Axtarış
The search found 105783 results in 0.066 seconds.
Search results
Kral, uğrunda taxtından imtina etdiyi rus gözəlindən boşandı
Malayziyanın ali hökmdarı, 49 yaşlı kral 5-ci Məhəmməd, uğrunda taxtından imtina etdiyi 27 yaşlı, 2015-ci ildə rus gözəli seçilmiş Oksana Voyevodinadan boşanıb. Qeyd edək ki, cütlük ötən ilin noyabrında Moskvada toy edərək, evlənmişdi.
Rus gözəli bu evlilikdən sonra müsəlmanlığı qəbul etmiş, kral isə öz taxtından imtina etmişdi.
Qeyd edək ki, 5-ci Məhəmməd Malayziya tarixində taxtından imtina edən ilk kraldır.
İki ay öncə isə cütlüyün oğlu dünyaya gəlib.Muxalifet - 18-07-2019
Səfər Mehdiyevin daha bir qohumundan sensasion şikayət - Komitə sədrinin baldızı oğlu kimdir?
Gömrüyün Azərbaycan iqtisadiyyatının ən yaralı yerlərindən biri olduğunu hamımız bilirik. Xatırladaq ki, uzun illər bu qurumda sədrin birinci müavini olaraq çalışan Səfər Mehdiyev bu qurumun rəhbərliyinə təyinat alarkən təcrübəli bir şəxs kimi qurumdakı neqativ halların qarşısını alacağı ilə bağlı bəyanat vermişdi. Hətta qurum rəhbəri bir müddət sonra Gömrükdə monopoliyanın aradan qaldırıldığını və rüşvətin qurumdan yığışdırıldığını bəyan etmişdi. Bu gurultulu bəyanat cəmiyyətdə heç də bir mənalı olaraq qarşılanmamış və bir çoxları bu bəyanatı "dekorativ” xarakterli olduğunu bildirmişdi.
Muxalifet - 18-07-2019
Aygün Kazımovanın qızı İlqarənin arxiv fotosu YAYILDI - FOTO
Xalq artisti Aygün Kazımovanın qızı İlqarənin arxiv fotosu yayılıb. Muxalifet.az xəbər verir ki, İlqarənin uşaqlıq illərinə təsadüf edən foto sosial şəbəkədə böyük rezonans doğurub. Keçmiş ifaçının estetiksiz görüntüləri və təbii halı geniş müzakirələrə səbəb olub. Sözügedən fotonu təqdim edirik:
Muxalifet - 18-07-2019
HƏBSXANADA ÖVLAD BÖYÜDƏN ANALAR: "Fətəliyeva həyat yoldaşının birinci arvadını öldürüb..." - VİDEO
İctimai televiziya cəzaçəkmə müəssisələrində övlad böyüdən qadın məhkumlarla bağlı reportaj hazırlayıb. 4 saylı cəzaçəkmə müəssisəsində məhkumluq həyatı yaşayan Gülüş Fətəliyeva törətdiyi əməlindən peşmanlıq hissi yaşadığını bildirir. O, bildirir ki, həyat yoldaşının birinci arvadı övladını döydüyü üçün onu qətlə yetirib. Gülüş üçüncü övladını cəzaçəkmə müəssisəsində dünyaya gətirib. 9 il həbs cəzası alan qadın həm də digər iki övladından ayrı düşüb. Oğlu Yusifin 3 yaşı tamam olduqdan sonra anasından ayrılmağa məcbur qalacaq.
Muxalifet - 18-07-2019
Antalyada azərbaycanlıların olduğu avtobus aşdı - ADLAR
Türkiyədə azərbaycanlıların olduğu avtobus qəza törədib.
Trend-in məlumatına görə, hadisə ötən gün Antalyanın Manavqat vilayətində baş verib. Turistləri daşıyan avtobus idarəetməni itirərək yoldan çıxaraq aşıb.
