Axtarış

The search found 105783 results in 0.026 seconds.

Search results

  1. ​Kriminal avtoritet Gəncinski məhkəmə qarşısında

    Bu gün Minsk məhkəməsində dövlət ittihamçısı Rəşad Gəncinski kimi tanınan kriminal avtoritet Rəşad İsmayılova cəza istəyəcək. “Sputnik Belarus” xəbər verir ki, ümumilikdə hakim qarşısına üç müttəhim çıxacaq. Onlardan ikisi azərbaycanlı, biri isə belarusludur. Müttəhimlər hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Minsk yaxınlığındakı elit klubların birində silah, narkotik maddələr və saxta sənədlərlə saxlanılıblar. Hadisə 2018-ci il noyabrın 20-də baş verib. Saxlanma zamanı R.İsmayılovun üzərindən başqasının adına pasport tapılıb.

    Muxalifet - 17-07-2019

  2. Müəllim işləyən ata qızını VƏHŞİCƏSİNƏ öldürdü - FOTO

    Türkiyədə müəllim işləyən ata Mehmet K. tibb bacısı olan qızı Çiğdem K.-nı öldürüb. Qızını öldürdükdən sonra polisə zəng vuraraq törətdiyi cinayəti etiraf edib və evə gələn polislərə təslim olub. Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, 26 yaşlı qızını öldürən Mehmet K. ilk öncə onunla mübahisə edib. Daha sonra onu yerə yıxıb boğazından sıxaraq boğub. Nəfəssiz qalan Çiğdem K. təcili yardımla xəstəxanaya aparılıb. Həkimlərin bütün səylərinə baxmayaraq gənc qız dünyasını dəyişib. Bildirilir ki, 26 yaşlı qız 1 ildir tibb bacısı işləyirmiş.

    Muxalifet - 17-07-2019

  3. Putini özündən çıxarmaq üçün Ukraynaya F-35 qırıcıları?

    ABŞ Rusiyadan S-400 “Triumf” zenit-raket kompleksləri aldığına görə Türkiyəyə qarşı cəza tədbirlərini nəzərdən keçirir. Virtualaz.org xəbər verir ki, Konqresdə hər iki partiya-həm demokratlar, həm respublikaçılar Türkiyəyə qarşı dərhal sanksiyaların tətbiq edilməsi üçün prezident Donald Trampa təzyiq göstərirlər. CNN-nin bildirdiyinə görə dövlət katibi Maykl Pompeo və prezidentin milli təhlükəsizlik müşaviri Con Bolton da Türkiyəyə qarşı sanksiyaların tezliklə tətbiq edilməsində israrlıdır. Lakin Tramp özü bu məsələdə tərəddüd edir.

    Muxalifet - 17-07-2019

  4. Konqres Trampın irqçi siyasətini qınadı

    ABŞ Nümayəndələr Palatası prezident Trampın Konqresin qadın üzvlərinə yönəlik "irqçi" twitter paylaşmalarını qınayan qərar qəbul edib.
     
    ABŞ Nümayəndələr Palatası bu gün prezident Donald Trampın Konqresin 4 qadın üzvünü hədəf alan, "irqçi" olaraq xarakterizə edilən Twitter paylaşmalarını qınayan qərar layihəsini səsverməyə buraxıb.
    Qərar 187-yə qarşı 240 səslə qəbul edilib.

