Axtarış

The search found 105783 results in 0.025 seconds.

Search results

  1. ABŞ əsgərlərinə hücum! Ölənlər var

    Əfqanıstanın cənubunda olan Qarabağ rayonunda ABŞ güclərinə təşkil edilən hücumda 4 Amerikan əsgəri ölüb.
     
    Yerli qaynaqlardan əldə edilən məlumatlara görə, ölkənin cənubundakı Qazni vilayətinin Qarabağ rayonunda Taliban, ABŞ güclərinə içəridən hücum təşkil edib.
    Əfqan hökumət qüvvələrinin içərisinə sızan bir Taliban mənsubunun atəş açması nəticəsində 4 ABŞ əsgəri ölüb, 3 əsgər də yaralanıb.
    Hücumda Əfqan hökumətinə məxsus xüsusi təyinatlı qüvvələrdən 2 adam ölüb, hücumu təşkil edən Taliban mənsubu da atışmada öldürülüb.

    Muxalifet3 - 17-07-2019

  2. Qadından ailəli kişiyə qarşı RÜSVAYÇI ƏMƏL: elə bir videosunu tapdı ki...

    Azərbaycanda ailəli kişini şantaj etməkdə, onu özünü öldürmə həddinə çatdırmaqda ittiham olunan Samirə Babayevanın barəsində 3 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Teleqraf.com xəbər verir ki, Şamaxı rayon Məhkəməsinin bu qərarından Samirə Babayeva narazı qalıb. O, həmin məhkəməyə barəsində seçilmiş həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəz olunması barədə ərizə verib. Hakim ərizəni təmin etməyib. Bu qərardan narazı qalan Samirə Babayeva apelyasiya şikayəti verib. Sumqayıt Apelyasiya Məhkəməsinin qərarı ilə Samirə Babayevanın şikayəti təmin olunmayıb.

    Muxalifet - 17-07-2019

  3. Elina Hacıyevanın vəfatı ilə bağlı RƏSMİ AÇIQLAMA

    Xəbər verildiyi kimi Bakı şəhəri Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihar etməsi faktı ilə bağlı başlanmış cinayət işi üzrə məktəbin direktoru Sevinc Abbasova Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir.

    Muxalifet4 - 17-07-2019

  4. Türk mənbədən S-400-lərlə bağlı YENİ XƏBƏR: 23-25 iyul tarixlərində...

    S-400 Rusiya zenit-raket komplekslərinin elementlərinin Türkiyəyə çatdırılmasının birinci mərhələsi 23-25 iyul tarixlərində başa çatacaq.

    Publika.az xəbər verir ki, bu haqda “RİA-Novosti” agentliyinə türk hərbi mənbə bildirib.

    Türkiyə Müdafiə Nazirliyinin açıqlamasına görə, Ankaraya artıq S-400 elementləri ilə 14 təyyarə gəlib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, zenit-raket komplekslərinin quraşdırılması 2020-ci ilin aprelində qurtaracaq.

    Muxalifet4 - 17-07-2019

  5. Tiflisdə növbəti aksiya başladı: kitab satılır...

    Gürcüstanın paytaxtı Tiflisdə parlament binası qarşısında növbəti etiraz aksiyası başlayıb. Muxalifet.az xəbər verir ki, etirazçılar DİN rəhbərinin istefasını tələb edirlər. Aksiya çərçivəsində kitabların satışı təşkil olunub. Satışdan əldə olunan gəlirin bir hissəsi aksiya təşkilatçılarının bank hesabına köçürüləcək. Gürcüstanın DİN rəhbəri istintaqa ifadə verdi Bu arada, Gürcüstanın daxili işlər naziri Giorgi Qaxaria Baş Prokurorluqda istintaqa ifadə verib. Nazir Tiflisdə iyunun 20-21-də baş vermiş hadisələrlə bağlı dindirilib.

    Muxalifet4 - 17-07-2019

  6. Gürcüstanda müxalifət liderinin mühafizəçisi saxlanılıb

    Gürcüstanın müxalif “Qalib Gürcüstan” siyasi hərəkatının lideri, keçmiş müdafiə naziri İrakli Okruaşvilinin mühafizəçisi Koba Koşadze saxlanılıb.

    “Report”un Gürcüstan bürosu xəbər verir ki, mühafizəçi silahın qanunsuz əldə olunması və daşınmasında günahlandırılır.

    İ.Okruaşvili mühafizəçisinin saxlanılmasını ona qarşı siyasi təqiblə əlaqələndirib.

    O, K.Koşadzeni uzun illər tanıdığını və onun əlində heç vaxt silah görmədiyini bildirib.

