Axtarış

The search found 105779 results in 0.037 seconds.

Search results

  1. "İranda ABŞ xəfiyyələrinin həbs olunması xəbəri yalandır" - TRAMPDAN TƏKZİB GƏLDİ

    ABŞ Prezidenti Donald Tramp İranda Mərkəzi Kəşfiyyat Agentliyinin (CİA) xəfiyyələrinin həbs olunması barədə xəbərləri yalan və təbliğat kimi qiymətləndirib.

    Dövlət başçısı bu barədə özünün "Tvitter" səhifəsində yazıb.

    “İranın CİA casuslarını həbs etməsi ilə bağlı xəbərləri ağ yalandır. Sadəcə, naəlac qalan və nə edəcəyi barədə fikri olmayan dini rejimin irəli sürdüyü daha bir yalan və təbliğatdır (eynilə dron vurmalarına bənzər). İqtisadiyyatları çöküb, daha da pis olacaq. İran bütövlüklə qarışır!”, - deyə D.Tramp qeyd edib.

    Muxalifet - 22-07-2019

  2. Arvadından boşanıb özünə 1 milyonluq villa aldı

    Türkiyəli aktyor Kaan Yıldırım aktrisa Ezgi Eyüboğlundan boşandıqdan sonra özünə 1 milyon dollar dəyərində villa alıb. Muxalifet.az qafqazinfo-ya istinadən xəbər verir ki, Bodrumda yerləşən və 200 metr sahəsi olan malikanə aktyorun zövqünə görə dizayn olunub. O, yaz-yay fəsillərini burda keçirəcək. Sentyabrda isə yenidən İstanbul şəhərinə qayıdacaq. Xatırladaq ki, 2016-cı ildə ailə quran cütlük iyunun sonlarında boşanıb. Hər iki məşhur sima ortaq açıqlama yayaraq ayrıldıqlarını elan ediblər: "Ortaq qərara gələrək boşandıq.

    Muxalifet4 - 22-07-2019

  3. Tramp qolf-klubunda toy edən cütlüyü belə sevindirdi - VİDEO

    ABŞ prezidenti Donald Tramp Nyu-Cersi ştatında ona məxsus qolf-klubda toy edən cütlüyü sevindirib.

    Belə ki, Ağ Ev rəhbəri gözlənilmədən toya gəlib. Trampın bu ziyarəti bəylə gəlini təəccübləndirib. Çaşqınlıqdan nə edəcəklərini bilməyən cütlük prezidentin boynuna sarılıblar.

    Muxalifet4 - 22-07-2019

  4. ​İstanbuldakı suriyalılarla bağlı mühüm qərar – AVQUSTUN SONUNA KİMİ VAXT VERİLDİ

    Türkiyənin digər şəhərlərində qeydiyyatda olub, İstanbulda yaşayan Suriya vətəndaşlarının qeydiyyatı üzrə geri qayıtmaları üçün 2019-cu il avqustun 29-a kimi vaxt verilib.
    Muxalifet.az
    axar.az-a istinadən xəbər verir ki, bu barədə İstanbul valiliyindən məlumat verilib.
    Məlumatda rəsmi sənədlərə görə hazırda İstanbulda 1 milyon 69 min 860 xarici vətəndaşın qeydiyyatda olduğu bildirilir. Onlardan 547 min 479-u Suriya vətəndaşıdır. Onlar müvəqqəti qoruma qeydiyyatına alınıb. Hazırda İstanbulda bu qeydiyyat növü dayandırılıb.

    Muxalifet4 - 22-07-2019

  5. Yunis Səfərovla bağlı məhkəmə qərarı - FEVRALIN 3-DƏK...

    Gəncə Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyev və Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşı, polis serjantı Qasım Aşbazovu öldürməyə cəhddə təqsirləndirilən Yunis Səfərovun barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

    Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, Nəsimi rayon Məhkəməsində hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

    Qərara əsasən, Yunis Səfərovun həbs müddəti gələn il fevralın 3-dək uzadılıb.

    Muxalifet4 - 22-07-2019

  6. SON DƏQİQƏ: o şəhərdə güclü zəlzələ baş verdi

    İranda yeraltı təkanlar qeydə alınıb.
    Hürmüzqan əyalətinin Konq şəhərində 4,9 bal gücündə zəlzələ meydana gəlib.
    Tehran Universiteti Seysmoloji Mərkəzinin məlumatına görə, təbiət hadisəsi yerli vaxtla 03:29-da olub. Zəlzələnin ocağı yerin 13 km dərinliyində yerləşib.
    Tələfat və fəsadla bağlı məlumat verilməyib./Publika

    Muxalifet - 23-07-2019

  7. “10 GÜNƏ ƏFQANISTANI YER ÜZÜNDƏN SİLƏRİK…” – Tramp Pakistanın baş naziri ilə görüşdən sonra

    ABŞ prezidenti Donald Tramp Ağ Evdə Pakistanın Baş naziri İmran Xanla görüşdən sonra çox kəskin bəyanat verib.

