Axtarış
The search found 105783 results in 0.032 seconds.
Search results
BŞİH Qarabağ komitəsinin mitinqinə razılıq verməyib
Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) Qarabağ komitəsinin iyulun 23-nə təyin etdiyi mitinqlə bağlı müraciətinə cavab verib.
APA-nın məlumatına görə, BŞİH-də müraciətə baxılıb və Qarabağ komitəsinin Yasamal rayonu, İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul") mitinq keçirməsinə razılıq verilməyib.
Bununla bağlı təşkilatçılara məlumat çatdırılıb.
Muxalifet - 19-07-2019
Məhkəmə sədri vəzifəsindən azad edildi və... - İlham Əliyevdən SƏRƏNCAM
Prezident İlham Əliyev Ağstafa Rayon Məhkəməsinin sədri İlqar Əliyevin vəzifəsinin dəyişdirilməsi haqqında sərəncam imzalayıb.
Unikal.org xəbər verir ki, sərəncamla İlqar Yadulla oğlu Əliyev Ağstafa Rayon Məhkəməsinin hakimi və sədri vəzifəsindən azad edilərək Xocavənd Rayon Məhkəməsinin hakimi və sədri təyin edilib.
Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.
Muxalifet - 19-07-2019
Ermənistandan Naxçıvanla bağlı SENSASİON ÇAĞIRIŞ: Səfərbərlik və hücum
Ermənistanda Naxçıvanala bağlı iddialar yenidən gündəmə gəlib.
Ermənistan Xristian-Demokratik Partiyasının sədri Levon Şirinyan Naxçıvanın ermənilərə aid olması ilə bağlı beynəlxalq səviyyədə məsələ qaldırmağı təklif edir.
Onun sözlərinə görə, Rusiya-Türkiyə müqaviləsinin 100 illiyi tamam olur və Naxçıvanın ermənilərə verilməsi üçün bu məqamdan isifadə edilməlidir.
Qeyd edək ki, ermənilər Naxçıvanın onlara aid olduğunu və Qars müqaviləsi ilə Azərbaycana verildiyini iddia edirlər.Muxalifet - 19-07-2019
Cəlilabadda film kimi olay - Maşınla vurduğu şəxsi xəstəxanaya aparanda qəza törətdi
Cəlilabad rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb.Muxalifet - 19-07-2019
Baş prokurorun sabiq müavininə hökm oxundu
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Məmmədvəli Cəfərovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Virtualaz.org-un xəbərinə görə, prosesdə hökm oxunub. Hökmə əsasən, M.Cəfərov 6 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib.
İttihama görə, Vəkillər Kollegiyasının üzvü olan M.Cəfərov zərərçəkmiş Rəşad Yusifovun etibarından sui-istifadə edərək, ona qarşı külli miqdarda dələduzluq edib.
Muxalifet - 19-07-2019
Oğlu şəhid qızını öldürən iş adamının adı keçən məhkəmə işi - Sabiq polis məhkəmədə həbs edildi
Oğlu maşınla şəhid qızını vurub öldürən iş adamının adı keçən daha bir məhkəmə iclası davam etdirilib. Qalmaqallı iş sabiq polis əməkdaşının məsuliyyətə cəlb edilməsi ilə nəticələnib.
Muxalifet.az musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvətə təhrik etmə və dələduzluqda təqsirləndirilən sabiq polis əməkdaşı Zakir Məmmədovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.Muxalifet - 19-07-2019
Məşhur modelyerdən AĞIR SÖZLƏR: İkiüzlülər, yaltaqlar...
“Görəsən, niyə qeyri-səmimilər səmimiyyətdən, ikiüzlülər sədaqətdən, yaltaqlar dürüstlükdən, əyrilər düzgünlükdən, insan sevgisi olmayan insanlığa sevgidən və başqa gözəl xüsusiyyətləri olmayan insanlarsa onlarda olmayan xüsusiyyətlərdən danışır? Niyə? Nə vacibdir ki, siz bu mövzularda statuslar paylaşırsınz? İnanın ki, kənardan hamı kimin kim olduğunu gözəl bilir...”
