Axtarış

The search found 105783 results in 0.037 seconds.

Search results

  1. ​Sosial şəbəkələr yenə çökəcəkmi? - "Facebook" və "İnstagram" 2, “WhatsApp” isə 3 "ALDI"

    Dünən dünyanın əksər ölkələrində sosial şəbəkələrdən istifadədə problemlər yaranmışdı.
    Maraqlıdır ki, son vaxtlar bu cür problemlər tez-tez yaşanmağa başlayıb. Bununla bağlı isə hər dəfə müxtəlif fikirlər - kənar müdaxilələr, server problemləri və s. səslənir.
    Azərbaycanda yaranmış problemlə bağlı olaraq isə dünən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilmişdi ki, sosial şəbəkələrin işində müşahidə olunan nasazlıq qlobal xarakter daşıyır və yerli telekommunikasiya sistemlərindən, həmçinin mobil operatorlardan qaynaqlanmır.

    Muxalifet - 18-07-2019

  2. "Qarabağ" Azərbaycanın xalını artırdı - UEFA reytinqi

    Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunları və Avroliqanın 4 matçından sonra UEFA-nın yeni reytinq cədvəli açıqlanıb.
    Muxalifet.az qol.az-a istinadən xəbər verir ki, "Qarabağ"ın Albaniya çempionu "Partizani" üzərində 2:0 hesablı qələbəsi ölkəmizə 0,250 xal qazandırıb. Bununla da Azərbaycan son 5 mövsümdəki xallarını 16,000 çatdırıb. Ancaq ölkəmizin reytinqi dəyişməyib, əvvəlki kimi 26-cı pillədə qalıb.
    Azərbaycandan 1 pillə irəlidə olan Qazaxıstandan 16,750 xalı var.

    Muxalifet - 18-07-2019

  3. DƏHŞƏTLİ OLAY: Baba 1 aylıq nəvəsinə içki içirib, öldürdü

    Çinin Pekin şəhərində bədbəxt hadisə yaşanıb. Belə ki, yeni doğulmuş nəvəsinə içki verən baba onun həyatına son qoyub. 
    Muxalifet.az xəbər verir ki, bu barədə "AsiaOne" portalı yazıb.
    Qohumlar və dostlar yeni doğulmuş körpənin 1 aylığını qeyd etmək bir süfrə arxasına yığışıb. Uşağın babası badə qaldırıb sağlıq deməyə başlayıb. Həmin vaxt qonaqlardan biri zarafat edərək deyib ki, baba alkoqollu içkini nəvəsiz içə bilməz. Baba nəvəsinə alkoqoldan bir az daddırıb. Bunu görən ana dərhal uşağı qucağına alıb.

    Muxalifet - 18-07-2019

  4. ​Türkiyədə terror aktının qarşısı alındı

    Türkiyənin cənub-şərqində Mardin vilayətində terror aktının qarşısı alınıb.
    Keçirilmiş xüsusi əməliyyat çərçivəsində magistral yol kənarında basdırılmış 40 kiloqramdan çox partlayıcı maddə aşkar edilib.
    Məlumata görə, əməliyyat zamanı, həmçinin PKK terror təşkilatının 5 üzvü saxlanılıb. Həmin ərazidə terror aktının da onlar tərəfindən planlaşdırıldığı bildirilir. Saxlanılanların şəxsiyyəti açıqlanmır.
    Əməliyyatla bağlı başqa detallar barədə məlumat verilməyib.

    Muxalifet - 18-07-2019

  5. ​Dövlət Xidmətinə müvəqqəti rəis təyin edildi

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi vəzifəsinə müvəqqəti təyinat olub.
    Bu barədə Oxu.Az-a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov məlumat verib. 
    O bildirib ki, Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi vəzifəsinə təyinat olmayıb:
    “Hazırda qurumun rəis müavini Fuad Heydərova müvəqqəti olaraq, Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi vəzifəsinin səlahiyyətlərini yerinə yetirmək tapşırılıb”.

    Muxalifet - 18-07-2019

  6. Türk diplomatına qarşı terrorun ortaya çıxardığı 2 sual

    İraqın Ərbil şəhərində bir restorana təşkil edilən silahlı hücumda Türkiyənin Ərbil Baş Konsulluğunda vəzifəli bir diplomat şəhid oldu.
     
    Yerli mediaya açıqlama verən hücumun reallaşdığı restoranın sahibi mülki geyimli və üzərində iki silah daşıyan təcavüzkarın konsulluq əməkdaşlarını hədəf alaraq atəş açdığını söyləyib.
    Verilən məlumata əsasən, Türk konsulluq əməkdaşlarına yönəlik hücumun reallaşdığı restoran diplomatların tez-tez getdiyi bir məkan deyil.