    Muxalifet4 - 17-07-2019

  7. “Qarabağ” “Partizani”yə qarşı - CANLI YAYIM

    Azərbaycanı Çempionlar Liqasında təmsil edən “Qarabağ” bu gün ilk təsnifat mərhələsinin cavab matçına çıxacaq.

    Muxalifet.az xəbər verir ki, Ağdam təmsilçisi Albaniyanın “Partizani” klubu ilə üz-üzə gələcək. 

    İlk matçı Tiranada keçirən tərəflər 0:0-lıq heç-heçəyə razılaşmışdı. 

    Canlı yayım üçün tıkla

    Muxalifet4 - 17-07-2019

  8. Ağstafada 30 yaşlı qadın özünü asdı

    Ağstafada 30 yaşlı qadın intihar edib.

    "Qafqazinfo" nun verdiyi məlumata görə, rayonun Dağ Kəsəmən kənd sakini Günay Budaqova özünü asaraq intihar edib. Onun hansı səbəbdən intihar etdiyi hələ ki, məlum deyil.

    Faktla bağlı araçdırma aparılır. 

    Muxalifet4 - 17-07-2019

  9. ​"Ermənistan silahlı bölmələri mülki traktoru snayper atəşinə tutub" - RƏSMİ AÇIQLAMA

    Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikası istiqamətində yerləşən bölmələri tərəfindən erməni kəndinin atəşə tutulması barədə Ermənistan mətbuatının yaydığı məlumatın heç bir əsası yoxdur. Bu məlumat yalandır və dezinformasiya xarakteri daşıyır.
    Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

    Muxalifet4 - 17-07-2019

  10. ​ŞOK İDDİA: Türkiyəyə hücumların pərdəarxası - VİDEO

    Ərbildə türk səlahiyyətlilərə edilən hücum və Nigeriyada türk dənizçilərin qaçırılması ilə S-400-lərin Türkiyəyə çatdırılması arasında əlaqə var.
    Publika.az xəbər verir ki, bunu “Kanal7”-nin xəbərlər bölməsinin rəhbəri Taha Dağlı bildirib.
    Həmin şərhi təqdim edirik.

    Muxalifet - 17-07-2019

  11. 18 yaşlı Günayın ölümü ilə bağlı dəhşətə gətirən kadrlar - VİDEO

    Dəhşətli hadisə ilə bağlı sosial şəbəkələrdə video yayılıb.

    Muxalifet.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Türkiyənin Kocaeli vilayətinin Gebze qəsəbəsində avtobusa minən 18 yaşlı Günay Gönülaçar avtobus hərəkətdəykən özünü avtomobildən yerə atıb.

    Avtobusun altında qalan qızı dərhal xəstəxanaya çatdırsalar da, onun həyatını xilas etmək mümkün olmayıb.

    Hadisə ilə bağlı sürücü saxlanılıb. O, məhkəmənin qərarı ilə həbs olunub.

    Məsələ ilə bağlı araşdırmalar davam etdirilir.
     

    Muxalifet - 17-07-2019

  12. BAKIDA DƏHŞƏT! Ana bir yaşlı körpəni üçüncü mərtəbədən yerə saldı

    Bakının Nəsimi rayonunda bədbəxt hadisə baş verib. Nəsimi Rayon Polis İdarəsindən Oxu.Az-a verilən məlumata görə, bir yaşlı uşaq üçüncü mərtəbədən yıxılıb. Hadisə ötən gün Şəmsi Bədəlbəyli küçəsi, ev 106 ünvanında olub. Belə ki, 2018-ci il təvəllüdlü Cavadlı Cavidan Cavanşir oğlu anasının ehtiyatsız davranması səbəbindən əlindən yerə düşüb. Kəllə-beyin travması alan körpə ağır vəziyyətdə Klinik Tibbi Mərkəzə yerləşdirilib.

    Muxalifet - 17-07-2019

  13. Ağ Evdən Türkiyə ilə bağlı ŞOK AÇIQLAMA: İmkansız...

    Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksləri alması F-35 təyyarələrinin alınmasını və F-35 proqramında iştirakını imkansız edir.
    Publika.az xəbər verir ki, bu haqda Ağ Evdən verilən açıqlamada deyilir.
    Ağ Evin mətbuat katibi Stefan Qrişemin sözlərinə görə, S-400-lərlə F-35 qırıcıları barədə kəşfiyyat informasiyasının toplanması üçün istifadə oluna bilər.

    Muxalifet - 17-07-2019

  14. Nazirlər Kabineti bu siyahıda dəyişiklik ETDİ

    Nazirlər Kabineti  “Müavinət, təqaüd və kompensasiyanın təyin edilməsi üçün tələb olunan sənədlərin siyahısı”nda dəyişiklik edib.

