Axtarış

The search found 105779 results in 0.108 seconds.

Search results

  1. Bəhreynin strategiyası bütün dünyaya, o cümlədən Ermənistana örnək olmalıdır - “The Washington Times”

    İsrail-Fələstin münaqişəsinin həlli ilə bağlı maraqlı gəlişmələr baş verir. ABŞ prezidenti Donald Trampın administrasiyası bu məsələnin tam olaraq həlli üçün 2 ildən çoxdur plan işləyib hazırlayıb. Həmin strategiya prezidentin müşaviri və kürəkəni Cared Kuşner tərəfindən icra edilir.

    Bununla əlaqədar “The Washington Times” qəzetinin analitik yazarı Maayan Hoffmanın “Bəhreyn strategiyası bütün dünyaya örnək olmalıdır” başlıqlı təhlil yazısı diqqət cəlb edir.

    Muxalifet - 23-07-2019

  2. Dünyanın axtardığı azərbaycanlı beyinlər...

    Azərbaycanlı məktəblilər bu günədək əksər beynəlxalq olimpiadalarda uğurlara imza atıblar. Məktəblilərimiz elə bu ay ərzində keçirilən beynəlxalq olimpiadalarda nailiyyətlər əldə edərək yarışmanın müxtəlif dərəcəli medallarına layiq görülüblər.

    Muxalifet - 23-07-2019

  3. “Türkiyəni NATO-dan çıxarmaq yerinə Ərdoğansız Türkiyəyə hazırlaşmalıyıq” - ABŞ ORDUSUNUN GENERALI

    Türkiyənin Rusiyadan S-400 raket kompleksi almasını əngəlləyə bilməyənlər "Ərdoğansız Türkiyə" planlanlarına start veriblər.
    Türkiyənin F-35 proyektindən kənarlaşdırılması üçün çalışan müttəfiqlər bununla da kifayətlənmək istəmirlər. "Yeni Şəfəq" qəzetinin xəbərinə görə, qlobal media şəbəkəsini idarə edən İsrail lobbisi  Ərdoğandan sonrakı dövrə hazırlıq çağırışları edir.
    Bu barədə Musavat.com Türkiyə mediasına istinadən məlumat verir. 

    Muxalifet - 23-07-2019

  4. Azərbaycan XİN Misir hökumətini təbrik etdi

    Xarici İşlər Nazirliyi (XİN) Misir hökumətini və xalqını təbrik edib. "Report" xəbər verir ki, XİN-in "Twitter" hesabında yayılan təbrikdə deyilir: "Misirin İnqilab Günü münasibətilə Hökuməti və Misir xalqını təbrik edirik və davamlı uğur, davamlı sülh və firavanlıq diləyirik. Bayramınız mübarək!".

    Muxalifet - 23-07-2019

  5. Göyçayda zəncirvari QƏZA: İki “KamAZ” aşdı

    Göyçayda yol-nəqliyyat hadisəsi baş verib. 

    Unikal.org-un xəbərinə görə, bu gün saat 10:30 radələrində Göyçay-Ucar avtomobil yolunun Üngütlü kəndi ərazisindən keçən hissəsində “KamAZ” markalı iki yük avtomobili və 23-BX-371 dövlət nömrə nişanlı “VAZ 21011” markalı minik avtomobili toqquşub.

    Nəticədə bir nəfər xəsarət alıb. Yük avtomobillərinin hər ikisi aşdığı üçün yolda nəqliyyatın hərəkəti məhdudlaşıb. 

