Axtarış
The search found 105783 results in 0.045 seconds.
Search results
ŞOK: Pərvin Abıyeva şəhərdə bikini ilə avtomobil SÜRDÜ - VIDEO
Aktrisa Pərvin Abıyeva istirahət edərkən görüntülənib.
Məkanların birində istirahət edən Pərvin Abıyeva istirahət fotolarını İnstagramda paylaşıb.
O, bikinisi ilə poz verib. Məkandan çıxan aktrisanın bikinidə avtomobilini idarə etdiyi diqqət çəkib.
Həmin görüntüləri təqdim edirik:/big.azMuxalifet - 18-07-2019
Şamaxıda ağır qəza: 6 nəfər yaralandı - VİDEO
Şamaxı rayonunda yol qəzası baş verib. Hadisə Göylər kəndində qeydə alınıb. Belə ki, "VAZ-2115" və "QAZ-31" markalı avtomobillər toqquşub. Hadisə zamanı "VAZ-2115"in sürücüsü Şükürov Ruslan Balacan oğlu, "QAZ-31" markalı avtomobilin sürücüsü, 68 yaşlı Kərimov Hücrət Ağasəlim oğlu, Kürdəmir sakinləri - 26 yaşlı Şükürov Saleh Taleh oğlu, 23 yaşlı Qəhrəmanov Elməddin Elşad oğlu, 22 yaşlı Səfərov Qabil Habil oğlu və 33 yaşlı Mürsəlov Elvin Eynulla oğlu xəsarət alıblar. Faktla bağlı araşdırma aparılır (Report).
Muxalifet - 18-07-2019
Ərbildəki Türk diplomatlara hücumun arxasında kim var?
Türkiyə “Pəncə” əməliyyatı ilə İraqda Kandildən Münbiçə uzanan terror koridorunu dağıdarkən, Kürdlərin yaşadığı Şimali İraq müxtariyyətinin paytaxtı Ərbildən alçaq bir terror xəbəri gəldi. Restoranda yemək yeyən Türk diplomatlar silahlı hücuma uğradı. Konsılluq əməkdaşı Osman Kosa şəhid olarkən, masada olan 2 İraqlı da həyatını itirdi. Hücumu boynuna götürən olmadı, ancaq işarələr PKK və dəstəkçisi ABŞ-nı göstərir. Türkiyənin digər terror düşərgələrinə əməliyyata hazırlandığı, İraqla yaxınlaşmanın artdığı bir dövrdə özündə mesaj daşıyan bir hücum meydana gəldi.
Muxalifet3 - 18-07-2019
3 kişi ilə evli olan, məşhur rəssamla dəlicəsinə eşq yaşayan məşhur - MARAQLI FAKTLAR
Doğum tarixini soruşan olanda: “Çarli Çaplin, Tolstoyun “Kreyser sonatası” və Eyfel qülləsi ilə bir ildə anadan olmuşam” deyirdi. Bir də deyirdi “Sevinci və qəm dolçasını dibinə qədər içmişəm. Hər şeyin fərqindəyəm” . Şeir kimi yaşadığı ömrü boyu epoxalar dəyişib, iki dünya müharibəsinə şahidlik edib, Leninqrad inqilabı və blokadasını dadıb. Amma ömrünün qaranlıq səhifələri qəlbindəki tufanların, vulkanların yanında sönük qalıb. Ömrümüzün ən məsumuncu illərində hamımız iki misra da olsa, cızmışıq. Anna Axmatova ilk şeirini 11 yaşında yazmışdı.
Muxalifet - 18-07-2019
S-400 daşıyan 15-ci Rus təyyarəsi Ankaraya endi
S-400 Uzun Mənzilli Bölgə Havadan və Raketdən Müdafiə Sistemi vəsaitlərinin daşınması çərçivəsində 15-ci Rusiya təyyarəsi Mürtəd Hava Meydanına enib. Daşınmanın yeddinci günündə müdafiə sisteminə aid vəsaitlərin daşınması planlandığı şəkildə davam edir. Daşınma çərçivəsində 15-ci Rusiya təyyarəsi Mürtəd Hava Meydanına enib. Müxalifət.az
Muxalifet3 - 18-07-2019
Bakıda OLAY: Qudası 47 yaşlı qadını döyüb, xəstəxanalıq etdi
Bakıda döyülmə hadisəsi baş verib. Muxalifet.az xəbər verir ki, hadisə Suraxanı rayonu Köhnə Günəşli, "Zeytun" küçəsində qeydə alınıb. 47 yaşlı Hüseynova Kifayət Baxşəli qızı qudası tərəfindən döyülüb. O, qapalı kəllə-beyin travması diaqnozu ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib
Muxalifet - 18-07-2019
Bakıda ərəblərin olduğu avtomobil qəzaya uğradı – Yaralılar var – VİDEO
Bu gecə Bakının Nərimanov rayonunda yol qəzası baş verib.
Muxalifet.az xəbər verir ki, bu barədə hadisə şahidləri BAKU.WS-in "qaynar xətti”nə məlumat veriblər.
