Axtarış
The search found 105783 results in 0.026 seconds.
Search results
ŞOK: Festivalda itləri diri-diri yandırıb, yedilər
Hər il Çinin Yulin vilayətində keçirilən it əti festivalına etirazlar artıb. İt ətindən hazırlanan yeməklər keçirilən festivalda hər il minlərlə it diri-diri yandırılaraq yeyilir.
Muxalifet.az xarici mətbuata istinadən xəbər verir ki, Çin höküməti də bu festivalın keçirilməsini dəstəkləmir. Festival özəl şirkətlər tərəfindən keçirilir.Muxalifet - 18-07-2019
Azərbaycanın qonşuluğunda GÜCLÜ ZƏLZƏLƏ OLDU
İranda yeraltı təkanlar qeydə alınıb.
Ölkənin cənub-qərbində yerləşən Xuzistan əyalətində 4,2 bal gücündə zəlzələ olub.
Yeraltı təkanlar gecə saatlarında qeydə alınıb. Zəlzələnin episentri Ahvaz şəhərindən 33 kilometr məsafədə yerləşib.
İnsan təlafatı və dağıntılar barədə məlumat yoxdur.Muxalifet - 18-07-2019
İran İngiltərədən əvəzini çıxdı! Neft dolu tanker saxlanıldı
İran dövlət televiziyası İran İnqilab Mühafizəçilərinin Körfəzdə xarici bir neft tankerini ələ keçərdiklərini bəyan edib.
İran dövlət televiziyası İran İnqilab Mühafizəçilərinin Oman Körfəzində bir milyon barrel yanacaq qaçaqçılığı etdiyi üçün 12 heyətin vəzifə yerinə yetirdiyi xarici bayraqlı bir gəmiyə əl qoyduğunu bəyan edib.
Açıqlamada, gəminin kimə aid olduğu ifadə edilməyib. Mövzu ilə əlaqəli başqa bir məlumat paylaşılmayıb.
İRANIN GƏMİSİNƏ İNGİLTƏRƏ ƏL QOYMUŞDU
Muxalifet3 - 18-07-2019
Yaponiyada animasiya studiyasında yanğın: 25 ölü - YENİLƏNİB / VİDEO
Yaponiyanın Kioto şəhərindəki animasiya studiyasında baş vermiş yanğında ölənlərin sayı azı 25 nəfərə çatıb.
BBC xəbər verir ki, yanğında onlarla insan da xəsarət alıb.
Bildirilir ki, adı açıqlanmayan kişi səhər saatlarında “Kyoto Animation Co” studiyasına basqın edib.
Polisin məlumatına görə, 41 yaşlı şühbəli kişi yanacaq tökərək ətrafı yandırıb. Şübhəli də yanğın zamanı xəsarət alıb və xəstəxanaya yerləşdirilib.10:48
Muxalifet - 18-07-2019
Sükan arxasında narkotik qəbul etdiyi deyilən sürücü barədə RƏSMİ AÇIQLAMA
Sükan arxasında narkotik vasitə istifadə etdiyi deyilən sürücü barədə hüquq-mühafizə orqanlarına müraciət olunub.
Muxalifet.az Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib. Onun sözlərinə görə, fakt öz təsdiqini taparsa, daşıcı şirkət barədə ölçü götürüləcək:Muxalifet - 18-07-2019
Rusiya Türkiyəyə Su-35 qırıcıları sata bilər
“Rusiya Türkiyəyə Su-35 qırıcı təyyarələri satmağa hazırdır”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rostex Dövlət Koorparasiyasınınrəhbəri Sergey Çemezov deyib. “Əgər türkiyəli həmkarlarımız arzu etsələr, biz Su-35 qırıcılarının göndərilməsinə hazırıq”,- Rostex rəhbəri vurğulayıb. Qeyd edək ki, Ağ Evdən bildirilib ki, Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksi alması Türkiyəyə beşinci nəsil F-35 qırıcılarının satılmasını mümkünsüz edir.