    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet - 23-07-2019

  6. Kamil Zeynallı ölkəmizdəki ərəblərin BİABIRÇI GÖRÜNTÜLƏRİNİ yaydı: "Təbii ehtiyaclarını..."

    Tanınmış idmançı Kamil Zeynallı sosial şəbəkə hesabında ölkəmizə turist kimi gələn ərəblərin biabırçı görüntülərini yayıb.
    BiG.AZ xəbər verir ki, idmançının paylaşımında təbii ehtiyaclarını magistral yolun kənarında ödəyən ərəblərin fotosu yer alıb. Zeynallı paylaşımını belə şərh edib:

    Muxalifet - 23-07-2019

  7. "Sadəcə müayinəyə gətiriliblər" - Atılan uşaqlarla bağlı xəstəxanadan açıqlama

    “Nənə nəvələrini müayinəyə gətirib. Hazırda ata da uşaqlarının yanındadır. Nənəsi isə pal-paltar dalınca gedib. Burada atılan uşaqlardan söhbət belə getmir". Bunu "Yeni Sabah"a Bərdə Rayon Uşaq xəstəxanasının baş həkimi Rafael Rəşidoğlu deyib. Onun sözlərinə görə, hazırda uşaqların səhhətində problem yoxdur: "Sadəcə müayinəyə gətiriliblər. Bu xəbəri niyə belə yayıblar bilmirəm. Bayaqdan 50 adam zəng edib. Mən işimi, gücümü atıb ancaq onlara cavab verirəm”. Xatırladaq ki, dünən Bərdə rayonunda azyaşlı uşaqların xəstəxanaya atıldığı barədə xəbər yayılıb.

    Muxalifet - 23-07-2019

  8. CAHANGİR HACIYEVİN VURDUĞU ZUYAN NEÇƏ MİLYARDDIR? – “Aqrarkredit”dən açıqlama

    “Beynəlxalq Bank işi” ilə bağlı uzun müddətdir davam edən məhkəmə prosesində bankın sabiq sədri Cahangir Hacıyevin vəkilləri növbəti vəsatətlə çıxış ediblər. Vəsatətə görə, guya ABB-yə dəymiş ziyan hesablanarkən, borclulardan borc əvəzinə götürülmüş əmlaklar nəzərə alınmayıb.

    Muxalifet - 23-07-2019

  9. Ruhanidən müharibə açıqlaması - “TARİX BOYUNCA İRAN...”

    İran prezidenti Həsən Ruhani ölkəsinin bölgədə gərginliyi artırmaq istəmədiyini, İranın heç bir şəkildə gərginliyi və ya müharibəni başladan tərəf olmayacağını bildirib: “İran regionda və ya başqa ölkələrlə münasibətdə gərginliyi artırmaq istəmir. İran heç bir şəkildə gərginliyi və ya müharibəni başladan tərəf olayacaqdır. Tarix boyunca İran Oman körfəzi, Bəsrə körfəzi və Hörmüzd hörfəzində gəmiçilik fəaliyyətinin davam etdirilə bilməsi üçün əsas müdafiə vəzifəsini öhdəsin götürmüşdür”.

    Muxalifet - 23-07-2019

  10. "Heç Ağdamı unutmuşam ki, xatırlayım da?" - Mənsum İbrahimovdan TƏSİRLİ SÖZLƏR

    “Hər il Ağdamın işğal günü , o hissləri, o ağrı-acını yenidən yaşayırıq. Çünki Ağdam kimi cənnət guşəmizin, bir mədəniyyət mərkəzinin işğalı bizim üçün sözün əsl mənasında böyük faciədir”.
    Bu sözləri xalq artisti Mənsum İbrahimov “Ölkə.Az”a Ağdam haqqında danışarkən bildirib:

    Muxalifet - 23-07-2019

  11. ABŞ və NATO-nun Türkiyəyə hücum planının ŞOK DETALLARI ÜZƏ ÇIXDI: Ərdoğanı devirəcəklər və...

    “S-400 məsələsində Türkiyəni küncə sıxışdırmaq, Şərqi Aralıqda hərəkətə keçməyimizi əngəlləmək, Fəratın şərqində əməliyyatın qarşısını almaq, 15 iyulun intiqamını almaq üçün içəridə bir cəbhə qurulub”. Bu barədə “Yeni Şəfəq” qəzetinin yazarı İbrahim Karagül yazıb. Onun sözlərinə görə, Ərdoğanı devirmək və Ərdoğandan sonrasını dizayn etmək üçün siyasi cəbhə yaradılıb. “Bütün ərəb dünyasında anti-Türkiyə fırtınasının yaradılması da bu planın bir parçasıdır. İqtisadiyyatımızı yenidən qlobal maliyyə baronlarının əlinə keçməsini təmin etmək istəyirlər.

