Axtarış

The search found 105783 results in 0.04 seconds.

Search results

  1. Ana yeni doğduğu körpəsini görüb ŞOK DÜŞDÜ: Ağzında... - FOTOLAR

    Yeni doğulan körpəsinin ağzına baxan ana gördüyü mənzərədən şoka düşüb.
    Muxalifet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbulda yaşayan Özlem və Görkem Yüceer cütlüyünün iki həftə öncə qız uşağı doğulub. Lakin uşaq digər körpələrdən fərqli olaraq dişlə dünyaya gəlib.
    Özləm adlı gənc ana əvvəlcə həkimlərə inanmayıb. Lakin körpənin dişlərini görən zaman şok keçirib və bunu normal olmadığını düşünüb. 

    Muxalifet - 17-07-2019

  2. “Qucağına dana da alıb şəkil çəkdirsə, nəticə olmayacaq”

    Sahibkarlıq fəaliyyəti ilə məşğul olan Şahin Nəcəfov Meliorasiya ve Su Təsərrüfatı ASC-ni kəskin tənqid edib. “Yeni Sabah” xəbər verir ki, o “Yeni Kanal”a müsahibəsində kənd təsərrüfatının problemlərindən danışıb və Kənd Təsərrüfatı Nazirliyini də ittiham edib. O deyib: “Rüşvətxor məmurlar pisxopat kimidirlər. Nə özləri adam kimi yaşayırlar, nə də sənə imkan verirlər sən adam kimi yaşayasan.

    Muxalifet - 17-07-2019

  3. "Sədərək"də kütləvi zəhərlənmə - Nazirlik SƏBƏBİ AÇIQLADI

    "Sədərək" Ticarət Mərkəzinin "Meyvəli" bazarında kütləvi zəhərlənmə olub.
    Bununla əlaqədar Muxalifet.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, təcili yardıma ilk çağırış saat 10:14-də daxil olub:

    Muxalifet - 17-07-2019

  4. SON DƏQİQƏ: Türkiyəli diplomatlara silahlı hücum, HAMISI ÖLDÜRÜLDÜ

    NTV xəbər verir ki, hücum zamanı 2 nəfər ölüb, 1 nəfər yaralanıb.

    ***

    Şimali İraq Kürd Muxtariyyətinin paytaxtı Ərbildə fəaliyyət göstərən restorana silahlı hücum edilib.
    Publika.az “Rudaw”a istinadən xəbər verir ki, hücum zamanı içəridə Türkiyə Konsulluğunun nümayəndələri də olub.
    Nəticədə Türkiyənin Ərbildəki baş konsulunun köməkçisi Hakan Karaçay ölüb.
    “Röyters”in xəbərinə görə, ən az 3 türk diplomat hücumun qurbanı olub.

    Muxalifet - 17-07-2019

  5. “Facebook”, "Whatsapp" və “Instagram” çökdü

    Bu dəqiqələrdə “Facebook”, "Whatsapp" və “Instagram” sosial platformalarının işində nasazlıq yaranıb.
    Muxalifet.az xəbər verir ki, sosial şəbəkə proqramlarına giriş mümkün deyil.

    Muxalifet - 17-07-2019

  6. Bağdadinin gizləndiyi ölkə açıqlandı

    İŞİD lideri Əbubəkr Bağdadi Liviyada gizlənir.

    Axar.az xəbər verir ki, bunu “Əl Masdar Nyus”a açıqlamasında iraqlı keçmiş naziri Bəkir Cabir Zübeydi deyib. Onun sözlərinə görə, Bağdadi Liviyanın mərkəzi hissəsində gizlənir və burada yeni “xilafət” formalaşdırmağı planlaşdırır.

    Qeyd edək ki, bundan öncə Bağdadinin Suriya, İraq və Əfqanıstanda gizlənməsinə dair müxtəlif iddialar ortaya atılmışdı.

    Muxalifet - 17-07-2019

  7. “ATABANK”a RƏHBƏRLİK UĞRUNDA MÜBARİZƏ QIZIŞIR – Sabiq nazir “qurban” hazırlamışdı, ancaq…

    Sabiq nazirin bacısı oğlu ilə müavini Etibar Babaşlının konfliktdə olduğu bildirilir

    Səhhətində ciddi problemlər yaranan və heç də yaxşı günlərini yaşamayan sabiq vergilər naziri Fazil Məmmədovun biznes strukturlarında da vəziyyətin yaxşı olmadığına dair məlumatlar daxil olmaqdadır. F.Məmmədovun bankı kimi tanınan “AtaBank”ın ətrafında baş verənlərlə bağlı “AzPolitika”ya daxil olan məlumatda deyilir ki, bankda qeyri-müəyyənlik hökm sürməkdədir.