Avtobusun dərəyə aşması nəticəsində Məmmədovlar ailəsinin 5 üzvü müxtəlif dərəcəli xəsarətlər alıb: Elşən Məmmədov, Şəfəq Məmmədova, Nur Məmmədov, Ceyran Məmmədova və Əsma Məmmədova.
Hadisə yerinə cəlb olunan təcili yardım briqadası xəsarət alan şəxsləri xəstəxanaya çatdırıblar. Onların vəziyyətinin yaxşı olduğu deyilir.Muxalifet - 18-07-2019
Sağlamlıq üçün təhlükəli olan limonadların adı açıqlandı
Ağdaşda ötən gün aşkar edilən qanunsuz limonad sexində istehsal edilən içkilərin adları açıqlanıb.
Qida Təhlükəsizliyi Agentliyindən verilən məlumata görə, natrium benzoat (E211) konservantından, müxtəlif qatqılardan (rəngləyici, dad və aromat gücləndiriciləri) istifadə olunmasına baxmayaraq, içkilərin etiketində bu barədə heç bir məlumatın qeyd olunmadığı, qablaşdırmada istifadə olunan plastik (pet) butulkalar və qapaqların isə dezinfeksiya edilmədiyi və müşayiətedici sənədlərinin olmadığı müəyyən edilən sexdə istehsal olunan limonadların adları məlum olub.Muxalifet - 18-07-2019
“FaceApp” Rusiyanın planıdır? - Senator həyəcan təbili çaldı
Fotoşəkillərin işlənməsi üçün nəzərdə tutulmuş "FaceApp” tətbiqi ABŞ-ın milli təhlükəsizliyinə təhdid törədir. RBK xəbər verir ki, bunu ABŞ Senatında demokratların lideri Çak Şumer deyib. O, məsələ ilə bağlı ABŞ-ın Federal Təhqiqatlar Bürosunun direktoruna və Federal Ticarət Komissiyasına məktub göndərib.
Muxalifet - 18-07-2019
“Türkiyə “S-400″lər və “F-35″lərdən daha əhəmiyyətlidir” – NATO-nun baş katibi
“Türkiyənin NATO-da iştirakı və NATO-nun Türkiyə ilə əməkdaşlığı “F-35”lərdən daha dərin və əhatəlidir”. “Report” “Hurriyet”ə istinadən xəbər verir ki, bunu NATO-nin baş katibi Yens Stoltenberq ABŞ-ın Türkiyəyə “F-35” qırıcıları verməsini qadağan etməsi haqqında qərarına münasibət bildirərkən açıqlayıb. ABŞ-ın Kolorado ştatında Aspen İnstitutu tərəfindən təşkil edilən təhlükəsizlik konfrasında danışan baş katib Türkiyənin Rusiyadan “S-400” Zenit-Raket Kompleksi almasına belə münasibət bildirib: “S-400” məsələsinin əhəmiyyətini azaltmaq istəmirəm.
Muxalifet - 18-07-2019
Britaniya imperiyasının sonu və Amerika imperiyasının yaranışı – Dünya hegemonunun aqibəti necə olacaq?
Rik Atkinson
“The Washington Post”, 02.07.2019
İmperiyanı yaratmaq çətindir, amma onu sabit saxlmaq daha çətindir. Durğunluq başlayan kimi, imperiyadakı mərkəzdəqaçma qüvvələri – davamlı gərginlik, təkəbbür, strateji yanlış hesablama, həm xarici, həm də daxili düşmənlər ona təhlükə yaradır.
Muxalifet - 18-07-2019
Avropa Birliyinin sanksiyası Türkiyəyə necə təsir edəcək? - TƏHLİL
Avropa Birliyi Türkiyənin Şərqi Aralıq dənizindəki qanuni fəaliyyətlərinə qarşı 4 maddəlik bir sanksiya siyahısı hazırladı.