    Muxalifet3 - 17-07-2019

  5. Rusiyadan Türkiyəyə sürpriz döyüş təyyarəsi təklifi

    Rusiya Baş nazirinin müavini Yuri Borisov Türkiyəyə Rusiya istehsalı döyüş təyyarələri təslim edilməsini ehtiva edən bir razılaşma üçün görüşlərin keçirilə biləcəyini ifadə edib. Müxalifət.az

    Muxalifet3 - 17-07-2019

  6. Bu şəxslərə ŞAD XƏBƏR - Hər birinə bu qədər PUL VERİLİR

    Kənd Təsərrüfatı Nazirliyində arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiyanın verilməsi üzrə Respublika Komissiyasının 2019-cu ildə veriləcək subsidiya üzrə iclası keçirilib.
    Muxalifet.az Nazirliyə istinadın xəbər verir ki, komissiyanın iclasında ictimai nəzarəti və şəffaflığı təmin etmək məqsədilə Azərbaycan Arıçılar Assosiasiyasının nümayəndələri də iştirak ediblər.
    İclasda 60 rayon (şəhər) komissiyasından daxil olmuş müraciətlərə baxılıb.

    Muxalifet - 17-07-2019

  7. ​Həyat yoldaşı qaçan Dubay əmiri doğum günündə bunu etdi - FOTO

    Artıq bir neçə həftədir ki, Dubay əmiri Məhəmməd əl-Məktumun həyat yoldaşı şahzadə Hayanın özü ilə təxminən 40 milyon dollar götürərək qaçması xəbəri dünya mətbuatının gündəmindən düşmür. Həyat yoldaşı tərəfindən tərk edilən Dubay əmiri dünən 70 yaşını qeyd edib. Şeyx yubileyini yaxınları, ailə üzvləri, uşaqları və nəvələri ilə birlikdə qeyd etməyə qərar verib. Doğum günü şənliyi Böyük Britaniyada ailə mühitində qeyd edilib. Özəl gündən yaddaqalan kadrları əmir özü və oğulları rəsmi səhifəsində paylaşıb.

    Muxalifet - 17-07-2019

  8. Türkiyədən “Şərqi Aralıq dənizi” açıqlaması: Məcbur olacaqlar!

    Avropa Birliyinin (AB) Türkiyənin Şərqi Aralıq dənizindəki qazma fəaliyyətlərinə yönəlik verdiyi qərarları şərh edən Türkiyənin Enerji Məhsuldarlığı Dərnəyinin rəhbəri Murad Kalsın, "Problemin dialoqla həll ediləcəyini bilirlər, amma təəssüf ki, hələ klassik sanksiyalarla bu prosesi uzatmağa çalışırlar" deyib.
     

    Muxalifet3 - 17-07-2019

  9. Ermənistandan region üçün daha bir təhlükəli addım - Rusiya kömək edəcək

    Rəsmi Yerevan Ermənistanda yeni atom elektrik stansiyasının (AES) tikintisində Rusiyanın mümkün iştirakı ilə əlaqədar Moskva ilə danışıqlar aparır. “RİA Novosti” xəbər verir ki, bunu Ermənistan Baş nazirinin müavini Tiqran Avinyan deyib. O bildirib ki, Ermənistan atom enerjisindən imtina etmək istəmir. T.Avinyanın sözlərinə görə, Ermənistanda “Metsamor” AES bağlandıqdan sonra yenisinin tikintisi imkanları nəzərdən keçiriləcək: “Rusiyalı tərəfdaşlarla bu mövzunu müzakirə etməyə hazırıq. Artıq danışıqlar aparılır”.

    Muxalifet - 17-07-2019

  10. SON DƏQİQƏ: Rusiyadan Türkiyəyə ABŞ-ı "dəli" edəcək TƏKLİF - Foto

    Rusiya Türkiyəyə istehsal etdiyi döyüş təyyarələrini satmaq təklifi verib.
    Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin köməkçisi Yuri Borisov danışıb.

    Borisov bildirib ki, Türkiyəyə rus istehsalı döyüş təyyarələrinin tədarük edilməsini ehtiva edən bir razılaşma üçün görüşməyə hazırdırlar.

