Axtarış
The search found 105779 results in 0.045 seconds.
Search results
Bakının "20 yanvar" stansiyası yaxınlığında qadınlar uşaqları ilə birlikdə YOLU BAĞLADILAR – FOTO
Bakının Yasamal rayonunda vətəndaşlar maşın yolunu kəsiblər. Bu barədə hadisə şahidləri BAKU.WS-in “qaynar xətti”nə məlumat veriblər. Bildirilir ki, qadınlar və uşaqlardan ibarət ailə üzvləri "20 yanvar" stansiyası yaxınlığında, üzü Tbilisi istiqamətində yolu bağlayıblar. Fotodan da göründüyü kimi 5 qadın və uşaqlar yolu bağlayıb. Ərazidə böyük tıxac yaranıb. Hadisənin səbəbləri bilinmir. Hadisə ilə əlaqədar yasama rayon İcra Hakimiyyətilə əlaqə saxladıq. Qurumdan BAKU.WS-ə bildirdilər ki, məsələ ilə əlaqədar rəhbərliyə məruza ediləcək.
Muxalifet - 22-07-2019
Çavuşoğludan SON DƏQİQƏ Su-35 açıqlaması: "7-8 milyon dollar..."
“Tramp Türkiyəyə sanksiya tətbiq etmək istəmir”.
Publika.az xəbər verir ki, bunu Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.Muxalifet - 22-07-2019
Təhsil Nazirliyində yeni qurum yaradılır
Təhsil naziri Ceyhun Bayramov Təhsil Nazirliyi yanında İctimai Şuranın yaradılması haqqında əmr imzalayıb. Bu barədə Muxalifet.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, İctimai Şuranın yaradılması Təhsil Nazirliyinin fəaliyyətində şəffaflığın daha da artırılması, təhsil sahəsində ictimaiyyətlə qarşılıqlı fəaliyyətin gücləndirilməsini təmin etmək məqsədi daşıyır.
Muxalifet - 22-07-2019
Qəzetlərə 1 milyon manat ayrıldı - SƏRƏNCAM
Prezident İlham Əliyev "Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə əlavə maliyyə yardımının ayrılması haqqında" sərəncam imzalayıb.
Muxalifet.az xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə əlavə maliyyə yardımı göstərmək üçün 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna (KİVDF) 1 milyon manat ayrılıb.Muxalifet - 22-07-2019
Yük maşınlarına məhdudiyyət qoyulur
15-ci Avropa Gənclər Yay Olimpiya Festivalı ilə əlaqədar iyulun 28-dək tədbirlərin keçirildiyi ərazi üzrə küçə və prospektlərdə yük maşınlarının hərəkətinə məhdudiyyət qoyulmaqla istiqamət dəyişdirilir. Bunu açıqlamasında Bakı şəhər BPİ DYPİ-nin bölmə rəisi polis polkovniki Vaqif Əsədov deyib.
Muxalifet - 22-07-2019
Bakıda böyük təhlükə – Yanacaq daşıyan maşının sürücüsü "avtoşluq" etdi – VİDEO
Bakıda yanacaq daşıyan maşın yüksək sürətlə hərəkət edib.
Musavat.com Xəzər TV-yə istinadən xəbər verir ki, sürücü maşını 100 km/saatdan da çox sürətlə idarə edib.
Görüntüdən aydın olur ki, yanacaq daşıyan avtomobilin sürücüsü qaydaları kobud şəkildə pozur və bununla həm öz, həm də digərlərinin həyatını təhlükəyə atır.
Ekspertlər isə bu halın qanunvericiliklə qadağan edildiyini deyirlər. Qanunvericilik heç bir halda bu avtomobilin belə sürətlə hərəkət etməsinə icazə vermir.
Muxalifet - 22-07-2019
Bir qrup alim prezidentə şikayət etdi: “Bizə kömək edin!”
Azərbaycanda bir qrup alim mənzil problemi ilə bağlı Prezident İlham Əliyevə müraciət edib.
