Axtarış

The search found 105779 results in 0.028 seconds.

Search results

  1. ÖLKƏ ŞOKDA: 1 gündə 32 nəfəri ildırım vurub öldürdü

    Hindistanda şimşək can alıb.
    Uttar Pradeş vilayətinin 10 fərqli bölgəsinə düşən ildırım nəticəsində 32 nəfər ölüb, 13 nəfər yaralanıb.
    “Press Trust of India”nın (PTI) xəbərinə görə, əyalətin rəsmisi Yoqi Adityanat ölənlərin yaxınlarına 400 min rupi (10 000 manat) kompensasiya veriləcəyini deyib./Publika

    Muxalifet - 22-07-2019

  2. Zaur Kamal xanım müğənninin SİRRİNİ AÇDI: "Evli kişi ilə..." – VİDEO

    Aparıcı Zaur Kamal canlı yayımda xanım müğənninin sirrini açıb. O bir qadının ona zəng edərək, oğlunun ailəsini atdığını, müğənni ilə eşq yaşadığını deyib: “Pullu bir adamın anası zəng etdi ki, oğlumu müğənnilər üçün dünyaya gətirməmişəm. Onun ailəsi, uşağı var, amma onları atıb, bir müğənni ilə eşq macərası yaşayır. Dedi Xoşqədəmə də zəng edib deyəcəm. Yalvardım ki, zəng etmə. O müğənnini mən də tanıyıram”. Xəzər TV-nin “5\5” verilişindən olan görüntüləri təqdim edirik.

    Muxalifet - 22-07-2019

  3. Kürdəmirdə qəza: İki nəfər xəsarət aldı

    Kürdəmir rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Muxalifet.az report-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Qarabucaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, 99 XP 233 dövlət qeydiyyat nişanlı "Naz Lifan" markalı avtomobil Gəncə istiqamətində hərəkətdə olarkən idarəetmədən çıxaraq yol kənarındakı beton maneəyə çırpılıb.

    Muxalifet - 22-07-2019

  4. Titrəyən kansler istirahətə “Titrəyən qadın” romanıyla getdi - Merkel dağlara çəkildi

    Almaniyanın ictimaiyyət arasında üç dəfə ard-arda əsməcə tutması keçirən kansleri Angela Merkel növbədənkənar və uzunmüddətli məzuniyyətə çıxıb. Dünən o, işdə olub, görüşlər keçirib və sonra Alp dağlarına 28 günlük istirahətə yollanıb.
    Konkret.az xarici mediaya istinadla xəbər verir ki, Almaniya kansleri iyulun 25-də Bayroyetdə “Tanqeyzer” operasının premyerasında iştirak edəcək, sonra yenidən dağlara gedəcək.

    Muxalifet - 22-07-2019

  5. Azərbaycanda universitet tələbəsinin dəhşətli sonu – Xalası oğlunu xilas edərkən öldü

    Azərbaycan Texnologiya Universitetinin III kurs tələbəsi Fərman İsaqov dənizdə boğularaq dünyasını dəyişib.
    20 yaşlı Fərman dəniz ahilində kafedə işləyirmiş. O, dənizdə boğulan xalası oğlunu xilas etmək istəyərkən suda batıb.
    Faktla bağlı araşdırma aparılır./Publika

    Muxalifet - 22-07-2019

  6. “MAŞINI SAXLATDIRDI Kİ, NAZİR YOLDAN KEÇƏCƏK…” – Yol polisi deputatı özündən çıxardı

    “Hələ adi insanların qayğıları daha çoxdur. Əməkhaqqı, pensiya çatışmazlığı, tibbi xidmətin bahalığı, insanların başqaları tərəfindən təhqir olunması – bu cür hallar o qədər geniş yayılıb”

    “Əslində yuxusuzluq problemi çox ciddi bir məsələdir. Qərb ölkələrində, inkişaf etmiş ölkələrdə insanlar üzərində bununla bağlı təcrübələr aparırlar. Burada internetin təsiri varmı, yoxsa gündəlik yediyimiz qidalarla bağlıdırmı? Hələ tam dəqiq nəticə əldə olunmayıb”.

    Muxalifet - 22-07-2019

  7. Müğənni Rəqsanənin qızı Aysundan valehedici rəqs - Video

    Müğənni Rəqsanə İsmayılovanın qızı Aysunun rəqsi izləyicilərini heyrətləndirib. 
    Aysun İsmayılova cəsarətli rəqs performansını sosial şəbəkədə paylaşıb. Onun bu addımını  bəyənənlərlə yanaşı, tənqid edənlər də olub.  