    Muxalifet - 17-07-2019

  11. Bakıda ərəb küçənin ortasında qızı döydü? - RƏSMİ AÇIQLAMA - VİDEO

    Sosial şəbəkələrin birində "Nərimanovda ərəb küçənin ortasında qızı döyən zaman polislərimiz yetişdi” sərlövhəli video məlumatı Nərimanov RPİ-də araşdırılıb. Bakı şəhər BPİ-dən verilən məlumata görə, dəqiqləşdirilmədən yayılan videoməlumatda deyilənlər həqiqəti əks etdirmir. Belə ki, həmin yerdə ərəb olmayıb, sadəcə Azərbaycan vətəndaşları arasında telefonla yüksək səslə danışıq müşahidə olunub. Ərazi üzrə Nərimanov RPİ əməkdaşları yaxınlaşaraq vətəndaşları nizam-intizama dəvət edib./unikal

    Muxalifet - 17-07-2019

  12. Avtobusda DƏHŞƏTLİ OLAY: gənc qız özünü yerə atdı və... - ANBAAN VİDEO

    Türkiyənin Kocaeli şəhərinin Qəbzə ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Muxalifet.az xəbər verir ki, 18 yaşlı Günay Gönülaçar hərəkətdə olan sərnişin avtobusunun altında qalıb. Ağır yaralanan gənc xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb. Qorxunc qəza anbaan təhlükəsizlik kameralarına əks olunub. Görüntülərdə gənc qızın hərəkətdə olan avtobusdan endiyi və buna görə də yıxılaraq altında qaldığı məlum olur. Polis avtobusun sürücüsünü saxlayıb. O, ifadəsi alındıqdan sonra həbsxanaya göndərilib.

    Muxalifet - 17-07-2019

  13. Azərbaycanda İYRƏNC OLAY: Kürəkən evə gəlib qayınanasını zorladı

    Quba rayonunun kəndlərindən birində zorlama hadisəsi baş verib.

    Muxalifet.az "publika.az"a istinadən xəbər verir ki, bir neçə gün əvvəl rayonun kəndlərindən birində yaşayan 1966-cı il təvəllüdlü Tahirə Qasımova (ad və soyadlar şərtidir) polisə müraciət edərək kürəkəninin onu zorladığını bildirib.

    53 yaşlı qadının sözlərinə görə, qızının 34 yaşlı əri Elşad onun yaşadığı evə gəlib və tək olmasından istifadə edərək ona qarşı zor tətbiq edib. Kürəkən qayınanası ilə zorla cinsi əlaqədə olandan sonra uzaqlaşıb.

    Muxalifet - 17-07-2019

  14. ​Gürcü jurnalist: “Keşikçidağ” böhranı Zurabişvilinin məsuliyyətsiz bəyanatlarının nəticəsidir

    Biz bu gün Gürcüstan tərəfindən strateji tərəfdaşımız, müttəfiqimiz və dost ölkə Azərbaycanın “işğalçı” olduğu haqqında tamamilə məsuliyyətsiz bəyanatlar eşidirik. Belə terminlərdən istifadə siyasi məsuliyyətsizlik və cinayətdir. Biz hisslərə qapılmadan hərəkət etməliyik.
    Bunu Media.az-a açıqlamasında Gürcüstanın müstəqil jurnalisti Mzevinar Xuçişvili deyib.

    Muxalifet - 17-07-2019

  15. Sarı zolaq qadağası yenidən qüvvəyə minir - SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ

    Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi (DYP) sürücülərə müraciət edib.

    İdarədən verilən məlumata görə, “Baku 2019” Avropa Gənclərinin Olimpiya Festivalının Bakıda keçirilməsi ilə əlaqədar olaraq iyulun 28-dək paytaxtın küçə və prospektlərində hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub.

    Festivalın keçirildiyi müddətdə yol polisi gücləndirilmiş iş rejmində xidmət etməklə, yarışların təşkil olunduğu ərazilərdə nəzarəti artıracaq.

