Axtarış

The search found 105779 results in 0.123 seconds.

Search results

  1. Bu şəxs həkimləri ŞOKA SALDI: 60 il beyni olmadan SAĞLAM YAŞADI

    Moskvada xəstəxanaların birində həkimlər beyninin yarısı olmadan 60 il ömür sürən xəstə müəyyən edib.
    Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, xəstənin vücud funksiyalarında heç bir qüsurun olmaması həkimlərin böyük təəccübünə səbəb olub. Qeyri-adi kliniki hal qarşısında təəccüblərini gizlətməyən həkimlər 60 yaşlı təqaüdçü mühəndisin bütün bədən funksiyalarının normal çalışdığını qeyd edib.
    Məlum olub ki, ali təhsilli mühəndis iki uşaq atasıdır:

    Muxalifet - 23-07-2019

  2. İngiltərənin baş naziri Osmanlı kökənli Boris Conson oldu - CANLI YAYIM

    Bu dəqiqələrdə verilən xəbərə görə, Böyük Britaniyanın yeni baş naziri indiyə qədər xarici işlər naziri vəzifəsində çalışan Boris Conson olub.

    Qeyd edək ki, o bu vəzifədə Tereza Meyi əvəz edib.

    Boris Conson İngiltərənin Avropa İttifaqından çıxmasının qatı tərəfdarıdır və Brejsit layihəsinin əsas müəllifidir.

    Boris Consonun babası bir zamanlar Osmanlı imperiyasının öndə gedən isimlərindən biri olub.

    Muxalifet - 23-07-2019

  3. Putinin tutdurduğu “1 nömrəli oğru” həbsdə jurnalistlərlə görüşdü - SENSASİON AÇIQLAMALAR

    “Şişkan” müxalifətə qoşulmadığını bəyan etdi: “Məni uzun müddətli həbsə göndərməyə hazırlaşırlarsa, ondansa gülləsinlər…”
    Məlum olduğu kimi, nüfuzlu slavyan “qanuni oğru” 54 yaşlı Oleq Şişkanov(“Şişkan) ötən həftə Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən həbs olunub. Avtoritet Moskva vilayətinin Ramensk rayonunun Popovka kəndində – özünə məxsus evdə saxlanılıb. Şişkanov 2 ay müddətinə azadlıqdan məhrum edilib. O, özünü günahsız hesab etdiyini və ittihamın mahiyyətini anlamadığını deyib.

    Muxalifet - 23-07-2019

  4. 3 ay əvvəl açılışı olan parkın hazırkı vəziyyəti – FOTO

    Sosial şəbəkədə aprelin 18-də istifadəyə verilən Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən Neftçilər parkının baxımsız olması barədə şəkillər paylaşılıb.
    Muxalifet.az “qafqazinfo”ya istinadən xəbər verir ki, sözügedən parkın yenidənqurmadan sonra aprelin 28-də ölkə başçısı İlham Əliyev və birinci-vitse prezident Mehriban Əliyeva tərəfindən açılışı edilib.
    Ancaq yenilənən parkın hazırda baxımsız halda olması vurğulanır. Bildirilir ki, ərazidə güllər ayaqlanıb, yeni əkilən tinglərin bir hissəsi yanıb, bir neçəsi isə çıxarılıb.

    Muxalifet - 23-07-2019

  5. “Quska” məhkəməyə gətirilmədi - İstintaqı başa çatıb, cəza istəniləcək

    Sabiq deputat Hüseyn Abdullayev, onun anası Zeynəb Abdullayeva, Həbib İbrahimov, Xalid Əliyev, Namiq Babayev, İntiqam Süleymanov, Pərviz Kazımov, Zaur Quliyev və Nazim Əliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Bakı Hərbi Məhkəməsində hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər məhkəməyə gətirmədiyinə görə təxirə salınıb. Proses avqustun 21-dək təxirə düşüb. Xatırladaq ki, ötən proses Hüseyn Abdullayev və digərlərin məhkəmə istintaqı başa çatıb. Prokuror çıxış üçün vaxt istəmişdi.

    Muxalifet - 23-07-2019

  6. Tacikistan və Qırğızıstan arasında əsl müharibə gedir - YENİLƏNİB

    Tacikistan-Qırğızıstan sərhədində vəziyyət kəskinləşməkdə davam edir.

    Virtualaz.org-un əməkdaşının verdiyi məlumata əsasən, Aksay kəndindən Vorux kəndinə gedən yol bağlanıb.

    Eyni zamanda, tacik tərəfi də Caka Oruk – İsfana aulundan İsfarinka çayı üzərindən keçən yolu bağlayıb.

    *** 15:38

    Son məlumata görə, Qırğızıstan-Tacikistan sərhədində atışma yenidən bərpa olunub, Tacikistan tərəfdən bir neçə dəfə atəş açılıb.

    Muxalifet - 23-07-2019

  7. Həcc ziyarətinə getmək istəyənlərin NƏZƏRİNƏ

    Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlər üçün sənəd qəbulu davam edir.

    Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) Muxalifet.az-a bildirilib ki, kvotanın dolması üçün təxminən 30 yer qalıb. Vizaların verilməsi prosesi isə iyulun 27-dən başa çatacaq.

    Qeyd edək ki, bu il Azərbaycandan ziyarətə getmək istəyənlər üçün 1440 nəfərlik kvota müəyyənləşdirilib.

    Sənədlərin qəbulu yalnız QMİ-də həyata keçirilir. Həcc ziyarətinin qiyməti 4285 dollardır.

    Zəvvarlar ziyarətə təyyarə ilə aparılacaq.

    Muxalifet - 23-07-2019

  8. Babası Atatürkün həbsinə əmr verib - Böyük Britaniyanın yeni baş naziri Boris Consonun Dosyesi

    Xəbər veriyimiz kimi Boris Conson Böyük Britaniyanın yeni baş naziri olub. Muxalifet.az Boris Consonun həyatı və karyerası ilə bağlı ən maraqlı məlumatları təqdim edir: Atatürkün həbsinə göstəriş verən nazir Jurnalistikadan siyasətə, oradan isə yüksək siyasi karyeraya ucalmış Boris Conson əslində türk əsillidir. Nazirin əcdadları ilə bağlı araşdırma apardıqda daha maraqlı faktlarla ortaya çıxır. Sən demə, əvvəllər jurnalistika ilə məşğul olmuş Boris Consonun ata tərəfindən ulu babası türk imiş: Əli Kamal.

    Muxalifet - 23-07-2019

  9. 24 saat araq içən "Playboy" modeli bu hala düşdü - FOTO

    Yeniyetməlik dövründən başlayaraq hər gün spirtli içki içən "Playboy" modeli eybəcər hala düşüb.
    ABŞ-ın Kaliforniya ştatında yaşayan Jessica Landon alkoqollu içkilərin qurbanına çevrilib.
    5 yaşındaykən dayəsi tərəfindən təcavüzə məruz qalan Cessika 20 yaşından etibarən hər gün spirtli içki qəbul edib. Özünü "ən yaxşı içən", "24 saat sərxoş" kimi təqdim edən Cessika orqanları yararsız hala düşüb.
    Onun bədənindəki turşunun miqdarı o qədər artıb ki, modelin dərisi əriməyə başlayıb və bədənində yaralar əmələ gəlib.

    Muxalifet - 23-07-2019

  10. Bakı-Tbilisi reysinin hərəkət cədvəlinə dəyişiklik edildi

    Gürcüstan hava məkanının məhdudlaşdırılması ilə əlaqədar olaraq Bakı-Tbilisi-Bakı reyslərinin cədvəlinə dəyişiklik edilib. "Buta Airways" şirkətindən verilən məlumata görə, avqustun əvvəlində uçuşlar aşağıda göstərilən qrafikə uyğun olaraq həyata keçiriləcək. 3-9 avqust (yerli vaxtla): J2 9223 (Bakı-Tbilisi) – Uçuş: 11:10, Enmə: 12:20 J2 9224 (Tbilisi-Bakı) – Uçuş: 13:20, Enmə: 14:30 3-5 avqust (yerli vaxtla): J2 9225 (Bakı-Tbilisi) – Uçuş: 23:10, Enmə: 00:20

    Muxalifet - 23-07-2019

  11. Ermənistan müxalifəti Paşinyanın üstünə hücuma keçdi

    Hazırkı siyasi hakimiyyət xalq hakimiyyəti və korrupsiya ilə mübarizə adı altında Ermənistanın məhkəmə-hüquq sistemində mövcud olan və illərlə yığılıb qalmış problemləri bəhanə edərək, əslində radikal addımlar atmağa başlayıb – məhkəmə hakimiyyəti büsbütün ələ keçirilir.

    Dünən Ermənistanın yeddi siyasi partiyasının yaydığı bəyanatda belə deyilir.

    Bəyanatda bildirilir ki, hakimiyyət bir siyasi qüvvənin əlində cəmləşməməlidir, buna görə də, “məhkəmələrə və hakimlərə istənilən təzyiq cəhdi yolverilməzdir”.

    Muxalifet - 23-07-2019

  12. Abid Şərifova görə jurnalist işdən çıxarıldı - VİDEO

    Jurnalist Nurlan Libre Kanal-13 internet televiziyasındakı işindən çıxarılıb.

    Bu haqda telekanalın rəhbəri Anar Orucov sosial şəbəkədə yazıb.

    Muxalifet - 23-07-2019

  13. SON DƏQİQƏ: Türkiyə ilə ABŞ razılığa gəldi

    Türkiyə ABŞ ilə birgə Suriyada təhlükəsiz bölgə quracaq.
    Bu barədə Türkiyənin Müdafiə naziri Hulusi Akar ilə ABŞ-ın Suriya üzrə xüsusi təmsilçisi Ceyms Ceffri arasında baş tutan görüşdə razılıq əldə edilib.
    Nazirliyin tvitter hesabından verilən informasiyada bildirilib ki, görüşdə təhlükəsiz bölgənin qurulması üçün müştərək iş prinsipi müəyyənləşdirilib.
    İki heyət arasında Suriya məsələsində təmasların davam etdirilməsi ilə bağlı da razılıq əldə olunub./Publika

    Muxalifet - 23-07-2019

  14. Prezident Murad Köhnəqalaya ev verdi

    Prezident İlham Əliyev yazıçı Murad Köhnəqalanın evlə təmin olunması barədə sərəncam imzalayıb.