Muxalifet - 19-07-2019
Rza Zərrab işinə görə həbs edilən Hakan Atilla AZADLIQDA
ABŞ-da həbs olunan "Halk Bank”ın idarə heyətnin baş icraçı direktorunun müavini Mehmet Hakan Atilla sərbəst buraxılıb.
Bu barədə "Anadolu” agentliyi məlumat yayıb.
Qeyd olunur ki, o, bu gün səhər saatlarında azadlığa buraxılıb. Yaxın günlərdə Türkiyəyə göndəriləcək.Muxalifet - 19-07-2019
Toyda kütləvi zəhərlənmə: vəziyyətləri ağırdır...
Şirvan şəhərində kütləvi zəhərlənmə olub.
Muxalifet.az apa-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisindəki "Yeganə" şadlıq sarayında baş verib.
Belə ki, toy mərasimi zamanı istifadə edilmiş tüstü yayan pirotexniki vasitə qonaqlar arasında zəhərlənməyə səbəb olub. Nəticədə 6 nəfər xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti ağır olduğu üçün Reanimasiya şöbəsinə yerləşdiriliblər.
Faktın təfərrüatları araşdırılır.
Muxalifet - 19-07-2019
Rusiyalı idmançılar Gürcüstana getməkdən imtina etdi
Rusiya Reqbi Federasiyası avqustun 27-də Tbilisidə keçiriləcək oyunda iştirakdan imtina edib. Federasiya bunu rusiyalı millət vəkillərinin Gürcüstana gəlməsindən sonra ölkədə yaranan ictimi-siyasi vəziyyətlə əlaqələndirib. "Rusiya Reqbi Federasiyası Gürcüstanda, xüsusilə də Tbilisidə baş verən hadisələrlə əlaqədar dərin narahatlıq keçirir. Təəssüf ki, Gürcüstan ərazisindəki insanların ritorikası ictimai qayda-qanunun pozulmasına və bu ölkədəki insanların həyatına təhlükə yaranmasına səbəb olur.
Muxalifet - 19-07-2019
ABŞ-a ŞOK YAŞADACAQ: İran elə görüntüləri yaydı ki... - VİDEO
İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) ABŞ Hərbi-Dəniz Qüvvələrinə məxsus gəminin Hörmüz boğazında vurması iddialarına cavab olaraq videonu dərc edib.
Publika.az xəbər verir ki, kadrlarda göstərilmiş tarixə görə, pilotsuz təyyarə ABŞ prezidenti Donald Trampın açıqlamasından sonra da çəkilişə davam edib.Muxalifet - 19-07-2019
Şirvan şəhərində yerləşən "Yeganə" şadlıq sarayında kütləvi zəhərlənmə: 16 nəfər... - YENİLƏNDİ / FOTOLAR
Şirvanda toy mərasimi zamanı zəhərlənənlərin sayı 16 nəfərə çatıb.
Zərərçəkmişlər Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Onlardan 12-si qadın, 4 nəfəri isə kişidir.***
21:35Şirvan şəhərində yerləşən "Yeganə" şadlıq sarayında kütləvi zəhərlənmə olub.
Zəhərlənməyə toy mərasimi zamanı istifadə edilmiş tüstü yayan pirotexniki vasitə səbəb olub.
Nəticədə 10 nəfərdən çox xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır (Report).Muxalifet - 19-07-2019
"Ruslar kayfdan öləcək, azərbaycanlılar..." - Sevinc Musayeva - FOTO
Yeni ulduz" müsabiqəsinin laureatı, müğənni Sevinc Musayeva azərbaycanlıları paxıl adlandırıb.
"Ölkə.Az" xəbər verir ki, sənətçi rusların kefdən, azərbaycanlıların paxıllıqdan öləcəyini bildirib.
Qeyd edək ki, S.Musayeva "Əziz müəllimim" mahnısıyla daha geniş kütləyə tanınıb.Muxalifet - 19-07-2019
3500-cü ildən gəldiyini iddia edən qadından ŞOK SÖZLƏR: yadplanetlilər...
3500-cü ildən gəldiyini iddia edən bir qadının dediyi sözlər hər kəsi təəccübləndirib.
Adının Mari olduğunu söyləyən qadın hansı ölkədən olduğunu "həyati təhlükə" səbəbindən deməyəcəyini bildirib.