    Strateq.az xarici mətbuata istinadla xəbər verir ki, Tramp Əfqanıstanı yer üzündən silə biləcəklərini açıqlayıb: “Bəli, Əfqanıstandakı savaşı bir həftə içində qazana bilərik. 10 gün içində isə Əfqanıstanı dünyadan silə bilərik. Ancaq 10 milyon insanı öldürmək istəmirik”.

    Muxalifet - 23-07-2019

  8. Cinsiyyət dəyişdirən aktyor hamını şok etdi - Foto

    Sosial şəbəkədən aktiv istifadə edən  türkiyəli aktyor Rüzgar Erkoçlar son paylaşımı ilə yenə adından söz etdirib.
    Yeni fotosunu paylaşan aktyoru izləyiciləri çox bəyənib və onun çox yaraşıqlı olduğunu deyiblər.
    Qeyd edək ki,əvvəllər Nil Erkoçlar adı ilə tanınan Rüzgar, 2013-cü ildə keçirdiyi cinsiyyət dəyişdirmə əməliyyatı ilə kişi olub./axsam

    Muxalifet - 23-07-2019

  9. Bu ərazilərə qaz verilməsi dayandırıldı - SIZMA VAR

    Bu gün səhər saat 09:00-dan axşam saat 18:00-dək Gəncə şəhərinin bir hissəsi, Bağmanlar qəsəbəsi və Ağsu rayonunun 41 yaşayış məntəqəsində qaz təchizatı dayandırılıb. Bununla bağlı "Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.Bildirilib ki, məqsəd aşkarlanan qaz sızmalarının aradan qaldırılmasıdır. Naftalan rayonunda isə bir qrup abonentin qaz təchizatı texniki baxışın aparılmasına görə dayandırılıb. Qazın verilişi saat 17:00-dək bərpa olunacaq. Xaçmaz şəhərində bir qrup abonentin bəzi təmir işləri ilə bağlı səhər saat 09:00-dan dayandırılan qaz təchizatı isə sabah bərpa olunacaq.

    Muxalifet - 23-07-2019

  10. AZTV-nin əməkdaşı ATV-ni məhkəməyə verdi

    “Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyası”nın keçmiş redaktoru Jalə Əsgərova şirkəti məhkəməyə verib.
    Muxalifet.az e-huquq.az-a istinadən xəbər verir ki, Səbail Rayon Məhkəməsinə müraciət edən J.Əsgərova əmək kitabçasında qeydlərin edilməsi barədə tələb irəli sürüb.
    Məhkəmə iddianı təmin etməyib. 
    Qərardan narazı qalan keçmiş redaktor apellyasiya şikayəti verib. Şikayət Bakı Apellyasiya Məhkəməsində araşdırılır.

    Muxalifet - 23-07-2019

  11. İti və ya atı kəfənləyərək dəfn etmək?.. - İslam bunu necə qarşılayır?

    İlahiyyatçı: “Bu, nə ağıla, nə də məntiqə sığır...”

    Muxalifet - 23-07-2019

  12. Türkiyədən ABŞ-a SƏRT İSMARIC: "Ya bunu edərsən, ya da ordumuz..."

    ABŞ-ın Suriya üzrə xüsusi təmsilçisi Ceyms Ceffri ABŞ ilə Türkiyə arasında yaradılan Suriya İşçi Qrupu çərçivəsində Ankarada səfərdədir.
    ABŞ heyəti Xarici işlər nazirinin birinci müavini Sədat Önalın rəhbərlik etdiyi heyətlə 3 saat müzakirə aparıb. Daha sonra Xarici işlər naziri Mövlud Çavuşoğlu ilə toplantıya qatılıb.
    Toplantı çərçivəsində türk heyəti Ceffrinin qarşısına iki seçim qoyub: ya Türkiyə ilə sərhəddə, türk ordusunun nəzarətində təhlükəsiz bölgə yaradılacaq, ya da TSQ PKK terror təşkilatına qarşı hərbi əməliyyatlara başlayacaq.

    Muxalifet - 23-07-2019

  13. Azərbaycanlı nazir oğlu ilə eşq yaşayan müğənni dənizdə elə bir şey etdi ki...- VİDEO

    Onun bu görüntüləri sosial mediada müzakirələrə səbəb olub Məşhur türk müğənnisi Ebru Polatın maraqlı görüntüləri yayılıb. Müğənni dənizə əynindəki donla daxil olub. Onun bu görüntüləri sosial mediada müzakirələrə səbəb olub. Hər kəs müğənnini bu hərəkətinə görə ələ salıb. Evdə bikinili pozlar verərək fotolar çəkdirən Ebru Polatın suya libasla girməsi sosial media istifadəçilərinin gülüşünə səbəb olub. Qeyd edək ki, Ebru Polat azərbaycanlı nazirlərdən birinin oğlu ilə sevgili olduqlarını açıqlamışdı. Müğənninin bu açıqlaması ölkə gündəminə çevrilmişdi.

