Axtarış
The search found 105783 results in 0.025 seconds.
Search results
Bakı Nəqliyyat Agentliyi "Qarabağ"ın oyunu üçün xüsusi avtobuslar ayırıb
“Qarabağ”ın UEFA Çempionlar Liqasında Albaniya “Partizani”si ilə Bakıda keçiriləcəyi oyun zamanı azarkeşlər üçün xüsusi avtobuslar ayrılıb. “Report” klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, futbolsevərlərin matçın baş tutacağı Mərdəkandakı “Dalğa Arena”ya rahat gedib-gəlişlərini təmin etmək üçün Ağdam təmsilçisinin Bakı Nəqliyyat Agentliyinə müraciətini qarşı tərəf müsbət cavablandırıb. Beləliklə, iyulun 17-də saat 18:30-dan 19:45-dək “Koroğlu” metrostansiyasından “Dalğa Arena”ya avtobuslar hərəkət edəcək. “Qarabağ” loqolu avtobuslara yalnız oyun biletini ilə giriş olacaq.
Muxalifet - 16-07-2019
ŞOK: Yeni rekord, 116 saat tualetdə oturdu - VİDEO
Belçikalı "Ginnesin Rekordlar Kitabı”na düşmək naminə 116 saat unitazda oturub.
UPIxəbər verir ki, Cimmi De Frenn bu məqsədlə Ostende şəhərindəki barların birində unitazda əyləşib.
Onun hədəfində 165 saat olub. Lakin yuxusuzluq pis
təsir etdiyinə görə 116 saatdan çox dayana bilməyib.
Belçikalıya hər saatda beşdəqiqə fasilə imkanı verilib. O, bu müddət ərzində gəzişib və tualetdən istifadə edib.
Muxalifet - 16-07-2019
Azərbaycanda DƏHŞƏT: Baba və nəvəsi boğularaq öldü
Qaradağ rayonu Ələt qəsəbəsində Yanar dağ adlanan ərazidə 15 yaşlı Ləman Orucova dənizdə çimərkən boğulub. Ləmanın 70 yaşlı babası Əmrağa Orucov nəvəsini xilas etmək istəyərkən özü də boğulub.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Təcili Yardıma çağırış saat 16.45-də daxil olub.
"Hadisə yerinə gələn həkim briqadasına ölüm faktını təsdiqləməkdən başqa bir şey qalmayıb. Faktla əlaqədar hüququ mühafizə orqanları araşdırmalara başlayıb", - açıqlamada deyilir..Muxalifet - 16-07-2019
"Keşikçidağda baş vermiş cinayətə görə Gürcüstan sərhədçiləri məsuliyyət daşıyır..." - XƏLƏF XƏLƏFOV SƏRT BƏYANAT VERDİ
Azərbaycan Respublikası Prezidentinin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Xələf Xələfov Gürcüstanda bir qrup şəxs tərəfindən Azərbaycan sərhədçilərinə qarşı törədilmiş insidentlə bağlı AZƏRTAC-a müsahibə verib. - Məlum olduğu kimi, iki gün əvvəl bir qrup şəxs Keşikçidağ mağaralar kompleksi ərazisində Gürcüstandan Azərbaycan istiqamətində sərhədi pozaraq Azərbaycan sərhədçilərinə hücum edib, onları nalayiq ifadələrlə təhqir edib və güc tətbiq edərək silah-sursatlarını əllərindən alıblar. Bununla bağlı nə söyləyə bilərsiniz?
Muxalifet - 16-07-2019
Azərbaycanda 1 milyon manatlıq yanğın - VİDEO
Bu gün Sabirabad rayonunda baş verən güclü yanğın nəticəsində 10-a yaxın mağaza yanaraq kül olub.
Kafe, ərzaq və paltar mağazası tipli obyektlər yanıb.
İlkin məlumata görə, ümumi zərər təxminən 1 milyon manatdır. Bazarda cəmi dörd mağazanın sığortasının olduğu müəyyən olub. Araşdırma aparılır./QafqazinfoMuxalifet - 16-07-2019
Metroda ana uşağını itirib
Bakı Metropoliteninin “Nərimanov” stansiyasında uşaq itib. Oxu.Az-ın məlumatına görə, hadisə yaxın dəqiqələrdə baş verib. Məlum olub ki, “Nərimanov” stansiyasında azyaşlı anasından ayrı düşərək “Dərnəgül” xətti ilə hərəkət edən qatara minib. Uşağın anası dərhal metropoliten işçilərinə xəbər verib. Məlumat əsasında azyaşlı “Gənclik” metrostansiyasında metropoliten və polis əməkdaşları tərəfindən qarşılanaraq anasına təhvil verilib.