    Muxalifet4 - 17-07-2019

  8. Cəlilabadda 24 yaşlı qız itkin düşüb 7 AYDIR Kİ, - ONDAN XƏBƏR YOXDUR

    Cəlilabad rayonunda gənc qız itkin düşüb.

    "Report"un məlumatına görə, rayonun Üçtəpə kənd sakini, 1995-ci il təvəllüdlü Aytəkin Qəzənfər qızı Həbibova 16 dekabr 2018-ci ildə yaşadığı evdən çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.

    Onun əlamətləri: boyu 160 santimetr, orta bədən quruluşlu, gözlərinin rəngi qonur, saçlarının rəngi qaradır.

    Muxalifet - 17-07-2019

  9. Bu 2 rayon qazsız qaldı

    Xaçmaz və Ucar rayonlarının qaz təchizatında fasilə yaranıb. “Azəriqaz” İstehsalat Birliyindən Muxalifet.az-a verilən məlumata görə, Xaçmaz rayonunun Nərəcan kəndinin müəyyən hissəsinə xidmət edən 100 mm-lik qaz kəməri avtomobillə vurularaq qırılıb. Gecə saat 03:30-dan həmin ərazinin qaz təchizatı dayandırılıb. Xaçmazda digər bir halda da traktorla 108 mm-lik qaz kəməri vurularaq qırılıb. Bu səbəbdən Gəncəli kəndində saat 10:25-dən etibarən qaz təchizatı dayandırılıb. Rayonun hər iki ərazisində ayrı-ayrılıqda 100 abonentin qaz təchizatında fasilə yaranıb.

    Muxalifet - 17-07-2019

  10. Hava limanına hücum edildi, bütün uçuşlar dayandırıldı

    Yəməndəki Husilər Səudiyyə Ərəbistanının Jizan hava limanına hücum edib.
    Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, hücum pilotsuz uçuş aparatı ilə həyata keçirilib.
    Husilərin hərbi sözçüsü Yəhya Sariya feysbuk hesabından verdiyi açıqlamada bildirib ki, hücum hava limanının işinə əngəl törədib.
    Hadisə ilə bağlı Səudiyyə Ərəbistanından rəsmi açıqlama verilməyib.

    Muxalifet - 17-07-2019

  11. Bu ərazilərdə suyun verilişində fasilələr olacaq

    Bəzi ərazilərdə suyun verilişində fasilələr olacaq.
    “Azərsu” ASC-dən Trend-ə verilən məlumata görə, magistral su kəməri üzərindəki tənzimləyici siyirtmədə yaranmış nasazlığın aradan qaldırılması ilə əlaqədar Xırdalan şəhəri və Masazır qəsəbəsinə, həmçinin Binəqədi qəsəbəsinin Gülüstan yaşayış massivinə içməli suyun verilməsində gecə saatlarına qədər məhdudiyyətlər olacaq.
    Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

    Muxalifet - 17-07-2019

  12. DİQQƏTLİ OLUN! - “FaceApp” proqramı şəxsi məlumatları oğurlayır

    Bir çox mütəxəssislər hesab edir ki, "FaceApp” tətbiqi istifadəçilərin məxfi məlumatlarını üzə çıxarır. Onların fikrincə, proqram istifadəçilər üçün riskdir.
    Texnologiya sahəsində təhlükəsizlik mütəxəssisi Devid Vayl bildirib ki, "FaceApp” tətbiqi işə salınan zaman istifadəçidən normaldan daha çox şey istəyir:

    Muxalifet - 17-07-2019

  13. “Rusiya Azərbaycanlıları İttifaqı gündəmə bəyanatla yox, əməli işlə gəlir” - Anar Həsənov

    Rusiya Azərbaycanlıları İttifaqının təşkilatçılığı ilə “Rusiya-Azərbaycan münasibətlərində diaspor vacib amil kimi: KİV-in rolu və müasir proseslər” mövzusunda konfrans keçirilib.
    Muxalifet.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Rusiya Azərbaycanlıları İttifaqının mətbuat katibi Anar Həsənov təşkilatın fəaliyyəti barədə məlumat verib.