Bildirilib ki, səhərə yaxın, saat təxminən 4 radələrində "Gənclik” stansiyasının yaxınlığında, "Peugeot” markalı taksi ilə ilə "Niva” markalı maşın toqquşub.
Qəza zamanı hər iki maşında xəsarət alanlar olub. Lakin "Niva” markalı maşının sürücüsü ağır yaralandığı üçün xəstəxanaya aparılıb.Muxalifet - 18-07-2019
Trampa soyuq duş! Səudiyyə ilə bağlı hesabları alt-üst oldu
ABŞ Nümayəndələr Palatası prezident Donald Trampın iki dəfə veto etdiyi ABŞ-ın Səudiyyə Ərəbistanına planlaşdırdığı silah satışınə maneə törədəcək 3 qanunu təkrar təsdiqləyib.
Palatada keçirilən səsvermədə ilk iki qanun 190 "əleyhinə", 238 “lehinə” olmaqla keçərkən, üçüncü qanun isə 190 səsə qarşı 237 lehinə olmaqla təsdiqlənib.Muxalifet3 - 18-07-2019
Bakının ildırımsürətli savaş planı - “Ermənistan, faktiki, müttəfiqsiz qalıb...”
Türkiyədəki azərbaycanlı politoloqdan sensasion təklif; Ankara-Moskva yaxınlaşması Bakıya Qarabağ fürsəti yarada bilərmi? Türkiyə ilə Rusiya arasında hərbi əməkdaşlıq Qərbdə güclü qıcıq və narahatlıq doğurmasına rəğmən, artıq yeni mərhələsinə adlayıb. Ankara ilə Vaşinqton arasında S-400 böhranı pik həddə çatdığı vaxtda isə Rusiyadan Türkiyəyə yeni təklif gəlib. Məlumatlara görə, Moskva Ankaraya analoqu olmayan yeni nəsil döyüş təyyarələri - Su-57-lər sata biləcəyini açıqlayıb.
Muxalifet - 18-07-2019
ŞOK: İcra başçısının parnikinin 70 min QAZ PULU BORCU VAR
Salyan rayon İcra Hakimiyyətinin keçmiş icra başçısı Tahir Kərimovun “Azəriqaz” İstehsalat Birliyinə 70 min manata yaxın borcu ortaya çıxıb. Sözügedən borc bir neçə il öncədən qalmış və indiyədək ödənilməmiş vəsaitdir. Sözügedən borc Salyanın Çadırlı kəndi ərazisində Tahir Kərimova məxsus olan 2 hekdardan artıq istixana təsərrüfatına görə yaranıb. Tahir Kərimov həmin istixana kompleksini Salyan rayon İcra Hakimiyyətinin başçısı olduğu illərdə yaradıb. Sözügedən istixanada xiyar və pomidor sortları becərilir.
Muxalifet - 18-07-2019
Suriyanın şimalında “Ozanyan qrupu” təlim keçir, Qarabağa da keçə bilər - ERMƏNİSTAN ASALA-NI YENİ ADLA DİRÇƏLDİR - FOTO
İndiyə qədər PKK-ya silah və maddi dəstək verən Ermənistan hazırda ASALA terror təşkilatını yeni adla dirçəltməyə başlayıb. Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Suriyanın şimalındakı Haseki bölgəsində qurulan və Ermənistanın birbaşa dəstəklədiyi, Nubar Ozanyan adını daşıyan erməni yaraqlı qruplaşması getdikcə böyüməkdədir. Bu qruplaşmanın qərargahından yeni görüntülər sosial şəbəkələrdə yayılıb və məlum olur ki, “Ozanyan qrupu” qərargahında Ermənistan bayrağını asıb. “Ozanyan qrupu” əvvəlcə suriyalı ermənilərdən ibarət olmaqla 90 nəfərlik batalyon kimi formalaşıb.
Muxalifet - 18-07-2019
NATO-dan son dəqiqə açıqlaması: Türkiyə NATO-dan çıxarılacaqmı?
NATO-nun baş katibiı Jens Stoltenberg "Türkiyənin NATO-ya qatqısı və NATO-nun Türkiyə ilə əməkdaşlığı F-35-lərdən daha dərin və əhatəlidir. S-400 məsələsini kiçik məsələ hesab etmirəm, ancaq bir NATO müttəfiqi olaraq Türkiyə S-400-lərdən daha üstündür" deyib.
Muxalifet3 - 18-07-2019
Türkiyə F-35 proqramından nə vaxt tam kənarlaşdırılacaq?
Türkiyənin F-35 proqramında iştirakı dayandıracağı vaxt açıqlanıb.
Muxalifet.az xarici KİV-ə istinadən xəbər verir ki, Türkiyə bu addımı 2020-ci ilin martında atacaq və bu məlumatı jurnalistlərə ABŞ müdafiə nazirinin müavini Ellen Lord deyib.