Muxalifet - 16-07-2019
Ombudsman həyacan təbili çaldı: boşanmaların sayı...
“Aliment Fondunun yaradılması haqqında Milli Məclisə müraciət etmişəm, bu məsələ bir neçə dəfə illik məruzəmə də daxil edilib”.
Bu barədə APA -nın Gəncə bürosuna Ombudsman Elmira Süleymanova bildirib.
Onun sözlərinə görə, Aliment Fondunun yaradılması zəruridir:Muxalifet - 16-07-2019
Polis onu gözündən güllələyib – Generallar Goranboyda
Goranboy rayonunda 4 gün əvvəl polis əməkdaşının tabel silahından açdığı atəşlə hərbi xidməti yenicə başa vurmuş Təbriz Əmrahov dünyasını dəyişib. Mətbuat səs-küylü silahlı insidentlə bağlı Baş Prokurorluq və Daxili İşlər Naziriyinin yaydığı birgə məlumatla kifayətlənib.
Muxalifet - 16-07-2019
Qazaxıstan “Qazprom”la əməkdaşlığını dayandırdı - UKRAYNAYA GÖRƏ
Qazaxıstanın “Arselor Mittal Temirtau” metallurgiya şirkəti “Qazpromneft”in yerli distribütoru olan “Nik Oil”lə əməkdaşlığını dayandırıb.
Məlumatı “Kommersant” nəşri yayıb.
Məlumata görə, əməkdaşlığın dayandırılmasına səbəb Ukrayna və Avropa Birliyinin sanksiyaları olub.
Muxalifet - 16-07-2019
“Sənin dinin 13 yaşlı qızları…” - Tanınmış repçi islamı TƏHQİR ETDİ - FOTO
Türk repçi Hayki sosial şəbəkədə uşaq istismarına reaksiya verərkən, dini dəyərləri təhqir edən ifadələrə yer verib. Muxalifet.az Teleqraf.com-a istinadən xəbər verir ki, məşhur repçinin paylaşımı etirazlara səbəb olub. Tvitter istifadəçiləri "DindüşmanıHayki" haştagıyla repçiyə qarşı kampaniyaya başlayıblar. Haykinin etirazlardan bir müddət sonra sosial şəbəkə hesabı silinib. Repçinin paylaşımını təqdim edirik:
Muxalifet - 16-07-2019
“Azərbaycanda kişi kişi deyil... Qadın onda durarmı?” – RƏŞİD MAHMUDOV BOŞANMALAR HAQDA
Azərbaycanda son 6 ay ərzində 8324 boşanma rəsmiləşdirilib. Buraya əcnəbilər və vətəndaşlığı olmayanlarla Azərbaycan vətəndaşları arasındakı 93 nikah da daxildir. Onu da qeyd edim ki, Azərbaycanda ən az boşanma 1999-cu ildə (5013), ən çox boşanma isə 2018-ci ildə (14857) qeydə alınıb. Boşanma ilə bağlı indiyədək olan statistikalardan da görünür ki, say getdikcə artır. Konkret desək, hər 4 nəfərdən biri boşanır. Mütəxəssislər bunun ailə institutuna ciddi zərbə olduğunu bildirir.
Muxalifet4 - 16-07-2019
"İranda rejimin dəyişməsinə..." - TRAMPDAN GÖZLƏNİLMƏZ AÇIQLAMA
ABŞ İranda rejimin dəyişməsinə çalışmır.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp nazirlər kabinetinin iclasının gedişatında jurnalistlərə deyib.
Onun sözlərinə görə, ABŞ “kömək etmək və İranla işləmək” istəyir.
“İranla çox irəliləyişə nail olunmuşdu”, - ABŞ prezidenti əlavə edib.
Muxalifet4 - 16-07-2019
"Türkiyənin potensial gücünə qarşı dayan biləcək bir dövlət yoxdur" - SABİQ NAZİR
Avropa Birliyi Türkiyənin şərqi Aralıq dənizində neft-qaz çıxarma fəaliyyətinə görə, sanksiyalar tətbiq edib. Avropa Birliyinin (AB) xarici işlər nazirlərinin son toplantısında Türkiyə ilə bütün səviyyələrdə əlaqələrin təxirə salınması haqda qərar qəbul edilib.
Muxalifet.az teleqraf.com-a istinadən mövzu ilə bağlı sabiq nazir, professor Firudin Cəlilovla müsahibəni təqdim edir:
- Firudin bəy, Avropa Birliyinin Türkiyə ilə bütün səviyyələrdə münasibətləri təxirə salınmasını necə qiymətləndirirsiniz?