    Muxalifet - 22-07-2019

  8. İlham Əliyevdən Mətbuat Günü ilə bağlı PAYLAŞIM

    Prezident İlham Əliyevin “facebook” səhifəsində 22 iyul – Milli Mətbuat Günü münasibəti ilə status paylaşılıb.

    Status “Bünövrəsi "Əkinçi" ilə qoyulmuş milli mətbuatımız bu gün Azərbaycanın dünyada eşidilən səsidir” qeydi ilə təqdim olunub.

    Qeyd edək ki, bu gün Azərbaycan Milli Mətbuatının yaranmasından 144 il ötür. 

    İlham Əliyevdən Mətbuat Günü ilə bağlıPAYLAŞIM

    Muxalifet - 22-07-2019

  9. ​Bakıda narkotik istixanası aşkarlandı - FOTOLAR

    Bakının Sabunçu rayonunda narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb.
    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
    Sabunçu Rayon Polis İdarəsi 14-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin aqrotexniki qaydada kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən şəxsin Maştağa qəsəbə sakini, əvvəllər məhkum olunmuş Ceyhun Mütəllimzadə olduğu məlum olub.

    Muxalifet - 22-07-2019

  10. Sevgilisiylə danışdı, özünü asdı - Xaçmazdakı film kimi HADİSƏNİN TƏFƏRRÜATI - VİDEO

    Xaçmazda sevdiyi qıza görə özünü asan Mahir Səfərov adlı 24 yaşlı gəncin intihar etməsinin təfərrüatı məlum olub.
    Muxalifet.az "Space" TV-yə istinadən xəbər verir ki, hadisə səhər saatlarında rayonun Mərəcan kəndində baş verib. Səhər saatlarında birdən evdən səs-küy gəlib. Mahirin özünə qəsd edəcəyini ailəyə sevdiyi qız deyib.
    O, əvvəlcə sevgilisiylə telefonla danışıb və ona özünə qəsd edəcəyini bildirib. Sevgilisi bu barədə dərhal Səfərovun ailəsinə məlumat verib.
    Mərhumun atası Nəbi Səfərov bildirib ki, onu asılmış vəziyyətdə tapıblar. 

    Muxalifet - 22-07-2019

  11. DƏHŞƏT: 25 yaşlı Nuranə Həsənova ÖZÜNÜ ASDI

    Beyləqanda 25 yaşlı qız intihar edib.
    Muxalifet.az APA-ya istinadən xəbər verir ki, rayonun II Şahsevən kənd sakini, 1994-cü il təvəllüdlü Nuranə Həsənova yaşadığı evdə özünü asıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. Onlar meyiti daxili və xarici müayinə olunması üçün Beyləqan MTE PA birliyinin zona mərkəzinə göndərib.
    N.Həsənovanın intihar səbəbləri həlilik məlum deyib.
    Faktla bağlı  rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

    Muxalifet - 22-07-2019

  12. Batumiyə gedən mikroavtobus qəzaya düşdü - Ölən və yaralananlar var

    Gürcüstanın Acarıstan Muxtar Respublikasının Xulo qəsəbəsində Batumiyə gedən sərnişin mikroavtobusu qəzaya düşüb. “Report” xəbər verir ki, hadisə nəticəsində bir nəfər ölüb, üç nəfər isə xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb. Qəzanın başvermə səbəbi hələ məlum deyil. Hadisə ilə bağlı araşdırma aparılır.

    Muxalifet - 22-07-2019

  13. Adını 4 ildə 42 dəfə dəyişən qəzet, özünü efirdə güllələyən jurnalist – Media tarixinin ən unikal və kuryoz olayları

    Kütləvi informasiya vasitələrinin həyatımızdakı rolu danılmaz faktdır. İndi qəzetsiz, televiziyasız, internet mediasız həyatımızı təsəvvür edə bilmirik. Milli Mətbuat günü münasibətilə kütləvi informasiya vasitələri haqqında yaxın-uzaq tariximizdəki çoxlarımızın bilmədiyi maraqlı faktları, hadisələri təqdim edirik. 1930-cu ilin aprelin 18-də “Bi-Bi-Si”nin diktoru efirə qeyri-adi xəbərlə çıxıb: “Bu günkü xəbər proqramında sizlərə ilk xəbərimiz odur ki, heç bir yeni xəbər yoxdur”. Xəbərlərin yerinə fortepiano musiqisi səsləndirilib.