    Muxalifet - 23-07-2019

  12. İDMANÇILARMIZ QARŞI-QARŞIYA - Hacı Əliyev əlinə silah aldı - VİDEO

    Dünya çempionları-sərbəst güləşçi Hacı Əliyev və karateçi Rafael Ağayev Tıva Xalq Respublikasına üz tutub. Azərbaycan idmanının tanınmış simalarının ora üz tutmasına səbəb istirahət və məşqlərini davam etmələridir. H.Əliyev və R.Ağayev əvvəlcə meşəlik ərazidə qaçıblar. Daha sonra üçqat dünya çempionu və olimpiya mükafatçısı Hacı Əliyevlə beşqat dünya çempionu, karate ustası Rafael Ağayev motorlu qayıqla yarışıblar. Hacı Əliyev atıcılıqda da özünü sınayıb. /unikal

    Muxalifet - 23-07-2019

  13. Maşın oğrusu ələ keçdi: Gəzmək üçün qaçırmışdım

    Bakının Binəqədi və Nəsimi rayon Polis idarələrinin əməkdaşları avtomobil oğrusunu izləyərək Şabran ərazisində ələ keçiriblər. Bu barədə Oxu.Az-a Binəqədi Rayon Polis İdarəsindən məlumat veriblər. Məlumata görə, iyulun 18-dən 19-na keçən gecə Mir Cəlal küçəsindəki 147 nömrəli evin həyətindən 1988-ci il təvəllüdlü Azər Ağayevə məxsus 99 AM 356 dövlət qeydiyyat nişanlı, “Renault” markalı avtomobil oğurlanıb. Qaçırılmış avtomobil iyulun 22-si saat 15:00-da Şabran ərazisində tapılıb. Polis əməkdaşları oğrunu qaçırdığı maşının sükanı arxasında olarkən saxlayıblar.

    Muxalifet - 23-07-2019

  14. "Arvadımı qucaqlamaq istəyirəm, alınmır"

    Türkiyəli ifaçı Sərdar Ortaç verdiyi açıqlama ilə jurnalistləri güldürüb. O, sualları cavablandırarkən "Bir daha dünyaya gəlsəm, uzunboylu olmaq istərdim" söyləyib. İfaçı bunun səbəbini isə belə izah edib: "Çünki arvadımın boynunu qucaqlamaq istəyirəm, alınmır. Xloe məndən uzundur. O, 177 sm, mən isə 167 sm-əm". Qeyd edək ki, S.Ortaçın evləndiyi irlandiyalı Xloe modeldir.

    Muxalifet - 23-07-2019

  15. SON DƏQİQƏ: Yaponiya qırıcıları da hücuma keçdi, Rusiya və Çin təyyarələri... - Dünya ŞOKDA

    Yaponiya döyüş təyyarələrini Rusiya və Çin təyyarələrinə müdaxilə etmək üçün havaya qaldırıb.
    Muxalifet.az xəbər verir ki, bu barədə Yaponiya Silahlı Qüvvələrinin açıqlamasında deyilir.
    Məlumatda bildirilir ki, “döyüş təyyarələri Rusiya və Çinə aid təyyarələrin qarşısını almaq üçün hərəkətə keçib”.
    Bu gün səhər saatlarında Cənubi Koreya da Rusiya və Çin təyyarələrinin hava sərhədini pozduğunu, buna görə də onlara xəbərdarlıq atəşi açdıqlarını bildirib.