    Muxalifet - 23-07-2019

  14. Bakı polisi Pənah Hüseyn və Tural Abbaslıya XƏBƏRDARLIQ ETDİ

    Qarabağ Komitəsinin iyulun 23-də mitinq keçirilməsi ilə bağlı təşəbüs qrupunun üzvləri – Pənah Hüseyn və Tural Abbaslı bu gün Bakı Şəhər Baş Polis İdarəsinə dəvət olunaraq, xəbərdarlıq edilib.

    Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

    İdarə sözçüsünün sözlərinə görə ki, icazəsiz mitinq keçirilməsi ilə bağlı onların diqqətinə çatdırılıb ki, Bakı Şəhər İcra hakimiyyəti ilə razılaşdırılmayan, yaxud sanksiyalaşdırılmayan hər hansı kütləvi tədbirin qarşısı polis tərəfindən qətiyyətlə alınacaq:

    Muxalifet - 23-07-2019

  15. "Fənərbaxça"nın futbolçusu "Napoli"də - rəsmi

    "Fənərbaxça"nın futbolçusu Elif Elmas "Napoli"yə transfer olunub. Qol.az-ın xəbərinə görə, bu barədə İstanbul klubunun saytı məlumat yayıb. 19 yaşlı yarımmüdafiəçinin tibbi müayinədən keçdikdən sonra yeni klubu ilə müqavilə imzalayacağ bildirilib. Türkiyə mətbuatı bu transfer üçün İtaliya təmsilçisinin "Fənərbaxça"ya 16 milyon avro təzminat ödəyəcəyini yazıb.

    Muxalifet - 23-07-2019

  16. Jirinovskidən ŞOK SÖZLƏR: Tezliklə onu devirəcəklər, ölkə PARÇALANACAQ

    Ukrayna tezliklə parçalanacaq.
    Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri öz Teleqram səhifəsində Rusiya Liberal Demokratik Partiyasının sədri Vladimir Jirinovski paylaşıb.

    Muxalifet - 23-07-2019

  17. Azərbaycanda futbol klubu fəaliyyətini dayandırdı

    Uzun illərdən bəri Bakı şəhərinin Şüvəlan qəsəbəsini təmsil edən "Şüvəlan" Futbol Klubu bir çox futbol turnirlərində ölkəmizi təmsil edərək müxtəlif mükafatlar uğrunda apardığı mübarizə və qazandığı nailiyyətləri ilə Azərbaycan futboluna öz töhfəsini verib, habelə bir sıra yeniyetmə və peşəkar gənc futbolçuların yetişdirilməsində böyük əməyi olub.

    Muxalifet - 23-07-2019

  18. Qartal ilanı diri-diri yedi - VİDEO

    Afrikanın şimalında parkda gəzən müəllim yolun kənarında bir qartalın ilanı diri-diri yediyini görüb və həmin anları telefonunun kamerasıyla lentə alıb.
    Muxalifet.az xarici mətbuata istinadən xəbər verir ki, qartal ilk öncə ilanı kolluqdan çıxarıb yol kənarına gətirib və sonra onu yeməyə başlayıb.
    Qartal ayaqları ilə ilanın zəhərli dişlərini istifadə etməsinə imkan verməyib. Bildirilir ki, qartallar adətən öz şikarlarını ilk öncə öldürüb daha sonra yeyirlər. Lakin bu dəfə qartal ilanı diri-diri yeyib.

    Muxalifet - 23-07-2019

  19. SON DƏQİQƏ: Rusiya təyyarələri Cənubi Koreyanın hava məkanına girdi - QIRICILAR ATƏŞ AÇDI

    Cənubi Koreya Respublikası Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsi Rusiya Hərbi Kosmik Qüvvələrini ölkənin hava məkanını pozmaqda ittiham edib. Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, Komitə Rusiya hərbi təyyarəsinin Yapon dənizi istiqamətində ölkənin hava məkanını iki dəfə pozduğunu bildirib. Rusiya təyyarəsinin Cənubi Koreyaya girməsiylə əlaqədar rəsmi Seul havaya F-15K və F-16K qırıcılarını qaldırıb. Qırıcılar siqnal raketləri buraxıb və xəbərdarlıq atəşi açıblar. Rus təyyarəsi Cənubi Koreya hava məkanında 6 dəqiqə qaldıqdan sonra ölkə ərazisini tərk edib.

    Muxalifet - 23-07-2019

  20. Bu pendirlər insanı zəhərləyə bilər - RƏSMİ XƏBƏRDARLIQ

    Gündəlik qida rasionumuzda əsas yer tutan süd məhsullarından olan pendir insan orqanizmi üçün çox faydalıdır. Tərkibində zülal, yağ və digər bioloji fəal maddələr olan pendir, həmçinin A, B, D, E vitaminləri və kalsiumla zəngindir.
    Pendir südün mayalanması ilə əldə olunan yüksək kalorili qida məhsuludur. Süd və süd məhsulları yüksək risk qrupuna aid olduğundan istehlakçılar pendir alarkən mütləq bəzi məqamlara diqqət yetirməlidirlər.

    Muxalifet - 23-07-2019

Pages