Axtarış

The search found 105783 results in 0.06 seconds.

Search results

  1. Bakıda gənc oğlan parkda bıçaqlandı - VƏZİYYƏTİ AĞIRDIR

    Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.

    Muxalifet.az APA-ya istinadən xəbər verir ki, hadisə  rayonun Biləcəri qəsəbəsinin Yəhya Hüseynov küçəsində qeydə alınıb.

    Belə ki, 1994-cü il təvəllüdlü İsrafilzadə İbrahim Məhbub oğlu tanımadığı şəxs tərəfindən parka çağırılıb. Ona bir neçə bıçaq zərbəsi vurulub. O, 1 saylı Klinik Xəstəxanaya yerləşdirilib.

    Həkimlər tərəfindən İ.İsrafilzadənin vəziyyəti ağır qiymətləndirilib.

    Muxalifet4 - 18-07-2019

  2. Türkiyə qarşı sanksiyalar qəbul ediləcəkmi? - Trampdan AÇIQLAMA

    Türkiyənin Rusiyadan S-400 zenit-raket komplekslərini alması ilə əlaqədar hazırda sanksiyaların tətbiqini düşünmürəm.

    Bu haqda ABŞ prezidenti Donald Tramp bildirib.

    Muxalifet4 - 18-07-2019

  3. "Neftçi" darmadağınla növbəti mərhələdə - YENİLƏNDİ

    "Neftçi" Moldova klubu ilə evdə keçirilən cavab qarşılaşmasında darmadağına imza atıb. Səfərdə keçirilən matçda 3:0 hesablı qələbə qazanan "ağ-qaralar" rəqibin qapısından 6 top keçirərək UEFA Avropa Liqasında II təsnifat mərhələsinə vəsiqə qazanıb. Qollar: V. Platellas, 18 (1:0), 40 (3:0), E. Mahmudov, 24-penalti (2:0), D. Federiko, 42 (4:0), Stiven Monroz, 68 (5:0), İsmayıl Zülfüqarlı, 76 (6:0) *** 20:03 Avropa Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində saat 21:00-da başlayacaq "Neftçi" - "Sperantsa" (Moldova) matçı üçün heyətlər açıqlanıb.

    Muxalifet4 - 18-07-2019

  4. NAZİRLİK ƏMƏKDAŞI BIÇAQLANDI - Binəqədidə qanlı olay

    Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.

    Fövqəladə Hallar Nazirliyinin (FHN) 1994-cü il təvəllüdlü kiçik giziri İsrafilzadə İbrahim Məhbub oğlu işdən çıxarkən naməlum şəxs tərəfindən bıçaqlanıb.

    Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Ona döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub (Report).

    Muxalifet4 - 18-07-2019

  5. "Ərdoğan Putindən üz döndərib, ABŞ-la danışıqlara başlayacaq" - AZAD İSAZADƏ

    Muxalifet.az xəbər verir ki, hərbi ekspert Azad İsazadə teleqraf.com-un qonağı olub. S-400 zenit raket sistemləri ilə bağlı Türkiyə ilə ABŞ, eləcə də NATO ölkələri arasında yaranan gərginliyə toxunan ekspert Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında yaranan hərbi əməkdaşlığın davamlı olmayacağını düşünür. Azad İsazadə Türkiyə ilə ABŞ arasında F-35 qırıcıları ilə bağlı layihənin perspektivi barədə də fikirlərini bölüşüb. Müsahibəni təqdim edirik:

    Muxalifet4 - 18-07-2019

  6. ABŞ İranın pilotsuz uçan təyyarəsini vurdu

    ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmi Fars körfəzində İranın pilotsuz uçan aparatını vurub.
     
    Bu barədə Birləşmiş Ştatlar prezidenti Donald Tramp deyib.
     
    Qeyd edək ki, iyunun 19-u İran ordusu Hörmüz boğazı üzərində ABŞ-a məxsus pilotsuz uçuş aparatını vurub.

    Muxalifet4 - 18-07-2019

  7. “Kişiliklə bağlı hər şeyim qaydasındadır” - 0:6 uduzan baş məşqçi

    Avropa Liqasının birinci təsnifat mərhələsində keçirilən "Neftçi" - "Sperantsa" matçı təmsilçimizin 6:0 hesablı qələbəsi ilə yekunlaşıb.

