Axtarış
The search found 105779 results in 0.025 seconds.
Search results
Eynulla Fətullayevin redaksiyalarında vergi yoxlamaları başladı
Vergilər Nazirliyinin əməkdaşları "Haqqin.az" və "Virtualaz.org" xəbər saytlarının redaksiyasında yoxlamalara başlayıb.
Muxalifet.az xəbər verir ki, bu barədə Demokrat.az-a mötəbər mənbədən məlumat daxil olub.
Məlumata görə, jurnalist Eynulla Fətullayevin rəhbəri olduğu sözügedən redaksiyalarda vergidən yayınma halları baş verib.
Məsələ ilə bağlı sözügedən saytların rəhbəri Eynulla Fətullayevlə telefon əlaqəsi saxlasaq da, zənglərimizə cavab verən olmayıb.
Məsələni diqqətdə saxlamışıq, oxuculara əlavə məlumat veriləcək.15:01
Muxalifet - 24-07-2019
Azərbaycanda miqrasiya ilə bağlı yeni tələblər qüvvəyə mindi
Miqrasiya Məcəlləsinə dəyişikliklər edilməsi haqqında Qanun bu gündən qüvvəyə minir.
Muxalifet.az xəbər verir ki, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov yeni Qanuna əsasən bu gündən aşağıdakı dəyişikliklərin qüvvəyə mindiyini bildirib:Muxalifet - 24-07-2019
Prezident onları təltif etdi - SİYAHI
Prezident İlham Əliyev "Azərbaycan Respublikasında gənclərlə iş və idman sahəsində çalışan şəxslərin təltif edilməsi haqqında" sərəncam imzalayıb.
Muxalifet.az xəbər verir ki, sərəncamla Azərbaycanda gənclərlə iş sahəsində səmərəli fəaliyyətlərinə, bədən tərbiyəsi və idmanın inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif ediliblər:1-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə
Rəhimov Azad Arif oğlu (Gənclər və İdman naziri)
2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə
Muxalifet - 24-07-2019
"Oğlumun öldüyü xəbəri doğru olsa, şəkər paylayacam"
Türkiyənin Adana şəhərində 34 yaşlı Fazıl Sayılırın intiharına anası gözlənilməz reaksiya verib.
Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, oğlunun 15 yaşından narkotik vasitələrin aludəçisi olduğunu deyən Aysel Sayılır bu günü bayram kimi qeyd edəcəyini bildirib:Muxalifet - 24-07-2019
Vergilər Nazirliyi ilə bağlı VACİB SƏRƏNCAM
Prezident İlham Əliyev Azərbaycan Respublikası Vergilər Nazirliyinin strukturunun təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Vergilər Nazirliyinin strukturu təsdiq edilir.
Muxalifet - 24-07-2019
Azərbaycandan Həcc ziyarətinə getmək üçün kvota dolub
Bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün müəyyən edilən 1400 nəfərlik kvota artıq dolub. Bu barədə Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib.
Qeyd olunub ki, adətən Həcc ziyarətinə gedənlərin 40 faizini qadınlar təşkil edir. Bu il də qadın zəvvarların təqribən 40 faiz təşkil edəcəyi bildirilir.
Xatırladaq ki, zəvvarların avqustun 1-dən 6-a qədər Həcc ziyarətinə yola düşmələri, avqustun 21-dən 25-ə qədər isə Azərbaycana dönmələri planlaşdırılır. Onlar 8 təyyarə reysi ilə yola salınacaqlar.Muxalifet - 24-07-2019
Tanınmış sənətçilər ölüm hökmünün bərpasını istədi – “Ölüm hökmü olmalıdır!”
“Ölüm cəzası” cinayətkarlığın qarşısında sipərdir. Fikirləşmək yox, qəti qərara gəlmək lazımdır”.
Muxalifet - 24-07-2019
XİN-dən Xankəndi ilə bağlı açıqlama
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat katibi Leyla Abdullayeva Avstraliyanın Rayd şəhər Şurasında Azərbaycan Respublikasının Ermənistan Respublikası tərəfindən işğal edilmiş Xankəndi şəhəri ilə “dostluq əlaqələrinin yaradılması”na dair sənədin qəbul edilməsi ilə bağlı açıqlama verib.