    Muxalifet3 - 18-07-2019

  7. Türkiyənin S-400 alışı ilə bağlı sosioloji sorğu: Türklər bu haqda nə düşünür...

    “Optimar Araşdırma”nın 13-15 iyul tarixləri arasında 1826 adam ilə etdiyi “Türkiyə Gündəmi” araşdırmasında insanlara S-400-lərlə əlaqədar suallar da yönəldilib. Maraqlı nəticə ortaya çıxıb. Sorğuya qatılanların 63,2 faizi Türkiyənin bu mövzuda doğru davrandığını düşünür. Türkiyənin bu yöndə səhv etdiyini düşünənlərin nisbəti isə 10.6 faiz təşkil edib. Türkiyənin mövcud siyasi atmosferi içərisində S-400-lər mövzusuna verilən dəstəyin bu qədər yüksək olması təbii ki, diqqətdən qaça bilməz.

    Muxalifet3 - 18-07-2019

  8. Yaponiyada faciə! Çox sayda ölü və yaralı var

    “Kyodo” agentliyinin xəbərinə görə, polis bir adamın üç mərtəbəli Kyoto Animasiya Studiyasının binasını yandırıcı maye tökərək yandırdığını ifadə edib. Yanğında 13 adamın öldüyünü, təxminən 40 adamın yaralandığını bildirən polis, yanğını törədən 41 yaşındakı adamın da yaralılar arasında olduğu və xəstəxanaya aparıldığını bildirib. Polisin ayrıca hadisə yerində bıçaqlar tapdığı qeyd edilib. Yanğının baş verdiyi əsnada binada təxminən 70 adamın olduğu sanılır. Hadisə şahidləri partlayış səsləri eşitdiklərini və binadan yüksələn qara tüstü gördüklərini ifadə edib.

    Muxalifet3 - 18-07-2019

  9. ABŞ Türkiyəyə sanksiya ilə bağlı niyə tərəddüd edir?

    ABŞ S-400-lərin Türkiyə tərəfindən alındığı təqdirdə ciddi sanksiyalara məruz qalacağı ilə intensiv təhdidlərinə baxmayaraq sistemlərin Ankaraya daşınması ilə Vaşinqtonun bu yöndə addımlar atmaqda tələsmədiyi hiss olunur. Bu nə ilə bağlıdır?
     
    ANKASAM-ın Orta Şərq üzrə eksperti Cenk Tamer bu sualı cavablandırıb:

    Muxalifet3 - 18-07-2019

  10. Sabah Azərbaycanda 40 dərəcə isti olacaq - PROQNOZ

    Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Muxalifet.az-a verilən məlumata görə, iyulun 19-da Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək, mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 22-25, gündüz 30-35, Bakıda gecə 23-25, gündüz 33-35 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi əsəcək.

    Muxalifet - 18-07-2019

  11. Zakir Qaralov işdən çıxardığı prokurora yeni vəzifə verdi

    Bir müddət əvvəl Baş Prokuror Zakir Qaralovun imzaladığı əmrlə vəzifədən azad edilən Ağsu rayonunun prokuroru Elvin Mirzəyev yeni vəzifəyə təyin edilib.

    Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, keçmiş prokuror Baş Prokurorluğunun Müraciətlərə baxılması idarəsinin prokuroru vəzifəsinə gətirilib.

    Muxalifet - 18-07-2019

  12. Davutoğlundan yeni partiya açıqlaması

    Türkiyənin keçmiş Baş naziri Əhməd Davutoğlu Youtube üzərindən edilən bir canlı verilişdə açıqlama verib. Bir çox sualları cavab verən Davutoğlu, yeni partiya qurulması ilə bağlı suala da münasibət bildirib. Davutoğlu canlı yayımda "Yeni bir partiya qurursunuz" sualına "Etdiyim gəzintilərdən sonra başqa yol buraxılmazsa, geriyə partiya qurma variantı qalar" deyib. Müxalifət.az

    Muxalifet3 - 18-07-2019

  13. “Meyxanaçılar yığışıb onu yaman günə qoyacaq…”

    ARB TV-nin "Səhər-Səhər" verilişinin növbəti qonağı şair Kəramət Böyükçöl olub.
    “Yeni Sabah” xəbər verir ki, ənənəsinə sadiq qalan şair meyxanaçıları sərt tənqid edib:

    Muxalifet - 18-07-2019

  14. Deputat: "Ölkə başçısının islahatları vətəndaşlara layiqli həyat şəraitini təmin etməyə xidmət edir"

    “Azərbaycanın MDB məkanında ilk ölkə olaraq ikinci dəfə Birləşmiş Millətlər Təşkilatının Yüksək Səviyyəli Siyasi Forumuna Könüllü Milli Hesabatını təqdim etməsi çox böyük əhəmiyyət kəsb edən bir sənəddir. Belə bir hesabatın təqdim edilməsini Prezident İlham Əliyevin Azərbaycanın dayanıqlı inkişafını təmin etmək, sosial dövlət quruculuğu istiqamətində yürütdüyü siyasətinin tərkib hissəsi kimi dəyərləndirmək lazımdır”.
    Bunu “Ölkə.Az”a açıqlamasında millət vəkili İlham Məmmədov deyib.