    Qarşılaşmadan sonra Moldova təmsilçisinin baş məşqçisi Kristof Efros böyükhesablı məğlubiyyəti şərh edib.

    Rəqibini qələbə münasibəti ilə təbrik edən çalışdırıcı səhvlərə yol verdiklərini bildirib:

    "Təəssüf ki, biz "Liverpul" deyilik bu cür hesablardan sonra geridönüş edə bilək". 

    Muxalifet4 - 19-07-2019

  8. “Get işinlə məşğul ol…” - Vəkillər Kollegiyasının sədri jurnalistə qəzəbləndi

    Vəkillər Kollegiyasının sədri Anar Bağırov bir neçə gün əvvəl “Mərkəz” vəkil bürosunun dünyasını dəyişən üzvünün yerinə yeni rəhbər təyinatı və fərdi vəkillərin fəaliyyətinə xitam verilməsinə münasibət bildirib.

    Muxalifet4 - 19-07-2019

  9. İsrailli məhkəməsiz həbsdən buraxılır? - “Liberman zəng edib, bazar günü azad ediləcəyəm”

    Azərbaycanda bir neçə ay əvvəl həbs edilmiş İsrail vətəndaşı Beni Hay sərbəst buraxılacaq və vətəninə qayıdacaq. Qeyd edək ki, israilli sərhəddə çantasında sursat tapıldıqdan sonra həbs olunub.

    İsrail mətbuatının verdiyi məlumata görə, Beni Hay bu gün mesaj alıb ki, bazar günü azad ediləcək və İsrailə uçacaq. Bu, Knesset üzvü, “İsrail bizim evimizdir” partiyasının sədri Aviqdor Libermanın müdaxiləsindən sonra mümkün olub.

    Muxalifet4 - 19-07-2019

  10. Rozanın bu dəfə əzələsi müzakirə olundu - FOTO

    Müğənni Roza Zərgərli hər zaman paylaşdığı fotolarda əməliyyatla böyütdürdüyü ombası ilə müzakirələrə səbəb olub.

    Axşam.az xəbər verir ki, bu dəfə sənətçinin qarın hissəsindəki "paxlavalar" diqqət çəkib.

    Roza son günlər dəb halını alan əməliyyatla qarnına əzələ qoydurub. O, bədənindəki bəzi piyləri çəkdirərək, onları qarnına "paxlava" etdirib.

    Muxalifet4 - 19-07-2019

  11. Tramp Ərəbistana hərbçi göndərir, Konqresin xəbəri yoxdur

    Birləşmiş Ştatlar Səudiyyə Ərəbistanına 500 hərbçi göndərməyi planlaşdırır.

    Muxalifet.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bu barədə "CNN" telekanalı Pentaqon nümayəndələrinə istinadən xəbər verir.

    Məlumata əsasən, hərbçilər şahzadə Sultan aviabazasında yerləşdiriləcək.

    Qeyd olunur ki, ABŞ hərbçilərindən ibarət kiçik kontingent və texniki personal artıq bazadadır. Onlar bazanı "Patriot" zenit-raket kompleksinin gəlişinə hazırlayırlar. Bundan əlavə, kontingent bazanın hava limanını təkmilləşdirir.

    Muxalifet4 - 19-07-2019

  12. Ermənilərin azərbaycanlılara qarşı dəhşətli əməlləri və MƏXFİ “ÖLÜM SİYAHISI”

    1919-cu ilin oktyabrı: İrəvanda Daşnaksütyun partiyasının IX qurultayı keçirilir. Daşnak Şaan Natalinin təşəbbüsü 41 nəfərlik “ölüm siyahısı” tərtib edilir və qondarma soyqırımına görə erməni terrorçular ova çıxırlar.

    Muxalifet4 - 19-07-2019

  13. ABŞ-ın İranın pilotsuz aparatını vurmasının SƏBƏBİ

    ABŞ-ın hərbi gəmisi Fars körfəzində İranın pilotsuz aparatını vurub. Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı ABŞ Prezidenti Donald Tramp verib. Tramp "USS Bokser" tipli hücum gəmisinin ona 900 metr yaxınlaşan pilotsuz aparatı məhv etmək məcburiyyətində qaldığını qeyd edib.