Muxalifet - 18-07-2019
Türkiyədən yeni F-35 açıqlaması
Türkiyənin Müdafiə Sənayesinin rəhbəri İsmayıl Dəmir ''Türkiyənin F-35 proqramından çıxarıldığını rəsmi olaraq gözləyirik. Türkiyə o zamana qədər öhdəiliklərinə bağlı qalacaq. Türkiyə zəruri olmadıqca başqa xarici ölkədən bu yöndə satış həyata keçirməyəcək'' deyib. İsmayıl Dəmir "Türk şirkətləri keçici itkilərə məruz qala bilər, ancaq sənayemiz bundan güclənərək çıxacaq" deyib. Dəmir ABŞ-ın qərarını rəsmi olaraq çatdırmasını gözlədiklərini ifadə edərək Türkiyənin məsuliyyətlərini yerinə yetirməyi davam etdirdiyini söyləyib. Müxalifət.az
Muxalifet3 - 18-07-2019
Rəis müavini dindirildi - 20 il əvvəl baş verən hadisəyə görə törədilən qətl işində
Bibisini qaçıran şəxsi bıçaqlayan Ağayəhya hakim qarşısına çıxarılıb. O, 20 il əvvəl baş verən hadisənin qisasını qanla alıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən 1988-ci il təvəllüdlü Abbasov Ağayəhya Güloğlan oğlunun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hakim Cavid Hüseynovun sədrliyi ilə məhkəmə iclasında Şabran rayon Polis İdarəsinin rəis müavini Laçın Hacıyev ifadə verib.
Muxalifet - 18-07-2019
Bakının bu hissəsində qaz kəsiləcək
Bu gün saat 10:00-dan etibarən Bakının Nərimanov rayonunun “Dəmiryol-30” ünvanında yenidənqurma işləri ilə əlaqədar təbii qaz təchizatı dayandırılıb.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Məlumatda deyilir ki, işlər yekunlaşana qədər 1000 istehlakçının qaz təchizatında fasilə yaranacaq.
Muxalifet - 18-07-2019
Rusiya səfirinin qətli və görüntülərin yayımlanması - TRT-NİN 6 ƏMƏKDAŞI SAXLANILDI
Türkiyə Baş Prokurorluğu Rusiyanın Ankaradakı keçmiş səfiri Andrey Karlovun qətlə yetirilməsi görüntülərinin TRT-də yayımlanması ilə bağlı istintaq çərçivəsində əməliyyat keçirib.
Yerli KİV xəbər verir ki, polis prokurorluğun təlimatı ilə FETÖ üzvləri olduğu iddia edilən 6 TRT işçisini nəzarətə götürüb.
Bildirilir ki, onlardan 5-i kanalın hazırkı , 1-i isə keçmiş əməkdaşıdır.
Muxalifet - 18-07-2019
Sərnişinlərin diqqətinə! - Bu marşrutların hərəkət sxemi dəyişdirilir
XV Avropa Gənclər Yay Olimpiya Festivalının keçiriləcəyi müddətdə yarış və qeyri-yarış məkanları yaxınlığından keçən ictimai nəqliyyat xətləri üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.
İbrahimpaşa Dadaşov küçəsinin 19-27 iyul 2019-cu il tarixlərində bağlanması ilə əlaqədar 6, 88, 88A və 202 nömrəli marşrutların hərəkət sxemində dəyişiklik ediləcək.
18-28 iyul traixlərində isə Xəlil Rza Ulutürk küçəsinin bağlanması ilə əlaqədar 15, 60, 62, 70 nömrəli marşrutların hərəkət sxemində dəyişiklik ediləcək.Muxalifet - 18-07-2019
Lerik sakinləri prezidentdən kömək istəyir - “İcra Hakimiyyəti israrlı xahiş və tələblərimizə məhəl qoymur”
Lerik rayonunun Kekonu və Sorsçay kəndlərinin bir qrup sakini tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Qəzetimiz vasitəsilə ölkə başçısına müraciət edən sakinlər yaşadıqları ərazidə hökm sürən problemlərin həlli üçün yardımçı olmasını xahiş edirlər.
Muxalifet - 18-07-2019
Ermənilər tərəfindən vurulan ƏSGƏRİMİZ Bakıya gətirildi
Ermənilər tərəfindən vurulan əsgərimiz helikopterlə Bakıya gətirilib.
Ötən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəsin pozulması nəticəsində vurulan Ceyhun Bayramov helikopterlə Bakıya gətirilib.