“Yeni Sabah” xəbər verir ki, müəlliflər dəfələrlə qaldırılan bu problemin hələ də öz həllini tapmadığını bildiriblər. Alimlər 2016-cı ildə Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsi 12-də yerləşən AMEA-nın Aspirantlar yataqxanası sakinləri AMEA prezidenti və onun ətrafındakı məmurlar tərəfindən mənzil almaq hüquqlarının pozulduqlarını, layihəni AMEA və Sipark (“Evro Stroy-S” MMC) inşaat tərəfindən öz mənfəət bazalarına çevirdiklərini qeyd ediblər.Muxalifet - 22-07-2019
2 nəfərin ölümünə səbəb olan sürücü həbs edildi
Bakı-Şamaxı-Yevlax avtomobil yolunda 2 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Vasif Cabbarovn cinayət işi üzrə məhkəmə iclası yekunlaşıb.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi İradə Həsənzadənin sədrliyi ilə keçirilən posesdə hökm oxunub.
Hökmə əsasən, o, 7 il müddətinə azadlıqdan məhrum edilib. Barəsində seçilmiş polis nəzarəti qətimkan tədbiri ləğv edilib. V.Cabbarov məhkəmə zalənda həbs olunub.Muxalifet - 22-07-2019
Azərbaycanlılar və gürcülər birgə etiraz aksiyası keçiriblər
Gürcüstanın Saqareco rayonunda yerli azərbaycanlılar və gürcülər içməli su problemi ilə əlaqədar etiraz aksiyası keçiriblər.
APA-nın yerli bürosu Gürcüstanın Birinci kanalına istinadən xəbər verir ki, aksiya Saqareco Bələdiyyəsinin yerli azərbaycanlılar və gürcülərin birlikdə yaşadıqları Qombori kəndində baş tutub. İçməli su probleminin həllini tələb edən kənd sakinləri mərkəzi avtomobil yolunu bağlayıblar.
Muxalifet - 22-07-2019
Dünya tarixinə damğa vuran ilk türk hökmdar qadın Tomrisin həyatı filmə çevrilib - VİDEO
Akan Satayevin rejissorluğu ilə çəkilən saksların (İskit) qadın hökmdarı Tomrisin həyatından bəhs edən, Qazaxıstan istehsalı olan filmin afişaları çıxıb.
Musavat.com bu barədə Türkiyə mediasına istinadən məlumat verir.
Filmdə eramızdan əvvə 6-cı yüzillikdə yaşayan Sak tayfasının hökmdarı Tomrisin həyatı və mübarizəsi əks olunub.
Əhəmənilər dövlətinin hökmdarı 2-ci Kirlə müharibədən qalib çıxaraq, adını tarixə yazdıran Tomrisin gərgin müharibə yoluna da toxunulan filmin çəkilişlərinə 2017-ci ilin dekabr ayından başlanılıb.Muxalifet - 22-07-2019
Ermənilərin yaraladığı Azərbaycan əsgəri ilə bağlı RƏSMİ AÇIQLAMA
"Ermənistan silahlı bölmələrinin açdığı atəş nəticəsində yaralanan Dövlət Sərhəd Xidmətinin (DSX) əsgəri Ceyhun Bayramovun vəziyyəti yaxşılaşıb".
Bunu "Report"a açıqlamasında DSX-nin Mətbuat xidmətinin baş zabiti Rövşən Cahangirov deyib.
O bildirib ki, əsgər C.Bayramovun müalicəsi DSX-nin hospitalında davam etdirilir: "Yaralı əsgərin vəziyyəti artıq yaxşılaşıb, sağalmağa doğru gedir. Hər şey qaydasındadır. Həkim komissiyası qərar verdikdən sonra xəstəxanadan evə buraxılacaq. Hazırda müalicəsi davam edir".Muxalifet - 22-07-2019
Pərvin Abıyevanın elə geyimdə görüntüləri YAYILDI Kİ... - FOTO
Aktrisa Pərvin Abıyeva yeni fotolarını paylaşıb. Ağ rəngli qısa ətəkdə kamera qarşısına çıxan cazibədar aktrisanın fotosu İnstaqramda on minlərlə bəyənmə toplayib. Fotoları təqdim edirik:
Muxalifet - 22-07-2019
Xəstəxanada dəhşətli intihar
Bu gün səhər saatlarında Bakıda Akademik Mir-Qasımov adına Respublika Klinik Xəstəxanasında intihar faktı qeydə alınıb.
Muxalifet.az xəbər verir ki, bununla bağlı oxu.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
1984-cü il təvəllüdlü Nazim Fəridov özünü xəstəxana binasının üçüncü mərtəbəsindən atıb. O, hadisə yerində ölüb.
Məlumatlara görə, N.Fəridov iyulun 19-da intihar məqsədilə damarlarını kəsib və yaxınları tərəfindən bu xəstəxanaya gətirilib.