    Muxalifet - 17-07-2019

  14. Ağdaşda limonad sexində iyrənc mənzərə - FOTO

    Ağdaşda qanunsuz fəaliyyət göstərən limonad sexi aşkarlanıb.
    Qida Təhlükəsizliyi Agentliyinin məlumatına əsasən, sözügedən sex Ağdaş rayonu, Xosrov kənd sakini Orucov Yusif Haqverdi oğluna məxsus alkoqolsuz içkilər istehsalı müəssisəsidir.
    Əraziyə baxış keçirilərkən qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərən müəssisədə sanitar-gigiyena və texniki-normativ sənədlərin tələblərinə əməl edilmədiyi müəyyən olunub.

    Muxalifet - 17-07-2019

  15. Dolların sabaha olan məzənnəsi açıqlandı

    İyulun 18-nə manatın məzənnəsi açıqlanıb.
    Mərkəzi Bankdan Muxalifet.az-a verilən məlumata görə, 18.07.2019-cu il tarixindən etibarən rəsmi məzənnə 1 ABŞ dollarına nisbətdə 1,7000 manat səviyyəsində müəyyən olunub.
    Qeyd edək ki, 2019-cu il iyulun 17-də də USD/AZN rəsmi məzənnəsi 1,7000 manat təşkil edib.

    Muxalifet - 17-07-2019

  16. Şimali İraqda Türk səlahiyyətlilərə hücum!

    İraq Kürd Regional Rəhbərliyinin (IKBY) paytaxtı Ərbildə bir restoranda Türk səlahiyyətliləri hədəf alan silahlı hücum təşkil edilib. Türkiyə Xarici İşlər Nazirliyindən edilən açıqlamada, bir konsulluq əməkdaşının şəhid edildiyi qeyd edilərkən, "Hücumu törədənlərin tezliklə tapılması üçün İraq höküməti və yerli səlahiyyətlilər nəzdində cəhdlərimiz sürməkdədir" deyilib.
     
    Hadisə Türkiyənin Ərbildəki Konsulluğunun yaxınlığındakı restoranda baş verib.

    Muxalifet3 - 17-07-2019

  17. “ABŞ artıq hərbi çevrilişlər edəcək gücdə deyil” – Amerikalı tarixçi

    Amerikalı dilçi və tarixçi Noam Çomski ABŞ-ın artıq istədiyi kimi çevriliş etdirəcək gücdə olmadığını deyib.
     
     Tramp rəhbərliyinin Venesuelaya tətbiq etdiyi iqtisadi sanksiyalardan ABŞ və İran arasındakı gərginlik kimi mövzulara dair açıqlama verən Çomski, ABŞ-ın tətbiq etdiyi iqtisadi sanksiyaların hal-hazırdakı böhranı fəlakətə çevirdiyini vurğulayıb.
     
    "Dünya sülhünü ən çox təhdid edən ölkə ABŞ-dır"
     

    Muxalifet3 - 17-07-2019

  18. "Əməkhaqqı" ilə bağlı YENİ TƏKLİF - Akademik AÇIQLADI

    Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun Elmi Şurasının iclasında yeni "Azərbaycan dilinin orfoqrafiya lüğəti"ndən "əməkhaqqı" sözünün çıxarılması müzakirə edilib.

    Bu barədə İnstitutun direktoru, akademik Möhsün Nağısoylu deyib.

    Muxalifet - 17-07-2019

  19. Nazirlikdən sosial şəbəkələrdə yaranan problemlə bağlı AÇIQLAMA

    Bu gün dünyanın bir sıra ölkələrində sosial şəbəkələrdən istifadədə problemlər yaranıb. Azərbaycanda da istifadəçilər “Facebook”, “Instagram” və “Whatsapp” tətbiqlərindən istifadə zamanı problemlərlə qarşılaşıblar.  Belə ki, sosial şəbəkələrə giriş mümkün olmayıb.

    Muxalifet - 17-07-2019

  20. İsgəndər Həmidovun səhhəti ağırlaşdı

    Bu gecə sabiq daxili işlər naziri, Azərbaycan Xalq Hərəkatı İdarə Heyətinin üzvü İsgəndər Həmidovun vəziyyəti ağırlaşıb. Bu barədə AXH-nin İdarə Heyətinin üzvü, ALDP sədri Fuad Əliyev musavat.com-a məlumat verib. Onun sözlərinə görə İsgəndər Həmidov istirahət etdiyi rayonda kəskin ağrılar və pristupla xəstəxanaya yerləşdirilib. Lakin sabiq nazirin səhhəti get-gedə daha da pisləşdiyindən onu Bakıya gətirirlər. 

    Muxalifet4 - 17-07-2019

Pages