"Yeni Sabah"ın məlumatına görə, XİN rəsmisi bildirib ki, Rayd Avstraliyanın ən çox erməni əsilli vətəndaşının cəmləşdiyi şəhərdir:Muxalifet - 24-07-2019
Azərbaycanda DƏHŞƏTLİ OLAY: 3 nəfər dənizdə batdı
Neftçalada 3 nəfər dənizdə batıb.
Muxalifet.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə, Neftçala rayonunda, dənizdə, qeyri-çimərlik ərazidə (nəzarətsiz) 3 nəfərin batması barədə məlumat daxil olub. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Əlavə məlumat veriləcək.Muxalifet - 24-07-2019
Dollarla bağlı hər kəsi düşündürən ŞOK PROQNOZ - Mütəxəssislər AÇIQLADI
Dollar qlobal ehtiyat valyuta statusunu itirəcək. Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, bunu dünyanın ən böyük sərmayə banklarından olan JP Morgan açıqlayıb. Bankın birja, əmtəə və faiz strategiyası mütəxəssisi Kreyq Kohen “Dollar həddən artıq olan imtiyazının sonuna yaxınlaşır?” adlı məqaləsində dolların 100 ilə yaxındır qlobal ehtiyat valyuta olduğunu və sadəcə amerikalıların deyil, dünyanın hər yerində bir çox sərmayəçinin portfelində məhz bu valyutaya üstünlük verdiyini bildirib: “Lakin dolların dünyaya hakim valyuta olması xüsusiyyətini itirəcəyinə inanırıq.
Muxalifet - 24-07-2019
Ərəblə restorana gedən azərbaycanlı qız: “Biabır olmamaq üçün səsimi çıxarmadım"
Quba rayonunda yerləşən “Aynur” restoranına ərəb qonağı ilə gedən müştəri aldadıldıqlarını iddia edir.
Muxalifet.az qafqazinfo-ya istinadən xəbər verir ki, vətəndaş İlahə Yusifli bildirib ki, Küveytdən gələn qonağı üçün həmin istirahət mərkəzinin otelində otaq da tutublar:
“Biz birinci oturduq, sifarişimizi verdik, daha sonra qalmaq üçün evi də danışıb qonağı gözlədik. Əyləşəndən sonra qonağın əcnəbi olduğunu görüb ona fərqli menyu verdilər. Həmin menyuda bir şiş lülə 20 manat idi. Biz buna etiraz etdik və həmin şəxsin bizim qonağımız olduğunu dedik.Muxalifet - 24-07-2019
"Bəzi ixtisaslar üzrə ballar aşağı salına bilər" - keçid balları barədə
Konkret hər hansı ixtisas üzrə keçid balının necə dəyişəcəyini demək olmaz. Amma ümumi nəticələr göstərir ki, 1 və 4-cü ixtisas qruplarında hər hansı ixtisas üzrə keçid balları ötən illə müqayisədə 20-50 bal daha aşağı formalaşa bilər. Təbii ki, bunu bütün ixtisaslara aid etmək olmaz.
Muxalifet.az xəbər verir ki, bunu Trend-ə Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə
ali məktəblərə qəbul üçün keçid ballarının aşağı enəcəyi ilə bağlı məlumatlara aydınlıq gətirərkən deyib.Muxalifet - 24-07-2019
Təyyarədə DAVA: Sevgilisini qısqanan qız başında noutbuk sındırdı - VİDEO
Mayamidən Los-Ancelesə uçan Amerika Hava Yollarına aid təyyarədə qəribə hadisə baş verib. Muxalifet.az xarici mətbuata istinadən xəbər verir ki, təyyarəyə minən sevgililərin arasında qısqanclıq üstündə dava düşüb. Belə ki, qız yanında oturan sevgilisinə başqa qıza baxdığı üçün əsəbiləşib. Qadın sevgilisinə qışqıraraq onunla mübahisə edib onu vurmağa başlayıb. Bu zaman stüardessalar yaxınlaşaraq qadını sakitləşdirməyə çalışıb. Oğlan yerindən qalxaraq irəliyə getməyə çalışıb. Bu zaman isə qız noutbuku sevgilisinin başında sındırıb.
Muxalifet - 24-07-2019
SON DƏQİQƏ: “Washington Post” Ağ evdə Türkiyəylə bağlı keçirilən iclasın detalları barədə yazıb
ABŞ prezidenti Donald Tramp 45 cümhuriyyətçi senatorla birlikdə Türkiyə ilə bağlı yekun qərarın verilməsi üçün bir araya gəlib.