    Muxalifet.az bildirir ki, bu barədə M.Köhnəqala öz "Facebook" hesabında yazıb:

    Muxalifet - 23-07-2019

  15. ​Vilayət Eyvazov: “Azərbaycan ən təhlükəsiz dövlətlərdən biridir”

    Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Azərbaycanda səfərdə olan İsrailin Müdafiə Nazirliyinin Departament direktoru Yair Kulasın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
    Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Muxalifet.az-a verilən məlumata görə, nazir V.Eyvazov bildirib ki, son illər polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları hər iki ölkədə keçirilən müxtəlif təlim və treninqlərə cəlb edilib, öz peşəkarlıqlarını və ixtisaslarını daha da artırıblar.

    Muxalifet - 23-07-2019

  16. ​"Atama silah verdim ki, əsir düşsə, özünü öldürsün" - AQİL ABBAS

    Bu gün Azərbaycanın Ağdam rayonunun işğalından 26 il ötür. 1993-cü il iyulun 23-də Ermənistan silahlı qüvvələri Qarabağın mərkəzində yerləşən Ağdamın böyük hissəsini işğal edib. Ərazisi 1094 kv.km olan Ağdamın 846,8 kv.km-i, yəni 77,4%-i, bir şəhər və 80 kəndi ermənilərin əlinə keçib.

    Muxalifet - 23-07-2019

  17. Bu şəxslər 2475 manat MAAŞ ALACAQ - Prezident QANUNU İMZALADI

    Azərbaycan Prezidenti İlham Əliyev “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu imzalayıb. Dəyişikliklə Ali Məhkəmənin sədrinə Milli Məclis Sədrinin aylıq vəzifə maaşı həcmində əməkhaqqı veriləcək. "Məhkəmələr və hakimlər haqqında" qanunun 106-cı (Hakimlərin maddi təminatı) maddəsinə əsasən, hakimlərə aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödəniləcək. Ali Məhkəmənin sədrinə Milli Məclis Sədrinin aylıq vəzifə maaşı həcmində əmək haqqı veriləcək. Yəni 2 475 manat.

    Muxalifet - 23-07-2019

  18. Bakıda gənc qız oğlana görə həmcinsi ilə dalaşıb - Özünü binadan atmaq istədi - TƏFƏRRÜAT / VİDEO

    Paytaxtın Xətai rayonunda gənc qız intihara cəhd edir. Muxalifet.az unikal.org-a istinadən xəbər verir ki, qız “Ukrayna” dairəsinin yaxınlığındakı 9 mərtəbəli binanın damına çıxaraq, özünü atmaq istəyir. Hazırda əraziyə gələn hüquq-mühafizə orqanları və FHN əməkdaşları gənc qızı fikrindən daşındırmağa çalışıblar. Nəticədə polislər qızın başını qataraq, onu ölümdən xilas ediblər. Daha sonra binadan aşağıya düşürülən qız ərazi üzrə polis idarəsinə aparılıb. Faktla bağlı araşdırma aparılır və onun nə üçün intihara cəhd etməsi araşdırılır.

    Muxalifet - 23-07-2019

  19. ​Bu videoya görə sürücü cərimələnmədi

    Bakıda piyada xəttindən keçən qadının üzərinə maşın sürərək yolu keçən sürücü barədə rəsmi açıqlama verilib.
    “Qafqazinfo”nun verdiyi xəbərə görə, yayılan videogörüntüdə müşahidə edilir ki, 90 LP 055 nömrəli “Land Cruiser” markalı avtomobil piyada xəttinə daxil olur və həmin zaman zolaqda hərəkətdə olan piyada qadınla qarşılaşır. Bu zaman sürücü dayanmayaraq yoluna davam edir və piyadaya yan hissədən bir qədər toxunur.

    Muxalifet - 23-07-2019

  20. Dünya QORXU İÇİNDƏ: Kim Çen In gizli silahını ORTAYA ÇIXARDI - FOTO

    Şimali Koreyadan beynəlxalq ictimaiyyətdə təşviş doğuran foto yayımlanıb.
    Şimali Koreya lideri Kim Çen In komandası ilə birlikdə ballistik raket göndərə bilən sualtı gəmiyə baxış keçirib.
    Bu baxış zamanı çəkilən foto Pxenyan hökuməti tərəfindən beynəlxalq agentliklərə göndərilib. Bu sualtı gəminin ABŞ-a mesaj göndərmək məsqədilə görüntüləndiyi ehtimal olunur. Sualtı gəminin sahib olduğu silahlar haqqında bilgi verilməyib, lakin gəminin gələn ilin əvvəllərində istifadəyə veriləcəyi açıqlanıb.

    Muxalifet - 23-07-2019

Pages