Türkiyənin Xarici İşlər naziri Mevlud Çavuşoğlu o qərar üçün "Boş şeydir, buna sanksiya belə demək olmaz" dedi, "Türkiyəyə təsir edəcək bir şey deyil" deyə də əlavə etdi.
İndi AB-nin sanksiya siyahısına nəzər yetirək.Muxalifet3 - 18-07-2019
Bakıda ŞOK OLAY: Bu tanınmış şəxs pedofil imiş
Bakıda pedofillikdə şübhəli bilinən futbol məşqçisi saxlanılıb.
Muxalifet.az oxu.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı P.F. adlı 31 yaşlı paytaxt sakininin 12-ci Polis şöbəsinə müraciət etdiyi bəlli olub.
Sözügedən qadın bildirib ki, 41 yaşlı Y.M. adlı futbol məşqçisi onun oğluna əxlaqsız təkliflər edib. Məşqçi yeniyetmənin telefonuna SMS-lər göndərərək onunla cinsi əlaqəyə girməyi təklif edib.Muxalifet - 18-07-2019
Şəhərin mərkəzindəki hotelin eyvanında turistlərdən RÜSVAYÇI HƏRƏKƏT: əlaqəyə girdilər və... - VİDEO
İspaniyanın Mallorka şəhərində fəaliyyət göstərən hotellərin birində əxlaqsız görüntülər lentə alınıb.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, şəhərin mərkəzində yerləşən hoteldə dincələn bir cütlük gündüz vaxtı ətrafdakıları vecinə almadan eyvanda cinsi əlaqəyə girib.
Əksəriyyəti alman və ingilis turistlərin olduğu hoteldə cütlüyün hər kəsin gözü qarşısında cinsi əlaqəyə girməsi hadisə şahidlərini şoka salıb. Olay eyvanın yaxınlığından keçən başqa bir turist tərəfindən lentə alınıb. Kameraya çəkildiklərini görən cütlük tələsik otağa keçiblər.Muxalifet - 18-07-2019
Bakı-Sumqayıt yolunda 6 maşın toqquşdu
Bakı-Sumqayıt yolunda zəncirvari qəza olub. "Report" xəbər verir ki, hadisə yolun Xırdalan qəbristanlığının yaxınlığından keçən hissəsində qeydə alınıb. Qəza nəticəsində 6 maşın toqquşub. Xəsarət alan olmasa da, avtomobillərə xeyli ziyan dəyib. Hadisə yerinə Dövlət Yol Polisinin əməkdaşları gəlib və əraziyə evakuator cəlb olunub. Hazırda həmin yolda böyük tıxac var.
Muxalifet - 18-07-2019
Bakıda manyak peyda oldu – Qadınların alt paltarını ... - VİDEO
Bakıda qadın alt paltarları oğurlayan manyak peyda olub. Muxalifet.az xəbər verir ki, bu barədə hadisə şahidləri BAKU.WS-in “qaynar xətti”nə şikayətlərində bildiriblər. Şikayət paytaxtın Xətai rayonu sakinindən edilib. Bildirilir ki, Xuda Məmmədov küçəsi 25 ünvanında, “Modern” idman əyləncə mərkəzinin yaxınlığında yaşayan sakinlərindən edilib. Orada peyda olan orta yaşlı kişi zivələrdən qadın alt paltarlarını oğurlayır. Onun görüntüləri müşahidə kameralarını düşüb. Görüntülərdən də, göründüyü kimi kişi ipdən asılan paltarların heç birinə dəymir. Yalnız qadın alt paltarlarını götürür.
Muxalifet - 18-07-2019
“Təkrar edirəm, Qarabağın həlli Azərbaycan xalqını da qane etməlidir” - Paşinyandan ŞOK AÇIQLAMA
Yerevanla Bakı arasında “qaynar xətt” işləyir, lakin bu, təəssüf ki, qurbanların olmayacağına zəmanət vermir.