    Unikal.org xəbər verir ki,  dəyişiklik azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər üçün aylıq müavinətin, təqaüdün və kompensasiyanın təyin edilməsi ilə əlaqədardır.

    Muxalifet - 17-07-2019

  15. Fazil Məmmədovun bankı uğrunda savaş başlayıb

    Səhhətində ciddi problemlər yaranan və heç də yaxşı günlərini yaşamayan sabiq vergilər naziri Fazil Məmmədovun biznes strukturlarında da vəziyyətin yaxşı olmadığına dair məlumatlar daxil olmaqdadır. F.Məmmədovun bankı kimi tanınan “AtaBank”ın ətrafında baş verənlərlə bağlı daxil olan məlumatda deyilir ki, bankda qeyri-müəyyənlik hökm sürməkdədir.

    Muxalifet - 17-07-2019

  16. DƏHŞƏT: Qorxunc heyvan peyda oldu,divarı dağıdır, insana hücum edir - VİDEO

    Sosial şəbəkələrdə görüntüsü yayılan heyvan müzakirələrə səbəb olub. 
    Muxalifet.az oxu24.com-a istinadən xəbər verir ki, Yəməndə çəkilən videoda qəribə heyvanın əsəbi halda divarı dağıtması əks olunub. İzləyicilər bu heyvanın adını bilmədiklərini və ilk dəfə rast gəldiklərini bildiriblər. 
    Həmin videonu təqdim edirik:

    Muxalifet - 17-07-2019

  17. UEFA Çempionlar Liqası: “Qarabağ” növbəti mərhələdə - YENİLƏNDİ

    Dani Kintana əsas vaxta əlavə olunmuş 4-cü dəqiqədə matçda son nöqtəni qoyur - 2:0. Beləliklə, Tiranadakı ilk matçda qolsuz bərabərliyə razılaşan Qurban Qurbanovun komandası növbəti mərhələyə yüksəlib.

    ***
    22:08

    "Qarabağ" 51-ci dəqiqədə hesabı açır. Komandamızın heyətində Filip Ozobiç fərqlənir - 1:0.

    ***
    21:00

    "Qarabağ"-"Partizani" matçı başladı.

    ***
    20:04

    Muxalifet - 17-07-2019

  18. İkinci dəfə ərə gedən Sevincdən qısa şortda EHTİRASLI RƏQS - VİDEO

    Türkiyəyə köçən müğənni Sevinc Ağaşirinova rəqs məşqlərindən qalmır.
    Cazibədar ifaçı instaqram hesabından qısa şortda etdiyi rəqsin videosunu paylaşıb.
    Sevincin əcnəbi ulduzların səhnə şousunu xatırladan rəqs performansını təqdim edirik:
    Qeyd edək ki, ilanla klip çəkdirərək şou-biznesə iddialı giriş edən Sevinc Ağaşirinova bir müddət öncə efirlərə çıxmaq üçün can atsa da, indi gözə dəymir. Buna səbəb onun ikinci dəfə ailə həyatı qurmasıdır.
     

    Muxalifet - 18-07-2019

  19. "Azarkeş dəstəyi ilə futbolçular daha inamlı olur" - Qurban Qurbanov

    "Futbolçularıma təşəkkür edirəm. Bu gün çox səbirli oynadılar və lazım olan anda hücum etdilər". Muxalifet.az-ın APA-ya istinadən məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib. Çempionlar Liqasının I təsnifat mərhələsində Albaniya çempionu "Partizani" ilə səfərdə qolsuz bərabərə qalan Azərbaycan çempionu cavab qarşılaşmasında 2:0 hesabı ilə qalib gələrək, yoluna davam edib. Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında Q. Qurbanov bildirib ki, komandası baxımlı oyun göstərib: "İlk turlarda görüşdüyümüz ən çətin rəqiblərdən biri idi.

    Muxalifet - 18-07-2019

  20. “Balacaboy” ləqəbli narkobarona ömürlük həbs və 12,6 milyard dollarlıq cərimə...

    ABŞ-ın Nyu-York şəhərinin Bruklin rayon məhkəməsi “El Çapo” (Balacaboy) ləqəbli meksikalı narkobaron Xoakin Qusmanı ömürlük həbs cəzasına məhkum edib.

    Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Xoakin Qusman bundan başqa 12,6 milyard dollar cərimə də ödəməlidir. 
    Meksikanın ən böyük “Sinaloa” narkokartelinin 62 yaşlı lideri iki dəfə həbsxanadan qaçması ilə tanınır.

    Muxalifet - 18-07-2019

Pages