    Muxalifet - 23-07-2019

  16. Bakıda ağaclar kökündən çıxdı, bəzi dayanacaqların üstü qopub - Küləyin fəsadları

    Dünəndən başlayan küclü külək hazırda da davam edir. Havanın küləkli olması isə özü ilə bərabər bir sıra təhlükələrə yol açır. Baş verə biləcək hadisələrdən zərər görməmək üçün paytaxt sakinlərinə diqqətli olmaları tövsiyə olunur.
    Dünən axşamdan əsən güclü külək nəticəsində Bakı şəhərinin müxtəlif ünvanlarından ağacların yaratdığı narahatlıqlarla bağlı 10 müraciət qeydə alınıb.
    Bu barədə Muxalifet.az-a məlumatı Bakı şəhər İcra HakimiyyətiYaşıllaşdırmaTəsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisiOrxanMəmmədov verib.

    Muxalifet - 23-07-2019

  17. Adəm, naqqaş, altın... - 50-ə yaxın söz orfoqrafiya lüğətindən çıxarılır

    Azərbaycan dilində iki variantda yazılan 50-yə yaxın söz orfoqrafiya lüğətindən çıxarılır. Muxalifet.az bildirir ki, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu deyib. Onun sözlərinə görə, hazırda yeni orfoqrafiya lüğətinə daxil olacaq sözlərin yazılışı yenidən yoxlanılır. Lüğətin sentyabrda çapa verilməsi nəzərdə tutulur: “Ola bilsin ki, lüğətə daxil olan bəzi sözlərin yazilişı ilə bağlı Nazirlər Kabineti və Prezident Administrasiyasından kiçik düzəlişlər edilsin.

    Muxalifet - 23-07-2019

  18. Bakıda bu yollar bağlanır

    Bakıda keçirilən Avropa Gənclərin Yay Olimpiya Festivalı ilə əlaqədar bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkət istiqaməti günün müəyyən saatlarında dəyişdiriləcək.
    Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov qafqazinfo-ya bildirib ki, velosiped yarışlarının keçirilməsi ilə əlaqədar olaraq iyulun 23-də səhər saat 09:00-dan 13:00-a qədər və 16:00-dan 20:00-a qədər Salyan yolunun 14-cü km-dən Bibiheybət məscidinə qədər nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq.

    Muxalifet - 23-07-2019

  19. Ermənilərin Rusiyaya “böyük qaçışı” - RƏSMİ RƏQƏMLƏR

    Bu ilin yanvar-aprel aylarında Ermənistandan Rusiyaya miqrasiya edənlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 3 dəfə çoxalıb.

    Qaydar adına İqtisadi Siyasət İnstitutunun araşdırmasında belə deyilir.

    Cari ilin yanvar-aprel aylarında Rusiyaya müxtəlif ölkələrdən miqrasiya edənlərin sayı 98 min nəfər olub. 2018-ci ilin eyni dövründə bu rəqəm 57,1 min nəfər təşkil edib. 2019-cu ilin yanvar-aprel aylarında Ermənistandan Rusiyaya 12,8 min nəfər miqrasiya edib. Bu rəqəm ötən ilin müvafiq dövründə 4,9 min nəfər olub.

    Muxalifet - 23-07-2019

  20. Temirtau qiyamı, Xruşovun tələbi, Brejnevin qayıdışı – 60 il öncə Karaqandada baş verən üsyanın qanlı sonu

    Təyyarənin uçuşuna bir neçə dəqiqə qalmış Leonid İliç Brejnevə məlumat verirlər ki, təcili Kremlə qayıtmalıdır. Həmin dövrdə Mərkəzi Komitənin katibi olan Brejnev elə Vnukovo hava limanından Kremllə telefon əlaqəsi yaradır. Birincinin qəbul otağından bildirirlər ki, bu, Nikita Xruşovun göstərişidir. Beləliklə, Leonid İliçin 1959-cu ilin avqust ayındakı Krımda keçirəcəyi iki həftəlik məzuniyyət təxirə salınır... Brejnevin Kremlə təcili çağrılmasına səbəb nə olub?

    Muxalifet - 23-07-2019

Pages