    Muxalifet - 18-07-2019

  15. Ermənistanda polislə toqquşma - 6 polis hospitala aparıldı, 13 nəfər həbs edildi

    Etirazçılar Gürcüstana gedən yolu kəsdilər, ara qarışdı İyulun 17-si, axşam saatlarında Ermənistanda vətəndaşlarla polis arasında toqquşma olub. Musavat.com bununla bağlı erməni mətbuatına istinadən xəbər verir. Məlumata görə, bir qrup nümayişçi İcevanda mərkəzi yolu kəsərək hərəkəti dayandırıblar. Nəticədə yüzlərlə maşın yolda qalıb və uzun tıxac yaranıb. Həmin yol Gürcüstan-Ermənistan dövlətlərarası magistral olduğundan polis dərhal hərəkətə keçib və bu zaman qarşıdurma baş verib. Etirazçılar onlara meşələrdən ağac kəsməyə icazə verilməsini tələb ediblər.

    Muxalifet - 18-07-2019

  16. Bu saraya yeni aşpaz axtarılır - 47 min maaş veriləcək

    Böyük Britaniya kraliçası II Elizabet özünə aşpaz axtarır.
    Muxalifet.az xəbər verir ki, bu elan Bukinqem Sarayından edilib.
    Bildirilib ki, sarayda birinci sinif mətbəxdə işləmək üçün ali səviyyəli aşpaza ehtiyac var. Aşpazda axtarılan xüsusiyyətlər arasında dünyanın fərqli mətbəxləri ilə tanış olması kriteriyası diqqət çəkib. Aşpaz sarayda yaşayacağı üçün yemək və yatmağa məsrəfi çıxmayacaq.
    Bu vəzifə üçün müəyyən edilən aylıq maaş isə 22 min funt-sterlinqdir (47 min manata yaxın).

    Muxalifet - 18-07-2019

  17. Gürcüstan idmançılarının Dağlıq Qarabağda keçiriləcək “turnir”də iştirakına - QADAĞA

    Gürcüstanın erməni əsilli idmançılarının VII "Panermənistan oyunları”nın Azərbaycanın işğal altındakı ərazilərində təşkil olunacaq açılış mərasimi və yarışlarda iştirakı qadağan olunub.
    Bu barədə Samtsxe Cavaxeti bölgəsi üzrə informasiya mərkəzi məlumat yayıb.

    Muxalifet - 18-07-2019

  18. “Sifarişi verilən 7 nəfəri öldürmədiyimə görə 15 il azadlıqdan məhrum edildim” - "FÖVQƏLNAZİR"Ə ŞOK İTTİHAMLAR

    Vaqif Mikayılov: “Bəylər Eyyubov Kəmaləddin Heydərovu diqqətlə dinlədikdən sonra bu barədə prezidentə məruzə edəcəyini bildirdi” “Mən mütəmadi olaraq Kəmaləddin Heydərovla telefon əlaqəsi saxlayır, çox vacib məsələ olanda onunla görüşürdüm.

    Muxalifet - 18-07-2019

  19. SON DƏQİQƏ: Türkiyədə DƏHŞƏTLİ QƏZA - Onlarla ölü, çox sayda yaralı var

    Türkiyənin Van vilayətində qaçqınların olduğu mikroavtobus qəzaya uğrayıb.
    Muxalifet.az Redaktor.az-a istindən xəbər verir ki, hadisə nəticəsində 15 nəfər həyatını itirib. 27 yaralı var. Yaralılar xəstəxanalara yerləşdirilib.
    Onlardan bəzilərinin vəziyyəti ağır qiymətləndirilir. Ölənlərin hansı ölkənin vətəndaşları olduğu hələlik məlum deyil. Əraziyə çox sayda xilasedici cəlb edilib. Qəzanın səbəbləri araşdırılır.

    Muxalifet - 18-07-2019

  20. Azərbaycanlı aktrisa görüntüsünü paylaşdı - VİDEO

    "Vicdan haqqı" serialındakı Larisa obrazı ilə tanınan aktrisa Çimnaz Sultanova sosial şəbəkədə yeni videosunu paylaşıb. Milli.Az xəbər verir ki, bir oğul anası olan aktrisa videosu təqibçilərinin ixtiyarına buraxıb. Qeyd edək ki, aktrısanın oğlu həyat yoldaşı ilə Almaniyada yaşayır. Bu da aktrisanın sözügedən videosu:

    Muxalifet - 18-07-2019

Pages