Qapalı qapılar ardında gerçəkləşən iclasın detalları barədə ilk dəfə “Washington Post” yazıb.
Qəzetdən verilən məlumata görə, Tramp Türkiyəyə qarşı sanksiyaların tərəfdarı olmasa da, digər iclas üzvləri onunla bu məsələdə mübahisə ediblər.
Musavat.com bu barədə Türkiyə mediasına istinadən məlumat verir.Muxalifet - 24-07-2019
Naxçıvana gedənlərə ŞAD XƏBƏR: Bu gündən etibarən...
Azərbaycan-İran gömrük xidmətləri arasında əldə olunan razılığa əsasən iyulun 24-dən etibarən Bakı-Naxçıvan-Bakı marşrut xətti üzrə səfər edən sərnişin avtobusları daha tez mənzil başına çatacaq və sərhədkeçmə prosesi zamanı tətbiq edilən gömrük nəzarəti yoxlamaları azaldılacaq.
Muxalifet.az xəbər veirr ki, bu barədə DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi və DANX İctimaiyyətlə əlaqələr sektorunun birgə yaydığı məlumatda deyilir.Muxalifet - 24-07-2019
Yemişin baha olması iddialarına nazirlikdən reaksiya: "Fermerdən 10 qəpiyə alıb..."
Kənd Təsərrüfatı Nazirliyi Bakıda satılan yemişin baha olması ilə bağlı iddialara münasibət bildirib.
"Yeni Sabah" xəbər verir ki, bununla bağlı qurumun mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov açıqlama verib.Muxalifet - 24-07-2019
Azərbaycanda 9 naməlum şəhidlə bağlı işlər başladı
1993-1994-cü illərdə Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı həlak olaraq tanınmadan İmişli rayonundakı Şəmmədli qəbiristanlığında dəfn edilmiş şəhidlərə aid məzarlarla bağlı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının Azərbaycan Respublikasının Baş prokuroruna müraciətinə əsasən, Bakı Hərbi Məhkəməsi tərəfindən 14 iyun 2019-cu il tarixli qərar qəbul edilib.
Trend-in məlumatına görə, qərara uyğun olaraq, Şəmmədli qəbiristanlığında 9 naməlum məzarda dəfn edilmiş şəhidlərə aid meyit qalıqlarının ekshumasiyası nəzərdə tutulur.Muxalifet3 - 24-07-2019
Bakı-2019: Cüdoçumuz da qızıl qazandı
İyulun 24-də Azərbaycan cüdoçusu Turan Bayramov Avropa Gənclər Olimpiya Festivalında 60 kiloqram çəki dərəcəsində qızıl medal qazanıb.
Muxalifet.az xəbər verir ki, idmançımız finalda rusiyalı Rizvan Maqomedova ipponla qalib gələrək çempion olub.
T.Bayramov finala gedən yolda Adam Saferini (Avstriya), yunanıstanlı Mikis Tontimidisi məğlub edərək yarımfinala yüksəlib. O, həlledici qarşılaşmaya vəsiqə uğrunda türkiyəli Muhammed Demireli məğlubiyyətə uğradıb.Muxalifet3 - 24-07-2019
SON DƏQİQƏ: Türkiyədə Belarus diplomatı güllələndi, oğlu isə.. - YENİLƏNDİ
Belarusi diplomatı dörd güllə yarası alıb.
Publika.az "RİA-Novosti" agentliyinə istinadən xəbər verir ki, bu haqda səfirlikdəki mənbə bildirib.
Mənbə onun yanında olan oğlunun zərər çəkmədiyini deyib.***
23:18Muxalifet - 25-07-2019
"Qarabağ" “Dandolk”la oyunda hesabda öndədir - Video / Yenilənib
Saat 22:45
Azərbaycan çempionu “Qarabağ” avrokuboklarda növbəti oyununu keçirir.
APA-nın məlumatına görə, Ağdam klubu Çempionlar Liqasının II təsnifat mərhələsində ilk matçına çıxıb.
Qurban Qurbanovun baş məşqçisi olduğu komanda İrlandiyanın “Dandolk” klubu ilə üz-üzə gəlir. “Qarabağ” birinci oyunu səfərdə keçirir.
Muxalifet - 25-07-2019