Mari 18 yaşında olarkən Fransanın paytaxtı Parisdə professor Paul Martuksun ona laboratoriyada iş təklif etdiyini bildirib. Marinin iddiasına görə, laboratoriyada ancaq xüsusi şəxslərin girə biləcəyi bir otaq olub və o, bu gizli otağa girmək icazəsi verən bir kart əldə edib.Muxalifet - 20-07-2019
Bakıda istirahət mərkəzində kütləvi dava: xəsarət alan var...
Bakının Xəzər rayonunda kütləvi dava zamanı bir nəfər xəsarət alıb.
Muxalifet.az xəbər verir ki, bu barədə apa-ya Xəzər Rayon Polis İdarəsindən məlumat verilib.
Şüvəlan qəsəbəsində yerləşən istirahət mərkəzlərinin birində beş nəfər naməlum şəxs 1984-cü il təvəllüdlü İsmayılov Xalıq Vaqif oğlunu döyüb. Nəticədə o, ağır bədən xəsarətləri alıb. Yaralı özəl xəstəxanaların birinə yerləşdirilib.
Hadisəni törədənlər Xəzər RPİ tərəfindən axtarılır.
Muxalifet - 20-07-2019
"Qanuni oğru" Rəşad Gəncinskiyə 10 il həbs cəzası verildi
Minsk rayon məhkəməsi "qanuni oğru" Rəşad İsmayılovun (Rəşad Gəncinski) 10 il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb. Virtualaz.org bildirir ki, xəbəri "Sputnik-Belarus" yayıb. Rəşad İsmayılov Rusiya vətəndaşıdır, Moskvada yaşayıb və Ukraynadakı azərbaycanlı diasporu üzrə “nəzarətçi” statusu olub. O, bir Azərbaycan və bir Belarus vətəndaşı ilə birlikdə Belarus ərazisinə qanunsuz olaraq silah-sursat keçirməkdə, narkotik dövriyyəsində ittiham olunub.
Muxalifet - 20-07-2019
Ermənistan əks-inqilab astanasında - Paşinyan onu iqtidar etmiş xalqı hədələdi
Hökumət qüvvələri ilə toqquşmada ilk dəfə qan töküldü; erməni baş nazirdən narazı kütləyə təhdid: “Güc tətbiq edəcəyik!..”; erməni mediası: “İnqilabçılar etirazçılara çevrilir...”
Muxalifet - 20-07-2019
Gözlənilən an çatdı: ABŞ-dan İrana MÜHARİBƏ ELANI - Pentaqon PLANI VƏ HƏDƏFİ AÇIQLADI
ABŞ Yaxın Şərqdə dəniz yollarının təhlükəsizləşdirilməsi məqsədi ilə “Keşikçilər” adlı hərbi əməliyyatı hazırlayır.
“RİA-Novosti” agentliyi xəbər verir ki, bu haqda ABŞ-ın Mərkəzi komandanlığının bəyanatında deyilir.Muxalifet - 20-07-2019
"İçib tank sürmürəm ki, maşın sürürəm" - Ağsaqqal sürücü - VİDEO
İçkili avtomobil idarə edən sürücü Şirvan Quliyev tibbi müayinəyə gətirilib.
Muxalifet.az xəbər verir ki, sərxoş sürücü jurnalistlərə məzəli müsahibə verib.
Videomüsahibəni təqdim edirik:/avtosferMuxalifet - 20-07-2019
İraq həbsxanasında qalan azərbaycanlı uşaqların taleyi necə OLACAQ?
Uzun müddətdir ki, Bağdaddakı İŞİD qurbanı olan azərbaycanlı uşaqların taleyi barədə rəsmi məlumat yoxdur. İki ay öncə “Reuters” agentliyinin müxbiri İraqın paytaxtı Bağdadda yerləşən Rusafa qadın həbsxanasından geniş reportaj hazırlayarkən azərbaycanlı uşaqların ona necə yalvarmasından bəhs etmişdi. “Nə olar, evimizə getmək istəyirəm, bizə kömək edin” deyə azərbaycanlı bir qız müxbirə dil töküb. “Bizə paltar, dərman gətirmisən? Bizə dərman lazımdır”. Bunu isə digər mavi hicablı azərbaycanlı qız deyib.
Muxalifet - 20-07-2019