İntiharın səbəbləri məlum deyil. Faktla bağlı araşdırmalar aparılır.Muxalifet - 22-07-2019
Elza Seyidcahandan SENSASİON ŞEİR: "Sən məni aldın, mən sənə..."
Əməkdar artist Elza Seyidcahan növbəti şeiri ilə sensasiyalı şeiri ilə gündəmə damğa vurub. Artist yeni şeirini şəxsi instaqramda hesabında paylaşıb. Onun "Metamarfozlar" (ADAMSIZ EVLƏR...) şeiri oxucular tərəfindən tənqidlə qarşılanıb. Sözügedən şeiri təqdim edirik: Elə bilirsən, səni məndən soruşmurlar? Hanı o? O hanı? Danışmıram, eşqimizin faydasıdır, susuram. Elə adamları sevdim ki, səni sevdiyimdən betər. Görürsən? Heç yadıma düşmürlər, unuduram. Gəlmirlər, getmirlər, öpmürlər, sevirlər. Sən də, elə. öləcəksən dərdimdən. Çıxacaqsan, yaddaşımın ruhundan, birdəfəlik. İkidəfəlik olmur.
Muxalifet - 22-07-2019
Gəncəli “qanuni oğru” dan ŞOK SÖZLƏR: “Anam elmlər namizədi, atam akademikdir”
“Rəşad Gəncinski” Minsk məhkəməsinin hakiminə deyir: “Siz tez-tez təkrar edirsiz: oğru, oğru, oğru... Mən küçədən gəlməmişəm”
Muxalifet - 22-07-2019
Fədayə Laçından YENİ XƏBƏR
Bakı Apelyasiya Məhkəməsində məhbusların qaçmasına kömək göstərməkdə təqsirləndirilən müğənni Fədayə Laçın və digərlərinin barəsində olan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə iclası baş tutmayıb.
Trend-in məlumatına görə, hakim Elmar Rəhimovun sədrlik etdiyi prosesə dustaqlar gətirilməyiblər. Proses avqustun 5-dək təxirə salınıb.
Bu iş üzrə proses artıq 5-ci dəfədir ki, təxirə düşür.Muxalifet - 22-07-2019
“Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur” – Pyotr Ermənistanda
“Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur. Avropa İttifaqı buna inanır”.
APA-nın xəbərinə görə, bunu Avropa İttifaqının (Aİ) Ermənistandakı nümayəndəliyinin rəhbəri Pyotr Şvitalski bu gün jurnalistlərə açıqlamasında deyib.
Muxalifet - 22-07-2019
Nazirlikdən kassa çeki ilə bağlı XƏBƏRDARLIQ
İstər alış-veriş, istərsə də iaşə xidmətlərindən istifadə zamanı kassa çeki təqdim edilməlidir.
“Vergilər” qəzeti yazır ki, mövcud qanunvericiliyə əsasən, istehlakçılar istər alış-veriş zamanı, istərsə də ictimai iaşə obyektlərinin xidmətlərindən istifadə edərkən kassa çekini tələb etməlidirlər. Onlar bu yolla alışlarını rəsmiləşdirir və bununla da vergilərin ödənilməsində dolayı şəkildə iştirak edirlər.Muxalifet - 22-07-2019
DƏHŞƏT: Əsəb keçirən qadın əvvəl evini yandırdı, sonra balkonda... - Video
Əsəb keçirən qadın əvvəl evini yandırıb, sonra balkonda rəqs edib. "Yeni Sabah" bildirir ki, hadisə Türkiyənin Samsun şəhərində baş verib. Məlumata görə, hadisəni törədən Ayşe Şimşek son zamanlar psixoloji problemlər yaşayıb. O, yanğınsöndürənlərə və polislərə qapını açmayıb, üstəlik balkondakı əşyaları küçəyə tullayıb. Polislər qapını sındıraraq içəri girməli olublar. Qadın Bafra Dövlət Xəstəxanasına aparılıb.
Muxalifet - 22-07-2019
Sürücülərə sarı zolaqla bağlı xəbərdarlıq edildi
Bakı Nəqliyyat Agentliyi sürücülərə müraciət edib.
Trend-in məlumatına görə, müraciətdə bildirilir ki, paytaxt Bakıda keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalının səmərəli təşkili məqsədi ilə Bakı Nəqliyyat Agentliyi tərəfindən nəqliyyat tədbirlərinin icrası davam etdirilir:
Muxalifet - 22-07-2019