    Muxalifet4 - 17-07-2019

  16. Səudiyyə Ərəbistanından JEST - Bu şəxslər Həcc ziyarətinə pulsuz gedəcək

    Səudiyyə Ərəbistanı Yeni Zelandiyanın Kraystçerç şəhərində 15 mart tarixində baş verən məscidlərə silahlı hücum zamanı həlak olan müsəlmanların yaxınlarına və yaralılara jest edib. Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, həmin şəxslər “Xədmül Hərəmi Şərifin qonaqları” kimi Həcc ziyarətində gedə biləcək. SPA agentliyinin məlumatına görə, Kral Salman ibn Əbdüləziz 200 nəfərin Həcc ziyarətini pulsuz yerinə yetirmək üçün fərman imzalayıb.

    Muxalifet4 - 17-07-2019

  17. Səudiyyə Ərəbistanının “Jizan” Hava limanına hücum!

    Son dəqiqə xəbərinə görə, Yəməndəki Husi güclərinin hərbi sözçüsü Husilərin Səudiyyə Ərəbistanının “Jizan” Hava limanına pilotsuz hava uçaqları ilə (İHA) ilə hücum etdiklərini bəyan edib.
     
    Husilərin hərbi sözçüsü Yəhya Saria tərəfindən Facebook-da edilən açıqlamada, təşkil edilən hücumdan sonra hava limanında fəaliyyətin pozulduğu və əməliyyat axsaqlıqlarının yaşandığını iddia edib.
    Hadisə ilə bağlı Səudiyyə Ərəbistanından hər hansı bir açıqlama edilməyib.

    Muxalifet3 - 17-07-2019

  18. Doğu Perinçek AK Partiyadakı FETO-çuları göstərdi

    Vətən Partiyasının sədri Doğu Perinçek 'FETÖ-nun siyasi qolu' müzakirələrinə toxunub.
     
    Perinçek bu fikirləri söyləyib:
    "FETÖ-nun siyasi ayağı çıxdı üzə, o AK Partiyadakı Əli Babacandır. Siyasi ayaq CHP və İYİ Partiyalı Meral Akşenerin müttəfiqidir. Abdullah Gül, Əli Babacan, Davutoğlu kimlərin yanındadır? FETÖ-nun siyasi ayağı təmizlənir AK Partiyadan. Kimin yanına keçir?
    CHP-nin, Meral Akşenerin yanına keçir. Başqa siyasi ayaq varmı? AK Partiya içərisindəki Fəthullah dostları kimdir? Bunlar Abdullah Gül, Əhməd Davutoğlu, Əli Babacandır.

    Muxalifet3 - 17-07-2019

  19. “Mən tez-tez gürcü tərəfinin günahkar olduğunu deyirəm”

    Gürcüstanla Azərbaycan sərhədində yerləşən Keşikçidağ məbəd kompleksi ətrafında yaranan gərginlik səngiyib. Amma problemin həll olunduğunu demək mümkün deyil. Gürcüstan hakimiyyəti əhalini emosional olmamağa və ölkə rəhbərliyinə sakit mühitdə danışıqlar aparmağa imkan yaratmağa çağırıb.

    Muxalifet4 - 17-07-2019

  20. Sabiq AK Partiyalı nazirdən Abdulla Gül və Babacana partiya tövsiyəsi

    CHP-nin Konya millət vəkili Əbdüllətif Şənər yeni partiya iddialarını şərh edib. Şənər yeni partiya quracaq olan Əli Babacan, Abdullah Gül və Əhməd Davutoğluna çağırış edib. Şənər “Ən faydalı şeyi söyləməli olsaq, orada burada gəzməsinlər, birlikdə gəlsinlər Səadət Partiyasına. Səadət Partiyası hazır bir partiyadır. Burada doğruca siyasətlə məşğul olsunlar. Amma yox, biz ayrı bir cığırda, ayrı bir partiya quracağıq deyirlərsə, qurmaları faydalıdır həqiqətən” deyib.

    Muxalifet3 - 17-07-2019

Pages