Onun sözlərinə görə, ABŞ 2018-ci ildən təxminən 900 komplekt hissənin tədarükünü həyata keçirəcək alternativ ölkənin axtarışı ilə məşğul olub, buna görə də Türkiyənin proqramdan kənarlaşdırılması onun icrasına minimal təsir göstərəcək. Buna qədər həmin 900 hissənin çatdırılmasını Türkiyə öz öhdəliyinə götürmüşdü.Muxalifet - 18-07-2019
Ata ağlayan qızlarını bu üsulla sakitləşdirdi - Rekord qıran VİDEO
İxtiraçı ata ağlayan hər üç qızının öhdəsindən gəlməyin yolunu tapıb. Muxalifet.az qafqazinfo-ya istinadən bildirir ki, həmin anı görüntüləyən kişi videosu ilə sosial şəbəkədə bir anda məşhurlaşıb. Kadrlardan göründüyü kimi, ata əllərində var gücü ilə ağlayan qızını tutub. Əvvəlcə kişi ona fikir vermir, daha sonra isə soruşur: "Dayan, biz ağlayırıq?". Ardınca o, qızına deyir ki, indi onun növbəsidir və başlayır ağlamağa, qız isə həmin vaxt sakit durur. Sonra o, növbəni yenidən qızına ötürür. Uşaq əvvəlcə imtina edir, sonra isə, sadəcə, bir dəfə qışqırır.
Muxalifet - 18-07-2019
Rusiyadan Avropa Birliyinə “Türkiyə və Şərqi Aralıq dənizi” mesajı!
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Avropa Birliyinin (AB) Türkiyəyə Şərqi Aralıq dənizindəki kəşfiyyat qazma işlərindən ötəri birtərəfli olaraq tətbiq etdiyi sanksiyaları dəstəkləmədiklərini ifadə edib. Zaxarova bu günkü mətbuat konfransında, "Sanksiya təzyiqinin bir vasitə olmadığından hərəkət edirik. Hərçənd bu təəssüf ki, artıq müasir beynəlxalq əlaqələrinin bir amilidir. Amma qəti olaraq diplomatiya bazasından deyil və heç bir halda beynəlxalq siyasətin təməlində yer almamalıdır" deyib.
Muxalifet3 - 18-07-2019
Düşmən bölmələrimizi iriçaplı pulemyotlardan və snayperdən ATƏŞƏ TUTDU
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 25 dəfə pozub.
Muxalifet - 18-07-2019
Zelenski övladlarına qadağa qoydu
Ukrayna prezidenti övladlarına atalarının vəzifəsi ilə öyünməyi qadağan edib
Muxalifet.az report-a istinadən xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski oğluna onun vəzifəsi ilə öyünməyə icazə vermədiyini bildirib.
Dövlət başçısının oğlu buna görə atasını "Harri Potter" haqqında kitabların qəhrəmanı Volan-de-Mortla müqayisə etdiyini bildirib.Muxalifet - 18-07-2019
ABŞ-ın F-35 qərarına Ankaradan ilk təpki!
Türkiyənin Xarici İşlər Nazirliyi ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) F-35 açıqlamasına təpki verərək "ABŞ-ın birtərəfli addımı müttəfiqlik ruhuyla uyğun gəlməz. ABŞ-ı strateji əlaqələrimizdə ciddi yaralar açacaq bu səhvdən geri dönməyə dəvət deyirik" deyə açıqlama verib.
Açıqlamada bu fikirlər qeyd olunub:
"Ağ Ev və ABŞ Müdafiə Nazirliyi bu gün (17 İyul) S-400 havadan müdafiə sistemini tədarük etdiyimiz üçün ölkəmizin F-35 proqramından çıxarılacağını açıqlamışdır.Muxalifet3 - 18-07-2019
Abituriyentlərin DİQQƏTİNƏ: Düzgün ixtisas seçimi etmək üçün bunları bilməlisiniz - VİDEO
Bu il birinci ixtisas qrupu üzrə 15 min 223 plan yeri ayrılıb, imtahanda isə 150 və ondan yuxarı bal toplayan cəmi 15 min 101 abituriyent var. Ötən illə müqayisədə bu il abituriyentlərin imtahan nəticələrində bal ortalaması da əvvəlki illərə nisbətən aşağıdır. Bu isə o deməkdir ki, düzgün ixtisas seçimi edən hər bir abituriyent tələbə adını qazana biləcək.
Muxalifet - 18-07-2019
Xəzərdə batmış qadın və 2 uşağın meyiti tapıldı
Xəzər dənizində batmış 4 nəfərin meyiti aşkar edilib.
Trend-in məlumatına görə, rusiyalı xilasedicilər meyitləri Dağıstanın Qarabudaqkənd rayonunun Xəzər sahilləri tərəfdə aşkar edib.
Qeyd edək ki, dünən 4 nəfərin batması barədə xəbər daxil olmuşdu. Batanlardan 2-i qadın, 2-i isə azyaşlıdır.
Fövqəladə Xidmət bütün meyitlərin Xəzər akvatoriyasında tapılaraq təhvil verildiyini bildirib.Muxalifet - 18-07-2019