Muxalifet4 - 16-07-2019
“Keşikçidağdakı hadisəni qınayıram” - Gürcüstanın Bakıdakı səfiri
Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze Keşikçidağda baş verən insidentlə bağlı danışıb. O, İTV-yə açıqlamasında hadisəni pislədiyini bildirib: “Çox təəssüfedici insidentdir. Mən bu hadisəni pisləyir və qınayıram. Gərək biz imkan verməyək ki, müəyyən qüvvələr təxribata nail olsunlar. Sərhədin delimitasiyası ilə bağlı komissiyalar çalışır. Komissiyalara imkan verək ki, öz işlərini görsünlər və ölkələr arasında əlaqələri gücləndirən qərara nail olsunlar. Bu qərar tərəfdaşlıq və dostluq münasibətlərimizin ruhuna yaraşan qərar olacaq”.
Muxalifet4 - 16-07-2019
“Kök qadınlar cənnətə girə bilməz” deyən rahibi səhnədən itələdi - Video
Portuqaliyalı rahib Marselo Rossinin səhnədə “Kök qadınlar cənnətə girə bilməz” deməsi ona baha başa gəlib.
“Qafqazinfo” xəbər verir ki, onun bu sözündən sonra, qadınlardan biri 50 min tamaşaçının gözü önündə rahibi səhnədən itələyərək yerə yıxıb.
Hadisə Braziliyanın Kaşueyra şəhərində qeydə alınıb.
Muxalifet4 - 16-07-2019
"“Patriot” qurğularının Türkiyəyə satılmaması yanlış qərar idi" - Tramp S-400 məsələsinə görə Obamanı günahlandırdı
Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksi alması ən çox ABŞ-ı narahat edir.
Belə ki, bu gün ABŞ Prezidenti Donald Tramp bu məsələ ilə bağlı Ağ evdə toplantı keçirib.
O, əvvəlki ölkə başçısı Barak Obamanın zamanında “Patriot” qurğularının Türkiyəyə satılmamasının yanlış qərar olduğunu, bu səbəbdən də türklərin Rusiyaya yönəldiyini deyib.
Muxalifet4 - 16-07-2019
Ukrayna və Rusiya əsirlərlə bağlı razılığa gəldi
“Normand dördlüyü” ölkələri liderlərinin xarici siyasət üzrə müşavirləri bir ay ərzində Ukrayna və Rusiya arasında hərbi əsirlərin mübadiləsini həyata keçirməklə bağlı razılığa gəliblər. Axar.az xəbər verir ki, bu barədə Ukrayna prezident administrasiyasının rəhbərinin müavini Vadim Pristayko bildirib. Onun sözlərinə görə, döyüşlərin dayandırılması, Luqansk və öncədən razılaşdırılmış daha iki ərazinin minadan təmizlənməsi ilə də bağlı razılığa gəlinib.
Muxalifet4 - 16-07-2019
"Azərbaycanda mövcud müsəlmançılıq insanları dəyərlərdən uzaqlaşdırır"
Sərdar Cəlaloğlu: "Rus dilində və Rusiyada təhsil alan məmurların 90%-i Azərbaycanın müstəqilliyinin əleyhinədir"
"Rus dilində təhsil alan insanlar dövlətin maraqlarına zidd mövqe tuturlar"
Yay ayları ilə əlaqədar olaraq Azərbaycanda ənənvi siyasi süstlük müşahidə olunur. Xüsusən də müxalif düşərgədə bu, daha çox özünü göstərir. Çox güman ki, payızda bu süstlük özü yerini siyasi aktivliklə əvəzləyəcək. Çünki adətən ölkədə yaydan sonra müxalif düşərgədə fəallıq müşahidə edilir.
Muxalifet4 - 17-07-2019
"Güzəştli mənzil" istəyənlərin bir gün vaxtı qaldı
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 yanvar tarixli 469 nömrəli Fərmanı ilə "Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası"nda edilmiş dəyişikliklərə uyğun olaraq ilk dəfə 12 iyul 2019-cu il tarixində güzəştli mənzillərin öz vəsaiti hesabına, 14 iyul 2019-cu il tarixində isə gözləmə qaydasında seçimi həyata keçirilib.
Muxalifet4 - 17-07-2019
Göyçayda iki uşaq anası özünü kanala atıb
Göyçayda gənc qadın intihara cəhd edib. Muxalifet.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün rayonun Çaxırlı kəndində qeydə alınıb. Kənd sakini 1991-ci il təvəllüdlü Rüstəmova Şahidə Zahid qızı özünü su kanalına ataraq intihara cəhd edib. O, təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İki uşaq anası Ş.Rüstəmovanın özünə qəsd etməsinin səbəbi hələ ki, məlum deyil. Faktla bağlı araşdırma aparılır.
Muxalifet4 - 17-07-2019