DSX-nın əsgəri helikopterlə xəstəxanaya çatdırılıb. Onun həyatı üçün heç bir təhlükə yoxdur. (BAKU.WS)Muxalifet - 18-07-2019
Xalq artistindən Zaura ŞOK SÖZLƏR: Mən elə ifaçılardan deyiləm ki... - FOTO
"Simnarə xanım bizdən küsgündür ki, bizi niyə efirə gec çağırırsan"
Muxalifet.az Milli.az-a istinadən xəbər verir ki, bu sözləri Zaur Kamal "5/5"də deyib.
Verilişin qonağı olan Xalq artisti Simnarə İmanova səbəbini canlı yayımda kəskin şəkildə bildirib:
"Mən bayaq gələndə dedin ki, "Xarici səfərlərdə olmusunuz". Mən elə ifaçılardan deyiləm ki, telekanallara zəng edim deyim ki, "Mən filan ölkədə olmuşam, məni dəvət edin". Allaha şükür, hər şey göz qabağındadır. Uman yerdən küsərlər. Ona görə deyirəm ki, mən səndən küsmüşəm".Muxalifet - 18-07-2019
Aqil Abbas Oqtay Şirəliyevi “yıxıb-sürüdü” - “Sənin işinin adı nədir?”
Şəkidə Xan sarayının həyətindəki 500 illik çinarın budağının qırılması və ağacın altında qalan turistlər… Bu faciə təbiət hadisəsidir, gözlənilməz və qaçılmazdır. Hər gün dünyada onlarla belə hadisə baş verir. Eləcə də Azərbaycanda, Bakının özündə külək tez-tez ağacları aşırır, budaqlarını qırır, altında maşınlar qalır, əzilənlər olur.
Oxuyuram ki, bu ağacın budanması üçün qoruq məsələ qaldırıb, bələdiyyə məsələ qaldırıb, icra məsələ qaldırıb, amma o bunun üstünə, bu onun üstünə atıb və nəticə…Muxalifet - 18-07-2019
Rayondan gəlib Bakıda 27 yaşlı qızını namus üstündə öldürdü - Hakim cəza verib
Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən İlqar Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. APA -nın məlumatına görə, Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən, İlqar Qurbanov 15 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, hadisə ötən ilin iyun ayında Yasamal rayonu, Həsən Bəy Zərdabi küçəsində baş verib.
Muxalifet - 18-07-2019
Zelenskinin komandasından Putinə ŞOK TƏKLİF
Ukrayna prezidentinin komandası Rusiya prezidenti Vladimir Putin ilə görüşmək istəyir.
Muxalifet.az xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenskinin köməkçisi Sergey Şerif deyib.
“LB.ua” saytına açıqlama verən Şerif bildirib ki, addımlarını atdıqlarını göstərirlər: “Stanitsiya Luqanska əsgər göndərdik. Körpü qurmaq istəyirik. Minsk prosesinə yenidən start verdik. Bununla yanaşı, dövlət başçısı da görüşlərə hazır olduğunu bildirir”.
Şerif qeyd edib ki, Rusiya da görüşlərlə maraqlanır. Çünki Donbasda yaşayan ruslar böhrandan təngə gəliblər.Muxalifet - 18-07-2019
Səfirlik: İran Ermənistanla hərbi sahədə əməkdaşlıq etmir
İranın Azərbaycandakı səfirliyi rəsmi Tehranın işğalçı Ermənistanla hərbi əməkdaşlığına dair yayılan məlumatları təkzib edib.
İran İslam Respublikasının Azərbaycandakı səfirliyindən “Report”a bildirilib ki, İranın Ermənistanla birgə hərbi əməkdaşlığa başlaması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir:
Muxalifet - 18-07-2019
SON DƏQİQƏ: Xəzər dənizində zəlzələ oldu
Xəzər dənizində zəlzələ olub.
Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata görə, iyulun 18-də saat 15:50-də Xəzər dənizində yeraltı təkanlar qeydə alınıb.
Zəlzələnin maqnitudası 3.6, dərinliyi 46 km olub.
Muxalifet - 18-07-2019
Əri ondan xəbərsiz hesabından 300 min çıxarıb - Azərbaycanda
ğdam rayon sakini Aynur Abdunova ondan xəbərsiz bank hesabından 300 min manata yaxın pul çıxaran ərindən boşanıb və ondan hüquq-mühafizə orqanlarına şikayət edib.
Muxalifet - 18-07-2019