Virtualaz.org xəbər verir ki, bunu “Azadlıq” radiosunun erməni xidmətinə verdiyi müsahibədə Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
Muxalifet - 18-07-2019
"S-400"lərin yaradıcısı, azərbaycanlı milyarder - FOTOLAR
Son günlər siyasət aləminin ən aktual məsələsi olan "S-400” müdafiə sistemlərinin yaradıcısı həmyerlimiz İqor Aşurbəylidir.
Türkiyənin "Yeni Akit” qəzetində bununla bağlı məqalə yayımlanıb.
Məqalədə Rusiyanın ən gizli şirkəti olan "Almaz-Antey”in İdarə Heyətinin rəhbəri, Rusiya hərbi sənayesinin istehsal etdiyi "S-300 Favorit” və "S-400 Triumf” raket müdafiə sistemlərinin yaradıcısı və istehsalçısının Azərbaycan əsilli İqor Aşurbəyli olduğu qeyd edilib.Muxalifet - 18-07-2019
Azərbaycanda qayınananın kürəkəni tərəfindən zorlanması ilə bağlı İNANILMAZ FAKTLAR
Bu günlərdə Quba rayonunun kəndlərindən birində baş vermiş zorlama hadisəsi ilə bağlı maraqlı məqamlar üzə çıxıb. Muxalifet.az bildirir ki, publika.az-ın əldə etdiyi məlumata görə, bir neçə gün əvvəl rayonun kəndlərindən birində yaşayan 1966-cı il təvəllüdlü Tahirə Qasımova (ad və soyadlar şərtidir) polisə müraciət edərək kürəkəninin onu zorladığını bildirməsindən və qadının qızının 34 yaşlı əri Elşad barəsində cinayət işinin açılaraq onun həbs edilməsindən sonra şikayətçi tərəf peşman olub.
Muxalifet - 18-07-2019
Ermənilərdən NÖVBƏTİ TƏXRİBAT: əsgərimiz yaralandı - General HADİSƏ YERİNDƏ
Dövlət Sərhəd Xidməti (DSX) Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin pozulması barədə məlumat yayıb.
DSX-dən Muxalifet.az-a verilən məlumata görə, 18 iyul 2019-cu il tarixdə saat 00:20 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən Ermənistanın Noyemberyan rayonunun Zorakan kəndi istiqamətindən iri çaplı silahlardan atəş açılmaqla atəşkəs rejimi pozulub, Qazax rayonunun II Şıxlı kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsinin mövqeləri atəşə tutulub. Cavab atəşi ilə düşmən susdurulub.Muxalifet - 18-07-2019
Maaşlar və yaşayış minimumu ilə bağlı əhaliyə ŞAD XƏBƏR
Muxalifet.az Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli “Yeni Müsavat”a müsahibəsini təqdim edir:
- Hadi müəllim, sizinlə sonuncu müsahibəmizdə növbəti sərəncamların anonsunu vermişdiniz. Çox keçmədi ki, prezident mühüm qərarlar verdi, necə deyərlər, söhbətimiz düşərli oldu. Bu mənada növbəti müsahibəmizdə də xoş xəbərlərin anonsunu eşidəcəyimizi güman edirəm.Muxalifet - 18-07-2019
Stansiyada dayanan yaşlı qadını relslərə belə itələdi - ŞOK VİDEO
Kanadada Stephanie Lee Favel adlı xanım qatar stansiyasında dayanan yaşlı qadını relslərə itələyib.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, 8 noyabrda baş verən hadisənin görüntüləri yayılıb.
Belə ki, qatar stansiyaya yaxınlaşanda Favel 64 yaşlı qadını relslərə doğru itələyib. Yavaş sürətlə hərəkət etdiyindən maşinist çətinlik çəkmədən qatarı dayandıra bilib. Mühafizəçilər isə şübhəli qadını saxlayıblar.
Favel məhkəmədə yaşlı qadını relslərə itələdiyini etiraf edib və ona 5 il həbs cəzası verilib.
Muxalifet - 18-07-2019