    Muxalifet4 - 19-07-2019

  14. Türkiyə hərəkətə keçdi, strateji nöqtə yerlə-yeksan edildi - QİSAS ƏMƏLİYYATI

    İraqın Ərbil şəhərində türk diplomatının öldürülməsindən sonra Türkiyə Silahlı Qüvvələri PKK terror təşkilatının Mahmur düşərgəsində aviazərbələr endirib.
    Muxalifet.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, təşkilat üçün strateji nöqtələr vurulub.
    Məlumata görə, Mahmurda PKK terrorçularına pilotsuz uçuş aparatlarının istifadəsi üzrə təlim verilirdi. Türk diplomatına hücum edən terrorçunun Mahmur düşərgəsindən təlimat aldığı və 4 dəfə düşərgəyə girib-çıxdığı bildirilir.

    Muxalifet - 19-07-2019

  15. Britaniyada 8 evi olan xarici mafioza qarşı “Zamirə qanunu” tətbiq edildi

    Britaniya polisi ötən gün iyulun 18-də bəyan edib ki, silahlı soyğunçuluq və narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan bandalarla əlaqələrdə şübhəli bilinən xarici biznesmenin əmlakının dondurulmasına qərar verilib. Virtualaz.org xəbər verir ki, həmin biznesmenin adı açıqlanmır.

    Muxalifet - 19-07-2019

  16. İrəvan işğal rejiminə Qərbdə dəstək axtarır - təhlükəli oyun

    Putinin Ermənistana gözlənilən kritik səfəri ərəfəsində maraqlı gəlişmə; politoloq: “Paşinyanın tək ümidi Qərbə qalıb...”

    Ermənistan rəhbərliyi xarici siyasətdə “iki stul” taktikasını davam etdirir. Baş nazir Nikol Paşinyan ümid edir ki, bu yolla həm Rusiyanın, həm də Qərbin, özəlliklə də ABŞ-ın eyni zamanda dəstəyini ala biləcək. Söhbət ən azından siyasi dəstəkdən gedir. Bu, Azərbaycan torpaqlarının işğalını davam etdirmək üçün rəsmi İrəvana hava-su kimi lazımdır.

    Muxalifet - 19-07-2019

  17. Elçin Quliyev yaralı əsgərin BAŞINDAN ÖPDÜ - Video

    Xəbər verdiyimiz kimi, Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən Ermənistanın Noyemberyan rayonunun Zorakan kəndi istiqamətindən açılan atəş nəticəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” sərhəd dəstəsinin sərhəd döyüş məntəqəsində döyüş növbəsində xidmət aparan əsgər Ceyhun Bayramov  yaralanıb.
    Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev hadisə yerində olub, daha sonra yaralı əsgərə baş çəkib.

    Muxalifet - 19-07-2019

  18. “Səfər Əbiyev mənə dedi ki, ağlını başına yığ...” – Keçmiş müavin

    “Eşitdiyimə və mətbuatdan oxuduğuma görə ordumuzda irəliləyişlər var. Açığı, bu məni çox sevindirir. Ancaq mən elə adamam ki, gedib vəziyyətlə yerində tanış olmalı, görməli və sonra konkret fikrimi deməliyəm. Nəzərə alın ki, mənim bir zamanlar statusum nazir müavini olub, uzun illər orduda olmuşam və o dövrdəki vəziyyəti bilirdim”.

    Muxalifet - 19-07-2019

  19. ​Ərdoğanı təhqir edən tanınmış müğənniyə həbs cəzası - FOTO

    Türkiyənin tanınmış müğənni və aktrisası Zuhal Olcaya həbs cəzası verilib. Sənətçi prezidenti təhqir etməkdə günahlandırılır.
    “Cumhuriyet” xəbər verir ki, Z.Olcay məkanların birində səhnə alarkən ifası zamanı Rəcəb Tayyip Ərdoğanı təhqir edib.
    İstanbuldakı 16-cı Cəza Məhkəməsi müğənniyə verilmiş və daha sonra təxirə salınmış 11 ay 20 gün həbs cəzasını qüvvədə saxlayıb.

    Muxalifet - 19-07-2019

  20. MHPdən çox sərt Davutoğlu açıqlaması!

    MHP sədrinin müavini Semih Yalçın Türkiyənin keçmiş Baş naziri Əhməd Davutoğlunun partiyası haqqında açıqlamasına təpki verib.
     
    Yalçın sosial media hesabından etdiyi açıqlamada bu ifadələri işlədib:

    Muxalifet3 - 19-07-2019

Pages