019

  15. Şəkidəki faciədə ölən qadın Təhsil Nazirliyinin əməkdaşı imiş - AİLƏSİNƏ YARDIM EDİLƏCƏK

    Şəkidə Xan Sarayında baş verən faciə nəticəsində dünyasını dəyişən Xatirə Ağamalıyeva Təhsil Nazirliyinin işçisi imiş.
    Çinar ağacı üzərinə aşan və ayaqları parça-parça olan X.Ağamalıyeva Gəncə şəhəri 26 nömrəli məktəb lisey kompleksində müəllim işləyirmiş. 
    Təhsil Nazirliyi Xatirə Ağamalıyevanın Şəkidə baş verən bədbəxt hadisə nəticəsində vəfat etməsindən kədərləndiyini bildirir, mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir.

    Muxalifet - 16-07-2019

  16. Rəis vəzifəsindən AZAD EDİLDİ

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında (ƏƏSMN) Dövlət Əmək Müfəttişliyinin rəisi Elman Cəfərov vəzifəsindən azad edilib.
    "Report"un əldə etdiyi məlumata görə, o, öz ərizəsi əsasında işdən çıxarılıb.
    E.Cəfərov yeni işə keçməsi ilə əlaqədar olaraq Dövlət Əmək Müfəttişliyinin rəisi vəzifəsindən ayrılıb.
    ƏƏSMN-nin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya şöbəsinin müdiri Fazil Talıblı məlumatı təsdiqləyib.

    Muxalifet - 16-07-2019

  17. “Türkiyə NATO-dan çıxarılmalıdır” - “Wall Street Journal”

    Rus istehsalı S-400 havadan müdafiə sistemlərinin Türkiyəyə təslimatının başlamasından sonra Vaşinqtonun atacağı addımlar müzakirə olunarkən, “Wall Street Journal” (WSJ) qəzetində dərc olunan "Ərdoğan NATO yerinə Putini seçdi" başlıqlı məqalədə, prezident Ərdoğanın S-400 satın almasının eyni zamanda NATO ittifaqını test etməsi mənasını verdiyinə işarə edilib.
     
    TÜRKİYƏYƏ NATO TƏHDİDİ
     

    Muxalifet3 - 16-07-2019

  18. Rəsmi Tiflis Azərbaycanla sərhəddəki insidentə görə öz vətəndaşlarını qınadı

    Gürcüstanın Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanla sərhəddə yerləşən Keşikçidağ Məbədi-Kompleksində iyulun 14-də baş verən insidentlə bağlı məlumat yayıb.

    Virtualaz.org xəbər verir ki, XİN yerli sakinlər və azərbaycanlı sərhədçilər arasında yaşanan insidenti təəssüfedici adlandırıb.

    Muxalifet - 16-07-2019

  19. Müğənni Acunu məhkəməyə verdi: 15 min təzminat tələb edir

    Müğənni Demet Sağıroğlu “Arnavut Kaldırımı” adlı mahnısından icazəsiz istifadə etdiyi üçün prodüsser Acun Ilıcalını məhkəməyə verib.
    “Yeni Sabah” Türkiyə mətbuatına istinadən bildirir ki, müğənniyə barışıq təklifi olsa da, o buna müsbət cavab verməyib.
    Mahnısının “O Ses Türkiye”, “O Ses Çocuklar” və “Rising Star” adlı yarışmalarda dəfələrlə icazəsiz istifadə olunduğunu deyən ifaçı Acundan 15 min lirə təzminat tələb edib.

    Muxalifet - 16-07-2019

  20. Fazil Məmmədovun qohumu rəis TƏYİN EDİLDİ

    Şəmkir 14 saylı Ərazi Vergilər İdarəsinə yeni rəis təyinatı olub.
    Muxalifet.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Vergilər naziri Mikayıl Cabbarovun əmri ilə bu posta Səməd Vəliyev təyin olunub. Yeni təyin olunan rəisin uzun illər bu sahədə çalışdığı bildirilir.
    Qeyd edək ki, Səməd Vəliyev sabiq Vergilər naziri Fazil Məmmədovu qohumudur.

    Muxalifet - 16-07-2019

Pages