    Muxalifet - 22-07-2019

  14. Jurnalist Abid Şərifovun maşınının üstünə çıxdı – Video

    Bu gün bir qrup jurnalist Mətbuat Şurasının binası qarşısında aksiya keçirib. “Yeni Sabah” xəbər verir ki, bu zaman Baş nazirin keçmiş müavini Abid Şərifov həmin ərazidə öz maşınına əyləşib. Jurnalistlər onu sual ünvanlamaq istədikdə isə Şərifov qapını bağlayaraq sürücüsünə hərəkət etmək əmri verib. Buna etiraz edən media nümayəndələrindən biri onun avtomobilinin üstündə oturaraq getməsinə mane olmaq istəyib. Həmin görüntünü təqdim edirik:

    Muxalifet - 22-07-2019

  15. “Jurnalistika” ixtisasına qəbul olmaq istəyənlər üçün qeydiyyat başlayır

    Bu gündən III ixtisas qrupu üzrə imtahan verən və “Jurnalistika” ixtisasına qəbul olmaq istəyən abituriyentlərin qeydiyyatı başlayır.

    Muxalifet - 22-07-2019

  16. Bakıda çimərlikdə DƏHŞƏT YAŞANDI: ölən var

    Bakıda daha bir nəfər dənizdə boğulub.

    Muxalifet.az publika.az-a istinadla xəbər verir ki, hadisə Sabunçu rayonu ərazisində - Nardaranda baş verib. Anası, xalası və digər qohumları ilə çimərliyə gedən və dənizə girən 1997-ci il təvəllüdlü Mövlamzadə Fuad Azad oğlu dənizin dalğalı olması səbəbindən suda boğulub. 2 saata yaxın davam edən axtarışlardan sonra onun meyiti suyun üzərinə çıxıb.

    Bildirilir ki, hadisə zamanı 22 yaşlı Fuadla birgə dəniz sahilinə gələn ailə üzvləri ağır sarsıntı keçirib.

    Muxalifet - 22-07-2019

  17. SARI ZOLAQ QADAĞASI QANUNSUZ İMİŞ... - Vaqif Əsədov: “Burada sürücülərin cərimələnməsindən söhbət getmir, sadəcə...”

    “Siz nədən bilirsiniz ki, Nazirlər Kabineti qərar qəbul etməyib?” Ötən həftənin sonu Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi (DYP) sürücülərə müraciət edərək bildirib ki, "Baku 2019” - Avropa Gənclər Yay Olimpiya Festivalı ilə əlaqədar olaraq paytaxtın bəzi küçə və prospektlərində sarı zolaq qadağası qüvvəyə minir. Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov isə açıqlamasında deyib ki, qadağa iyulun 20-si gecə saat 00:00-da başlayacaq və 28-i gecə 24:00-dək davam edəcək.

    Muxalifet4 - 22-07-2019

  18. "Diqlas"ın söküntüsü başa çatır

    Bakı şəhərinin Nizami rayonu ərazisində yanğın baş verən “Diqlas” ticarət mərkəzinin söküntüsü davam etdirilir.
    Muxalifet.az report-a istinadən xəbər verir ki, artıq söküntü işləri yekunlaşmaq üzrədir. Hazırda ticarət mərkəzinin birinci mərtəbəsinin sökülməsi istiqamətində son tamamlanma işləri aparılır.
    Qeyd edək ki, bu ilin martın 26-da Bakı şəhərinin Nizami rayonu, Qara Qarayev prospketində yerləşən beşmərtəbəli “Diqlas” ticarət mərkəzində yanğın baş verib.

    Muxalifet - 22-07-2019

  19. Bakıda avtobus sürücüləri arasında əlbəyaxa dava

    Axşam saatlarında 202 nömrəli marşurut xətti ilə hərəkət edən avtobusun sürücüləri əlbəyaxa davaya çıxıblar.

    "Qafqazinfo” xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

    Bildirilir ki, 202 marşurut xətti ilə hərəkət edən 10 TH 413 və 10 TH 401 nömrəli avtobusun sürücüləri Biləcəridə sərnişinlərin gözü önündə əlbəyaxa davaya çıxıblar.

    Onlar sərnişinləri düşürüb davaya gediblər.

    Muxalifet - 22-07-2019

  20. Ermənilərdən növbəti TƏXRİBAT: Bu dəfə azərbaycanlı xalq artistinin mahnısını oğurladılar - VİDEO

    Bakupost.az-ın xəbərinə görə, müğənni "Yurmala” festivalında bu mahnını oxuyub. B.Dadaşova bu barədə belə deyib: "Məncə, bizə o da azdır. Hətta səhnədə olan bəzi ortabab səviyyəli "müğənnicik”lər "Vokaliz” kimi caz folk olan mürəkkəb əsərə ad qoyub, guya ələ salmaq istəyirdilər – "Takka tukka”. Daha demirdilər ki, əvvəl icad etmək, sonra da ifa edə bilmək üçün anadan təzədən doğulmalıdırlar”.

    Muxalifet - 22-07-2019

Pages